Məhkəmə qərarları › İş №2(105)-1355/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1355/2023

20.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1355/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı “X4 Hospitality and Management” MMC-nin cavabdehlər Xələfəyeva Lamiyə Kamil qızı, Cavabdeh3, Cavabdeh2, X1, Cavabdeh5, Cavabdeh1, maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(027)-79/2023 saylı qərardadından «X4, Hospitality and Management” MMC-nin vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “X4, Haspilatu and Manegment” MMC-nin cavabdehlər Xələfəyeva Lamiyə Kamil qızı, Cavabdeh3, Cavabdeh2, X1, Cavabdeh5, Cavabdeh1, maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh6 vəkili və nümayəndəsi Vəkil3 ərizə ilə müraciət edərək bu iş üzrə mübahisə predmeti təşkil edən torpaq sahəsinin iddiaçı “X4, Hospitaliy and Management” MMC-yə icarəyə verilməsi barədə sərəncamın ləğv edilməsi üzrə Sumqayıt İnzibati Məhkəməsində inzibati mübahisəyə dair məhkəmə prosesinin davam etdiyini bildirmiş, Sumqayıt İnzibati Məhkəməsinin yekun qərarı qanuni qüvvəyə minənə qədər icraatın dayandırılması barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(027)-79/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Xələfəyeva Lamiyə Kamil qızı, Cavabdeh3, Cavabdeh2, X1, Cavabdeh5, Cavabdeh1, maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə e-2(027)-79/2023 saylı mülki işə Cavabdeh6 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamın ləğv edilməsi tələbinə dair iddası üzrə Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan e-2-1(118) 2980/2023 nömrəli mülki işə baxılaraq, çıxarılmış müvafiq qərar qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraat dayandırılmışdır (hakim Vüqar Seyidov). «X4, Hospitality and Management” MMC-nin vəkili və nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(027)-79/2023 saylı qərardadının ləğv edilməsini və Cavabdeh6 vəkili və nümayəndəsi Vəkil3 iş üzrə icraatın dayandırılmasına dair ərizəsinin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, e-2(027)-79/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanuni və əsası hesab edilə bilməz, əvvəla ona görə ki, qeyd olunan sərəncam əsasında iddiaçının icarəsinə verilmiş torpaq sahəsi dövlət mülkiyyətindədir və həmin torpaq sahəsi üzərində dövlət adından sərəncam vermək hüququ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. Əmlak Məsələləri Dövlət Xidməti və həmin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi isə hazırkı mülki iş üzrə işə üçüncü şəxs kimi cəlb edilmiş və öz nümayəndələri vasitəsilə məhkəmə iclaslarında iştirak etmişlər. Həmin təşkilatların nümayəndələri məhkəməyə verdikləri izahatlarında mübahisələndirilən torpaq sahəsinin dövlətin mülkiyyətində olduğunu və icarə müqaviləsi əsasında İddiaçı MMC-nin istifadəsinə verildiyini bir daha təsdiq etmiş və MMC nin iddia tələbinin əsaslı olduğunu bildirməklə, həmin iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Hazırki mülki iş üzrə mübahisələndirilən torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün, həmin dövlət mülkiyyəti üzərində sərəncam vermək hüququna malik olan Əmlak Məsələləri Dövlət Xidməti də eyni tələblə məhkəməyə müraciət etmək hüququna malikdir. Deməli, Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirilən Əmlak Məsələləri Dövlət Xidmətinin 22 noyabr 2022-ci il tarixli, 208 saylı sərəncamı ləğv edildiyi halda belə mübahisəli dövlət torpağı üzərində sərəncam hüququna malik olan Əmlak Məsələləri Dövlət Xidməti hazırki mülki mübahisəni davam etdirə bilər. Əmlak Məsələləri Dövlət Xidmətinin hazırki mülki iş üzrə üçüncü şəxs kimi iştirak etdiyini və müstəqil tələb irəli sürən üçüncü şəxs qismində hazırki mülki mübahisəni davam etdirmək hüququnun olduğu nəzərə alınrsa dövlət torpağının MMC-yə icarəyə verilməsinə dair həmin Xidmətin 22 noyabr 2022-ci il tarixli, 208 saylı sərəncamının ləğvinə dair Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan inzibati iş Quba Rayon Məhkəməsinin icraatında olan hazırki mülki işə baxılmasına mane ola bilməz. Hazırki mülki iş üzrə cavabdeh olan Cavabdeh6 Sumqayıt İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsindən görünür ki, onun tərəfindən mübahisələndirilən Əmlak Məsələləri Dövlət Xidmətinin 22 noyabr 2022-ci il tarixli, 208 saylı sərəncamı onun ümumiyyətlə hüquqlarına toxunmur. Həmin sərəncamda Xəlfəyevlərə məxsus olan torpaq sahəsinin deyil, dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsindən bəhs olunur. Cavabdeh6 Sumqayıt İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində də bunu aydın şəkildə qeyd edib. Həmin ərizədə qeyd olunub ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 qeydiyyat nömrəli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 1,0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona və uşaqlarına məxsusdur və həmin torpaq sahəsi “Bulaqdərə su anbarı” nın yanında yerləşir və sair. Cavabdeh6 tərəfindən mübahisələndirilən sərəncamda isə ona məxsus olan 1,0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin deyil, dövlətə məxsus olan “Bulaqdərə su anbarı” nın icarəyə verilməsindən bəhs olunur. Həmin sərəncamın Xəlfəyevanın hansı hüquqlarını pozduğu da iddia ərizəsində qeyd olunmayıb. Əgər söhbət həmin sərəncam əsasında bağlanan icarə müqaviləsi ilə MMC-yə icarəyə verilmiş torpaq sahəsinin koordinatlarının düzgün müəyyən edilib-edilməməsindən gedirsə, bu məsələ hüquqlarına toxunulan şəxs tərəfindən mülki qaydada mübahisələndirilə bilər. Quba Rayon Məhkəməsinin icraatında olan hazırki mülki mübahisə də məhz bu məsələ ilə bağlıdır. Yəni, hazırki mülki iş üzrə cavabdeh olan Cavabdeh6 və digərləri MMC-nin icarəsinə verilmiş torpaq sahəsini zəbt edərək orada qanunsuz tikinti işləri apardığı üçün MMC həmin tikililərin sökülməsi və həmin şəxslərin qeyd olunan ərazidən çıxarılması barədə Quba Rayon Məhkəməsində iddia qaldırıb. Mübahisələndirilən həmin torpaq sahəsinin kimə məxsus olduğu isə Quba Rayon Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Yəni Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirilən sərəncamın hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur və həmin iddia ərizəsi hazırki mülki işə baxılmasına süni şəkildə mane törədilməsinə xidmət edir. Buna görə də Cavabdeh6 bu hərəkətləri həmçinin hüquqdan sui istifadə kimi qiymətləndirilməli və hazırki mülki işin icraatının dayandırılması barədə ərizəsi əsassız hesab edilərək, təmin edilməməlidir. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə müəyyən etmişdir ki, iddiaçı “X4, Haspilatu and Manegment” MMC-nin cavabdehlər Xələfəyeva Lamiyə Kamil qızı, Cavabdeh3, Cavabdeh2, X1, Cavabdeh5, Cavabdeh1, maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə 2(027)-79/2023 saylı mülki işə Cavabdeh6 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamın ləğv edilməsi tələbinə dair iddası üzrə Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan e-2-1(118) 2980/2023 nömrəli mülki işə baxılaraq, çıxarılmış müvafiq qərar qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə icraatın dayandırılmasına dair gəldiyi nəticəni əsaslı sayır. Belə ki, iş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanmış iddia ərizəsindən və Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-2980 saylı, xx.xx.2023-cü il tarixli sərəncamından görünür ki, Cavabdeh6 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamın ləğv edilməsi tələbinə dair mübahisə ilə bağlı məhkəmə iclası 19 iyun 2023-cü il tarixə, saat 12:30-a (zal16) təyin edilmişdir. Həmin iddia ərizəsindən görünür ki, Cavabdeh6 hazırki iddianın əsasını təşkil edən Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyətinin balansında olan, Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən “Bulaqdərə su anbarı”na məxsus 14,86 ha torpaq sahəsinin iddiaçıya icarə verilməsinə dair xx.xx.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi, daha sonra isə 22 noyabr 2022-ci il tarixli, 4079 saylı yeni icarə müqaviləsi təşkil edir. İşə əlavə edilmiş iddia ərizəsindən görünür ki, Cavabdeh6 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 208 nömrəli sərəncamın ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi həmin iddia ərizəsində hazırki iddianın əsasını təşkil edən sərəncamın ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş həmin sərəncamın ləğv edilməsinə dair idda ərizəsinin nəticəsindən asılı olduğundan həmin işə baxılıq qurtaranadək hazırki işə baxıla bilməz. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərək qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə dair sərəncam mübahisələndirildiyindən iddiaya hazırki gündə baxılması qeyri-mümkündür. Eyni zamanda iddiaçı Cavabdeh6 iddiasının əsassız olub-olmaması hazırki işin predmeti deyildir. Belə ki, həmin iddiaya hüquqi qiymət Sumqayıt İnzibati Məhkəməsi tərəfindən veriləcəkdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticələrdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(027)-79/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Quba Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(027)-79/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. «X4, Hospitality and Management” MMC-nin vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar