Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1364/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair mülki iş üzrə Qubadlı rayon məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(028)- 431/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı rayon məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Ruvinov) iddianın təmin edilməsi, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan “Mitsubisi Pajero” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan “Mitsubisi Pajero” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan “Mitsubishi Pajero” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq məqsədi ilə 2020-ci ilin mart ayında Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən “Avto Home” salonuna qoymuşdur. X1 ona zəng edərək bildirdi ki, maşını almaq istəyən var. Maşını almaq istəyən Cavabdeh olmuşdur. Lakin o, pulu bankdan götürüb vermək istəmişdir. X6 ona demişdir ki, Cavabdeh onun tanışıdır və xahiş etmişdir ki, Cavabdeh 10 günlük etibarnamə versin ki, həmin müddət ərzində o, maşının müyyən hissələrini təmir etdirsin. O, bununla razılaşıb və Cavabdeh etibarnamə vermişdir. 3 gün sonra o, cavabdehdən maşının pulunu neçə gündən sonra ödəyəcəyini soruşmuşdu. Cavabdeh ona bildirdi ki, onun kiməsə borcu yoxdur, X3 ona borcu var və buna görə o, heç bir ödəniş etməyəcək. Bundan sonra o, aldanıldığını başa düşdü və 02 may 2020-ci ildə Sumqayıt şəhəri 1 saylı notariat ofisinə müraciət edərək cavabdehə verdiyi etibarnaməni ləğv etdirmişdir. Bundan sonra o, cavabdehdən maşının qaytarılmasını xahiş etsə də, cavabdeh maşını ona qaytarmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quliyev X5 rayon məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X4 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qubadlı rayon məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıması, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşdən görünür ki, iddiaçı ona məxsus olan “Mitsubishi Pajero” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilini satılması üçün avtosalona qoymuş, Cavabdeh ilə avtomobilin alqı-satqısı barədə razılığa gəlmiş, bu məqsədlə ona etibarnamə vermiş, lakin cavabdehdən avtomobilin pulunu soruşduqda o, borcu olmadığını bildirmiş, avtomobili geri qaytarmaqdan imtina etmiş, bu səbəbdən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası DİN BDYPİ 21.07.2020-ci il tarixli məktubdan görünür ki, “Mitsubishi Pajero” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil 09.12.2019-cu il tarixdən İddiaçı adında qeydiyyatdadır. Əlavə olunmuş kompyüter çıxarışından görünür ki, “Mitsubishi Pajero” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə 09.04.2020-ci il tarixdən Cavabdeh verilmişdir. İddiaçı ərizəsinə əsasən onun tərəfindən 09 aprel 2020-ci il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat ofisində Cavabdeh reyestrdə 7E/3292 nömrə ilə qeyd olunmuş etibarnamə verdiyini, həmin etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli avtomobil İddiaçı mülkiyyətində olduğundan, həmçinin İddiaçı tərəfindən Cavabdeh verilmiş etibarnamə ləğv edildiyindən, avtomobilin onun qanunsuz sahibliyindən alınıb iddiaçıya verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdehin avtomobili onun deyil, anası S.Allahverdiyevanın aldığını və bu məqsədlə Elvin Aslanova ödəniş edildiyi barədə apellyasiya şikayətində göstərdiklərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh və iş üzrə üçüncü şəxs kimi cəlb edilmiş Südabə Allahverdiyeva məhkəmə kollegiyasının iclasına gəlməsə də, işdən göründüyü kimi avtomobilin mülkiyyətçisi İddiaçıdir və onunla S.Allahverdiyeva arasında heç bir müqavilə bağlanmamışdır. Əksinə iddiaçı tərəfindən Cavabdeh etibarnamə verilmiş və sonradan iddiaçının ərizəsi əsasında ləğv edilmişdir. Bu mənada məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı hesab etmir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətində öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda bunu təsdiq edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Qubadlı rayon məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qubadlı rayon məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1364/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1364/2021
02.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver