Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1379/2025 17.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X30 şəxsinin 4 Saylı Abşeron Ərazi İdarəsi) qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X3 ibarət tərkibdə, X35 qızının katibliyi, iddiaçının nümayəndəsi X11, cavabdehin vəkili və nümayəndəsi Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X30 şəxsinin 4 Saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X6 (sonuncu məhkəmə iclasına iştirak etməmişdir) iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X30 şəxsinin 4 Saylı Abşeron Ərazi İdarəsi) qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsi və tikilinin qanunsuz sahiblikdən alınması tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-197/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1062 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********41 reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,107604 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********78 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X30 şəxsinin 4 Saylı Abşeron Ərazi İdarəsi) qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsi və tikilinin qanunsuz sahiblikdən alınması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2isində yerləşən, ümumi sahəsi 0.107604 ha olan torpaq sahəsinin koordinatlarının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən dəqiq müəyyən edilməsi, mülkiyyətində olan ünvan 2isində yerləşən, ümumi sahəsi 0.107604 ha olan torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2isində yerləşən, ümumi sahəsi 0.107604 ha olan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsi üzərində 3 mərtəbəli, ümumi sahəsi 450 kv.m olan yarımçıq tikili ilə birgə 2018-ci ildə Nümayəndə1 tərəfindən X14 alınmışdır. Buna dair Nümayəndə1 xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra ünvan 2isində yerləşən, ümumi sahəsi 0.107604 ha olan torpaq sahəsi və torpaq sahəsi (üzərində olan 3 mərtəbəli, ümumi sahəsi 450 kv.m olan yarımçıq tikili ilə birgə) Nümayəndə1 tərəfindən X10 AN-İ №0871855 nömrəli daşınmaz əmlakın alq-satqı müqaviləsi ilə satılmışdır. Cavabdehlər tərəfindən X15 təzyiqlərə və təhdidlərə məruz qaldığından həmin torpaq sahəsi (üzərində olan 3 mərtəbəli, ümumi sahəsi 450 kv.m olan yarımçıq tikili ilə birgə) xx.xx.2023-cü il tarixində onun tərəfindən daşınmaz əmlakın AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi ilə iddiaçının mülkiyyətinə keçmişdir. Hətta cavabdeh X1 Nazim Fərman oğluna hədə-qorxu gələrək torpaq sahəsinin üzərində olan yarımçıq tikilini sökəcəyini bildirmişdir. Bu səbəblərdən də N.Süleymanov torpaq sahəsini və tikilini yenidən satmaq məcburiyyətində qalmışdır. Sözügedən torpaq sahəsinin üzərində 3 mərtəbəli, ümumi sahəsi 450 kv.m olan yarımçıq tikili mövcuddur. Həmin tikili də iddiaçı tərəfindən əldə edilmişdir və iddiaçının mülkiyyətindədir. Yarımçıq tikilinin eni 15/10 şəklindədir. Lakin hazırda mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 2isində yerləşən, ümumi sahəsi 0.107604 ha olan torpaq sahəsi qanunsuz olaraq cavabdehlər tərəfindən zəbt edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli, **********45 nömrəli məktubda qeyd edilmişdir ki, ünvan 2isində yerləşən torpaq sahəsinin plan və ölçüsünün döngə Novxanı kəndi ərazisində yerləşən torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Məhz bu səbəbdən də həmin vaxt torpaqların koordinatları müəyyən edilə bilmirdi. Lakin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 2023-cü ilin oktyabr ayında iddiaçı dəvət olunmuş və torpaq sahəsinə baxış keçirmişlər. Daha sonra torpaq sahəsinin iddiaçının mülkiyyətində olan hissələri müəyyən edilərək iddiaçıya göstərilmişdir və verilən məlumata əsasən iddiaçıya məxsus olan ünvan 2isində yerləşən torpaq sahəsinin koordinatlarını artıq dəqiq müəyyən etmək mümkün olacağını bildirmişlər. Hazırda faktiki olaraq cavabdehlər dövlət reyestrindən təqdim edilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətində olduğu təsdiqlənən torpaq sahəsini zəbt etmişdir və həmin torpaq sahəsinin onlara məxsus olduğunu iddia etmişlər. Cavabdehin hərəkəti tamamilə qanunsuzdur və cavabdeh bilərəkdən, qəsdən iddiaçının mülkiyyətini zəbt etmişdir. Belə ki, 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2021-ci il tarixli məktubda məhz mülkiyyətində olan torpaq sahəsinin planı və nöqtələrin koordinatları müəyyən edilərək təqdim edildiyi qeyd edilmişdir. Həmçinin, məktubda qeyd edilmişdir ki, ərazidə DWG uyğunsuzluğu mövcuddur. Belə ki, 0.1062 ha torpaq sahəsinin 0.0631 ha hissəsi başqa şəxslər tərəfindən daşla hasara alındığı üçün mübahisə predmetidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Həmin torpaq sahəsinə nə iddiaçının daxil olmasına icazə verilməmiş, nə də ki hər hansı hərəkəti həyata keçirməyinə icazə verilməmişdir. Bundan əlavə iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən və tikintisi tam başa çatmamış tikili iddiaçı tərəfindən alınarkən torpağın üzərində olmuş, iddiaçı həmin torpaq sahəsini tikili ilə birlikdə satın almış, tikilinin mövcudluğunu nəzərə alaraq torpaq sahəsinin dəyərini ödəmişdir. Tikilinin qeydiyyatdan keçib-keçməməsinin hazırkı məsələyə aidiyyatı yoxdur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsi ilə möhkəm bağlı olan ondan ayrıla bilməyən tikili birlikdə vahid mülkiyyət sayılır. Ona görə də torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olduğu üçün torpağın üzərindəki daşınmaz əmlak da iddiaçının mülkiyyətində olan əmlakdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir.
5. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2isində yerləşən sahəsi 0.107604 ha olan torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 450 kv.m olan 3 mərtəbəli tikintisi başa çatmamış tikilidən Cavabdeh çıxarılması, torpaq sahəsinin və tikilinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı geri verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışlır ki, əvvəlki iddia tələblərində qeyri-müəyyənliklər mövcuddur. Belə ki, koordinatların dəqiq müəyyən edilməsi tələbini iddiadan çıxarır və üçüncü şəxs olan Reyestr Xidmətinin məhkəmədə iştirak etməsinə zərurət qalmır, gələcəkdə məhkəmə zəruri bilsə öz təşəbbüsü ilə həmin qurumu cəlb edə bilər. Bundan əlavə, əvvəlki cavabdeh İsmayıl Zeynalovun cavabdehlər siyahısından çıxarılmışdır və ona qarşı hər hansı tələbləri yoxdur. Belə ki, o qonşu torpaq sahəsinin əvvəlki mülkiyyətçisidir, onunla bağlı hal-hazırda hər hansı mübahisələri yoxdur. Bundan əlavə, qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən və tikintisi tam başa çatmamış tikili iddiaçı tərəfindən alınarkən torpağın üzərində olub, iddiaçı həmin torpaq sahəsini tikili ilə birlikdə satın almışdır, tikilinin mövcudluğunu nəzərə alaraq torpaq sahəsinin dəyərini ödəmişdir. Tikilinin qeydiyyatdan keçib-keçməməsininin hazırki məsələyə ailiyyatı yoxdur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsi ilə möhkəm bağlı olan, ondan ayrıla bilməyən tikili birlikdə vahid mülkiyyət sayılır. Ona görə də torpaq sahəsi iddiaçının mülkiyyətində olduğu üçün torpağın üzərindəki daşınmaz əmlak da iddiaçının mülkiyyətində olan əmlakdır. Bu səbəbdən iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmış, cavabdehin mübahisəli torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılması tələbi qoyulmuşdur.
7. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 dəqiqləşdirilmiş iddia ərizəsini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddiaçının vəkili və nümayəndəsinin izahatına uyğun izahat vermiş, iddianın təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi əvvəlcə Nümayəndə1 mülkiyyətində olmuş, sonradan torpaq sahəsi başqa şəxslərə satılmış və sonda yenidən dövlət reyestrindən çıxarış ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh isə torpağa dair çıxarışı xx.xx.2018-ci il tarixində əldə etmişdir. İş materiallarında olan çəkilmiş sxemdən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin faktiki yerləşdiyi ərazi cavabdehin və bir neçə şəxsin torpaq sahələrinin hesabına formalaşmışdır. İş materiallarında olan sorğuya cavabdan göründüyü kimi cavabdehə məxsus torpaq sahəsi əvvəlcə Həsənov Əbülfətə, ondan da əvvəl digər şəxsə şəhadətnamə əsasında məxsus olmuşdur, yəni bir vahid torpaq əsasından bir neçə mülkiyyətçi yaranmışdır. Bundan əlavə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-144/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qəbul edilmiş, qətnamə qəbul edilən zaman ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən, cavabdehə məxsus torpaq sahəsinin koordinatlarının cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Reyestr xidməti tərəfindən bəzi hissələrə görə dürüstləşmə işləri aparılmışdır, hesab edir ki, həmin dürüstləşdirmə nəzərə alınmamalıdır. Çünki mühəndisin də bildirdiyinə görə orada bir neçə mübahisəli yer var və həmin hissələrə aydınlıq gətirilməmişdir. Üstəlik məhkəmədə mübahisə olduğu halda, iddiaçıya texniki pasport verilmişdir. Bildiyinə görə, sonradan torpaq koordinatları sistemdə əvvəlki vəziyyətinə gətirilmişdir, lakin texniki pasort qüvvəsində qalmaqdadır. Odur ki, artıq uzun müddətdir ki, Əbülfət Həsənova məxsus olmuş torpaq sahəsində yaşayış binası inşa edilmişdir və cavabdeh həmin ərazidən istifadə etməkdədir.
10. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X30 şəxsinin 4 Saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi Nümayəndə3 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinin koordinatları ilə faktiki yerləşdiyi koordinatlar arasında uyğunsuzluq mövcuddur. Bununla bağlı iddiaçı onlara yeni texniki pasportun alınması üçün müraciət etmişdir. Belə ki, onlar sözügedən əraziyə getmiş, ölçmə işləri aparmışlar. İş materiallarında olan ekspert rəyinə əlavə edilmiş sxemdən də göründüyü kimi Prezidentin Sərəncamına əsasən, iddiaçının torpaq sahəsində dürüstləşdirmə işləri aparılığından, torpağın koordinatlarında dəyişikliklər edilmiş və yeni koordinatlar onlar tərəfindən tanınmışdır. Bundan əlavə cavabdehə məxsus **********41 reyestr nömrəli torpaq sahəsi də daxil olmaqla, ümumilikdə altı şəxsə məxsus torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsinin yeni koordinatlarına daxil olmuşdur. Lakin hazırki məsələ ilə bağlı məhkəmə mübahisəsi olduğundan, onlar tərəfindən yeni koordinatlar ləğv edilmiş və torpaq sahəsinin əvvəlki koordinatları tanınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X30 şəxsinin 4 Saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi Nümayəndə3 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinin koordinatları ilə faktiki yerləşdiyi koordinatlar arasında uyğunsuzluq mövcuddur. Bununla bağlı iddiaçı onlara yeni texniki pasportun alınması üçün müraciət etmişdir. Belə ki, onlar sözügedən əraziyə getmiş, ölçmə işləri aparmışlar. İş materiallarında olan ekspert rəyinə əlavə edilmiş sxemdən də göründüyü kimi Prezidentin Sərəncamına əsasən, iddiaçının torpaq sahəsində dürüstləşdirmə işləri aparılığından, torpağın koordinatlarında dəyişikliklər edilmiş və yeni koordinatlar onlar tərəfindən tanınmışdır. Bundan əlavə cavabdehə məxsus **********41 reyestr nömrəli torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 6 şəxsə məxsus torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsinin yeni koordinatlarına daxil olmuşdur. Lakin hazırki məsələ ilə bağlı məhkəmə mübahisəsi olduğundan, onlar tərəfindən yeni koordinatlar ləğv edilmiş və torpaq sahəsinin əvvəlki koordinatları tanınmışdır.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-32\2-19409/2024 saylı mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar elektron GPS aləti vasitəsi ilə yerölçmə işləri aparılmış və sözügedən torpaq sahələri barədə məlumatlar idarənin elektron baza məlumatları əsasında araşdırılmışdır. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki; Torpaq sahəsinə yerli baxış zamanı iddiaçı və cavabdeh tərəfindən naturada tanıdılan torpaq sahəsi faktiki olaraq kimin istifadəsində olduğunu müəyyən etmək mümkün olmamışdır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, torpaq islahatı zamanı verilmiş pay torpaqlarının texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş və bu uyğunsuzluğa əsasən mübahisəli torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə tərtib edilmiş **********78 reyestr nömrəli çıxarışla X2 üzrə mülkiyyətində olmuş torpaq sahəsi ilə üstüstə düşmür, (sonradan notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı sənəd üzrə mülkiyyət hüquqlarına dair Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən yalnız sənəd üzrə **********78 nömrəli çıxarış verilmişdir.) lakin mübahisəli torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətlərinə verilmiş (**********41,**********98, **********53, **********32, **********33) torpaq sahələri ilə üst üstə düşməsi aşkar edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqların aradan qaldırılmışdır. Mülkiyyətçi İddiaçı tərəfindən müraciətinə əsasən plan ölçü sənədinə düzəliş olunmuş və torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Sözügedən torpaq sahəsi məhkəmə-mübahisə predmeti olması səbəbindən xx.xx.2024-cü il tarixdə cari dəyişiklik edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi əvvəlki vəziyyətinə qaytarılmışdır. Vətəndaşın xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli müraciətinə xx.xx.2024-cü il tarixli **********32 nömrəli məktubla məlumatlandırılmışdır. Dürüstləşmə işlərinə əsasən xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən **********78 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mübahisəli torpaq sahəsinin koordinatları daxilində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmamazlıqlar aradan qaldırılmışdır. Necas elektron məlumat bazasına əsasən (xx.xx.2024-cü il tarixli necas elektron məlumat bazası) dürüstləşmə işlərindən sonra torpaq sahələrinin sənəd üzrə yerləşmə vəziyyəti iş materiallarının içərisinə əlavə olunur. Qeyd: Digər mülkiyyətçilər tərəfindən müraciət olunmadığından torpaq sahələrinin plan və ölçü sənədlərinə düzəlişlər olunmamışdır.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/1033/2025 saylı rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21- 3-32/2-19409/2024 saylı mütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə tərtib edilmiş **********78 reyestr nömrəli çıxarışla X2 üzrə mülkiyyətində olmuş torpaq sahəsi ilə üst-üstə düşmür, (sonradan notariat qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı sənəd üzrə mülkiyyət hüquqlarına dair Daşınmaz Əmlakın Dövlət reyestri tərəfındən sənəd üzrə **********78 nömrəli çıxarış verilmişdir.) lakin mübahisəli torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətlərinə verilmiş (**********41,**********98, **********53, **********32, **********33) torpaq sahələri ilə üst üstə düşməsi aşkar edilmişdir. Eyni zamanda mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən müraciətə əsasən plan ölçü sənədinə düzəliş olunmuş və torpaq sahəsinə dair xx.xx.2024- cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Sözügedən torpaq sahəsi məhkəmə-mübahisə predmeti olması səbəbindən xx.xx.2024-cü il tarixdə cari dəyişiklik edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi əvvəlki vəziyyətinə qaytarılmışdır. xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən **********78 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mübahisəli torpaq sahəsinin koordinatları daxilində yerləşir. Ekspert tərəfindən qeyd olunur ki, müqayisəli tədqiqat nəticəsində xx.xx.2024-cü il tarixli, **********78 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən sahə ilə mübahisəli torpaq sahəsinin və orda yerləşən yaşayış evi tikilisinin üstüstə düşdüyü, eyni zamanda xx.xx.2018-ci il tarixli, **********41 reyestr nömrəli, AA№ 313656 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə mübahisəli torpaq sahəsinin və orda yerləşən yaşayış evi tikilisinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Beləliklə Cavabdeh adına tərtib olunmuş xx.xx.2018-ci il tarixli, **********41 reyestr nömrəli, AA№ 313656 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə İddiaçı adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli, **********78 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin üstüstə düşdüyü müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu 1 saylı notanat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 4Ə/589 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən JN885(kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə X13 və ailə üzvlərinin ümumibirgə mülkiyyətində olan Abşeron rayonu. Novxanı kəndində yerləşən 0.5763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.1062 ha hissəsi X16 adına özgəninkiləşdirilmişdir. xx.xx.2014-cü il tarixində X16 adına 0.1062 ha torpaq sahəsinə ********** qeydiyyat, **********41 reyestr nömrəli çıxarış verilmişdir. Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-1750 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.1062 ha torpaq sahəsi X8 adına özgəninkiləşdirilmişdir. xx.xx.2018-ci il tarixində X8 adına ********** qeydiyyat, **********41 reyestr nömrəli çıxarış verilmişdir. Daha sonra Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-2732 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.1062 ha torpaq sahəsi xx.xx.1975-cı il təvəllüdlü Cavabdeh adına özgəninkiləşdirilmişdir. xx.xx.2018-ci il tarixində 0.1062 ha torpaq sahəsinə Cavabdeh adına ********** qeydiyyat, **********41 reyestr nömrəli çıxarış verilmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-880 reyestr daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən JN-883 (kod ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə X21 və ailə üzvlərinin ümumibirgə mülkiyyətində olan 0.222804 ha torpaq sahəsindən 0.051304 ha hissəsi, eyni zamanda Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-879 reyestr daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən **********42 reyestr nömrəli çıxarışla X4 və ailə üzvlərinin ümumibirgə mülkiyyətində olan 0.1063 ha torpaq sahəsindən 0.0563 ha hissəsi X17 adına özgəninkiləşdirilmişdir. Belə ki, X25 əldə etdikləri 0.051304 ha və 0.0563 ha torpaq sahələrini birləşdirərək 0.107604 ha torpaq sahəsinə xx.xx.2018-ci il tarixində ********** qeydiyyat, **********78 reyestr nömrəli çıxarış almışdır. Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-1309 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.107604 ha torpaq sahəsi X19 adına özgəninkiləşdirilmişdir. xx.xx.2018-ci il tarixində 0.107604 ha torpaq sahəsinə X19 adına ********** qeydiyyat, **********78 reyestr nömrəli çıxarış verilmişdir. Daha sonra Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-4143 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.107604 ha torpaq sahəsi Nümayəndə1 adına özgəninkiləşdirilmişdir. xx.xx.2019-cu il tarixində 0.107604 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Nümayəndə1 adına ********** qeydiyyat, **********78 reyestr nömrəli çıxarış verilmişdir. 5 saylı Bakı ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-972 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən 0.107604 ha torpaq sahəsi X7 adına özgəninkiləşdirilmişdir. X7 adına 0.107604 ha torpaq sahəsinə xx.xx.2020-ci il tarixində ********** qeydiyyat, **********78 reyestr nömrəli çıxarış verilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-787 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən 0.107604 ha torpaq sahəsi xx.xx.1995-ci il təvəllüdlü İddiaçı adına özgəninkiləşdirilmişdir. xx.xx.2023-cü il tarixində 0.107604 ha torpaq sahəsinə İddiaçı adına ********** qeydiyyat, **********78 reyestr nömrəli çıxarış verilmişdir və hazırda mülkiyyətindədir.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, ünvan 2isində onun mülkiyyətində olan 0.1076 ha (**********78 reyestr nömrəli) torpaq sahəsinin planı və ölçüsü sənədində cari dəyişikliyin edilməsi ilə bağlı xx.xx.2024cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ərazidə ümumi DWG uyğunsuzluğu mövcuddur. Torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Novxanı kəndi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatlarının dürüstləşdirilməsi işləri aparılmışdır. ünvan 2isində sizin mülkiyyətinizdə olan 0.1076 ha torpaq sahəsinə xx.xx.2024-cü il tarixdə cari dəyişiklik edilərək torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Məlumat üçün bildirilmişdir ki, sözügedən torpaq sahəsi, məhkəmə-mübahisə predmeti olması səbəbindən xx.xx.2024cü il tarixdə cari dəyişiklik edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilmiş, mövcud sənəd üzrə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
15. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-197/2025 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X30 şəxsinin 4 Saylı Abşeron Ərazi İdarəsi) qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsi və tikilinin qanunsuz sahiblikdən alınması tələbinə dair iddia ərizəsi təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaitin İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli mübahisəli torpaq sahəsinin planı və ölçüsü sənədi məhkəmədə mübahisə predmeti olması səbəbindən cari dəyişiklik edilərək torpaq sahəsinin planı və ölçüsü sənədinin əvvəlki vəziyyətinə qaytarılması faktı olduğu halda ekspert rəyində qeyd edilən sənəddə göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə Cavabdeh adına tərtib olunmuş xx.xx.2018-ci il tarixli, **********41 reyestr nömrəli, AA№ 313656 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin üst-üstə düşdüyünü göstərmişdir.
17. Həmçinin **********78 reystr nömrəli çıxarışla X2 üzrə mükiyyətində olmuş torpaq sahəsi (xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində torpaq sahəsi) **********78 reystr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mükiyyətində olmuş torpaq sahəsi (xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində torpaq sahəsi) ilə üst-üstə düşmür.
18. İddiaçının anası tərəfindən 0.107604 ha olan torpaq sahəsi X10 torpaq sahəsi satıldıqdan sonra sonuncunun X9 və X22 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs Cavabdeh) qarşı iddiaçı üzrə araşdırma zamanı ekspert tərəfindən müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan koordinatları naturaya köçürülən zaman X7 və Cavabdeh mülkiyyətlərinə verilmiş torpaq sahələrinin bir-birinə bitişik qonşu sahələr olduğu müəyyyən olunur. Baxış zamanı cavabdehin faktiki istifadəsində olan və mübahisə predmeti olan torpaq sahəsinin mişar daşı ilə hasarlandığı və daxilində fərdi yaşayış evinin inşa edildiyi müəyyən olunmuşdur.
19. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 60, Mülki Məcəllənin 5.3, 16.1, 560.2-ci, Müllki Prosessual Məcəllənin 14.2, 107, 119, 217.3 və 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar İddiaçı müraciətinə əsasən plan ölçü sənədinə düzəliş olunmuş və torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Bundan sonra sözügedən torpaq sahəsi məhkəmədə mübahisə predmeti olması səbəbindən xx.xx.2024-cü il tarixdə cari dəyişiklik edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi əvvəlki vəziyyətinə qaytarılmışdır. Yəni, sözügedən plan və ölçü sənədi inzibati orqan tərəfindən ləğv edilmişdir. Lakin, nə inzibati orqan, nə də işə baxan məhkəmə nəzərə almamışdır ki, plan ölçünün əvvəlki vəziyyətə qaytarılması inzibati icraatdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16-cı maddəsinə uyğun olaraq məhkəmə mübahisəsi ilə bağlı düzəlişlərin aparılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən düzəliş özbaşına, özünə diskresiyon səlahiyyət tanımaqla aparılmışdır. Halbuki İddiaçı müraciətinə əsasən plan ölçü sənədinə düzəliş olunmuş və həmin torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsinə əsas ölkə başçısının fərmanı olmuşdur. İnzibati orqan tərəfindən heç bir inzibati icraatı aparılmadan iddiaçının iştirakı təmin olunmadan torpaq sahəsinin yeni plan ölçüsü ləğv edilmiş və əvvəlki vəziyyətə qaytarılmışdır, halbuki iddiaçının sözügedən Fərman əsasında əldə etdiyi yeni plan və ölçünün mötəbərliliyinə hər hansı şübhə yox idi. İş üzrə məhkəmənin qərəzli mövqeyini göstərən dəlillərdən biri kimi qeyd edir ki, qətnamənin 12-ci vərəqində məhkəmə göstərir ki, “başqa sözlə, xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədini əldə etməklə iddiaçı tərəf öz mənafeyi üçün hüquqdan sui-istifadə halına yol vermişdir” və qətnamədə Mülki Məcəllənin 560.2-ci maddəsinə istinad olunmuşdur. Mülki qanunvericilikdə xüsusən hüquqdan sui-istifadə hallarının dairəsi göstərilmişdir. Mülki qanunvericilikdə o, da müəyyən edilmişdir ki, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Lakin, Abşeron Rayon Məhkəməsi heç bir əsaslandırma aparmadan, iddiaçının öz hüququndan istifadə edərək yeni plan-ölçü əldə etməsi faktının hansı səbəbə görə hüquqdan sui-istifadə hesab olunmasını, qanunvericiliyin tələbinə görə bu faktın “başqalarına ziyan vurmaq məqsədi” daşımasının nədə ifadə olunmasını əsaslandırmamışdır. Amma iddiaçının üzərinə belə bir məsuliyyət yükləməyə çalışmışdır ki, sonuncu hüquqdan sui-istifadə edir. ünvan 2isində yerləşən, ümumi sahəsi 0.107604 ha olan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Mübahiə olunan torpaq sahəsi üzərində 3 mərtəbəli, ümumi sahəsi 450 kv.m olan yarımçıq tikili ilə birgə 2018-ci ildə Nümayəndə1 tərəfindən X14 alınmışdır. Buna dair Nümayəndə1 xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra ünvan 2isində yerləşən, ümumi sahəsi 0.107604 ha olan torpaq sahəsi və torpaq sahəsi üzərində olan 3 mərtəbəli, ümumi sahəsi 450 kv.m olan yarımçıq tikili ilə birgə Nümayəndə1 tərəfindən X10 AN-İ№0871855 nömrəli daşınmaz əmlakın alq-satqı müqaviləsi ilə satılmışdır. Cavabdehlər tərəfindən X15 təyziqlərə və təhdidlərə məruz qaldığından həmin torpaq sahəsi (üzərində olan 3 mərtəbəli, ümumi sahəsi 450 kv.m olan yarımçıq tikili ilə birgə) xx.xx.2023-cü il tarixində onun tərəfindən daşınmaz əmlakın AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi ilə iddiaçının mülkiyyətinə keçmişdir. Hətta cavabdeh X1 Nazim Fərman oğluna hədə-qorxu gələrək torpaq sahəsinin üzərində olan yarımçıq tikilini sökəcəyini bildirmişdir. Bu səbəblərdən də N.Süleymanov torpaq sahəsini və tikilini yenidən satmaq məcburiyyətində qalmışdır. Mübahisə olunan torpaq sahəsinin üzərində 3 mərtəbəli, ümumi sahəsi 450 kv.m olan yarımçıq tikili mövcuddur, həmin tikili də iddiaçı tərəfindən əldə edilmişdir və iddiaçının mülkiyyətindədir, yarımçıq tikilinin eni 15*10 şəklindədir. Lakin hazırda mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 2isində yerləşən, ümumi sahəsi 0.107604 ha olan torpaq sahəsi qanunsuz olaraq cavabdehlər tərəfindən zəbt edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli, **********45 nömrəli məktubda qeyd edilmişdir ki, ünvan 2isində yerləşən torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Məhz bu səbəbdən də həmin vaxt torpaqların koordinatları müəyyən edilə bilinməmişdir. Lakin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 2023-cü ilin oktyabr ayında iddiaçı dəvət olunmuş və torpaq sahəsinə baxış keçirmişlər. Daha sonra torpaq sahəsinin iddiaçının mülkiyyətində olan hissələri müəyyən edilərək iddiaçıya göstərilmişdir və verilən məlumata əsasən iddiaçıya məxsus olan ünvan 2isində yerləşən torpaq sahəsinin koordinatlarını artıq dəqiq müəyyən etmək mümkün olacağını bildirmişlər. Hazırda faktiki olaraq cavabdehlər dövlət reyestrindən təqdim edilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətində olduğu təsdiqlənən torpaq sahəsini zəbt etmişdir və həmin torpaq sahəsinin onlara məxsus olduğunu iddia etmişlər. Cavabdehin hərəkəti tamamilə qanunsuzdur və cavabdeh bilərəkdən, qəsdən iddiaçının mülkiyyətini zəbt etmişdir. Belə ki, 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2021-ci il tarixli məktubda məhz mülkiyyətində olan torpaq sahəsinin planı və nöqtələrin koordinatları müəyyən edilərək təqdim edildiyi qeyd edilmişdir. Həmçinin, məktubda qeyd edilmişdir ki, ərazidə DWG uyğunsuzluğu mövcuddur. Belə ki, 0.1062 ha torpaq sahəsinin 0.0631 ha hissəsi başqa şəxslər tərəfindən daşla hasara alındığı üçün mübahisə predmetidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, həmin torpaq sahəsinə nə iddiaçının daxil olmağına, nə də ki, hər hansı hərəkəti həyata keçirməyinə icazə verilməmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən və tikintisi tam başa çatmamış tikili iddiaçı tərəfindən alınarkən torpağın üzərində olmuş, iddiaçı həmin torpaq sahəsini tikili ilə birlikdə satın almış, tikilinin mövcudluğunu nəzərə alaraq torpaq sahəsinin dəyərini ödəmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X23 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.
24. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X30 şəxsinin 4 Saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X18 izahatında bildirmişdir ki, torpaq sahələrinin elektron kadastr sisteminin tənzimlənməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentin Fərmanı vardır. İddiaçının torpaq sahəsi ilə bağlı sürüşmə məsələsi var idi və bununla bağlı uçot idarəsinə müraciət etmişdi. Uçot idarəsi əvvəlcə torpaq sahəsini faktiki vəziyyətinə uyğun düzəltmiş, onlar da ona uyğun plan-ölçü sənədi işləyib vermişdir. Daha sonra məhkəmə mübahisəsi olduğu məlum olduqda uçot idarəsi uçotu əvvəlki vəziyyətə qaytarmış və plan-ölçü sənədi ləğv edilmişdir. Ən sonda iddiaçının nümayəndəsi tərəfindən ərazi idarəsinə müraciət edilib, uçot faktiki vəziyyətinə qaytarılmışdır. Hazırda plan-ölçü sənədi qüvvədədir və elektron portalda da var. Tərəflərindən uyğunsuzluqlar tam şəkildə aradan qaldırılmışdır. Cavabdeh tərəfindən müraciət daxil olduğu halda, onun faktiki torpaq sahəsinə uyğun plan-ölçü veriləcəkdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
27. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
28. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
29. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. (....)
30. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (...)
31. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)
32. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...) 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
33. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
34. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
37. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
38. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
40. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
41. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
43. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
45. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir.
47. Baxılan mübahisə torpaq sahəsinə sahibliyin müdafiəsi ilə bağlıdır, belə ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2isində yerləşən, ümumi sahəsi 0.107604 ha olan torpaq sahəsinin və onun üzərində olan tikilinin qanunsuz olaraq cavabdeh tərəfindən zəbt edilməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.
48. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.
49. Ekspertiza zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-32\2- 19409/2024 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, torpaq sahəsinə yerli baxış zamanı iddiaçı və cavabdeh tərəfindən naturada tanıdılan torpaq sahəsi faktiki olaraq kimin istifadəsində olduğunu müəyyən etmək mümkün olmamışdır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, torpaq islahatı zamanı verilmiş pay torpaqlarının texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş və bu uyğunsuzluğa əsasən mübahisəli torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə tərtib edilmiş **********78 reyestr nömrəli çıxarışla X2 üzrə mülkiyyətində olmuş torpaq sahəsi ilə üst-üstə düşmür, (sonradan notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı sənəd üzrə mülkiyyət hüquqlarına dair Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən yalnız sənəd üzrə **********78 nömrəli çıxarış verilmişdir.) lakin mübahisəli torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətlərinə verilmiş (**********41,**********98, **********753, **********32, **********33) torpaq sahələri ilə üst üstə düşməsi aşkar edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqların aradan qaldırılmışdır. Mülkiyyətçi İddiaçı tərəfindən müraciətinə əsasən plan ölçü sənədinə düzəliş olunmuş və torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Sözügedən torpaq sahəsi məhkəmə-mübahisə predmeti olması səbəbindən xx.xx.2024-cü il tarixdə cari dəyişiklik edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi əvvəlkı vəziyyətinə qaytarılmışdır. Vətəndaşın xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli müraciətinə xx.xx.2024-cü il tarixli **********32 nömrəli məktubla məlumatlandırılmışdır. Dürüstləşmə işlərinə əsasən xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən **********78 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mübahisəli torpaq sahəsinin koordinatları daxilində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmamazlıqlar aradan qaldırılmışdır. Necas elektron məlumat bazasına əsasən (xx.xx.2024-cü il tarixli necas elektron məlumat bazası) dürüstləşmə işlərindən sonra torpaq sahələrinin sənəd üzrə yerləşmə vəziyyəti iş materiallarının içərisinə əlavə olunur. Qeyd: Digər mülkiyyətçilər tərəfindən müraciət olunmadığından torpaq sahələrinin plan və ölçü sənədlərinə düzəlişlər olunmamışdır.
50. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X30 şəxsinin 4 Saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi Nümayəndə3 izahatına bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə verilmiş plan-ölçü sənədinə əsasən mübahisəli ev və torpaq sahəsi iddiaçının mülkiyyətində olan faktiki torpaq sahəsinə düşür. Belə ki, iddiaçı və cavabdehin iştirakı ilə torpaq sahəsinə müayinə baxışı keçirilmişdir. İddiaçı və cavabdeh naturada eyni hasarın içində olan eyni torpaq sahəsini ona göstərmişdirlər. Həmin topaq sahəsinin koordinatlarını götürüb elektron məlumat bazasında araşdırmışdır. Sözügedən torpaq sahəsində sürüşmə olduğu üçün sənədlərin uçot işləri getməli idi, çünki sənədlərlə faktiki vəziyyət arasında uyğunsuzluqlar mövcud olmuşdur. Aygün xanım 2024-cü ildə ərazi idarəsinə yenidən müraciət etmiş və texniki pasport almışdır. Sonradan onlara məlum olmuşdur ki, həmin torpaq sahəsində mübahisəli hal mövcuddur. Ona görə idarə tərəfindən torpaq sahəsinin plan-ölçü sənədinin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı iddiaçıya məktub göndərilmişdir. Məktubun nömrəsi də iş materiallarına əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur. İddiaçıya məxsus torpaq sahəsinin sənəd üzrə köhnə plan-ölçü sənədi ilə yeni plan-ölçü sənədi arasındakı müqayisəli ortofotolar, həmçinin İddiaçı və digər tərəfin sənədlərinin hamısını sxemdə göstərmişdir. Köhnə planölçü sənədi üzrə İddiaçı torpaq sahəsi faktiki mübahisələndirilən sahə ilə üst-üstə düşmür, Cavabdeh torpaq sahəsinin bir hissəsi isə evin olduğu hissəyə düşür. Uçot işləri aparılandan sonra isə iddiaçının torpaq sahəsinin bir hissəsi evin olduğu hissəyə düşmüşdür.
51. Kollegiya apellyasiya şikayətinin dəlillərinə əsasən tərəflər arasında göstərilən mübahisəli məsələlərə obyektiv aydınlıq gətirilməsi üçün iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə sorğu ünvanlamış və İdarə 3-21-3-32/2-22116/2025 nömrəli, 09 dekabr 2025-ci il tarixli məktubunda qeyd etmişdir ki, Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 2isində yerləşən 0.1076 ha torpaq sahəsinin yerləşdiyi ərazidə mövcud olmuş uyğunsuzluqlar və çatışmazlıqlar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrasına əsasən aradan qaldırılmış, mübahisə predmeti olan torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmış, İddiaçı adına faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədi verilmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazidə mövcud olmuş uyğunsuzluqlar və çatışmazlıqların aradan qaldırılması ilə bağlı dürüstləşmə işi ləğv edildiyindən İddiaçı adına faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədi də ləğv edilmiş və iddiaçıya bu barədə müvafiq bildiriş məktubu ünvanlanmışdır. Bundan sonra mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə mövcud olmuş uyğunsuzluqlar və çatışmazlıqlar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrasına əsasən əsaslı olaraq aradan qaldırılmış, mübahisə predmeti olan torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmış, İddiaçı adına faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədi bərpa edilmişdir. Hal-hazırda aparılmış dürüstləşmə işləri və İddiaçı adına verilmiş xx.xx.2024-cü il tarixli plan və ölçü sənədi qüvvədədir.
52. Göründüyü kimi, iddiaçının torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi qüvvədədir və ləğv edilməmişdir. Həmin sənəd torpaq sahəsinin planı və ölçüsünü təsvir etməklə bərabər sahəyə dair bütün məlumatları özündə əks etdirir.
53. Kollegiya qeyd edir ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadan dövlət qeydiyyatına alınmış torpaq sahəsinə mülkiyyət hüququ real deyil, xəyali olardı. Bu hal Torpaq Məcəlləsinin torpaq sahələri üzərində hüquqların yaranma vaxtını müəyyən edən 68-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
54. Məhkəmə kollegiyası həmin sənədi mötəbər sübut növü kimi qəbul edir və hesab edir ki, iddiaçı dövlət tərəfindən tanınan və müdafiə olunan torpaq sahəsini geri tələb etməkdə haqlıdır.
55. Belə ki, iş üzrə verilmiş mütəxəssis və ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, dürüstləşmə işlərinə əsasən xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən **********78 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mübahisəli torpaq sahəsinin koordinatları daxilində yerləşir.
56. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, iddiaçıya məxsus torpaq sahəsi müayinə edilərkən müəyyən edilmişdir ki, torpaq sahəsi daş hasarın daxilində yerləşir və torpaq sahəsində icazəsiz tikili kimi 1 ədəd fərdi yaşayış evi mövcuddur.
57. İş materiallarında olan iddiaçıdan əvvəllki mülkiyyətçilərin – X11 və X7 adları qeyd olunan, müvafiq olaraq xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktlarının surətindən görünür ki, onlara məxsus torpaq sahəsi müayinə edilərkən müəyyən edilmişdir ki, torpaq sahəsi daş hasarın daxilində yerləşir və torpaq sahəsində icazəsiz tikili kimi 3 mərtəbəli ev (10x12) mövcuddur.
58. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
59. Sadalananlardan göründüyü kimi iddiaçının mübahisəli vahid daşınmaz əşyanı tələb etməsi üçün hüquqi əsas vardır və Cavabdeh bu hüququn həyata keçirilməsinə etdiyi müdaxilə əsasızdır.
60. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
62. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
63. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-197/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2isində yerləşən sahəsi 0.107604 ha olan torpaq sahəsi və onun üzərində yerləşən mübahisəli üç mərtəbəli tikilidən çıxarılmalı, torpaq sahəsi və həmin tikili Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməlidir.
64. Məhkəmə kollegiyası MPM-in 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 50 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-197/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2isində yerləşən sahəsi 0.107604 ha olan torpaq sahəsi və onun üzərində yerləşən mübahisəli üç mərtəbəli tikilidən çıxarılsın. Torpaq sahəsi və həmin tikili Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.