Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1385/2023 16.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılması, həmin sahənin mülkiyyətçinin qnuni istifadəsinə qaytarılması, qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbi barədə iddia, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatın ləğv olunması tələbi barədə qarşılıqlı iddiası üzrə Şabran Rayon Məhkəməsinin hakimi X2 özü-özünə etdiyi etiraza Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh onun mülkiyyətində olan Şabran şəhəri, H.Əliyev prospekti, 104 ünvanında yerləşən 0.7821 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə X4 arasında Bakı şəhəri 21 saylı notariat ofisində imzalanmış xx.xx.2022-ci il tarixi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın **********39 reyestr nömrəli çıxarışında göstərilən, ehtiyyat fondu torpaqları kateqoriyasından olan 0.7821 ha torpaq sahəsiüzərində dövlət qeydiyatının ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədovun adına şikayət ərizəsi yazmışdır. Həmin ərizə 12 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin böyük məsləhətçisi Azər Mehralıyev tərəfindən Şabran rayon məhkəməsinə baxılması üçün göndərilmişdir. Şikayət Şabran rayon məhkəməsinin hakimi X5 barəsində yazılmışdır. İddiaçı şikayətində məhkəmə işə baxmağa başlamadan qanunsuzluğa yol verdiyini, iş üzrə tərəflərdən T.Absəlifovun vəkili Vəkil1 oğlu X1 rayon məhkəməsində hakimin köməkçisi olduğundan bütün məlumatlar onun vasitəsilə qanunsuz olaraq dərhal atasına və cavabdehə ötürüldüyünü, belə bir qanunsuzluğun baş verdiyi şəraitdə çıxarılacaq məhkəmə qərarının ədalətli və obyektiv olmasının mümkün olmadığını bildirmişdir. Şikayətçi Şabran rayon məhkəməsində baş verən bu qanunsuzluqların qarşısının alınmasını və hüquqlarının müdafiəsi ilə əlaqədar ona köməklik olunmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin hakimi X5 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq özü-özünə etiraz etmişdir. Şabran Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli 2(031)-213/2023 nömrəli qərardadı ilə hazırkı iş üzrə Şabran rayon məhkəməsinin hakimi X2 özü-özünə etdiyi etiraza baxılması üçün iş Sumqayıt Apellyasiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21.1-21.4-cü maddələrinə görə bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Etiraz etmə və ya öz-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 19.1.7-ci maddəsinə əsasən hakimin işə baxılmasına onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa yol verilmir. «Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 3.2-ci bəndində göstərilir ki, əsaslar olduqda hakimin öz-özünə etiraz etməsi onun vəzifəsidir. Hüquqi əsaslar olduqda ona etiraz edilib-edilməməsindən asılı olmayaraq hakim öz-özünə etiraz etməyə borcludur. Həmin qərarın 11.1-ci maddəsinə əsasən etirazın rədd edilməsi və yaxud təmin edilməsi barədə qəbul edilən qərardad (qərar) əsaslandırılmalı, orada etirazın təmin edilməsi və yaxud rədd edilməsinin səbəbləri şərh edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 7-ci bəndində deyilir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr qərəzsizliyin təmin olunmasına nail olmalıdırlar. Qərəzsizliyinə şübhə olan hər bir hakim işə baxan məhkəmə tərkibindən çıxarılmalıdır. Ona görə də işə baxan hakimin (və ya hakimlərin) ədalətli, oyektiv və qərəzsiz olacağını şübhə altına alan istənilən fakt və sübut mövcud olduqda həmin hakimin işə baxmasına yol verilməməlidir. Belə olduqda ilk növbədə məhkəmənin nüfuzu və hörməti qorunmuş olacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ilkin iddia üzrə iddiaçı hakim Çingiz İsgəndərovun işin nəticəsində obyektivliyinə və qərəzsizliyinə şübhə ilə yanaşır. Ona görə də Şabran Rayon Məhkəməsinin hakimi X2 özü-özünə etdiyi etiraz təmin edilməli, iş baxılması üçün Siyəzən Rayon Məhkəməsinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 22.5, 23.2, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Hazırkı iş üzrə Şabran Rayon Məhkəməsinin hakimi X2 özü-özünə etdiyi etiraz təmin edilsin, iş baxılması üçün Siyəzən Rayon Məhkəməsinə verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1385/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1385/2023
16.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver