Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1387/2024 14.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, müstəqil tələb sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada ayrılması, cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən Xaçmaz Rayon Məhkəməsinin hakiminə edilmiş etiraza açıq məhkəmə iclasında baxılır. M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayonu Fərzəli-oba kəndində yerləşən JN 228 saylı 30212068 kodlu mülkiyyət hüququna dair dövlət aktı üzrə müəyyən edilmiş 1.44 ha torpaq sahəsinin, Xaçmaz rayon 1 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli Daşınmaz Əmlakın alqı-satqısına dair AN-1 ******* saylı, 4Ə/6-1237 reyestr nömrəli müqaviləyə əsasən İddiaçı satılmış 1.0 ha hissəsinin naturada ayrılması, cavabdehin İddiaçı satılmış 1.0 ha torpaq sahəsindən çıxarılması, həmin sahənin iddiaçıya təhvil verilməsi və cavabdeh tərəfindən iddiaçıya qarşı edilən maneələrin ona qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə işə baxılarkən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə işə baxan hakim Sərxan Səmədzadəyə etiraz edərək, etirazının təmin edilməsini və işə başqa hakim tərəfindən baxılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(067)-1626/2024 nömrəli qərardadı ilə (hakim Sərxan Səmədzadə) mülki iş üzrə hakimə edilən etiraz baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(067)-1626/2024 nömrəli qərardadında qeyd edilmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin hakimi Sərxan Səmədzadəyə edilmiş etiraza MPM-in 22.2-ci maddəsinə əsasən məhkəmənin sədri X3 baxmalı olduğu halda, sonuncunun məzuniyyətdə olması səbəbindən etiraza baxması mümkün olmamış, məhkəmə sədri məzuniyyətdə olduğu müddətdə məhkəmənin sədri vəzifəsinin icrası həmin məhkəmənin hakimi X2 həvalə edildiyindən etiraza MPM-nin 22.5ci maddəsinə əsasən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X4 bildirdi ki, işə hakim Sərxan Səmədzanənin baxmasına etiraz etmədiyini bildirdi. İddiaçı vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını, etiraz ərizəsini təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və etirazın dəlillərini araşdırıb hesab edir ki, hakimə edilmiş etiraza birinci instansiya məhkəməsinin sədri tərəfindən baxılması üçün mülki iş geri qatarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən işə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən verilmiş etiraz məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş, həmin iş üzrə məhkəmə iclası isə xx.xx.2024-cü il tarixə, saat 09:50-ə təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş 27 iyun 2024-cü il tarixli, 2-4/3-1-18/3/2024 saylı əmrin çıxarışından isə görünür ki, məhkəmənin sədri X.İ.Quliyev 12 iyul 2024-cü il tarixdən etibarən əmək məzuniyyətinə çıxmışdır. Göründüyü kimi işə baxan hakimə edilmiş etiraz həmin gün, yəni xx.xx.2024-cü il tarixdə məhkəmənin sədrinə təqdim edilməli olduğu halda, baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, həmin gün məhkəmənin sədri əmək məzuniyyətində olmamış və məhkəmə sədri vəzifəsinin icrası etiraz edilmiş hakimə həvalə edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş etiraza qanunvericiliyə əsasən məhkəmə sədri tərəfindən baxılmalı olduğundan həmin etiraza məhkəmə sədri tərəfindən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 19, 21-22 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən Xaçmaz Rayon Məhkəməsinin hakiminə edilmiş etiraza həmin məhkəmənin sədri tərəfindən baxılması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1387/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1387/2024
14.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver