Məhkəmə qərarları › İş №2(105)-1431/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1431/2022

07.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1431/2022 07.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi, iddiaçılar Cavabdeh və X3 cavabdeh İddiaçı qarşı «qanunsuz hərəkətlərə son qoyulması, maneələrin aradan qaldıdırılması, maddi və mənəvi zərər» tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(012)-104/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu Novxanı kəndi ərazisində 015 ha torpaq sahəsinin 0,005 ha hissəsində, Cavabdeh qanunsuz inşa etdirdiyi tikililərin, cavabdehin hesabına sökülməsi və torpaq sahəmin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Cavabdeh və X4 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh məxsus torpaq sahəsinin hasarının cavabdeh İddiaçı tərəfindən dağıdılmasına yönəlmiş qanunsuz hərəkətlərə son qoyulmasına və hasarın bərpa edilməsilə bağlı maneənin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini, cavabdeh İddiaçı onların xeyrinə maddi zərər kimi 5000 manat, mənəvi zərərə görə 20000 manat tutulması haqqında qətnamə çıxarılmasını və cavabdeh İddiaçı barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, onun ünvan 1 (33 kvadrat metr) hissəsində tikilən cavabdehə məxsus yaşayış evinin, 0,0049 ha (49 kvadrat metr) hissəsində inşa edilmiş navesin yəni çardağın, cəmi 0,0082 ha (82 kvadrat metr) hissəsində Cavabdeh qanunsuz inşa etdirdiyi tikililərin, cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(012)-104/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması» barədə tələbi təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,015 ha torpaq sahəsinin 0,0033 ha (33 kvadratmetr) hissəsində tikilən cavabdehə məxsus yaşayış evinin, 0,0049 ha (49 kvadrat metr) hissəsində inşa edilmiş navesin yəni çardağın, cəmi 0,0082 ha (82 kvadrat metr) hissədə Cavabdeh qanunsuz inşa etdirdiyi tikililərin cavabdehin hesabına sökülməsi, 0,015 ha torpaq sahəsinin boşaldılması, iddiaçılar Cavabdeh və X3 cavabdeh İddiaçı qarşı Cavabdeh məxsus torpaq sahəsinin hasarının cavabdeh İddiaçı tərəfindən dağıdılmasına yönəlmiş qanunsuz hərəkətlərə son qoyulmasına və hasarın bərpa edilməsi ilə bağlı maneənin aradan qaldırılması, cavabdeh İddiaçılar Cavabdeh və X3 xeyrinə maddi zərər kimi 5000 manat, mənəvi zərərə görə 20000 manat tutulması, xüsusi qərardadın qəbul edilməsi barədə iddia tələbinin rədd edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 27 sentyabr 2021-ci il tarixli, 10/4778 saylı xətşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci niniddiaçılar Cavabdeh və X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesabAZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. qət edilmişdir hakim Elman Məmmədov). Qətnamədən Cavabdeh vəkili Vəkil1 elektron kabinet vasitəsi ilə apellyasiya şikayətini məhkəməyə ünvanlamışdır. Məhkəmə kollegiyası mülki iş materiallarını və apellyasiya şikayətini yoxlayıb hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Qətnamədən verilmiş apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti Cavabdeh vəkili Vəkil1 tərəfindən elektron kabinet vasitəsi məhkəməyə ünvanlanmışdır. Lakin şikayətin Cavabdeh adından vəkili Vəkil1 tərəfindən imzalama səlahiyyətinin olmasına dair hər hansı sənəd, etibarnamə əlavə edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında Cavabdeh adından vəkili Vəkil1 verilmiş etibarnamənin qüvvəsi 01.12.2021-ci il tarixədək olmuş, apellyasiya şikayəti isə 08.05.2022-ci il tarixdə tərtib edilərək məhkəməyə göndərilmişdir. Göründüyü kimi Vəkil1 Cavabdeh adından apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini məhkəmyə ünvanlamış vəkilin şikayətin verən şəxsin adından imzalamaq səlahiyyətinin olmaması əsası ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinin mənasına görə apellyasiyanın mümkünlüyünün yoxlanılması dedikdə, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması, yəni apellyasiya şikayətinin aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə düzgün verilib-verilməməsi, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilib edilməməsi, apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa,o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilmiş apellyasiya şikayətinin vəkil tərəfindən imzalamağa hüququ müəyyən edilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi vəkil tərəfindən verilmiş apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən AR Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq, qətnamənin apellyasiya şikayətini imzalayan şəxsin onu imzalamağa səlahiyyətinin olub-olmamasını araşdırmamış və apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və AR Mülki Prosessual Məcəlləsinin 263,264, 268, 366, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Abşeron Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(012)-104/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar