Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-145/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Zaur İkram oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçılar Pənahova Aygül Hacı qızının, İddiaçı2, iddiaçı Pənahova Aygül Hacı qızının vəkili X1, hüquq və vəzifələrinə toxunan şəxs Əliyev Namiq Əbilhəsən oğlunun vəkili X2 iştirakı ilə, İddiaçılar X9, Pənahova Aygül Hacı qızının və İddiaçı2 cavabdehlər X22, Cavabdeh2 və X16 qarşı bağ sahəsindən istifadəsi ilə bağlı maneənin aradan qaldırılması və qanunsuz tikilmiş tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 26 fevral 2018-ci il tarixli, 2(060)-236/2018 saylı qətnaməsindən cavabdehlər X28, Cavabdeh2 və X24, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Əliyev Namiq Əbilhəsən oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Abıyev) iddiaçılar X9, Pənahova Aygül Hacı qızının və İddiaçı2 cavabdehlər X22, Cavabdeh2 və Cəfərov Füzuli Hacı oğluna qarşı bağ sahəsindən istifadə ilə bağlı maneənin aradan qaldırılması və qanunsuz tikilmiş tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Xəzər bağlar sahəsində yerləşən, sahəsi 0,06 ha olan 18 saylı bağ torpaq sahəsinin daxilində cavabdehlər X27, Cavabdeh2 və Füzuli Hacı oğlu Cəfərov tərəfindən mişar daşından inşa edilmiş hasarların sökülməsi, cavabdehlər X23, Cavabdeh2 və Füzuli Hacı oğlu Cəfərova iddiaçılar X7, X12 və İddiaçı2 Sumqayıt şəhəri, Xəzər bağlar sahəsində yerləşən, sahəsi 0,06 ha olan 18 saylı bağ torpaq sahəsindən istifadə etmələrinə hər hansı bir maneələrin törədilməsinin qadağan edilməsi qət edilmişdir. Cavabdehlər X28, Cavabdeh2, Cəfərov Füzuli Hacı oğlu və qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Əliyev Namiq Əbilhəsən oğlu qətnamədən apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən, məruzəçi), Ş.Abasov və A.Abbasov, 2(105)- 173/2019 saylı mülki iş) hazırki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 26 fevral 2018-ci il tarixli, 2(060)-236/2018 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar X9, Pənahova Aygül Hacı qızının və İddiaçı2 cavabdehlər X22, Cavabdeh2 və Cəfərov Füzuli Hacı oğluna qarşı bağ sahəsindən istifadə ilə bağlı maneənin aradan qaldırılması və qanunsuz tikilmiş tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçılar X4, Pənahova Aygül Hacı qızından və İddiaçı2 müştərək qaydada tutularaq X8, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli qərarı ilə (Q.Ə. Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.R.Xələfov və Ə.Ə.Şadıyev) iddiaçı Pənahova Aygül Hacı qızının kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçılar X17, Pənahova Aygül Hacı qızı və İddiaçı2 iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Xəzər bağlar sahəsində yerləşən, sahəsi 0,06 ha olan 18 saylı bağdan istifadə ilə bağlı X28, Cavabdeh2 və Cəfərov Füzuli Hacı oğlu tərəfindən onlara qarşı yaradılmış maneələrin aradan qaldırılması, onların bağ sahəsindan istifadə hüquqlarının bərpası və həmin bağ sahəsində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli Sumqayıt şəhəri, Xəzər bağlar sahəsində yerləşən, sahəsi 0,06 ha olan 18 saylı bağ sahəsi Sumqayıt səhər 8 saylı Təmir Tikinti idarəsi tərəfindən 1989-cu ildə onların mərhum ataları Cəfərov Hacı Mikayıl ogluna ayrılmış və həmin kitabçada atalarının ailə üzvləri kimi onların da adları göstərilmişdir. Ataları 28 noyabr 2016-cı il tarixdə ölmüşdür. Onlar həmin bağ sahəsindən istifadə hüququ olan şəxslər kimi bu bağla əlaqələrini kəsməmiş, bu bağ sahəsindən təyinatına uyğun istifadə etmişlər. Lakin atalarının ölümündən sonra cavabdehlər olan qardaşları bağda özbaşına bölgü, qanunsuz hasarlama işləri aparmaqla, onların bu bağ sahəsindən istifadə etmələrinə imkan verməmişlər. Hətta cavabdehlər bu bağ sahəsini onlarda olan məlumata görə kənar bir şəxsə qeyri-rəsmi olaraq satmış, bir sözlə, qanunsuz hərəkətləri ilə onların bağ sahəsindən istifadə hüquqlarını məhdudlaşdırmışlar. 1989-cu ildən onların daimi istifadələrində olmuş və qanuni əsaslarla onlara verilmiş, potensial mülkiyyətləri hesab edilən bağ sahəsindən onlar bu gün məhrum edilmişlər. Cavabdehlərin bu qanunsuz əməlləri ilə bağlı Sumqayıt şəhər Polis idarəsinə şikayət etmiş, lakin onlara izah edilmişdir ki, bununla bağlı məhkəməyə müraciət etməlidirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər X28, Cavabdeh2, Cəfərov Füzuli Hacı oğlu Sumqayıt şəhər məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Xəzər bağlar ərazisində yerləşən, ümumi sahəsi 0,06 ha olan 18 saylı bağ torpaq sahəsi 1989-cu ildən ataları Cəfərov Hacı Mikayıl oğlunun istifadəsində olmuşdur. Bağ torpaq sahəsindən 2016cı ilə qədər, yəni ataları vəfat etdiyi günə qədər ataları və onlar istifadə etmişlər. İddiaçılar ailə həyatı qurduqdan sonra ata evini tərk etmiş və ər evinə köçmüşdülər. Həmin vaxtdan bağ torpaq sahəsindən iddiaçılar istifadə etməmişlər. İddiaçılar subyektiv hüquqlarının pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Bu baxımdan iddiaçıların iddia qaldırmağa subyektiv hüquqları olmamışdır. Məhkəmə ilkin olaraq torpağın statusunu müəyyən etməli idi. Lakin məhkəmə bunu etməmişdir. Belə ki, iş materiallarına 1989-cu ildə “Xəzər” bağçılıq cəmiyyəti tərəfindən verilmiş 18 nömrəli üzvlük kitabçası əlavə edilmişdir. Bağçılıq kitabçasından görünür ki, torpaq sahəsi “Xəzər” bağçılıq cəmiyyətinə məxsusdur və X18 bağçılıq cəmiyyətinə üzv seçilmiş və torpaq sahəsi istifadəsinə verilmişdir. İddiaçılar bağçılıq cəmiyyətinin üzvü deyildirlər. Bağçılıq cəmiyyətinin üzvü olmayan şəxsin bağçılıq cəmiyyətinə məxsus olan torpaqla bağlı iddia qaldırması qanunvericiliyin tələblərinə uyğun deyildir. Qətnamədə göstərilən Sumqayıt “ASAN xidmət” mərkəzində xüsusi notariat kontorunun notariusu tərəfindən X7 müraciəti əsasında ona ünvanlanmış 31.05.2016-cı il tarixli, 3784 saylı məktubdan məlum olur ki, 28.11.2016-cı ildə vəfat etmiş mərhum atası X13 adına vərəsəlik işi açılmış və X15 vərəsə qismində tanınmışdır. Həmin tarixləri tutuşdurduqda məlum olur ki, X15 atasının vəfatından 5 ay qabaq atasının ölümünü bilmiş və 31.05.2016-cı il tarixdə notariusa müraciət etmişdir. Atası isə onun müraciətindən 5 ay sonra vəfat etmiş və Aynagül Bədəlova vərəsə qismində tanınmışdır. Vərəsə qismində tanınmaq gələcəkdə miras qoyanın əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq deməkdir. Lakin iş materiallarında belə bir şəhadətnamə yoxdur. Belə nəticəyə gəlmək olar ki, yuxarıda göstərilən torpaq sahəsi miras kütləsinə daxil deyildir. Bu halda hüquq yalnız vərəsəlik qaydasında keçə bilər. Məhkəmə “Xəzər” bağçılıq cəmiyyətinin torpağı ilə bağlı mübahisəyə baxarkən cəmiyyəti məhkəməyə cəlb etməmiş, cəmiyyətin rəhbərliyinin mübahisəli torpaq sahəsi ilə bağlı fikrini öyrənməmişdir. Məhkəmə ekspert qarşısında sualı düzgün qoymamışdır. Belə ki, “Xəzər” bağçılıq cəmiyyətinin ərazisində yerləşən ümumi sahəsi 0,06 ha olan 18 saylı bağ torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasar yoxdur. Daş hasar 18 saylı torpaq sahəsinin qonşuluğunda yerləşən 19 saylı bağ torpaq sahəsinə aiddir. Başqa bir şəxsin istifadəsində olan daş hasarın sökülməsi hazırki iddia tələbi ilə tənzim oluna bilməz. 19 saylı bağ torpaq sahəsinin istifadəçisi Əliyev Namiq Əbilhəsən oğludur. Həmin şəxs məhkəməyə cəlb olunmamış, lakin məhkəmə qətnaməsi ilə hüquqları pozulmuşdur. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Əliyev Namiq Əbilhəsən oğlu Sumqayıt şəhər məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri Xəzər bağlar ərazisində yerləşən, ümumi sahəsi 0,06 ha olan 19 saylı bağ torpaq sahəsi onun istifadəsindədir. İstifadəsində olan bağın qonşuluğunda 18 saylı bağ torpaq sahəsi yerləşir. İddiaçılar hesab edirlər ki, istifadələrində olan bağ sahəsi də onlara məxsusdur. Bu baxımdan hasarın sökülməsi tələbini irəli sürmüşlər. İstifadəsində olan bağ torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. Bununla bağlı bağçılıq cəmiyyəti kitabçası vardır. Məhkəmə cəmiyyəti cavabdeh qismində işə cəlb etməmişdir. Bunun üçün hüquqi əsas da yoxdur. Cəfərovların istifadəsində olan bağ torpaq sahəsinin nömrəsi 18-dir və torpaq sahəsi də yerindədir. İş üzrə iddiaçılar subyektiv hüquqlarının pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Bu baxımdan iddiaçıların iddia qaldırmağa subyektiv hüquqları olmamışdır. Məhkəmə ilkin olaraq torpağın statusunu müəyyən etməli idi. Lakin məhkəmə bunu etməmişdir. Belə ki, iş materiallarına onun “Xəzər” bağçılıq cəmiyyəti tərəfindən verilmiş 18 nömrəli üzvlük kitabçası əlavə edilmişdir. Bağçılıq kitabçasından görünür ki, torpaq sahəsi “Xəzər” bağçılıq cəmiyyətinə məxsusdur, X18 bağçılıq cəmiyyətinə üzv seçilmiş və torpaq sahəsi onun istifadəsinə verilmişdir. Hazırki iddiaçılar bağçılıq cəmiyyətinin üzvü deyildirlər. Bağçılıq cəmiyyətinə üzvü olmayan şəxsin bağçılıq cəmiyyətinə məxsus olan torpaqla bağlı iddia qaldırması qanunvericiliyin tələblərinə uyğun deyildir. Qətnamədə göstərilən Sumqayıt “ASAN xidmət” mərkəzində xüsusi notariat kontorunun notariusu tərəfindən X7 2 müraciəti əsasında ona ünvanlanmış 31.05.2016-cı il tarixli, 3784 saylı məktubdan məlum olur ki, 28.11.2016-cı ildə vəfat etmiş mərhum atası X13 adına vərəsəlik işi açılmış və Aynagül Bədəlova vərəsə qismində tanınmışdır. Həmin tarixləri tutuşdurduqda məlum olur ki, X15 atasının vəfatından 5 ay qabaq atasının ölümünü bilmiş və 31.05.2016-cı il tarixdə notariusa müraciət etmişdir. Atası isə onun müraciətindən 5 ay sonra vəfat etmişdir və X15 vərəsə qismində tanınmışdır. Vərəsə qismində tanınmaq gələcəkdə miras qoyanın əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq deməkdir. Lakin iş materiallarında belə bir şəhadətnamə yoxdur. Belə nəticəyə gəlmək olar ki, yuxarıda göstərilən torpaq sahəsi miras kütləsinə daxil deyildir. Bu halda hüquq yalnız vərəsəlik qaydasında keçə bilər. Məhkəmə “Xəzər” bağçılıq cəmiyyətinin torpağı ilə bağlı mübahisəyə baxarkən cəmiyyəti məhkəməyə cəlb etməmiş, cəmiyyətin rəhbərliyinin mübahisəli torpaq sahəsi ilə bağlı fikrini öyrənməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən hüquq və vəzifələrinə toxunan şəxs Əliyev Namiq Əbilhəsən oğlunun vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı Pənahova Aygül Hacı qızı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı Pənahova Aygül Hacı qızının vəkili X6 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər X22, Cavabdeh2 və X16 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini sökülməsi tələb olunan tikililərin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilməməsi, qeyd olunan tikililərin iddiaçıların qanuni mənafelərinə toxunması, tikililərin cavabdehlər tərəfindən inşa olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdehlər və hüquq və vəzifələrinə toxunan şəxs Əliyev Namiq Əbilhəsən oğlu apellyasiya şikayətləri vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etmişdir. Bu nəticədən narazı qalan iddiaçı Pənahova Aygül Hacı qızı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən iş üzrə sübutlara obyektiv qiymət vermək üçün Cəfərov Hacı Mikayıl oğluna torpaq sahəsi ayrılmasına dair “Xəzər” bağçılıq cəmiyyətinin arxiv sənədləri ilə mübahisəli bağ sahəsinin H.Cəfərova ayrılarkən ora ailə üzvlərinin, o cümlədən iddiaçıların adlarının daxil edilib-edilməməsi, mübahisəli bağ sahəsindən H.Cəfərovun ölümündən sonra kimin istifadə etməsi, atalarının vərəsəsi kimi iddiaçıların mübahisəli bağ sahəsinə nə kimi hüquqları olub-olmaması aydınlaşdırılmalı, bunun da nəticəsində iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları olub-olmamasına obyektiv qiymət verilməklə qanuni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. İşdən görünür ki, mübahisəli bağ sahəsi Cəfərov Hacı Mikayıl oğlu və onun ailə üzvlərinə ayrılmış, iddiaçılar H.Cəfərovun qızları olmaqla mübahisəli bağla əlaqələrini kəsməmiş, həmin bağ sahəsindən təyinatına uyğun istifadə etmiş, lakin atalarının vəfatından sonra qardaşları tərəfindən həmin bağ sahəsindən istifadə etməyə maneəçilik törədildiyi və qanunsuz tikinti işləri aparıldığı üçün iddiaçılar hazırki iddianı qaldırmışlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. (Hiro Balani İspaniyaya qarşı iş üzrə9 dekabr 1994-cü il tarixli Qərar; Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərar). Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (MPM-nin 14.1. maddəsi). Bu baxımdan məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən mülki iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etmiş və qərardad icra edilməsi üçün "xxxx" MMC-nin mütəxəssislərinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli 10/57 №li rəyi və "xxxx" MMC-nin 30.03.2021-ci il tarixli mütəxəssis rəyində Sumqayıt şəhəri, Xəzər bağlar sahəsinin sxemi iş materiallarına əlavə edilmədiyindən orada yerləşən, sahəsi 0,06 ha olan 18 saylı bağ sahəsinin yerində koordinatlarının müəyyən edilməsi, bağ sahəsinin yerinin, hal-hazırda kimin istifadəsində olduğunun, həmin torpaq sahəsində hər hansı bir tikilinin mövcudluğu və kimə məxsus olmasının müəyyən edilməsi mümkün olmamışdır. İşin hərtərəfli və tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə “Xəzər” Bağçılıq Yoldaşlığı Cəmiyyəti ərazi üzrə 1 saylı Məhəllə Komitəsinə sorğu göndərilmiş və cəmiyyətin 17.08.2020-ci il tarixli cavabından görünür ki, Cəfərov Hacı Mikayıl oğluna bağ sahəsi ayrılarkən bağçının üzvlük kitabçasının 16-17-ci səhifəsində X14 (həyat yoldaşı), İddiaçı2, X25, X17, Pənahova Aygül Hacı qızı, X29, X28, Cavabdeh2 ailə üzvləri kimi qeydə alınmışdır. Bununla yanaşı X26, X31, X3 tərtib etdiyi və “Xəzər” Bağçılıq Yoldaşlığı Cəmiyyəti ərazi üzrə 1 saylı Məhəllə Komitəsinin isə təsdiq etdiyi 10.08.2020-ci il tarixli aktdan görünür ki, həqiqətən bağ qonşuları olan mərhum Cəfərov Hacı Mikayıl oğluna həmişə qızı İddiaçı2 qulluq etmiş, bağ sahəsinin becərilməsini və yığılan məhsulun satılmasını, iribuynuzlu mal-qaranın sağılmasını, süd qatığın satılmasını qızı İddiaçı2 həyata keçirmişdir. Qonşular bu mənzərinin şahidi olmuşlar. “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 15№li 02 iyul 2021-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhər “Xəzər” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvü 18 saylı bağın sahibi olmuş mərhum Cəfərov Hacı Mikayıl oğlunun ölümündən sonra üzvlük baş kitabçasında adları olan 1963-cü il təvəllüdlü Pənahova Aygül Hacı qızı, 1965-ci il təvəllüdlü X25, 1967-ci il təvəllüdlü İddiaçı2, 1971-ci il təvəllüdlü X28, 1976-cı il təvəllüdlü Cavabdeh2 və 1975-ci il təvəllüdlü X29. Mərhum Cəfərov Hacı Mikayıl oğlunun sağlığında qızları Pənahova Aygül Hacı qızı, X17, İddiaçı2 və adları yuxarıda qeyd edilmiş övladları bağın becərilməsində, təsərrüfatın idarə olunmasında ona yaxından köməklik etmişlər. Mərhum vəfat etdikdən sonra da yuxarıda adları qeyd olunan qızları bağa nəzarət etmiş və hal-hazırda da nəzarət edirlər. Sumqayıt Bələdiyyəsinin 2534 №li 28 avqust 2020-ci il tarixli məktubuna əsasən “Xəzər” Bağçılıq Cəmiyyəti Sumqayıt Bələdiyyəsi tərəfindən yaradılmamış və həmin qurumun bələdiyyəyə heç bir aidiyyəti yoxdur. Bu səbəbdən, mübahisələndirilən torpaq sahəsi ilə bağlı sənədlərin surətləri Sumqayıt Bələdiyyəsində yoxdur. Göründüyü kimi “Xəzər” Bağçılıq Cəmiyyəti tərəfindən mübahisəli 18 saylı bağ sahəsi mərhum ataları Hacı Cəfərova ayrılarkən qızları İddiaçı2, Aynagül Bədəlova və Aygül Pənahova onun ailə üzvü kimi nəzərə alındığından və onun ölümündən sonra da həmin bağ sahəsini faktiki olaraq idarə etməklə istifadə etdiklərindən, iddiaçılar hazır ki iddianı qaldırmaqda haqlı olmuşlar. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi yaradılmış maneələrin aradan qaldırılması hissəsində təmin edilməlidir. İddia tələbinin qanunsuz inşa edilmiş tikililərin sökülməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt şəhəri, Xəzər bağlar sahəsinin sxemi iş materiallarına əlavə edilmədiyindən orada yerləşən, sahəsi 0,06 ha olan 18 saylı bağ sahəsinin yerində koordinatlarının müəyyən edilməsi, bağ sahəsinin yerinin, hal-hazırda kimin istifadəsində olduğunun, həmin torpaq sahəsində hər hansı bir tikilinin mövcudluğu və kimə məxsus olmasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin istər cavabdehlərin istərsə də, maraqlarına toxunan şəxs Namiq Əliyevin şikayətin dəlillərində göstərdikləri kimi 18 saylı bağ sahəsinin qonşuluğunda 19 saylı bağ sahəsi yerləşir və daş hasar qonşuluqda yerləşən 19 saylı bağ sahəsinə məxsusdur. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qanunsuz inşa edilmiş tikililərin sökülməsi hissəsində əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, həm birinci instansiya icraat zamanı, həm indiki apellyasiya baxşında keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cavabdehlər X28, Cavabdeh2 və X10 müştərək qaydada 100+20=120 (yüz iyirmi) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, 100 (yüz) manat isə "xxxx" MMC-nin hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçılar X11, Pənahova Aygül Hacı qızına və İddiaçı2 Sumqayıt şəhəri, Xəzər bağlar sahəsində yerləşən, sahəsi 0,06 ha olan 18 saylı bağ torpaq sahəsindən istifadə etmələrinə hər hansı bir maneələrin törədilməsi cavabdehlər X22, Cavabdeh2 və Cəfərov Füzuli Hacı oğluna qadağan edilsin. İddia tələbi qanunsuz inşa edilmiş tikillərin sökülməsi hissəsində rədd edilsin. Cavabdehlər X28, Cavabdeh2 və X10 müştərək qaydada 120 (yüz iyirmi) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, 100 (yüz) manat isə "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-145/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-145/2021
07.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver