Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1455/2025 25.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzil üzərində pay hüququnun tanınması barədə ilk, Cavabdeh İddiaçı qarşı pul tələbinə qarşılıqlı iddialarına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, e-2(060)-2350/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, e-2(060)-2350/2025 nömrəli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə Sumqayıt-Hüquq Mənzil Tikinti Kooperativi (VÖEN **********) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 36 nömrəli payçı müqaviləsinə (22 iyun 2021-ci il tarixli, 92 saylı maliyyə arayışı) əsasən Cavabdeh məxsus olan yaşayış sahəsi üzərində İddiaçı ½ pay hüququnun tanınması, qarşılıqlı iddia tələbinin təmin edilməsi, hər iki iddia üzrə iddiaçıların ödədikləri dövlət rüsumlarının onların özlərinə aid edilməsi qət edilmişdir (hakim Elçin Kazımov). Qətnamədən narazı qalan ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, e-2(060)-2350/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onların iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İlk iddia üzrə İddiaçı nümayəndəsi vəkil Nümayəndə “elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə ünvanlayaraq qeyd etmişdir ki, əvvəlki məhkəmə iclasında hazırkı mübahisənin barışıq yolu ilə həll edilməsi tərəflərə təklif edilmiş və qeyd edilən əsasla məhkəmə iclası təxirə salınmışdır. Tərəflər arasında barışıq əldə olunmuş və bununla bağlı mediasiyada barışıq sazişi imzalanmış və icra olunmuşdur. Buna görə də hazırkı mübahisəyə məhkəmədə baxılmasına zərurət aradan qalxmışdır. Həmin Məcəllənin 261-ci maddəsinə əsasən hakim iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən, iddiadan imtina etdiyini bildirir, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh “elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə ünvanlayaraq qarşı tərəflə aralarında barışıq əldə olunduğu üçün qarşılıqlı iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini,məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçının iddialarından imtinaları qəbul olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, e-2(060)-2350/2025 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, ilk iddia üzrə iddiaçı ilk iddia tələbindən, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbindən imtina etdikləri üçün, onların imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, e-2(060)- 2350/2025 nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçı ilk iddiadan imtinası qəbul edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, e-2(060)- 2350/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mənzil üzərində pay hüququnun tanınması barədə ilk, Cavabdeh İddiaçı qarşı pul tələbinə qarşılıqlı iddialarına dair mülki iş üzrə işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1455/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1455/2025
25.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver