Məhkəmə qərarları › İş №2(105)-146/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-146/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-146/2024 01.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə Sumqayit Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(060)-2910/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kredit üzrə borcu cəmi 21019.98 manat – bundan 15053.45 manat əsas, 5260.11 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 706.42 manat faiz borcu və ödənilmiş 153.06 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti “Nissan Navara” minik markalı (Buraxılış ili-2014, Ban- MNTVCUD40Z0609498), rəngi ağ, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən avtomobilin alınması məqsədi ilə cavabdehə 36 ay müddətinə illik 24% dərəcəsi ilə 20500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “Nissan Navara” minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2021-ci il tarixində 810 manat məbləğində ödəniş etmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Sumqayit Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(060)-2910/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 15053.45 manat əsas, 5260.11 manat faiz borcu və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 706.42 manat faiz borcu olmaqla, cəmi 21019.98 manat borcun və ödənilmiş 153.06 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, tələbin “Nissan Navara” minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 15053.45 manat əsas, 5260.11 manat faiz borcu kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 706.42 manat faiz borcu olmaqla, cəmi 21019.98 manat borcun və ödənilmiş 153.06 manat dövlət rüsumunun LPO İddiaçı ASC-yə ödənilməli, qalan vəsaitin isə X2 qaytarılması, hərracda satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi təqdirdə qalan məbləğin Cavabdeh tutulması qət edilmişdir. (hakim Əfqan Ələkbərov) Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayit Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(060)-2910/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarıxdə İddiaçı ASC-dən 36 ay müddətinə illik 24% dərəcəsi ilə 20500 manat kredit götürmüş və təminat olaraq “Nissan Navara” markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilimi ipoteka etdirmişdir. Ölkədə pandemiya elan olunana qədər vaxtlı-vaxtında krediti ödəmişdir. İşi dayandığından avtomaşınını etibarnamə əsasında satmış, avtomaşını alan şəxs krediti ödəyəcəyinə söz vermiş, ona kredit ödədiyini bildirmişdir. Hazırda avtomaşını ondan geri almışdır. Bununla belə hesab edir ki, onun banka tələb olunduğu qədər borcu yoxdur və ondan tələb olunan kredit müqaviləsi bitəndən sonra hesablanan faiz borcu ilə razı deyil. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Мəhkəmə qətnamədə bütün maddi və prosessual hüquq normalarını sadalamış, lakin gəldiyi nəticə ilə hesab edir ki, qanunu səhv təfsir etmişdir. Məhkəmə faktiki hallara düzgün qiymət vermədən, faktlara deyil, formal mülahizələrə əsaslsnmışdir. Məhkəmə yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalı olduğu halda, ehtimallara əsaslanmışdır. Çünki kreditin ödənilməməsi barədə bir dəfə belə xəbərdar edilməmişdir. Ödənişdən yayınmır. Tez bir zamanda da ödəyəcək. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni əsas, faiz və 5%-lə hesablanmış hissədə dəyişdirilməli, Cavabdeh 15044,44 manat əsas, 4411,33 manat faiz borcu və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 706.25 manat faiz borcu, cəmi 20.162,02 manat borc və ödənilmiş 153.06 manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-yə ödənilməlidir. Belə ki, iş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin 15053.45 manat əsas, 5260.11 manat faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 706.42 manat əldən çıxmış fayda olmaqla, cəmi 21019.98 manat borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh xüsusi mülkiyyətində olan “Nissan Navara” minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil kredit öhdəliklərinin təminatı olaraq İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflərin razılığına əsasən ipoteka predmetinin dəyəri 32000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borclu Cavabdeh 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 20500 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, 20500 manat məbləğində pul vəsaiti Cavabdeh verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh adına xx.xx.2019-cu ildə “Nissan Navara” minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. İş materiallarında olan cavabdehə məxsus bank hesabından çıxarışdan görünür ki, son bank kredit ödənişi xx.xx.2021-ci il tarixdə edilmişdir. İş materiallarında olan bildiriş məktubundan görünür ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardar edilmişdir. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdirdi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və “Nissan Navara” minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə 15053.45 manat əsas və 5260.11 manat faiz borcu yaranmışdır. Birinci instansiya məhkəməsi qətnaməni qismən təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, cavabdeh aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək və müqavilənin tələblərini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə hesab etmişdir ki, iddianın kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 706.42 manat faiz borcu hissəsi də təmin edilməlidir. İşə apellyasiya qaydasında baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1757/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ***-*******AKİ1103219-01 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilmiş məbləğlərin əsas və faiz borcuna silinməsi müqavilə şərtlərinə uyğun olmuşdurmu?

2. Kredit müqaviləsi üzrə məbləğlərin əsas və faiz borcuna silinməsi, müqavilə şərtlərinə (ödəniş qrafikinə) əsasən düzgün olmamışdırsa, ödənilmiş məbləğlər hesabdan çıxarış nəzərə alınmaqla əsas və faiz borcuna hancı nisbətdə silinməli idi və bu nisbətdə silinmələr nəzərə alınarsa, Cavabdeh xx.xx.2022-ci il tarixinə əsas, faiz, cərimə borcu nə qədərdir?

3. Kredit müqaviləsi üzrə xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinədək gecikdirilmiş vaxt üçün 5% hesablanmış əldən çıxmış fayda nə qədərdir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7740 saylı, 14 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 12.03.201`9-cu il tarixli 7278198AKİ1103219/-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: 12 mart 2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə) -əsas borc üzrə-15044,44 manat -faiz borcu üzrə -4411,33 manat

20 fevral 2023-cü il tarixə (sual üzrə tarixə); -əsas borc üzrə-15044,44 manat -faiz borcu üzrə-4411,33 manat -faiz borcu üzrə (5%lə) – 706,25 manat Qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixli, 7278198AKİ1103219/-01 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmamışdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, borcalan Cavabdeh AmrahBank” Açıq Səhmdar Cəmiyyəti ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət - cavabdehlik daşıyır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni əsas, faiz və öhdəliyin icrasının gecikdirilməsinə görə 5%-lə hesablanmış kredit borcuna aid hissədə dəyişdirilməli, Cavabdeh 15044,44 manat əsas, 4411,33 manat faiz borcu və kredit müqaviləsi bitəndən sonra öhdəliyin icrasının gecikdirilməsinə görə vurulmuş ziyan üzrə hesablanmış 706.25 manat, cəmi 20162,02 manat borc və ödənilmiş 153.06 manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayit Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(060)-2910/2023 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni Cavabdeh 15053.45 manat əsas, 5260.11 manat faiz borcu və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 706.42 manat faiz borcunun iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh 15044,44 manat əsas, 4411,33 manat faiz borcu və kredit müqaviləsinin müddəti bitəndən sonra öhdəliyin icrasının gecikdirilməsinə görə 5%lə vurulmuş ziyan üzrə hesablanmış 706.25 manat, cəmi 20.162,02 manat (iyirmi min yüz altmış iki min manat iki qəpik) borc və ödənilmiş 153.06 manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar