Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1460/2022 26.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(027)-51/2022 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti üzrə işə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 160 921(yüz altmış min doqquz yüz iyirmi bir)manat 50 qəpik əsas, 375 (üç yüz yetmiş beş) manat 48 qəpik müddət sonuna hesablanan faiz, 20 475 (iyirmi min dörd yüz yetmiş beş) manat 93 qəpik məbləğində cərimə və 10 996 (on min doqquz yüz doxsan altı) manat 30 qəpik, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasinın Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM- nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 192 769 (yüz doxsan iki min yeddi yüz altmış doqquz) manat 21 qəpik kredit borcunun və «mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi; ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Zamin məxsus olan,Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0.021 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.0 yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 053/13 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 7% (yeddi faiz) ödənilmək şərtilə, 200.000 (iki yüz min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdeh Zamin ilə həmin tarixdə 053/13/1 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Zamin məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0.021 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.0 kv.m yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Hazırda cavabdehin banka ödənilməmiş 160 921(yüz altmış min doqquz yüz iyirmi bir) manat 50 qəpik əsas, 375 (üç yüz yetmiş beş) manat 48 qəpik müddət sonuna hesablanan faiz, 20 475 (iyirmi min dörd yüz yetmiş beş) manat 93 qəpik məbləğində cərimə və 10 996 (on min doqquz yüz doxsan altı) manat 30 qəpik, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasinın Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM- nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 192 769 (yüz doxsan iki min yeddi yüz altmış doqquz) manat 21 qəpik kredit borcu mövcuddur. İddiaçı göstərilən məbləği və ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Zamin məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0.021 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.0 kv.m yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(027)-51/2022 nömrəli qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 160 921 (yüz altmış min doqquz yüz iyirmi bir) manat 50 qəpik məbləğində əsas borc, 375 (üç yüz yetmiş beş) manat 48 qəpik məbləğində faiz borcu, 475 (dörd yüz yetmiş beş) manat 93 qəpik cərimə borcu, 10 996 (on min doqquz yüz doxsan altı) manat 30 qəpik kredit müqaviləsinin müddəti birdikdən sonra hesablanmış məbləğ, cəmi 172 769 ( yüz yetmiş iki min yeddi yüz altmış doqquz) manat 21 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin tutulub Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmış seriya RX № 0080465, Reyestr nömrəsi **********19-10301, Qeydiyyat nömrəsi ********** olan “Çıxarış”a əsasən Hacıyev Aləm Rüstəm oğluna məxsus olmuş Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0,021 ha torpaq sahəsində yerləşən 273.3 kv.metr ümumi, 84.3 kv.metr yaşayış, 189 kv.metr yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiymətinin 100 000 (yüz min) manat müəyyənləşdirilməklə açıq hərrac yolu ilə satılması, əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nə olan kredit borcunun ödənilməsi və borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissədə ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmədə bir dəfə iştirak etmiş və proses zamanı bildirmişdir ki, kredit müqaviləsinə imza atmamış, bundan əlavə ipoteka müqaviləsi qanunsuz bağlanmışdır. Belə ki, Zamin məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0.021 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.0 kv.m yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evində özü, həyat yoldaşı X2 və övladları X3, X4 və Zamin Pərviz oğlu qeydiyyatda olmuşlar, lakin buna baxmayaraq evin ipoteka ilə yüklü edilməsinə razılıq verməmişlər. Kredit müqaviləsində iki tərəf var: Borc verən və borc alan. Əgər özü kredit müqaviləsinə imza etməmişdirsə, borc müqaviləsi mövcud deyil və borc ondan tutula bilməz. Qeydiyyatda olan şəxslər razılıq vermədikləri üçün ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş və bildirmişdir ki, kredit müqaviləsindəki imza ona məxsus deyildir. Bu səbəbdən ekspertiza keçirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 19 aprel 2022-cu il tarixli, 2(027)-51/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 053/13 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən borcalan Cavabdeh 60 ay müddətinə, illik 7% (yeddi faiz) ödənilmək şərtilə, 200.000 (iki yüz min) manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 053/13/1 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Zamin məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0.021 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.0 yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evi "xxxx" ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixə Banka 160 921(yüz altmış min doqquz yüz iyirmi bir) manat 50 qəpik əsas, 375 (üç yüz yetmiş beş) manat 48 qəpik müddət sonuna hesablanan faiz, 20 475 (iyirmi min dörd yüz yetmiş beş) manat 93 qəpik məbləğində cərimə və 10 996 (on min doqquz yüz doxsan altı) manat 30 qəpik, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasinın Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 192 769 (yüz doxsan iki min yeddi yüz altmış doqquz) manat 21 qəpik kredit borcu vardır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu, Alekseyevka kəndinin ərazisində 0.021 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.0 yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Zamin mülkiyyətinə verilib. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0.021 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.0 yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh banka gecikdirilmiş borcun olması, ödənilməyəcəyi təqdirdə barəsində müvafiq tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “Qanun üzrə vəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2013-cü ildə vəfat etmiş Zamin vərəsəsi Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olan Cavabdehdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, təkzibedilməz sübutlarla cavabdehin cəmi 192 769 manat 21 qəpik məbləğində borcunun qalması sübuta yetirilmişdir, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1 maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İş materiallarından görünür ki, ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan əmlakın qiyməti tərəflərin razılığa əsasən 100 000 (bir yüz min) manat məbləğində qiymətləndirilmiş, və əmlakın ilkin satış qiyməti 100 000 (bir yüz min) manat dəyərində müəyyən edilmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Cavabdeh kredit müqaviləsinə imza atmamışdır. Bununla bağlı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2(105)-1460/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli, 4/1116 saylı ekspert rəyi 18 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin rəyin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2013-cü il tarixli, 053/13 saylı kredit müqaviləsinin 1-ci vərəqinin üz tərəfinin aşağı hissəsində olan imza və 2-ci vərəqinin arxa tərəfində “Borc alan” qrafasında olan imza, 18 aprel 2013-cü il tarixli, 053/13 saylı İpoteka müqaviləsinin 2-ci vərəqində “İpoteka qoyan” hissəsində “Borc alan” qrafasında olan imza Cavabdeh tərəfindən icra olunmuşdur. Göründüyü kimi, ekpert rəyi ilə apellyasiya şikayətinin dəlili təkzib olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 19 aprel 2022-cu il tarixli, 2(027)- 51/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 393, 402.1, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Сavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 19 aprel 2022-cu il tarixli, 2(027)-51/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1460/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1460/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver