Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1460/2023 10.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, İddiaçı, Maraqlı şəxs nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mirasın qəbulunun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-992/2021 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-992/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, mərhum X2 miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən, JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edildiyi müəyyən edilməsi, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs verdiyi apellyasiya şikyəti mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(105)-1063/2023 nömrəli qərardadı ilə qəbul olunmuş məhkəmə aktının Maraqlı şəxs hansı hüquq və vəzifələrinə toxunmasının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmədiyi, onun prosessual statusunu müəyyən edən məhkəmə aktı qəbul edilmədiyi, apellyasiya şikayətinin müəyyən edilmiş müddət keçdikdən sonra verilməsinə də münasibət bildirilmədiyi qeyd edilməklə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılmışdır. Xaçmaz Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(067)-992/2021 nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-992/2021 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onun özünə qaytarılmışdır. Maraqlı şəxs Xaçmaz Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(067)- 992/2021 nömrəli qərardadından şikayət verməklə qərardadın ləğv edilib, iş üzrə qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunması nəzərə alınmaqla apellyasiya şikayətinin baxılması üçün göndərilməsini, əks təqdirdə şikayətinin mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə apellyasiya şikayətini geri qaytarmaqla onun qanunvericilikdə nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli, 2(067)-992/2021 saylı qətnamə qəbul edilərkən onun vərəsəlik hüquqları pozulmuş və qeyd edilən qətnamə onun maraqlarına toxunsa da, məhkəmədə iştirakı təmin edilməmişdir. Belə ki, onun mərhum əri X6 da Anaxanım Ağayevanın vərəsəsi olmuşdur. Eyni zamanda mərhum əri Yaqub Ağayev anası vəfat edənə və vəfat edikdən sonra da hal-hazırda mübahisə predmeti olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamış və mirası faktiki qəbul etmişdir. Mirasın faktiki qəbulunun da sübutu ona və mərhum əri Yaqub Ağayevə məxsus əmlakların hal-hazırda da qeyd edilən evdə olması, o cümlədən apellyasiya şikayətinə əlavə edilmiş Xaçmaz rayon İHB-nin Niyazoba kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilən aktdır. Digər sübutları, yəni miras qoyan Anaxanım Ağayevadan miras qalmış məişət əşyalarının mərhum əri Yaqub Ağayev tərəfindən faktiki qəbul edilməsi ilə bağlı sübutlarını məhkəmə iclaslarında təqdim edə bilər. Eyni zamanda mirasın mərhum əri Yaqub Ağayev tərəfindən faktiki qəbulunu Anaxanım Ağayevanın digər vərəsələri olan Sivavus Ağayev, Cavabdeh1, Cavabdeh3 və digər şəxslər məhkəmədə şahid qismində ifadə verərək də təsdiq edə bilərlər. Lakin Xaçmaz Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Yaqub Ağayevin vərəsəsi kimi onun məhkəmədə iştirakı təmin olunmamış və hüquqları pozulmaqla qətnamə qəbul edilmişdir. Hətta iddiaçı özü də iddia ərizəsində Anaxanım Ağayevanın vərəsələrindən birinin Yaqub Ağayev olmasını, onun xx.xx.2014-cü il tarixdə vəfat etməsini bildirsə də, məhkəmə bu məsələyə diqqət ayırmamış və məhkəmədə iştirakını təmin etməmişdir. Hətta məhkəmə qətnaməsində Cavabdeh1 da izahatında qeyd edilən torpaq sahəsində mərhum qardaşı Yaqubun anaları sağ ikən ev tikdiyini bildirmişdir. Lakin Xaçmaz Rayon Məhkəməsi tərəfindən Yaqub Ağayevin vərəsələrinin ən azından müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi məhkəməyə cəlb edilməsi təmin edilməmişdir. Qeyd etdiyi hallar isə bir daha təsdiq edir ki, qətnamə onun maraqlarına toxunur. Çünki ərinin vəfatından sonra ondan miras qalmış əmlakı o qəbul etmiş və adına 13 avqust 2015-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də öz qərarlarında qeyd edir ki, işdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K. Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar). Göründüyü kimi, qətnamə qəbul edilərkən onun iştirakı təmin edilməmiş və həmin qətnamə vərəsəlik hüququnun pozulmasına səbəb olmuşdur. Qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi ilə bağlı məhkəmənin arqumenti ilə bağlı isə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, məhkəmə qətnaməsi qəbul edilərkən o və digər ailə üzvləri məhkəmə proseslərinə cəlb edilməmişlər, ona görə də məhkəmədən qeyd edilən işlə bağlı hər hansı məlumatları olmamışdır. Onun oğlu Nümayəndə ərizə ilə məhkəməyə müraciət etdikdən və 16 fevral 2023-cü il tarixdə rəsmi qaydada ona verildikdən sonra, həmin qətnamədən 10 mart 2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, Xaçmaz Rayon Məhkəməsi hazırki halda iş materiallarını ətraflı araşdırmadan və onun məhkəmədə iştirakını təmin etmədən apellyasiya şikayətini geri qaytarmaqla onun ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Mərhum əri Yaqub Ağayevin adına anası Anaxanım Ağayevadan qalmış miras əmlakla bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsinin olmaması o demək deyildir ki, mirası qəbul etməmişdir. Faktiki qəbulla bağlı kifayət qədər sübutlar mövcuddur, onlar məhkəməyə təqdim olunub, əlavə olaraq məhkəmə baxışında da sübutlar təqdim edilə bilər. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mərhum əri X6 tərəfindən onun ölümündən sonra isə onun tərəfindən miras əmlakın faktiki qəbul edilməsi nəzərə alınmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(067)-992/2021 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Xıdır Quliyev) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya baxışı zamanı Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi və bildirdi ki, məhkəmə ən azı onları üçüncü şəxs kimi məhkəmə icraatına cəlb etməli idi. Məhkəmə qərardadında qeyd etmişdir ki, X1 ikən mirası qəbul etməmişdir. Halbuki məhkəmə qərardadla deyil, qəbul olunmuş qətnamə ilə həmin hala qiymət verməli idi. Ağayev Yaqubun yoldaşı olan Maraqlı şəxs həmin evdə cehiz əmlakları olmuşdur. Apellyasiya baxışı zamanı Maraqlı şəxs nümayəndəsi Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birgə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, Maraqlı şəxs şikayəti qismən təmin olunmalı, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-992/2021 nömrəli qərardadı ləğv edilməli, 2(067)-992/2021 nömrəli iş baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Maraqlı şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-992/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsini mübahisələndirmiş, həmin qətnamədən ümumiyyətlə məlumatlı olmadığını bildirmiş, Xaçmaz Rayon Məhkəməsinin hazırda mübahisələndirilən 30 may 2023-cü il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-992/2021 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onun özünə qaytarılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, miras qoyan X2 miras qalmış əmlaka münasibətdə miras əmlakdan pay almaq hüququ olan birinci növbəli vərəsələrdən X6 mirası hər hansı əsasla qəbul etməmişdir. Həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamənin hüquq və vəzifələrinə toxunan şəxs qismində qətnamədən apellyasiya şikayəti vermiş şəxs Maraqlı şəxs mərhum əri Yaqub Ağayevin anası Anaxanım Ağayevadan miras qalmış əmlaka münasibətdə mirası qəbul etdiyini təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, apellyasiya şikayəti vermiş Maraqlı şəxs məhkəmə aktının onun hüquq və vəzifələrinı toxunmasını təsdiq edən konkret sübutları şikayətinə əlavə etməmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, Maraqlı şəxs qətnamədən qanunla müəyyən edilmiş müddət keçdikdən sonra apellyasiya şikayətini vermiş, qətnaməni hansı tarixdə aldığını şikayətində göstərməmiş, şikayətə buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etməmişdir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin Maraqlı şəxs qəbul olunmuş qətnamədən məhkəməyə müracət edənədək olan müddət ərzində məlumatlı olub-olmamasını araşdırmadan, qətnamədən qanunla müəyyən edilmiş müddət keçdikdən sonra apellyasiya şikayəti verdiyindən şikayətə buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etməli olması barədə gəldiyi nəticə əsaslı deyildir. İş materiallarından görünür ki, Maraqlı şəxs oğlu Nümayəndə 16 fevral 2023-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinə təqdim etdiyi ərizə əsasında 2(067)-992/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnamə ona təqdim olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(105)-1063/2023 nömrəli qərardadı ilə mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılarkən qərardadda qeyd olunan digər hallarla yanaşı məhkəmənin apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilməsinə münasibət bildirməməsi qeyd olunmuşdur. Lakin bu işin həmin halı araşdırılmadan Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamədən qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilməsi və buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə edilməməsi barədə nəticəyə gəlmək üçün əsas deyildir. Hazırki halda apellyasiya şikayətinin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayan birinci instansiya məhkəməsi tərəfindən qətnamənin Maraqlı şəxs məlum olduğu vaxt, şərait, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət keçdikdən sonra təqdim olunmasının səbəbləri araşdırılmalı idi. Qətnamənin Maraqlı şəxs maraqlarına toxunub-toxunmaması ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair 24 iyul 2020-ci il tarixli qərarında ifadə olunmuş mövqeyə görə, “Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin fərqli qaydalarını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır. İşdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar). İşdə iştirak etməyə cəlb olunmayan şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onun iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etməlidir. Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir.” Maraqlı şəxs şikayətinin dəlillərindən məlum olur ki, mərhum əri Yaqub Ağayev anası vəfat edənə və vəfat edikdən sonra da hal-hazırda mübahisə predmeti olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamış və mirası faktiki qəbul etmişdir. Mirasın faktiki qəbulunun da sübutu ona və mərhum əri Yaqub Ağayevə məxsus əmlakların halhazırda da qeyd edilən evdə olması, o cümlədən apellyasiya şikayətinə əlavə edilmiş Xaçmaz rayon İHB-nin Niyazoba kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilən aktdır. Xaçmaz Rayon Məhkəməsi tərəfindən Yaqub Ağayevin vərəsələrinin ən azından müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi məhkəməyə cəlb edilməsi təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Maraqlı şəxs şikayətinin dəlilləri nəzərə alınmaqla araşdırma aparılmalı, həmin dəlillərə qiymət verilməli olduğu halda, məhkəmə həmin dəlillərə münasibət bildirməmişdir. İş materialları ilə müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 992/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, mərhum X2 miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən, JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edilməsi müəyyən olunduqdan sonra xx.xx.2021-ci il tarixdə X3 adına Xaçmaz rayonu, X9 kəndi ünvanında yerləşən 138.9 kv.m-dən ibarət olan fərdi yaşayış evinə və 0.16 ha olan torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən ********** qeydiyyat nömrəli çıxarış, xx.xx.2021-ci il tarixdə isə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, şəhadətnamə verilən miras əmlak Xaçmaz rayonu, X9 kəndi ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m-dən ibarət olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.16 ha olan torpaq sahəsindən ibarət olmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2123/2022 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı adına Xaçmaz rayonu, X9 kəndi ünvanında yerləşən 138.9 kv.m-dən ibarət olan fərdi yaşayış evinə və 0.16 ha olan torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin qətnamə ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-626/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, cavabdehlər Nümayəndə (Maraqlı şəxs oğlu) və Cavabdeh2 məxsus əmlakların Xaçmaz rayonu, X9 kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin istinad olunan halları iş materiallarında olan sənədlərlə birgə tədqiq olunmalı və işdə iştirak edən şəxslər, şikayətçi məhkəmə iclasına çağırılmaqla, çəkişmə prinsipinə riayət edilməklə hərtərəfli araşdırılmalı, Maraqlı şəxs qətnamə maraqlarına toxunan şəxs kimi məhkəmə icraatına cəlb edilməsi məsələsi bir daha müzakirə olunmalıdır. Mülki Prosessual Məcəllənin 357-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək etmək hüququ vardır. MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir Azərbaycan Respublikası MPM-in 357, 397.2, 398.0.2, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(067)-992/2021 nömrəli qərardadı ləğv edilsin. 2(067)-992/2021 nömrəli iş baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1460/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1460/2023
10.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver