Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1465/2020 22.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh nümayəndəsiX6nun iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-265/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-265/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Şövkət Nəcəfova) İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, dəyəri 1500 manat olan bənövşəyi rəngli mətbəx mebeli, 1000 manat "Siemens" markalı soyuducu, 400 manat "Samsung" markalı paltaryuyan, 30 manat dəyəri olan qara şüşəli aspirator, dəyəri 190 manat olan mikrodalğalı soba, dəyəri 200 manat olan “Simfer”mətbəx sobası, 350 manata qara şüşəli qaz plitəsi, 350 manata divan, dəyəri 600 manat olan şüşəli stol və 4 ədəd stul, 40 manata mikser, dəyəri 80 manat olan blender, ronda və kokteyl dəsti, dəyəri 70 manat olan çörək bişirmək üçün maşın, dəyəri 30 manat olan fritoz (kartof bişirmək üçün nəzərdə tutulan) maşını, dəyəri 50 manat olan elektrik tava, çörək üçün toster, dəyəri 62 manat olan çörək üçün toster, dəyəri 35 manat olan çaydan və çaynik dəsti, 60 manat dəyəri olan kettle və çaydan dəsti, manikür aparatı, mini qızdırıcı kondisioner, 80 manat dəyərində qırmızı rəngli blender, 18 manat dəyərində Tefal markalı tava, 8 manat dəyərində soba üçün şüşə tava, 8 manat dəyərində blinçik üçün tava, 150 manat dəyərində beşli qazan dəsti, 40 manata qırmızı xallı emallı qazan dəsti, 20 manat dəyərində iki ədəd soyuducu üçün şüşə qab, 8 manat dəyərində "Gipfel" marka qayçı dəsti, 5 manat dəyərində “Gipfel” markalı kotlet çevirən, 42 manat dəyərində divar üstü, 5 manat dəyərində zibil qabı, 15 manat dəyərində çörək qabı və üçlü ədva qabı, 55 manat dəyərində üç mərtəbəli par qazanı, 3 manat dəyərində tort qabı, 4 manata süzgəc dəstləri, 8 manat dəyərində güzgü, 5 manat dəyərində stolüstü saat, 80 manata mətbəx üçün qaşıqçəngəl-bıçaq dəsti, 192 manat dəyərində mətbəx üçün servis, 3 manat dəyərində yemək termosu, 2 manat dəyərində oxlov, 100 manat dəyərində tozsoran, 40 manata portağal rəngli keks qabları, 10 manat dəyərində mətbəx üçün ləbləbi dəsti, 10 manat dəyərində ağ bəzəkli şüşə qab, 30 manata xrustal armudu stəkan dəsti, 40 manata madonna dəsti, 30 manata 6 ədəd kasa dəsti, 4 manata çörək torbası, 4 manata göyərti torbası, 5 manata paltar ütüləmək üçün setka, 10 manat dəyərində dördayaq, 8 manat dəyərində ağ rəngli limon qabı və yağ qabı, 5 manat dəyərində göyərti qurudan, 5 manat dəyərində “Gipfel” markalı tərəvəz rəndəsi (tyorka), 10 manata taxtadan doğrama dəsti, 30 manata plastik qablar, 5 manata plastik vanna, 100 manat dəyərində elektrik samovar, 4 manata qoz sındıran, 3 manata bıçaq itiləyən, 3 manata alma deşən-tum çıxaran aparat, 120 manat dəyərində jalüz pərdə, 10 manata paltarqurulama üçün setka, 30 manat dəyərində “Luminarc” markalı şüşə qazan, 38 ekran TV, “Niser Diser” markalı doğrama dəsti, dəyəri 2000 manat olan “Merinos” markalı qonaq otağı mebeli (bir güzgülü kamod, iki servant, stol və 6 ədəd stul, TV altlığı), dəyəri 800 manat olan İİ ekran TV, 100 manat dəyərində DVD kinoteatr və səsgücləndiricilər, 220 manat dəyərində xrustal lyustra, 20 manat dəyərində fil və balet fiqur aksessuarlar, 43 manat dəyərində yaşıl qaşlı şamdan, 70 manat dəyərində güldan yaşıl qaşlı, 75 manat dəyərində meyvə qabı yaşıl qaşlı, 800 manat dəyərində 82 parçadan ibarət şam yeməyi servisi, 40 manat dəyərində “Luminarç” markalı altı qara rəngli fincan 12 ədəd, 460 manat dəyərində ağ rəngli iki ləbləbi qabı, 200 manat dəyərində “Kütahya” markalı bənövşəyi rəngli servis, 115 manat dəyərində olan ağ rəngli çemodanda qaşıq dəsti (qaşlı viski dəsti 6 ədəd, qaşlı qədəh dəsti və iki ədəd çömçə), 50 manat dəyərində iki ləbləbi üçün mərtəbəli madonna, 80 manat dəyərində svarovski qaşlı qədəh 6 ədəd, 10 manat dəyərində salfetka üçün qaşlı üzük, süfrələr: 5 manat dəyərində qırmızı rəngli, 9 manat dəyərində “Tac” markalı tünd qırmızı rəngli, 15 manat dəyərində ağ-qırmızı raunder (dairəvi), 20 manata boz-qızılı süfrə üzüklü, 50 manata xrustal fujer qədəh 12 ədəd, 30 manata xrustal qalın qədəh, 30 manata iki ədəd xrustal mürəbbə qabı, 80 manat dəyəri olan bənövşəyi tüklü xalça, 80 manat dəyərində raunderli üzük süfrə, 200 manat dəyərində pərdə, 100 manat dəyərində böyük qızdırıcı soba, 2900 manat dəyərində “Merinos” markalı yataq otağı dəsti, 25 manat dəyərində ütü stolu, 72 manat dəyərində ütü, 80 manat dəyərində naçniklər, 150 manat dəyərində uşaq yatağı və matras, 56 manata buxov odeyal, 150 manat ağ çemodanda yataq örtüyü (pokrıval), 80 manat dəyərində bənövşəyi yataq örtüyü, 130 manat dəyərində pərdə, 68 manat dəyərində yataq dəsti, 85 manat dəyərində krem rəngli yataq dəsti, 15 manat dəyərində atlas yataq dəsti, 102 manat dəyərində sətin yataq dəsti, 7 ədəd mətbəx dəsmalı, 70 manat dəyərində hamam üçün xalat dəsti, 30 manat dəyərində iki dəst dəsmal, 30 manat dəyərində ağ rəngli hamam dəsmalı, 50 manat dəyərində yasəmən-tünd qırmızı rəngli iki hamam dəsmalı, 16 manat dəyərində iki ədəd dəsmal, 17 manat dəyərində mirvarili dəsmal (tül setkada), 40 manata iki ədəd göy rəngli hamam üçün əl-üz dəsmalı, 80 manata iki ədəd yastıq və dörd ədəd yorğan, 100 manat dəyərində ağ-qara rəngli xalça, 75 manat dəyərində yun yorğan, 60 manat dəyərində dörd mövsüm dəst, 170 manat dəyərində dəhliz üçün lyustr, 50 manat hamam-tualet ayaqaltısı, 20 manata hamam üçün güzgü, 200 manata hamam üçün kabina, 30 manata pufik, şəxsi geyim əşyaları, toyda ona hədiyyə edilmiş, toplam dəyərləri 3000 manat olan 4,30 qram, 525 əyarlı qızıl üzük, 20,68 qram, 525 əyarlı, 0,03 karat brilyant boyunbağı-sırğa-üzük dəsti və ya onun dəyəri, 100 manat hüquqi yardıma görə pul və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun yarısı - 15 manat dövlət rüsumu-cəmi 20183 manat pul vəsaitinin Cavabdeh alınıb İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək ona məxsus və Cavabdeh qanunsuz sahibliyində olan cehiz və şəxsi geyim əşyalarının, toplam dəyəri 5000 manat olan 4,30 qram, 750 əyarlı qızıl üzük və 20,68 qram, 750 əyarlı, 0,03 karat brilyant boyunbağı-sırğaüzük dəsti, əşyaları olmadığı təqdirdə, bazar dəyərinin, həmçinin 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərcinin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-3585/2018 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində 130 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X3 onun yanında qalmasının müəyyən edilməsi, uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 154 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdehlə ailə həyatı qurduqdan sonra gəlin kimi Abşeron rayonu, Xırdalan şəhərinin Həzi Aslanov küçəsindəki “Uğur 4” yaşayış kompleksi 1A saylı evin 13 nömrəli mənzilinə köçmüş və özü ilə ata evindən cehiz, şəxsi geyim və qızıl zinət əşyaları gətirmişdir. Həmin əşyaları dəfələrlə könüllü təhvil verməsini xahiş etsə də, cavabdeh yalnız məhkəmə qərarı ilə əşyaları götürə biləcəyini bildirmişdir. Qeyd etdiyi əşyalar dəyəri 2000 manat olan bənövşəyi rəngli mətbəx mebeli, “Siemens” markalı soyuducu, “Samsung” markalı paltaryuyan, 450 manat dəyəri olan qara şüşəli aspirator, dəyəri 290 manat olan mikrodalğalı soba, “Simfer” mətbəx sobası, qara şüşəli qaz plitəsi, divan, dəyəri 1000 manat olan şüşəli stol və 4 ədəd stul, mikser, dəyəri 100 manat olan blender, ronda və kokteyl dəsti, dəyəri 110 manat olan çörək bişirmək üçün maşın, dəyəri 50 manat olan fritoz (kartof bişirmək üçün nəzərdə tutulan) maşını, dəyəri 70 manat olan elektrikli tava, dəyəri 92 manat olan çörək üçün toster, ət çəkən maşın, dəyəri 55 manat olan çaydan və çaynik dəsti, 90 manat dəyəri olan kettle və çaydan dəsti, manikür aparatı, mini qızdırıcı kondisioner, 130 manat dəyərində qırmızı rəngli blender, 28 manat dəyərində “Tefal” markalı tava, 12 manat dəyərində soba üçün şüşə tava, 18 manat dəyərində blinçik üçün tava, 250 manat dəyərində beşli qazan dəsti, qırmızı xallı emallı qazan dəsti, 30 manat dəyərində iki ədəd soyuducu üçün şüşə qab, 12 manat dəyərində “Gipfel” markalı qayçı dəsti, 8 manat dəyərində “Gipfel” markalı kotlet çevirən, 62 manat dəyərində divan üstü, 10 manat dəyərində zibil qabı, 35 manat dəyərində çörək qabı və üçlü ədva qabı, 85 manat dəyərində üç mərtəbəli par qazanı, 5 manat dəyərində tort qabı, süzgəc dəstləri, 15 manat dəyərində güzgü, 10 manat dəyərində stolüstü saat, mətbəx üçün qaşıq-çəngəl-bıçaq dəsti, 292 manat dəyərində mətbəx üçün servis, 6 manat dəyərində yemək termosu, 3 manat dəyərində oxlov, 150 manat dəyərində tozsoran, portağal rəngli keks qabları, 20 manat dəyərində mətbəx üçün ləbləbi dəsti, soba üçün ağ şüşəli tava, 20 manat dəyərində ağ bəzəkli şüşə qab, xrustal armudu stəkan dəsti, madonna dəsti, 6 ədəd kasa dəsti, çörək torbası, göyərti torbası, paltar ütülmək üçün setka, 14 manat dəyərində dörd ayaq, 20 manat dəyərində ağ rəngli limon qabı və yağ qabı, 8 manat dəyərində göyərti qurudan, 10 manat dəyərində “Gipfel” markalı tərəvəz rəndəsi (tyorka), taxtadan doğrama dəsti, plastik qablar, plastik vanna, 150 manat dəyərində elektrikli samovar, qoz sındıran, bıçaq itiləyən, alma deşən-tum çıxaran aparat, 180 manat dəyərində jalüz pərdə, paltarqurulama üçün setka, 60 manat dəyərində “Luminarc” markalı şüşə qazan, 38 ekran TV, “Niser Diser” markalı doğrama dəsti, dəyəri 4000 manat olan “Merinos” markalı qonaq otağı mebeli (bir güzgülü komot, iki servant, stol və 6 ədəd stul, TV altlığı), dəyəri 1000 manat olan 102 ekran TV, 150 manat dəyərində DVD kinoteatr və səsgücləndiricilər, 320 manat dəyərində xrustal lyustra, 40 manat dəyərində fil və balet fiqur aksessuarlar, 83 manat dəyərində yaşıl qaşlı şamdan, 121 manat dəyərində güldan yaşıl qaşlı, 105 manat dəyərində meyvə qabı yaşıl qaşlı, 1000 manat dəyərində 82 parçadan ibarət şam yeməyi servisi, 50 manat dəyərində “Luminarc” markalı altı qara rəngli fincan 12 ədəd, 60 manat dəyərində ağ rəngli iki ləbləbi qabı, 380 manat dəyərində “Kütahya” markalı bənövşəyi rəngli servis, 215 manat dəyərində olan ağ rəngli çemodanda qaşıq dəsti, qaşlı viski dəsti 6 ədəd, qaşlı qədəh dəsti və iki ədəd çömçə, 50 manat dəyərində ləbləbi üçün iki mərtəbəli madonna, 120 manat dəyərində svarovski qaşlı qədəh 6 ədəd, 20 manat dəyərində salfetka üçün qaşlı üzük, süfrələr: 15 manat dəyərində qırmızı rəngli, 19 manat dəyərində “Tac” markalı tünd qırmızı rəngli, 35 manat dəyərində ağ-qara qaşlı raunder (dairəvi), bozqızılı süfrə, xrustal fujer qədəh 12 ədəd, xrustal qalın qədəh, iki ədəd xrustal mürəbbə qabı, 150 manat dəyəri olan bənövşəyi tüklü xalça, 100 manat dəyərində raunderli üzük süfrə, 300 manat dəyərində pərdə, 200 manat dəyərində böyük qızdırıcı soba, 3900 manat dəyərində “Merinos” markalı yataq otağı dəsti, 45 manat dəyərində ütü stolu, 92 manat dəyərində ütü, 120 manat dəyərində naçniklər, 200 manat dəyərində uşaq yatağı və matras, buxov odeyal, 350 manat ağ çamadanda yataq örtüyü (pokrıval), 150 manat dəyərində bənövşəyi yataq örtüyü, 230 manat dəyərində pərdə, 68 manat dəyərində yataq dəsti, 85 manat dəyərində krem rəngli yataq dəsti, 15 manat dəyərində atlas yataq dəsti, 102 manat dəyərində sətin yataq dəsti, 7 ədəd mətbəx dəsmalı, 130 manat dəyərində hamam üçün xalat dəsti, 30 manat dəyərində iki dəst dəsmal, 50 manat dəyərində ağ rəngli hamam dəsmalı, 50 manat dəyərində yasəmən-tünd qırmızı rəngli iki hamam dəsmalı, 16 manat dəyərində iki ədəd dəsmal, 17 manat dəyərində mirvarili dəsmal (tül setkada), güpürlü dəsmal, iki ədəd göy rəngli hamam üçün əlüz dəsmalı, iki ədəd yastıq və dörd ədəd yorğan, 100 manat dəyərində ağ-qara rəngli xalça, 75 manat dəyərində yun yorğan, 60 manat dəyərində dörd mövsüm dəst, 170 manat dəyərində dəhliz üçün lyustr, hamam-tualet ayaqaltısı, hamam üçün güzgü, hamam üçün kabina, pufik, şəxsi geyim əşyalarından ibarətdir. Həmçinin toyda ona hədiyyə edilmiş, toplam dəyəri 5000 manat olan 4,30 qram, 525 əyarlı qızıl üzük, 20,68 qram, 525 əyarlı, 0,03 karat brilyant boyunbağı-sırğa-üzük dəsti də gəlin köçdüyü evdə-Abşeron rayonu Xırdalan şəhərinin Həzi Aslanov küçəsindəki “Uğur 4” yaşayış kompleksi 1A saylı evin 13 nömrəli mənzilində, cavabdehdə qalmışdır. Bundan əlavə, ona hüquqi yardım həyata keçirilməsi üçün vəkillə müqavilə imzalamış və 100 manat məbləğində ödəniş həyata keçirmişdir. Həmçinin, iddianın qaldırılması üçün tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək tələb edilən əmlakların dəyərini göstərmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ədalətsiz, eyni zamanda qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə ərizəni təmin edərək iddia ərizəsində göstərilmiş əşyaların hamısının üzərinə həbs qoymuşdur. İcra məmuru zor tətbiq edərək onun yaşadığı mənzilə daxil olmuş, hətta mənzildə olmayan əşyaları belə siyahıya almış, faktiki olaraq, iddia ərizəsində göstərilən əşyaların evdə olub-olmamasını yoxlamadan akt tərtib etmişdir. İcra məmuru tərəfindən onun mənzil toxunulmazlığı hüququ və ədalətli araşdırma hüququ pozulmuşdur. Qətnamədə sübut qismində yalnız iddiaçının izahatına əsaslanmış, onun izahatı da təhrif olunmuş formadadır. Birinci instansiya məhkəməsi zamanı o, cəmi bir dəfə məhkəmə baxışında iştirak etmiş və həmin iclasda da iddiaçının göstərdiyi əşyaların böyük əksəriyyətinin nikahdan əvvəl alındığını bildirmişdir. Bu əşyaların heç də hamısı cehiz əşyaları deyildir. Hətta bunların içərisində onun bacısı üçün alınmış cehiz əşyaları və evdə olan əvvəlki əşyalar da vardır. İddiaçıya cehiz kimi yalnız bir neçə qab-qacaq əşyaları alınmışdır. İddiaçı gəlin gələrkən heç də iddia ərizəsində göstərdiyi əşyaları cehiz kimi gətirməmişdir. O və ailəsi maddi cəhətdən normal vəziyyətdə yaşayır və ev tam əşyalı olmuşdur. Ona görə də əlavə cehiz əşyalarının gətirilməsinə ehtiyac yox idi. Lakin məhkəmə öz qətnaməsində guya onun iddianı qəbul etdiyini göstərmişdir. O, bir dəfə məhkəmə iclasında iştirak etmiş, lakin ondan sonra məhkəmə iclaslarının vaxtı barəsində heç bir məlumatı olmamışdır. Dəfələrlə Abşeron Rayon Məhkəməsinin inzibati binasına gələrək iş barədə məlumat almağa çalışsa da, ona məlumat verən olmamışdır. Onun protokollara qeyd vermək hüququ da təmin edilməmişdir. O, heç də bütün iddianı qəbul etməmişdir. Məhkəmə iclasında da konkret olaraq hansı əşyaların cehiz olması və iddia ərizəsində göstərilmiş əşyalardan hansılarının əvvəlcədən evdə olan və cehiz olmayan əşyalar olmasını dəqiqliklə göstərməyinə baxmayaraq, məhkəmə bütün bunların heç birini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan, eyni zamanda, iş üzrə qeyri-mötəbər sübutlara əsaslanaraq qətnamə qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh nümayəndəsi cavabdeh X6 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı gəlin gələrkən özü ilə bir çemodan pal-paltar və üç cüt ayaqqabı gətirmiş, heç bir cehiz əmlak gətirməmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətlərində və onlara etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Bakı şəhəriYasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 3585/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, yetkinlk yaşına çatmamış uşağın yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2012-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində 130 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx xxxxxxx 2013-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalmasının (saxlanılmasının) müəyyən edilməsi, xx xxxxxxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 154 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarından görünür ki,Abşeron Rayon Məhkəməsinin 2(012)-5560/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə iddianı təmin tədbiri barədə İddiaçı ərizəsi təmin edilmiş, qərardadın icrası ilə bağlı Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən xx xxxxxx 2019-cu il tarixdə akt tərtib edilmiş, aktda Cavabdeh yaşadığı ünvanda icra sənədində göstərilən mikser, elektrikli tava, toster, blender, divan üstü örtük, par qazanı, stul saatı, mətbəx çəngəl-bıçaq dəsti, ləb-ləbi dəsti, rəngsiz şüşə tava, “Lumunars” markalı, ağ ləbləbi yumru qab, boz qızılı süfrə, 12 ədəd xrustal stəkan, xrustal qədəhlər, süfrə, 92 manatlıq ütü, 68 manatlıq yataq örtüyü, atlas yataq örtüyü, 102 manatlıq sətin yataq örtüyü, hamam üçün xalat dəsti, mirvari dəsmal, həmçinin toplam dəyəri 5000 manat olan qızıl zinət əşyalarından başqa, digər əmlakların yerində olduğu müəyyən edilmiş və yerində olan əmlaklar bir-bir siyahıya alınaraq üzərinə həbs qoyulmuş və saxlanc üçün Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası MM-nin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqasının qanunsuz sahibliyindən geri ala bilər. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Cavabdeh apellyasiya şikayətində iddiaçının göstərdiyi əşyaların böyük əksəriyyətinin nikahdan əvvəl alındığını, heç də hamısının cehiz əşyaları olmadığını, bunların içərisində onun bacısı üçün alınmış cehiz əşyaları və evdə olan əvvəlki əşyalar olduğunu, iddiaçının cehiz kimi yalnız bir neçə qabqacaq gətirdiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh birinci instansiya məhkəməsində iştirak edərkən mübahisəli cehiz əşyalarının ona məxsus evdə yerləşdiyini, iddiaçıya hədiyyə verilən qızıl zinət əşyalarının isə təxminən 2800 və ya 3000 manata alındığını, həmin qızıl zinət əşyalarının lombarda qoyulub 1000 manat pul götürdüyünü, lakin götürdüyü pulu qaytara bilmədiyini göstərərək iddianın qismən təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya hədiyyə verilən qızıl zinət əşyalarını lombarda qoyduğuna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən, iddianı təmin tədbiri barədə Abşeron Rayon Məhkəməsinin 2(012)-5560/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərardadının icrası ilə bağlı Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən xx xxxxxx 2019-cu il tarixdə akt tərtib edilib aşkar olunmuş əmlaklar Cavabdeh təhvil verilərkən o, heç bir iradını, bu əmlaklardan hansınınsa iddiaçıya məxsus olmadığını bildirməmişdir. Həmçinin iddiaçının nümayəndəsi olan atası məhkəmə kollegiyasına təqdim etdiyi yazılı izahatında iddiaçının gəlin gələrkən özü ilə ancaq bir çemodan pal-paltar və üç cüt ayaqqabı gətirdiyini, heç bir cehiz əmlak gətirmədiyini göstərmişdir. Qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-265/2019 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Səyyad Qafari Elman Əhmədov
Məhkəmə qərarları › İş №2(105)-1465/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1465/2020
22.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver