Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-147/2021 18.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8482/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T Dİ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8482/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, iddia ərizəsində göstərilmiş qızıl zinət əşyalarından 1 ədəd 585 əyarlı tros sep (2000 manat), 1 ədəd 585 əyarlı kale-qolbaq (2000 manat), 1 ədəd 585 əyarlı sadə üzük (200 manat), 1 ədəd 585 əyarlı nişan üzüyü (300 manat), həmçinin cehiz əmlaklardan yataq otağı mebeli (1700 manat), divan-kreslo (600 manat), mizstul (300 manat), jurnal miz (100 manat), 3 ədəd ətçəkən (130 manat), tozsoran (60 manat), qaşıq çemodanı (80 manat), tefal qazan naboru (170 manat), qazan naboru (130 manat), çuqun qazan dəsti (40 manat), 1 ədəd tefal qazan (25 manat), tökmə qazan naboru (90 manat), 3 ədəd tefal tava (90 manat), 3 ədəd tökmə tava (30 manat), 2 ədəd çuqun vedrə (20 manat), 2 ədəd dəmir vedrə (14 manat), 2 ədəd plastik vedrə (10 manat), 1 ədəd çuqun ləyən (20 manat), 1 ədəd plastik ləyən (10 manat), paltar səbəti (5 manat), paltar qaynatmaq üçün bak (15 manat), oxlov (15 manat), 2 dəst bıçaq naboru (80 manat), ət taxtası (5 manat), kartof soyma naboru (30 manat), qozçəkən maşın (10 manat), 5 ədəd ədviyyat qabı (20 manat), ağ ayı - mişka (25 manat), əl blendiri (10 manat), mikser (20 manat), 3 ədəd plastik salat qabı (9 manat), 2 ədəd çörək qabı (4 manat), termos (10 manat), 5 ədəd qəhvədan (75 manat), 4 ədəd çaynik (20 manat), kəfkir dəsti (25 manat), plastik kəfkir dəsti (15 manat), 3 ədəd aşsüzən (17 manat), samovar (50 manat), podnos dəsti (40 manat), şirə qabı-rumkası ilə birlikdə (15 manat), 1 ədəd qrafinka (5 manat), 2 ədəd balıq qabı (10 manat), elektrik sobası (70 manat), 4 ədəd bulud (20 manat), obedni-çayni-kafeyni servis (120 manat), 2 ədəd qara serviz (80 manat), 4 ədəd vaza (170 manat), 2 ədəd güldan (50 manat), 2 ədəd lodka qəndqabı (50 manat), 2 ədəd xrustal qəndqabı (30 manat), 2 ədəd xrustal külqabı (15 manat), üçmərtəbə ləbləbi qabı (10 manat), 3 ədəd göz xrustal ləbləbi qabı (7 manat), 6 ədəd xrustal rumka (24 manat), 2 ədəd səbət ləbləbi qabı (6 manat), 6 ədəd xrustal rumka (20 manat), 1 ədəd xrustal bohema dəsti (50 manat), 6 ədəd xrustal armudu stəkan (5 manat), 6 ədəd xrustal çay stəkanı (4 manat), 12 ədəd nəlbəki (11 manat), xrustal çemodan dəsti (140 manat), taxta qaşıq naboru (9 manat), zibil qabı (6 manat), şpilka qabı (4 manat), duz qabı dəsti (10 manat), çaynik altlığı (3 manat), kuxna üçün servis (20 manat), 2 ədəd xalça (340 manat), 2 ədəd odeyal (90 manat), 3 dəst döşək (50 manat), 3 dəst yorğan (40 manat), 8 ədəd balış (25 manat), 24 ədəd fincan, 24 ədəd böyük limçə, 24 ədəd orta limçə, 24 ədəd balaca limçə, 24 ədəd sous üçün limçə (140 manat), divan üstlüyü (50 manat), 1 ədəd türk yorğanı (30 manat), 3 ədəd stol üstü (20 manat), 5 ədəd pastel dəsti (165 manat), 9 ədəd hamam qətfəsi (90 manat), 12 ədəd əl dəsmalı (70 manat), taxt üstü-pərdə (200 manat), ütü (35 manat), ütüaltı (30 manat), lüstur (100 manat), qonaq otağı üçün pərdə (60 manat) və ya olmadıqları təqdirdə onların dəyərinin Cavabdeh alınaraq iddiaçı X2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək gəlin köçərkən ona hədiyyə kimi verilən dəyəri 2000 manat olan 1 ədəd 585 əyarlı tros sepin, dəyəri 200 manat olan 1 ədəd 585 əyarlı nazik sepin, dəyəri 2000 manat olan 1 ədəd 585 əyarlı kale-qolbağın, dəyəri 200 manat olan 1 ədəd 585 əyarlı tarakan üzüyün (sadə), dəyəri 300 manat olan 1 ədəd 585 əyarlı brilyant qaşlı komplektin, dəyəri 300 manat olan 1 ədəd 585 əyarlı brilyant nişan üzüyünün, dəyəri 1500 manat olan 1 ədəd 585 əyarlı komplekt sırğa üzüyün, cehiz əmlakı olan dəyəri 1700 manat olan yataq otağı mebelinin, dəyəri 600 manat olan divan-kreslonun, dəyəri 300 manat olan miz-stulun, dəyəri 300 manat olan televizorun, dəyəri 110 manat olan televizor altlığının, dəyəri 100 manat olan jurnal stolunun, dəyəri 900 manat olan soyuducunun, dəyəri 500 manat olan paltaryuyanın, dəyəri 130 manat olan 3 ədəd ətçəkənin, dəyəri 60 manat olan tozsoranın, dəyəri 80 manat olan qaşıq çemodanın, dəyəri 170 manat olan Tefal qazan naborunun, dəyəri 130 manat olan qazan naborunun, dəyəri 40 manat olan çuqun qazan dəstinin, dəyəri 25 manat olan 1 ədəd Tefal qazanın, dəyəri 90 manat olan tökmə qazan naborunun, dəyəri 90 manat olan 3 ədəd Tefal tavanın, dəyəri 30 manat olan 3 ədəd tökmə tavanın, dəyəri 20 manat olan 2 ədəd çuqun vedrənin, dəyəri 14 manat olan 2 ədəd dəmir vedrənin, dəyəri 10 manat olan 2 ədəd plastik vedrənin, dəyəri 20 manat olan1 ədəd çuqun ləyənin,dəyəri 10 manat olan 1 ədəd plastik ləyənin, dəyəri 5 manat olan paltar səbətinin, dəyəri 15 manat olan paltar qaynatmaq üçün bakın, dəyəri 15 manat olan oxlovun, dəyəri 80 manat olan 2 dəst bıçaq naborunun, dəyəri 5 manat olan ət taxtasının, dəyəri 30 manat olan kartof soyma naborunun, dəyəri 10 manat olan qozçəkən maşının, dəyəri 20 manat olan 5 ədəd ədviyyat qabının, dəyəri 25 manat olan ağ ayı-mişkanın, dəyəri 10 manat olan əl blendirinin,dəyəri 20 manat olan mikserin, dəyəri 9 manat olan 3 ədəd plastik salat qabının, dəyəri 4 manat olan 2 ədəd çörək qabının, dəyəri 10 manat olan termosun, dəyəri 75 manat olan 5 ədəd qəhvədanın, dəyəri 20 manat olan 4 ədəd çaynikin, dəyəri 25 manat olan kəfkir dəstinin, dəyəri 15 manat olan plastik kəfkir dəstinin, dəyəri 17 manat olan 3 ədəd aşsüzənin, dəyəri 50 manat olan samovarın, dəyəri 40 manat olan podnos dəstinin, dəyəri 15 manat olan rumkası ilə birlikdə şirə qabının, dəyəri 5 manat olan 1 ədəd qrafinkanın, dəyəri 10 manat olan 2 ədəd balıq qabının, dəyəri 70 manat olan elektrik sobasının, dəyəri 20 manat olan 4 ədəd buludun,dəyəri 120 manat olan nahar-çay-kofe servizinin, dəyəri 80 manat olan 2 ədəd qara servizin, dəyəri 170 manat olan 4 ədəd (3 ədədi bohema, 1 ədədi xrustal) vazın, dəyəri 50 manat olan 2 ədəd (1 ədədi bohema, 1 ədədi xrustal) güldanın, dəyəri 50 manat olan 2 ədəd lodka qəndqabının, dəyəri 30 manat olan 2 ədəd xrustal qəndqabının, dəyəri 15 manat olan 2 ədəd xrustal külqabının, dəyəri 10 manat olan üçmərtəbə ləbləbi qabının, dəyəri 7 manat olan 3 ədəd göz xrustal ləbləbi qabının, dəyəri 24 manat olan 6 ədəd xrustal (böyük) rumkanın, dəyəri 6 manat olan 2 ədəd səbət ləbləbi qabının, dəyəri 20 manat olan 6 ədəd xrustal (balaca) rumkanın, dəyəri 50 manat olan 1 ədəd xrustal bohema dəstinin, dəyəri 5 manat olan 6 ədəd xrustal armudu stəkanın, dəyəri 4 manat olan 6 ədəd xrustal çay stəkanının, dəyəri 11 manat olan 12 ədəd nəlbəkinin, dəyəri 140 manat olan xrustal çemodan dəstinin, dəyəri 9 manat olan taxta qaşıq naborunun, dəyəri 6 manat olan zibil qabının, dəyəri 4 manat olan şpilka qabının, dəyəri 10 manat olan duz qabı dəstinin, dəyəri 3 manat olan çaynik altlığının, dəyəri 20 manat olan kuxna üçün servizin, dəyəri 340 manat olan 2 ədəd xalçanın, dəyəri 90 manat olan 2 ədəd odeyalın, dəyər 50 manat olan 3 dəst döşəyin, dəyəri 40 manat olan 3 dəst yorğanın, dəyəri 15 manat olan 8 ədəd balışın, dəyəri 140 manat olan 24 ədəd fincan, 24 ədəd böyük limçə, 24 ədəd orta limçə, 24 ədəd balaca limçə, 24 ədəd sous üçün limçənin, dəyəri 50 manat olan divan üstlüyünün, dəyəri 30 manat olan 1 ədəd türk yorğanının, dəyəri 20 manat olan 3 ədəd stol üstünün, dəyəri 165 manat olan 5 ədəd pastel dəstinin, dəyəri 90 manat olan 9 ədəd hamam qətfəsinin, dəyəri 70 manat olan 12 ədəd əl dəsmalının, dəyəri 200 manat olan taxtüstü pərdənin, dəyəri 35 manat olan ütünün,dəyəri 30 manat olan ütüaltının, dəyəri 100 manat olan lüstürün və dəyəri 60 manat olan qonaq otağı üçün pərdənin və ya onların dəyəri olan 14898 manat pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmadan el adəti ilə toy etdirməklə ailə quraraq cavabdehin evinə gəlin köçmüşdür. Ailə qurduğu ilk əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıqlar yaranmağa başlamış və nəticədə onlar ayrılmışlar. Birgə yaşadıqları müddətdə xx.xx.2011-ci ildə X10 və xx.xx.2014-cü ildə X8 adlı uşaqları anadan olmuşlar. Rəsmi nikahları olmasa da, uşaqların atalığı müəyyən edilmişdir. O, gəlin köçdüyü vaxt ona valideynləri, qohumları tərəfindən müxtəlif cehiz əmlak və toy hədiyyəsi kimi həm valideynləri, qohumları, həm də oğlan evi tərəfindən qızıl zinət əşyaları verilmişdir. Lakin ailə münasibətləri kəsildikdən və onlar ayrıldıqdan sonra əmlakları cavabdehin evində qalmışdır. Əmlaklarını tələb etsə də, cavabdeh cehiz əmlakını və toy hədiyyəsi olan qızıl zinət əşyalarını ona qaytarmamışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır. Sumqayıt Şəhər Məhkəməsi qətnamə çıxararkən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iddia tələbini təmin edərkən heç bir fakta, sübuta istinad etməmiş, ancaq iddiaçının iddia ərizəsinə, məhkəmə prosesindəki izahatına istinad etmişdir. Məhkəmə iddiaçının əmlaklarının qiyməti, çeşidi, alınma tarixi barədə heç bir sübuta istinad etməmişdir. Halbuki, məhkəmə qətnaməsindən göründüyü kimi, bu barədə onun sübutları olmuşdur. O, həmin malların alınması barədə sübutlar təqdim etmişdir. Şahid ifadələri ilə də həmin sübutlar öz təsdiqini tapmışdır. 1 ədəd 585 əyarlı tros sep (2000 manat), 1 ədəd 585 əyarlı kale-qolbaq barədə o, sübutlar təqdim etsə də, məhkəmə həmin hissədə iddianı təmin etmişdir. 585 əyarlı 1 ədəd tros sep (2000 manat), ümumiyyətlə, olmamışdır. Qalın sepin (1 ədəd 585 əyarlı) və kale-qolbağın işdə təqdim edilmiş qəbzi vardır, qiyməti 20000 rubldur. O, həmin sepi 2009-cu il tarixdə Vladimirdən almışdır, 540 manat məbləğindədir. İddiaçı gəlin kimi 2 ədəd ətçəkən, 2 ədəd çuqun vedrə, 2 ədəd dəmir vedrə, 2 ədəd plastik vedrə, samovar gətirməmişdir. 2 ədəd xalça əvəzinə, yer üçün 1 ədad xalça, 3 ədəd döşək əvəzinə, 1 ədəd döşək, 3 ədəd yorğan əvəzinə, 1 ədəd yorğan, 8 ədəd balış əvəzinə, 2 ədəd balış, 9 ədəd hamam dəsti əvəzinə, 1 ədəd hamam dəsti olmuşdur, 12 ədəd əl dəsmalı olmamışdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, apellyasiya şikayətində qeyd edilənlərdən başqa, iddiaçının tələb etdiyi digər əmlaklar cavabdehin yaşadığı evdədir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsinə 585 əyarlı 1 ədəd tros sepin və 1 ədəd 585 əyarlı kale-qolbağın dəyərinə aid hissədə dəyişiklik edilməli, qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətlərində və onlara etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin qismən ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqələrinin və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx.xx.2011-ci ildə, X8 xx.xx.2014-cü ildə anadan olmuşlar, ataları Cavabdeh, anaları İddiaçıdır. İş üzrə keçirilmiş ekspertizanın 9/4738 saylı, xx xxxxxx 2021-ci il tarixli rəyindən görünür ki, 585 əyarlı, çəkisi 15 qram olan 1 ədəd tros sepin qiyməti 1050 manat və 1 ədəd 585 əyarlı, çəkisi 3 qram olan kale-qolbağın qiyməti 210 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası MM-nin 225.2-ci maddəsinə görə nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqasının qanunsuz sahibliyindən geri ala bilər. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 585 əyarlı 1 ədəd tros sep və 1 ədəd 585 əyarlı kale-qolbağın dəyərinə aid hissədə istisna olmaqla, qalan hissələrdə qanuni və əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi 585 əyarlı 1 ədəd tros sepin və 1 ədəd 585 əyarlı kale-qolbağın hər birinin dəyərini 2000 manat müəyyən edərkən iddia ərizəsində göstərilən qiymətləri əsas götürmüş, həmin qızıl zinət əşyalarının dəyərini müəyyən etmək üçün müvafiq ekspertiza keçirməmişdir. İş üzrə keçirilmiş ekspertizanın 9/4738 saylı, xx xxxxxx 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 585 əyarlı, çəkisi 15 qram olan 1 ədəd tros sepin qiyməti 1050 manat və 1 ədəd 585 əyarlı, çəkisi 3 qram olan kale-qolbağın qiyməti 210 manatdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə 585 əyarlı 1 ədəd tros sep və 1 ədəd 585 əyarlı kale-qolbağın dəyərinə aid hissədə dəyişiklik edilməli, 585 əyarlı, çəkisi 15 qram olan 1 ədəd tros sepin qiyməti 1050 manat və 1 ədəd 585 əyarlı, çəkisi 3 qram olan kale-qolbağın qiyməti 210 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehlərin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Cavabdeh apellyasiya şikayətində mübahisələndirdiyi digər əmlakların iddiaçının cehizi olmamasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsinə 585 əyarlı 1 ədəd tros sepin və 1 ədəd 585 əyarlı kale-qolbağın dəyərinə aid hissədə dəyişiklik edilməli, qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İs üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8482/2019 saylı qətnaməsinə 585 əyarlı 1 ədəd tros sep və 1 ədəd 585 əyarlı kale-qolbağın dəyərinə aid hissədə dəyişiklik edilsin. 585 əyarlı, çəkisi 15 qram olan 1 ədəd tros sepin qiyməti 1050 (bir min əlli) manat və 1 ədəd 585 əyarlı, çəkisi 3 qram olan kale-qolbağın qiyməti 210 (iki yüz on) manat müəyyən edilsin. Qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abbasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-147/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-147/2021
18.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver