Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1481/2022 06.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(012)-367/2022 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddianın qismən təmin edilməsi, Cavabdeh 9.957,66 (doqquz min doqquz yüz əlli yeddi manat, altmış altı qəpik) manat əsas borc, 95,72 (doxsan beş manat, yetmiş iki qəpik) manat faiz borcu, 7,71 (yeddi manat, yetmiş bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 10.061,09 (on min altmış bir manat, doqquz qəpik) manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumu üçün 70 (yetmiş) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.025 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış və 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 68.000 manat müəyyən edilməsi, tələb ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.025 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış və 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış və 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi açıq hərracdan satılması və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış və 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi hərracdan satılandan 1 (bir) ay sonra Cavabdeh həmin torpaq sahəsindən və evdən istifadə hüququ itirilmiş hesab edilməsi, o həmin fərdi yaşayış evindən çıxarılması, həmin torpaq sahəsi və ev boşaldılması və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, iddia qalan hissədə təmin edilməməsi, mütəxəssis rəyi üzrə xidmət haqqı olan 250 (iki yüz əlli) manat Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). İddiaçı Açıq Səhmdar Cəmiyyətinin məhkəmə orqanları ilə iş şöbəsinin müdiri İsa Hacıyev ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, apellyasiya şikayətindən imtina olunması və apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2. maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (Mülki Prosessual Məcəllənin 69.1., 74.1.və 74.2. maddələri). Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər (Mülki Prosessual Məcəllənin 369.2. və 369.3. maddələri) Məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə mülki iş tərəfin şikayəti əsasında başlanıldığından və iddiaçı apellyasiya icraatının başlanmasına əsas olan şikayətindən nümayəndəsi vasitəsilə imtina etdiyindən, apellyasiya şikayətindən imtina barədə ərizə iddiaçının iradə ifadəsi ilə verilmiş hesab edilməli, şikayətin geri qaytarılması üçün əsaslar olmadığından ərizə qəbul edilməli və şikayət üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1. maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4. maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 13.4., 365, 263, 264., 369, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1481/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1481/2022
06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver