Məhkəmə qərarları › İş №2(105)-1497/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1497/2020

03.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1497/2020 03.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İlk iddia üzrə İddiaçı, ilk iddia üzrə Cavabdeh, onun vəkili və nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1732/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1732/2019 saylı, xx xxxx 2019-cuil tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh 2 dəst yataq mebeli – 2200 manat dəyərində, divan - 350 manat, raskladuşka – 50 manat, 2 ədəd mebelsandığı – hər biri 100 manat, 3 ədəd böyük miz (1 ədədi 100 manat, 1 ədədi 300 manat və 1 ədədi 600 manat) – 1000 mamnat, 3 ədəd jurnal masası – 240 manat, 4 ədəd taxtadan düzəldilmiş miz – 200 manat, 11 ədəd stul – 330 manat, 4 ədəd mətbəx oturacağı – 100 manat, 4 ədəd kitab rəfi – 100 manat, 1 ədəd kitab rəfi – 50 manat, 2 ədəd ayaqüstü asılqan – 30 manat, 5 ədəd divar asılqanı (nerj) – 100 manat, televizor altlığı(mebeldən) – 30 manat, 5 metrlik mətbəxmebeli - 500 manat, mətbəx dolabı – 100 manat, qızdırıcı – 80 manat, böyük vanna – 100 manat, 2 ədəd hamam güzgüsü – 100 manat, unitaz – 80 manat, əl-üz-yuyan tülpan – 170 manat, simistitel 5 ədəd – 100 manat, 2 ədəd duru sabun qabı, 3 ədəd sabunqabı - 80 manat qoşa diş fırçası qabı – 25 manat, 1ədəd laqonda 600W – 100 manat, 1 ədəd laqonda 1800W(borş) – 300 manat, 2 ədəd preferator – 500 manat, 1ədəd direl – 25 manat, 1 ədəd bormaşın – 150 manat, elektrik ustasına aid olan bütün avadanlıqlar – 200 manat, 1 ədəd 3mx4m xalça – 150 manat, 1 ədəd 2mx5m xalça – 120 manat, 1 ədəd 2mx4m xalça – 100 manat, 2 ədəd 2mx3m xalça – 200 manat, kilim 1,5m x 4m 1 ədəd – 150 manat, 3 ədəd kiçik xalça 3mx4m - 120 manat, divar örtüyü 2 ədəd – 60 manat, 3 ədəd kreslo örtüyü – 60 manat, böyük odeyal – 160 manat, balaca odeyal - 60 manat, 1 ədəd taxt döşəyi yundan – 100 manat, 6 ədəd yun döşək – 480 manat, 7 ədəd yun yorğan – 350 manat, 20 ədəd yastıq (quş tükündən) – 200 manat, 12 ədəd döşəkcə - 50 manat, 10 ədəd pərdə 3mx3m – 400 manat, yorğan çxolları, döşək üzləri, balışüzü, hamam dəsmalları, əl-üz dəsmalları, çay dəsmalı, stolüstü süfrələr, jurnalörtükləri -200 manat,işıqlandırıcı saat – 20 manat, qol saatı arent – 200 manat, divar saatı – 20 manat, şahmat – 30 manat, nərdtaxta əl işi – 150 manat, 3 ədəd ütü – 100 manat, bilendr – 50 manat, radiator qızdırıcı tokla işləyən – 50 manat, aspirator – 100 manat, qaz sobası 4 göz – 150 manat, qaz sobası ev qızdıran – 200 manat,samovar – 100 manat, televizor LG 82 ekran – 500 manat, çinar soyuducu – 300 manat, paltartikən maşın padoliski – 100 manat, ətçəkən maşın (tokla) – 120 manat, tozsoran 2 ədəd – 150 manat, çörək bişirən (soba) – 100 manat, krosna openboks 300 – 50 manat, videomaqnitafon (disk,kaset) – 100 manat, komputer dəsti – 200 manat, dedektor ATV+ - 30 manat, çaynik 5 Lnerj – 40 manat, tabağ 2 ədəd – 25 manat, 2 ədəd aşsüzən – 15 manat, 4 ədəd podnis – 30 manat, 3 ədəd böyük qazan – 60 manat, 4 ədəd balaca qazan – 40 manat, 4 ədəd tava – 50 manat, ət şişi 8 ədəd – 20 manat, ət baltası 1 ədəd – 5 manat, 7 bulud, 6 kasa, 8 ədəd dərin kasa – 150 manat, 24ədəd xörək qabı – 72 manat, 12 ədəd salat qabı və 12 ədəd ət qabı -48 manat, 22 ədəd xörək qabı – 66 manat, 8 ədəd ət qabı – 12 manat, 12 xörək qabı – 24 manat, 17 ədəd salat qabı – 34 manat, servis kofe dəsti - 100manat, 6 qulplu, 6 armudu stəkan – 12 manat, 6 ədəd çiyələkli stəkan – 6 manat, 1 dəst çay servisi – 50 manat, düşpərəkəsən, qəndkəsən – 10 manat,üst-üstə titan (nerj) çaynik dəst – 30 manat, qaşıq, çəngəl, çömçə, çay qaşığı – 50 manat, ləyən, vedrə, 3 mərtəbəli kartof, soğan qabı – 50 manat, balon müxtəlif 100 ədəd – 50 manat, 2 ədəd termuz – 15 manat, 6 ayaqlı 4 ədəd sadə qəndqabı – 8 manat, 6 ləbləbi qabı, 8 bakal – 52 manat, 3 ədəd su qrafinkası – 15 manat, çini dəst, fincan qaşıq 6 ədəd – 10 manat, 6 yaşıl su stəkanı – 6 manat, 12 ədəd qəndqabışüşədən – 12 manat, 2 ədəd şirniyyat qabı – 20 manat, 2 ədəd büllur güldan – 90 manat, 2 ədəd 3 mərtəbəli ləbləbi qabı – 30 manat, sadə güldan şüşədən – 120 manat, 6 rumka büllur – 20 manat, 17 ədəd sadə rumka – 15 manat, 3 əd külqabı, 10 ədəd duzqabı – 10 manat, 12 ədəd böyük, 12 ədəd balaca nəlbəki – 20 manat, 10 ədəd fincan – 10 manat, 3 ədəd çörək qabı, 2 ədəd piti qabı – 20 manat, 2 ədəd çini salatqabı – 10 manat və geyim əşyalarının – cəmi 1000 manat dəyərində, həmin əmlakların naturada qaytarılması mümkün olmadıqda onların dəyərinin alınaraq İddiaçı ödənilməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim Almaz Süleymanova) Qətnamədən ilk iddia üzrə Cavabdehpelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2736/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cuil tarixli, 2(060)-1732/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (sədrlik edən A.Ə.Abbasov, hakimlər Ş.R.Abasov və T.Q.Məmmədov) Qətnamədən ilk iddia üzrə Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-242/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2736/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ilkin iddia tələbinə dair hissədə ləğv olunması və işin həmin hissədə yeni apelyasiya baxışına qaytarılması, qətnamənin digər hissəsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. (sədrlik edən İ.K.Dəmirov, hakimlər A.Ə.İsgəndərov və Ə.A.Əhmədov) İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 108 adda əmlakın cavabdeh MüslümovRövşənŞahverdioğlundan alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirmiş, 108 adda əmlakın qiymətini də göstərərək, həmin əmlakların qaytarılması, əmlaklar olmadığı halda onların dəyərinin cavabdeh MüslümovRövşənŞahverdioğlundan tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, 2006-cı ildə Cavabdeh 0,02 ha torpaq sahəsi almış və 2007-ci ildə həmin torpaq sahəsində fərdi ev tikərək orada ailə üzvləri ilə birlikdə yaşamışdır. 2016-cı ilin əvvəllərində Cavabdeh və onun ailə üzvləri heç bir əsas olmadan onun evinə girmiş, evin əksər hissəsini uçurmuş, orada olan əmlakların bir hissəsini məhv etmiş, digər bir hissəsini isə naməlum istiqamətə aparmışdır. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 295A ünvanında yerləşən 0,02 ha torpaq sahəsində yerləşən 164,8 kv.m yaşayış binasına görə onun adına ARƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən xx.xx.2018-ci ildə RX seriyalı ******* saylı Çıxarış verilmişdir. X14 Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-1432/2018 saylı qətnaməsi ilə Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi ünvanında olan 295A saylı evə istifadə hüququ tanınmışdır. Həmin qətnamədən cavabdehin verdiyi şikayət ərizəsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə rədd edilmiş və sözügedən qərarda göstərilmişdir ki, həmin ünvanda olan fərdi evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh heç bir aidiyyatı yoxdur. Beləliklə, sözügedən ünvanda şəxsi vəsaiti hesabına inşa edilmiş əmlaklar ya məhv edilmiş, ya da cavabdeh tərəfindən ələ keçirilmişdir. Ona məxsus olan 295A saylı evdə aşağıdakı əmlaklar olmuşdur: 2 dəst yataq mebeli – 2200 manat dəyərində, divan -350 manat, raskladuşka – 50 manat, 2 ədəd mebelsandığı–hər biri 100 manat, 3 ədəd böyük miz (1 ədədi 100 manat, 1 ədədi 300 manat və 1 ədədi 600 manat) – 1000 mamnat, 3 ədəd jurnal masası – 240 manat, 4 ədəd taxtadan düzəldilmiş miz – 200 manat, 11 ədəd stul – 330 manat, 4 ədəd mətbəx oturacağı – 100 manat, 4 ədəd kitab rəfi – 100 manat, 1 ədəd kitab rəfi – 50 manat, 2 ədəd ayaqüstü asılqan – 30 manat, 5 ədəd divar asılqanı (nerj) – 100 manat, televizor altlığı(mebeldən) – 30 manat, 5 metrlik mətbəxmebeli - 500 manat, mətbəx dolabı – 100 manat, qızdırıcı – 80 manat, böyük vanna – 100 manat, 2 ədəd hamam güzgüsü – 100 manat, unitaz – 80 manat, əl-üz-yuyan tülpan – 170 manat, simistitel 5 ədəd – 100 manat, 2 ədəd duru sabun qabı, 3 ədəd sabunqabı -80 manat qoşa diş fırçası qabı – 25 manat, 1ədəd laqonda 600W – 100 manat, 1 ədəd laqonda 1800W(borş) – 300 manat, 2 ədəd preferator – 500 manat, 1ədəd direl – 25 manat, 1 ədəd bormaşın – 150 manat, elektrik ustasına aid olan bütün avadanlıqlar – 200 manat, 1 ədəd 3mx4m xalça – 150 manat, 1 ədəd 2mx5m xalça – 120 manat, 1 ədəd 2mx4m xalça – 100 manat, 2 ədəd 2mx3m xalça – 200 manat, kilim 1,5m x 4m 1 ədəd – 150 manat, 3 ədəd kiçik xalça 3mx4m - 120 manat, divar örtüyü 2 ədəd – 60 manat, 3 ədəd kreslo örtüyü – 60 manat, böyük odeyal – 160 manat, balaca odeyal - 60 manat,1 ədəd taxt döşəyi yundan – 100 manat, 6 ədəd yun döşək – 480 manat, 7 ədəd yun yorğan – 350 manat, 20 ədəd yastıq (quş tükündən)–200 manat, 12 ədəd döşəkcə - 50 manat, 10 ədəd pərdə 3mx3m – 400 manat, yorğan çxolları, döşək üzləri, balışüzü, hamam dəsmalları, əl-üz dəsmalları, çay dəsmalı, stolüstü süfrələr, jurnalörtükləri -200 manat,işıqlandırıcı saat – 20 manat, qol saatı arent - 200manat, divar saatı – 20 manat, şahmat – 30 manat, nərdtaxta əl işi – 150 manat, 3 ədəd ütü – 100 manat, bilendr – 50 manat, radiator qızdırıcı tokla işləyən – 50 manat, aspirator – 100 manat, qaz sobası 4 göz – 150 manat, qaz sobası ev qızdıran – 200 manat,samovar – 100 manat, televizor LG 82 ekran – 500 manat, çinar soyuducu – 300 manat, paltartikən maşın padoliski – 100 manat, ətçəkən maşın (tokla) – 120 manat, tozsoran 2 ədəd – 150 manat, çörək bişirən (soba) – 100 manat,krosna openboks300 – 50 manat, videomaqnitafon (disk,kaset) – 100 manat, komputer dəsti – 200 manat, dedektor ATV+ - 30 manat, çaynik 5 Lnerj – 40 manat, tabağ 2 ədəd – 25 manat, 2 ədəd aşsüzən – 15 manat, 4 ədəd podnis – 30 manat, 3 ədəd böyük qazan – 60 manat, 4 ədəd balaca qazan – 40 manat, 4 ədəd tava – 50 manat, ət şişi 8 ədəd – 20 manat, ət baltası 1 ədəd – 5 manat, 7 bulud, 6 kasa, 8 ədəd dərin kasa – 150 manat, 24ədəd xörək qabı – 72 manat, 12 ədəd salat qabı və 12 ədəd ət qabı -48 manat, 22 ədəd xörək qabı – 66 manat,8 ədəd ət qabı – 12 manat, 12 xörək qabı – 24 manat, 17 ədəd salat qabı – 34 manat, servis kofe dəsti - 100manat, 6 qulplu, 6 armudu stəkan – 12 manat, 6 ədəd çiyələkli stəkan – 6 manat, 1 dəst çay servisi – 50 manat, düşpərəkəsən, qəndkəsən – 10 manat,üst-üstə titan (nerj) çaynik dəst – 30 manat, qaşıq, çəngəl, çömçə, çay qaşığı – 50 manat, ləyən, vedrə, 3 mərtəbəli kartof, soğan qabı – 50 manat, balon müxtəlif 100 ədəd – 50 manat, 2ədəd termuz – 15 manat, 6 ayaqlı 4 ədəd sadə qəndqabı – 8 manat, 6 ləbləbi qabı, 8 bakal – 52 manat, 3 ədəd su qrafinkası – 15 manat, çini dəst, fincan qaşıq 6 ədəd – 10 manat, 6 yaşıl su stəkanı – 6 manat, 12 ədəd qəndqabışüşədən – 12 manat, 2 ədəd şirniyyat qabı – 20 manat, 2 ədəd büllur güldan – 90 manat, 2 ədəd 3 mərtəbəli ləbləbi qabı – 30 manat, sadə güldan şüşədən – 120 manat, 6 rumka büllur – 20 manat, 17 ədəd sadə rumka – 15 manat, 3 əd külqabı, 10 ədəd duzqabı – 10 manat, 12 ədəd böyük, 12 ədəd balaca nəlbəki – 20 manat, 10ədəd fincan – 10 manat, 3 ədəd çörək qabı, 2 ədəd piti qabı – 20 manat, 2 ədəd çini salatqabı – 10 manat, geyim əşyaları – cəmi 1000 manat dəyərində. MüslümovRövşənŞahverdioğlu da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh özünə məxsus əşyaları götürməkdən imtina etdiyi üçün onun məcbur olaraq əşyaların saxlanması üçün 2017-ci ilin yanvar ayından 2019-cu ilin yanvar ayına qədər ödədiyi 1200 manat və bundan sonra cavabdeh əşyalarını götürənə qədər hər ay 50 manatdan olaraq ödəyəcəyi məbləğin cavabdeh İddiaçı alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində göstərdiyi əşyaların yerləşdiyi bina onun həyətində yerləşməklə İddiaçı kirayə yaşamaq üçün verilmiş və cavabdeh öz əşyalarını ora yığmaqla ailə üzvləri ilə birlikdə orada yaşamışdır. 2016-cı ildə o, cavabdehdən evi boşaltmağı tələb etdikdə sonuncu evi boşaltmayacağını bildirmişdir. Amma o, cavabdeh evdən çıxarmağa nail olmuşdur. Bundan sonra cavabdeh ona qarşı əmlak tələbinə dair iddia verərək, həmin evdə olan əşyalarını tələb etmiş, o da həmin iddianı qəbul edib əşyaları qaytarmağa razı olduğunu bildirmişdir. Lakin cavabdeh bütün əşyaları deyil, yalnız orda olan 2 çemodanı götürmək istədiyini bildirmiş, o, isə bütün əşyaları götürməyi tələb etmişdir. Bu səbəbdən cavabdeh iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə iş baxılmamış saxlanmışdır. Cavabdeh əmlaklarını könüllü olaraq götürmədiyi üçün o, 2017-ci ilin yanvar ayında əşyaların çıxarılaraq bir yerə yığılmasını qərara almış, bu məqsədlə bir neçə yerdə icarə yeri axtarmış, Coratda qonşuluqda yaşayan X13 onun bu problemini bildiyi üçün özünün işləmədiyini, pula da ehtiyacı olduğunu və 50 manat haqq müqabilində evinin bir otağında həmin əşyaları saxlamağa razı olduğunu demişdir. Həmin təkliflə razılaşmış, əşyaları onun evində bir otağa yığmış, hər ay da ona 50 manat icarə haqqı ödəmişdir. Sonradan o, həbs edilmiş və həbsdə olduğu dövrdə cavabdeh sahə müvəkkilinin iştirakı ilə həmin evdən iki çemodan götürmüşdür. Bundan sonra onun arvadı cavabdehə məxsus əşyaların evdən çıxarılması üçün məhkəmədə iddia qaldırmış, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə 276 adda əşyanın evdən çıxarılması qət edilmiş, lakin cavabdeh əşyaların çıxarılmasını istəmədiyi üçün şikayət vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən 1-ci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Həmin vaxtdan cavabdehə məxsus əşyalar onun icarə haqqı ödədiyi evdə yerləşir. O, cavabdehə məxsus əmlakların hamısını qaytarmağa razıdır. Lakin, cavabdeh bilərəkdən əşyaları götürməmişdir və o, məcbur olub əşyaları götürüb başqa yerdə saxlamış, əşyaların saxlanması üçün 2017-ci ilin yanvarından bu günə kimi icarə haqqı ödəmişdir. Bu 2 il ərzində ödədiyi icarə haqqının məbləği 1200 manat təşkil edir. Bu gün də həmin əşyalar başqa yerdə saxlanılır və hər ay icarə haqqı ödənir. Ona görə də bu 2 il ərzində cavabdehin əşylarını saxlamaq üçün ödədiyi 1200 manat və əşyalar götürələnə qədər ödəyəcəyi pullar cavabdehdən alınaraq ona verilməlidir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İlk iddia üzrə Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən onun iddia tələbini etiraf etməsinə istinad etmişdir. Əslində, iddianı etiraf etməyib. Qarşılıqlı iddia ərizəsində də göstərib ki, bir neçə il əvvəl arvadı Xatimə Müslümova indiki İddiaçı qarşı iddia verib, 276 adda əmlakın çıxarılmasını tələb etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi həmin iddia təmin edilmişdi. Lakin sonradan Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edildi. İddiaçıya məxsus əşyaları X9 evində pul müqabilində saxlanca qoyub. Bu məqsədlə hər ay Məsim Nadirova 50 manat pul ödəyir. Çünki iddiaçı qanunsuz olaraq onun evini mənimsəmişdi, iddiaçını evdən çıxarandan sonra iddiaçıya məxsus əmlaklar onun evdən istifadəsinə maneçilik törətdiyi üçün məcbur olub həmin əmlakları haqq müqabilində başqa adamın evinə yığmışdı. İddiaçı həmin əşyaları gedib Məsim Nadirovdan götürə bilər. Buna görə də məhkəmə saxlanc yerinə baxış keçirib, orada olan əmlakların siyahıya alınmasını təmin etməli, aşkar olunan əmlakların qiymətini müəyyən etməklə onların Məsim Nadirovun evindən götürülməsi barədə qətnamə çıxarmalı idi. İddiaçı iddia ərizəsində göstərdiyi sayda və növdə əmlakların onda olmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. X10 evində müəyyən haqq müqabilində saxlanmasını iddiaçı da bilir. Hətta iddiaçının Məsim Nadirovla telefon danışığının səs yazısı olan disk də var. Bu faktı birinci instansiya məhkəməsində Məsim Nadirov şahid kimi də təsdiq edib. Həmçinin əmlakların qiyməti hissəsində də məhkəmə düzgün nəticəyə gəlməyib. Əmlaklar saxlanc yerində olduğu üçün onun qiyməti ilə heç vaxt maraqlanmayıb. Məhkəmə heç bir araşdırma aparmadan iddiaçının əsassız iddiasını təmin, onun qarşılıqlı iddiasını isə rədd etmişdir. Halbuki iddiaçının əmlaklarının saxlanması üçün 2 il ərzində ayda 50 manatdan olmaqla, ümumilikdə 1200 manat pul ödəmişdir. Bu pulu da iddiaçı ona qaytarmalıdır. Çünki iddiaçı vaxtında əmlaklarını götürüb getsəydi, o, bu xərcə düşməzdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh, onun vəkili və nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinə dair hissədə ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh həmçinin bildirmişdir ki, dəfələrlə Bahadura əşyalarını götürməyi təklif etsə də, o bundan imtina etmişdir. Bahadur onun həbsdə olmadığından istifadə edərək, 2 çemodan əşya götürmüşdür. Qalan əmlakı isə Bahadurun təkidi ilə Məsim Hacıyev atmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı ekspert rəyinə uyğun olaraq əmlakların dəyərinin ona ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, götürdüyü əşyaları iddia ərizəsində təkrarən yazmamışdır. Əşyaları ondan xəbərsiz atıblar. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-242/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2736/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddia tələbinə dair hissədə ləğv olunduğundan və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarıldığından, yalnız ilk iddia tələbinə dair hissədə araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1732/2019 saylı, xx xxxx 2019-cuil tarixli qətnaməsi qismən – ilk iddia tələbinə dair hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və ilk iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşdən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 295A saylı ev İddiaçı mülkiyyətində olmuş, sonradan məhkəmə qətnamələri əsasında qeyd edilən ev üzərində Cavabdeh hüquqları tanınmışdır. Ev iddiaçının mülkiyyətində olduğu dövrdə ona məxsus əmlaklar da həmin evdə yerləşdirilmşdir. Hazırki iş üzrə cavabdeh olan Cavabdeh arvadı X2 Ramazanova qarşı iddia qaldıraraq 276 adda əmlakın Sumqayıt şəhəri, Corat qəsəbəsi, 295A saylı evdən çıxarılmasını tələb etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, X4 İddiaçı qarşı əmlakın çıxarılması tələbi təmin edilməmişdir. Həm Cavabdeh hazırki iş üzrə qarşılıqlı iddia ərizəsində, həm də onun arvadı X4 İddiaçı qarşı əmlakın çıxarılması barədə iddia ərizəsində iddiaçı B.Ramazonova məxsus əşyaların Sumqayıt şəhəri, Corat qəsəbəsi, 295A saylı evdə olması təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsində şahid X13 ifadəsində bildirmişdir ki, Cavabdehla həmkəndli və tanışdırlar. O, İddiaçı Rövşəngilə gedib-gələrkən görüb tanımışdır. O, Corat qəsəbəsində valideynləri ilə birlikdə fərdi yaşayış evində yaşayır və kurədə çörək bişirib satmaqla məşğuldur. Evləri üç otaqdan, bir mətbəx, bir yataq, bir qonaq otağından ibarətdir. Rövşən ona müraciət edərək əşyaların onun evində saxlanmasını xahiş etmiş, o da razılaşaraq əşyaları qonaq otağına yerləşdirmişdir. Sonra Bahadur onlara gələrək həmin əyşaların içərisində olan iki ədəd çemodanı götürmüşdür. Həmin əyşalar iki ildir onun evində saxlanır. Dəfələrlə Rövşəndən əşyaları götürməsini xahiş etsə də hazırki vaxtadək götürülməmişdir. O, əvvəllər heç vaxt evini kirayə verməmiş, lakin Rövşənə maddi ehtiyacının olduğunu, kirayə haqqı müqabilində əşyaları evində saxlayacağını demiş və Rövşən ona hər ay 50 manat kirayə haqqı ödəmişdir. Məhkəmə kollegiyası, iş üzrə tərəflərin izahatlarına əsasən hal-hazırda əşyaların Məsim Hacıyevin evində olmadığını nəzərə alaraq, X11 yenidən şahid qismində dindirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X13 ifadəsində bildirmişdir ki, Rövşən ona müraciət edərək, əşyaların onun evində saxlanılmasını xahiş etmişdir. Həmin vaxt pula ehtiyacı olduğundan Rövşənlə razılaşmış və onun gətirdiyi əşyaları evinə yerləşdirmişdir. Əşyalar 2 il 3 ay evində saxlanılmışdır. Sonradan əşyaların sahibi Bahadurla danışmış və ona əşyalarını gəlib götürməsini təklif etmişdir. Lakin Bahadur əşyaları götürməyəcəyini bildirərək, “nə istəyirsən et” demişdir. Bundan sonra əşyaları atmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, əşyaların Cavabdeh tərəfindən M.Hacıyevə saxlanca verilməsinə dair tərəflər arasında yazılı müqavilə bağlanmamış, tərəflərin hüquq və öhdəlikləri yazılı şəkildə qeyd olunmamışdır. X15 Ramazanovun sözü ilə əşyaların atıldığını bildirsə də, cavabdeh tərəf həmin faktı təsdiq edəcək mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Məhkəmə iclasında da müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya məxsus əmlakların əvvəllər mövcud olduğunu qəbul edir və onların saxlanılması üçün Məsim Hacıyevə verildiyini göstərir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq qeyd edir ki, İddiaçı məxsus əşyalar ona qaytarılmalı olduğundan, onların əvvəllər mövcudluğu işin mübahisəsiz halı olduğundan və həmin əşyalar hal-hazırda mövcud olmadığından, əşyaların dəyəri Cavabdeh tutulmalıdır. İş materiallarından görünür ki, ilkin iddia tələbində göstərilən əmlakların dəyəri yalnız iddiaçı tərəfindən müəyyən edilmişdir. Cavabdeh tərəfindən isə həmin əmlakların dəyəri mübahisələndirilmişdir. Məhkəmə kollegiyası mübahisələri əşyaların dəyərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. “S-X7 Mərkəzi” MMC-nin qiymətləndirmə hesabatından görünür ki, ilk iddia ərizəsi üzrə tələb edilən əşyaların dəyəri 10407 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi 4 nəfərin paltarlarının dəyərinin tutulması hissəsində (1000 manat dəyərində) qeyri-müəyyən olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı geyim əşyaları üçün 1000 manat tələb etsə də, həmin geyimlərin nədən ibarət olduğunu göstərməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 9407 (10407- 1000=9407) manat alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1732/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən - ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi qismən təmin edilməli, Cavabdeh 9407 (doqquz min dörd yüz yeddi) manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq“S-X7 Mərkəzi” MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.2, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1732/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən - ilk iddianın təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia tələbi qismən təmin edilsin. Cavabdeh 9407 (doqquz min dörd yüz yeddi) manat alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “S-X7 Mərkəzi” MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fuad Məmmədov Hakimlər Hökümə Babayeva Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar