Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1513/2024 14.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Abdullayev Zakı̇ r Akı̇ f oğluna qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya icraatına xitam) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Abdullayev Zakı̇ r Akı̇ f oğluna qarşı "qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(012)-446/2024 nömrəli qətnaməsindən İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt edilmiş torpaq sahəsində qeyri-qanuni tikdirdiyi evin sökülməsinə və cavabdehin zəbt etdiyi, iddiaçılardan İddiaçı1 məxsus 5,5 sot torpaqdan və iddiaçılardan İddiaçı2 məxsus 8,5 sot torpaqdan çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
2. Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(012)-446/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manatın iddiaçılar İddiaçı1 və İddiaçı2 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
Apellyasiya instansiya məhkəməsində icraat
3. Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(012)-446/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə hər biri ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
4. İddiaçı1 nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh ilə pay bölgüsü olunduğunu, iddiaçıya məxsus olan torpaq payının zəbt edilmiş ölçüsü qədər özünə məxsus olan torpaqla əvəz edildiyini və Notarial qaydada alqı-satqı olunduğunu, torpaq çıxarışları və kadastr planının xx.xx.2024-cü ildə Abşeron Rayonu BT-dən alınacağını, Cavabdeh ilə aralarında barışıq olduğu üçün apellyasiya şikayətinə xitam verilməsini xahiş etmişdir.
5. İddiaçı2 14 noyabr 2024-cü il tarixində məhkəməyə teleqram ünvanlayaraq, Cavabdeh ilə razılığa gəldiklərini, torpağının əvəzinə cavabdeh öz torpağını verdiyini, bu səbəbdən apellyasiyadan imtina etdiyini bildirmişdir.
6. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
8. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək hesab ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayətlərindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətlərindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir
9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə apellyasiya şikayətlərindən imtinası qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Abdullayev Zakı̇ r Akı̇ f oğluna qarşı "qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(012)-446/2024 nömrəli qətnaməsindən İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.