Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1528/2021 08.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak və pul tələbinə dair qarşılıqlı iddiası üzrə Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(012)-1414/2020 saylı qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1414/2020 saylı, 30.09.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, 1) Türkiyə istehsalı olan yataq mebel dəsti (1 ədəd taxt, 2 ədəd siyirtməli tumba, 1 ədəd trümo və 1 ədəd stulu ilə, 1 ədəd şifoner)-6000 manat, 2) Türkiyə istehsalı olan qonaq otağı dəsti (1 ədəd kamod, 1 ədəd 2 güzgülü trümo, 1 ədəd televizoraltı, 1 ədəd stol və 8 ədəd stul)-6000 manat, 3) 1 ədəd künc divanı və jurnal stolu-2000 manat, 4) 3 ədəd pərdə-600 manat, 5) 1 ədəd xrustal çılçıraq-250 manat, 6) 1 ədəd 8 şarlıçilçıraq-120 manat, 7) 1 ədəd 3 şarlıçılçıraq-60 manat, 8) 2 ədəd Təbriz xalçası (1 ədəd 5x4 ölçüdə 900 manat və 1 ədəd 3x4 ölçüdə 700 manat)-1600 manat, 9) 1 ədəd «LG» markalı, 108 ekran televizor-900 manat, 10) 1 ədəd «Regal» markalı qara paltaryuyan-700 manat, 11) 1 ədəd ayaqüstü güzgü-600 manat, 12) 1 ədəd döşəmə yuyan vedrə-26 manat, 13) 1 ədəd qəhvəyi rəngdə divar saatı-22 manat, 14) 1 ədəd stolüstü ağçılçıraq-55 manat, 15) 1 ədəd böyük çaynik10 manat, 16) 1 ədəd balaca dəm çayniki-5 manat və iddiaçının valideynləri tərəfindən hədiyyə alınmış 1 ədəd 260 manat dəyərində uşaq çarpayısı olan cehiz əşyalarının, onlar olmadığı halda isə onların dəyərlərinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıCavabdeh alınıb ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi,İddiaçı bir ədəd 583 əyarlı, 35 qramlıq qızıl boyunbağı və 750 əyarlı 15 qramlıq qızıl nişan üzüyünün alınıb Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir (hakim C.İ.Səfiyeva). Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)1414/2020 saylı, 30.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsnə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı Cavabdeh qarşıəmlak tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək 1) Türkiyə istehsalı olan yataq mebel dəsti (1 ədəd taxt, 2 ədəd siyirtməli tumba, 1 ədəd trümo 1 ədəd stulu ilə, 1 ədəd şifoner) 6000 manat, 2) Türkiyə istehsalı olan qonaq otağı dəsti (1 ədəd kamod, 1 ədəd 2 güzgülü trümo, 1 ədəd televizoraltı, 1 ədəd stol və 8 ədəd stul)-6000 manat, 3) 1 ədəd künc divanı və jurnal stolu-2000 manat, 4) 3 ədəd pərdə-600 manat, 5) 1 ədəd xrustal çılçıraq-250 manat, 6) 1 ədəd 8 şarlıçilçıraq-120 manat, 7) 1 ədəd 3 şarlıçılçıraq-60 manat, 8) 2 ədəd Təbriz xalçası (1 ədəd 5x4 ölçüdə 900 manat və 1 ədəd 3x4 ölçüdə 700 manat)-1600 manat, 9) 1 ədəd «LG»-108 ekran televizor-900 manat, 10) 1 ədəd «Regal» qara paltaryuyan-700 manat, 11) 1 ədəd ayaqüstü güzgü-600 manat, 12) 1 ədəd döşəmə yuyan vedrə-26 manat, 13) 2 ədəd qapaqlı vedrə-12 manat, 14) 1 ədəd dəmir ütü-35 manat, 15) 1 ədəd qəhvəyi rəngdə divar saatı-22 manat, 16) 1 ədəd stolüstü ağçılçıraq-55 manat, 17) 1 ədəd böyük çaynik-10 manat, 18) 1 ədəd balaca dəm çayniki-5 manat olmaqla, cəmi 18 adda, 18.995 (on səkkiz min, doqquz yüz doxsan beş) manat dəyərində cehiz əmlakının və valideynləri tərəfindən hədiyyə alınmış 1 ədəd 260 manat dəyərində uşaq çarpayısının özünün və ya dəyərinin, eləcə dəödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesi zamanı Cavabdeh İddiaçı qarşı əmlak və pul tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı iddia tələbinin qismən təmin edilməsini, ona, yəni Cavabdeh məxsus qızıldan 583 əyardan 35 qramlıq boyunbağı və 750 əyardan 15 qramlıq nişan üzüyünün və 3 (üç min) manat məbləğində pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisəüzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh X2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olduğuna görə ləğv edilməli, apelyasiya instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, onun verdiyi qarşılıqlı iddia qismən təmin edilərək qızılların qaytarılması təmin edilsə də qarşı tərəfin toy xərci kimi etiraf edərək ondan götürdüyü 3000 manatın qaytarılması təmin edilməmişdir. Bildirir ki, həmin 3000 manatı toy xərci kimi verməmişdir. Quba şəhərində keçirilən rayon toyunun ümumi xərcinə bərabər pulu verməklə qız toyunu öz hesabına keçirməyi öhdəlik kimi götürməmiş və buna borclu olması heç bir məntiqə sığmayaraq ağlabatan deyil. Əslində isə qarşı tərəfin təqdim etdiyi siyahıda göstərilən əmlaklar cehiz kimi göstərilsə də həmin əmlakların bir hissəsi onun pulu ilə alınıb. Belə ki, cehiz əmlaklarının alınması zamanı sonradan ona qaytarılacağı şərti ilə 3000 manat pulu Əmirbəyov Əfqana deyil, Əmirbəyova Könülə vermiş, lakin həmin pul indiyədək qaytarılmamışdır. Qeyd edilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-1414/2020 saylı, 30.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X1 apelyasiya şikayətinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-1414/2020 saylı, 30.09.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh X2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv ediliməsini qeyd etsə də apelyasiya şikayətinin məzmunundan görünür ki, o, qətnamənin əsasən qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsini, yəni 3000 manat pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutulmayan hissəsində mübahisələndirir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinəəsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində Cavabdeh izahat verərək iddia tələbini qismən qəbul etdiyini və qarşılıqlı iddia ərizəsini müdafiə etdiyini bildirərək göstərmişdir ki, iddia olunan cəmi 18 addan ibarət cehiz əmlakdan on altısı onun mənzilində qalmışdır. Eləcə də İddiaçı iddia tələbində göstərdiyi cehiz əmlakların bir hissəsinin onun puluna alındığını, həmin əmlakların alınması zamanı qaytarılmaq şərti ilə iddiaçıya 3000 (üç min) manat məbləğində pul vermiş, lakin həmin puı hələ də ona qaytarılmamışdır. Həmçinin iddiaçı ona anasının hədiyyəsi olan 35 qramlıq qızıl boyunbağını və nişan üzüyünü də özü ilə aparmış, lakin geri qaytarmamışdır. Ona görə də qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın isə qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iş materiallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddia olunan əmlaklardan on altı ədədi və ya dəyəri cavabdehən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab etmişdir ki, qalan hissədə iddia tələbi əsasız olduğundan təmin edilməməlidir. Belə ki, qalan cehiz əşyalarının mövcudluğu iddiaçının izahatından başqa hər hansı sübutla təsdiq edilməmişdir. Bundan başqa iş materiallarından görünür ki, qarşılıqlı iddia qismən təmin edilməli, 583 əyarlı 35 qramlıq boyunbağı və 750 əyarlı 15 qramlıq nişan üzüyü ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir. Qarşılıqlı iddia qalan hissədə sübuta yetirilə bilmədiyindən təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddiaçı həmin pulu borc verdiyini bildirsə də ilkin iddiaçının nümayəndəsi 3000 manat pulun cavabdeh tərəfindən borc kimi deyil, toy mərasimi üçün verildiyini bildirdiyindən məhkəmə hesab etmişdir ki, bu əsasda ilkin iddiaçının cavabdeh qarşısında hər hansı öhdəliyi yaranmadığından qarşılıqlı iddianın bu hissəsi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarınıəsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəməöz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəcsi onun öz iddia və etirazlarınıəsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yacud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyəöz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əs asən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. HəminMəcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqlarıüzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» işüzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş işüzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin oluna bilməz. Belə ki, apelyant apelyasiya şikayətində qətnamənin ləğv olunmasını, qarşılıqlı idianın tam təmin olunmamasını xahiş etsə də buna dair sübut təqdim edə bilməmiş, dəlillərini əsaslandıra bilməmişdir, onun dəlilləri isə məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Cavabdeh 3000 manat pulun iddiaçıya cehiz əmlaklarının alınması üçün verildiyini qeyd etsə də bunu əsaslandıra bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərholunanlaraəsasənvə Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1414/2020 saylı, 30.09.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1528/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1528/2021
08.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver