Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1529/2021 29.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, ilk iddia üzrə İddiaçı QSC-nin nümayəndəsi X1, ilk iddia üzrə cavabdeh Ələsgərova Mələk Firudin qızının, Cavabdeh4 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər qarşı Ələsgərova Mələk Firudin qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk, Ələsgərova Mələk Firudin qızının İddiaçı QSCyə qarşı “kredit müqaviləsi şərtlərinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(012)- 1648/2020 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı QSC və ilk iddia üzrə cavabdeh Ələsgərova Mələk Firudin qızı tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(012)-1648/2020 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin iddiası qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdehlər Ələsgərova Mələk Firudin qızı, Cavabdeh2 müştərək qaydada 6407,31 ABŞ dolları əsas borc, 1696,35 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla cəmi 8203,66 ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqının tutularaq ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin xeyrinə ödənilməsi, ilkin iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, Ələsgərova Mələk Firudin qızına məxsus, ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 33.200 (otuz üç min iki yüz) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin ilkin iddia üzrə cavabdehlərin borcuna yönəldilməsi, ilkin iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Ələsgərova Mələk Firudin qızının qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir (hakim Sevinc Quliyeva). Qətnamədən ilk iddia üzrə cavabdeh Ələsgərova Mələk Firudin qızı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(012)- 1648/2020 saylı qətnaməsinin ləğv etməklə, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, ilk iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Qətnamədən ilk iddia üzrə İddiaçı QSC tərəfindən apelyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 14.09.2020-cu il tarixli 2(012)-1648/2020 saylı qətnaməsinin qismən-ilkin iddia tələbinin "ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılması, həmin evin boşaldılması" hissəsində ləğv edilməsi və həmin hissədə ilkin iddia üzrə tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İŞİN HALLARİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ələsgərova Mələk Firudin qızı və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 9648,20 ABŞ dolları məbləğində kredit borcu, 1696,35 ABŞ dolları məbləğində faiz borcu və 2447,05 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 13791,60 ABŞ dolları (on üç min yeddi yüz doxsan bir ABŞ dolları, altmış sent) məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və 13791,60 ABŞ dolları (on üç min yeddi yüz doxsan bir ABŞ dolları, altmış sent) məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Ələsgərova Mələk Firudin qızından və Cavabdeh2 ümumi qaydada tutulması, Abşeron rayonu İH Xırdalan şəhər 2 saylı MTİİİTS-nin 02.06.2014-cü il tarixli, 1065 saylı arayışı üzrə ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və ev satıldıqdan 1 ay sonra Ələsgərova Mələk Firudin qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ələsgərova Mələk Firudin qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsası ilə illik kredit faizinin 50 faiz azaldılması, kredit borcunun ABŞ dollarından 0,78 Azərbaycan manatı kursu ilə Azərbaycan manatına konvertasiya edilməsi şərti ilə kredit razılaşmasının dəyişdirilməsi vəzifəsinin qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh Ələsgərova Mələk Firudin qızı apelyasiya şikayətini onunla əsaslandırdı ki, məhkəmə ilkin iddianın təmin edilməsi əsası kimi bankla bağlanmış kredit razılaşması və ipoteka müqaviləsi üzrə öhdəliyin olması göstərilmişdir. Lakin məhkəmə qətnamədə həmin öhdəliklərin niyə vaxtında icra edilməməsi səbəblərinə aydınlıq gətirməmişdir. Bankla onun arasında kredit müqaviləsi 2012-ci ildə bağlanan zaman ABŞ dollarının məzənnəsi 0,78 manat idi. Manatın dollar qarşısında devalivasiyasına qədər həmin məzənnə ilə kreditlər vaxtlı-vaxtında ödənilmişdir. Lakin devalivasiyadan sonra əlil uşaqlarına qulluq etdiyi üçün pulu ödəmək iqtidarında olmamışdır. Uşaqların əlilliyinə görə aldığı pensiya onların təminatına sərf edilir. Rəsmi qaydada banka müraciət edərək kredit borcunun 5 il müddətinə ödənilməsinə imkan yaradılmasını xahiş etsə də, müsbət cavab almamışdır. Məhkəmə tərəfindən AR Prezidentinin 28.02.2019-cu il tarixli, 551 saylı fərmanına əhəmiyyət verilməmiş, bankın mənafeyi üstün tutulmuşdur. Bundan başqa məhkəmə borcun ipoteka predmetinə yönəldilməsini qeyd etmişdir. Həmin mənzil onun və ailə üzvlərinin yeganə yaşayış sahəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli, 89 saylı qərarına əsasən “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”-nın 1-ci bəndinə əsasən icra sənədi icra olunarkən tələbin borclu və ya onun ailəsinin sanitarioya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa yönəldilməsi yol verilmir. Bu səbəbdən qətnamə qanunsuzdur. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(012)-1648/2020 saylı qətnaməsinin ləğv etməklə, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, ilk iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının tələbi cavabdehlərin ipoteka predmeti olan evdən çıxarılması, həmin evin boşaldılması və "İddiaçı" QSC-yə təhvil verilməsi" hissəsində təmin edilməmişdir. Qətnamənin qeyd edlən hissəsindən narazıdır. Məhkəmə həmin hissədə tələbin təmin edilməməsini onunla əsaslandırmışdır ki, "...məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalı; b) ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. ... məhkəmə hesab edir ki, baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz." Məhkəmənin hazırkı əsaslandırması ilə razılaşmayaraq hesab edir ki, məhkəmə tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmişdir. Belə ki, "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən "İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Ələsgərova Mələk Firuddin qızına məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi onun kredit öhdəliyinin icrasını təmin etmək məqsədi ilə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə tərəfindən mülki hüquq normasının tələbi nəzərə alınmamış və bununla da iddiaçının iddia tələbini həmin hissədə təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" 18.03.2019-cu il tarixli qərarına əsasən "Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin "Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir" müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir." Odur ki, Abşeron Rayon Məhkəməsinin 14.09.2020-cu il tarixli, 2(012)-1648/2020 saylı qətnaməsini qismən-ilkin iddia tələbinin "ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılması, həmin evin boşaldılması" hissəsində ləğv edilməsi və həmin hissədə ilkin iddia üzrə tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apellyasiya şikayətini müdafiə etdiyini, iddiaçı təşkilatın apelyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını, cavabdehin apelyasiya şikayətinin təmin edilməsini, iddiaçının apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon məhkəməsinin 14.09.2020-cİ il tarixli, 2(012)-1648/2020 saylı qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini, ilkin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin, cavabdehlərin izahatını dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı təşkilatın apelyasiya şikayəti təmin edilməli, qətnamə qismən Ələsgərova Mələk Firudin qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsinin təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli,qətnamə ipoteka predmeti olan Ələsgərova Mələk Firudin qızına məxsus, ünvan 1 ünvanında olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 33.200 (otuz üç min iki yüz) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməli, evin likvid dəyəri 35500 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarından olan 19.11.2012-ci il tarixli, 17L000000831 saylı kredit xətti müqaviləsindən görünür ki, "İddiaçı" QSC-nin “Xırdalan” filialı (bank) ilə Ələsgərova Mələk Firudin qızı (kredit alan) arasında kredit xətti müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 30000 ABŞ dolları məbləğində kredit xəttini açmışdır. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 60 ay, 19.11.2017-ci il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan 19.11.2012-ci il tarixli, 17S000001746 saylı zaminlik müqaviləsindən görünür ki, 19.11.2012-ci il tarixli, 17L000000831 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə Ələsgərova Mələk Firudin qızının öhdəliklərinin icrasını təmin etmək məqsədilə "İddiaçı" QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 13.06.2014-cü il tarixli, 831 №-li sazişdən görünür ki, bank "İddiaçı" QSC-nin “Xırdalan” filialı ilə kredit alan Ələsgərova Mələk Firudin qızı arasında saziş bağlanmış və bu sazişə əsasən bank ilə kredit alan arasında bağlanmış 19.11.2012-ci il tarixli, 17L000000831 saylı kredit xətti müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə dəyişiklik və əlavələr edilməklə Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 100000 ABŞ dolları məbləğində kredit xəttinin açılması, bu müqavilə ilə kredit razılaşmaları əsasında istənilən məbləğin 139 ay müddətinə, 19 iyun 2024-cü il tarixdən gec olmayaraq verilməsi müəyyən edilmişdir. İş materiallarında olan 13.06.2014-cü il tarixli, 17M000000727 saylı ipoteka müqaviləsindən görünür ki, "İddiaçı" QSC-nin “Xırdalan” filialı ilə Ələsgərova Mələk Firudin qızı arasında ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Ələsgərova Mələk Firudin qızı, 19.11.2012-ci il tarixli, 17L000000831 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə Ələsgərova Mələk Firudin qızının öhdəliklərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışla, Ələsgərova Mələk Firudin qızına məxsus, ünvan 1 ünvanında xüsusi mülkiyyətli 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi "İddiaçı" QSCnin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 14.06.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, 19.11.2012-ci il tarixdən 19.06.2024cü il tarixədək (139 ay) "İddiaçı" QSC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan 19.11.2012-ci il tarixli, 17L000000831 saylı kredit xətti müqaviləsi üzrə 17.06.2014-cü il tarixli, 17R000006886 saylı kredit razılaşmasından görünür ki, "İddiaçı" QSC-nin “Xırdalan” filialı (bank) ilə Ələsgərova Mələk Firudin qızı(kredit alan) arasında kredit razılaşması bağlanmış və bu razılaşmaya əsasən bank, məbləği 15000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 2 % olmaqla 36 ay müddətinə kredit alana vermişdir. Kredit alan ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 oktyabr 2018-ci il tarixli, 23095 saylı rəyindən görünür ki, iş materiallarında olan sənədlərə əsasən Ələsgərova Mələk Firudin qızının 17.06.2014-cü il tarixli, 17R000006886 saylı kredit razılaşması üzrə27.09.2016-cı il tarixə banka olan borcu əsas borc üzrə 9648,20 ABŞ dolları, faiz borcu üzrə 1696,35 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin 04 aprel 2019-cu il tarixli, 148/E saylı ekspertiza rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən Ələsgərova Mələk Firudin qızının mülkiyyətində olan 31.3 m2 yaşayış, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırda bazar qiyməti 33200 manat müəyyən olunmuşdur. İş materiallarında olan 05.03.2020-ci il tarixli arayışdan görünür ki, Ələsgərova Mələk Firudin qızının 17.06.2014-cü il tarixli, 17R000006886 saylı kredit razılaşması üzrə 04.03.2020-ci il tarixə olan borcu 6407,31 ABŞ Dolları məbləğində əsas borc, 4361,99 ABŞ Dolları məbləğində faiz borcu və 2050,41 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 12819,71 ABŞ Dolları məbləğində təşkil edir. Birinci instansiya məhkəməsi də qeyd edilən iş materiallarına istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmiş, qarşılıqlı iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Ələsgərova Mələk Firudin qızı, Cavabdeh2 müştərək qaydada 6407,31 ABŞ dolları əsas borc, 1696,35 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla cəmi 8203,66 ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqının tutularaq ilkin iddia üzrə İddiaçı QSCnin xeyrinə ödənilməsi, ilkin iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, Ələsgərova Mələk Firudin qızına məxsus, ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin ilkin iddia üzrə cavabdehlərin borcuna yönəldilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Ələsgərova Mələk Firudin qızının qarşılıqlı iddiasının rədd edilməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, iddiaçı təşkilat cavabdeh X2 yaranmış borcu tələb etməkdə haqlıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 19.11.2012-ci il tarixli, 17L000000831 saylı kredit xətti müqaviləsinə əsasən kredit alana 30000 ABŞ dolları məbləğində kredit xəttini açmış, kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 13.06.2014-cü il tarixli, 831 №-li sazişə əsasən 19.11.2012-ci il tarixli, 17L000000831 saylı kredit xətti müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə dəyişiklik və əlavələr edilməklə Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 100000 ABŞ dolları məbləğində kredit xəttinin açılmış, 17.06.2014-cü il tarixli, 17R000006886 saylı kredit razılaşmasına əsasən bank, məbləği 15000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 2 % olmaqla 36 ay müddətinə kredit alana vermişdir. Kredit alan ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarından görünür ki, bankın tələb etdiyi borc məbləği mübahisələndirilmiş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, cavabdehin banka əsas borc üzrə 9648,20 ABŞ dolları, faiz borcu üzrə 1696,35 ABŞ dolları borcu olması eksperti rəyi ilə təsdiq edilmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Mələk Əsgərovanın öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə də məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, iddiaçı təşkilat cavabdehdən əsas borca görə 2447,05 ABŞ dolları cərimə borcu tələb etmişdir.. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası borcun məbləğinə mütənasiblik prinsipini rəhbər tutaraq, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədi ilə hesab edir ki, birinci instansiya məhkəməsi cərimə borcuna görə 2447,05 ABŞ dollarının çox olmasını müəyyən edərək haqlı olaraq cərimə borcunu 100 ABŞ dolları müəyyən etmişdir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, borcun borcalan Mələk Əsgərova ilə yanaşı zamin Cavabdeh2 da tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, 19.11.2012-ci il tarixli, 17S000001746 saylı zaminlik müqaviləsinə əsasən 19.11.2012-ci il tarixli, 17L000000831 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə Ələsgərova Mələk Firudin qızının öhdəliklərinin icrasını təmin etmək məqsədilə "İddiaçı" QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 bank qarşısında borcalanla eyni məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir.Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və zaminlər kredit xətti müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, Ələsgərova Mələk Firudin qızına məxsus, ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin ilkin iddia üzrə cavabdehlərin borcuna yönəldilməsi hissəsində də gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Ələsgərova Mələk Firudin qızı kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, İddiaçı QSC-nin Ələsgərova Mələk Firudin qızına məxsus ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi, bu əmlakın açıq hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı da ilkin iddia üzrə cavabdehlər Ələsgərova Mələk Firudin qızı, Cavabdeh2 alınması, eləcə də ekspertizaya görə 145 (bir yüz qırx beş) manat ekspertiza xərci ilkin iddia üzrə cavabdehlər Ələsgərova Mələk Firudin qızı, Cavabdeh2 tutulması barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tutulacaq borcun ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Həmçinin birinci instansiya məhkəməsi ilkin iddia tələbi üzrə hərracdan əldə olunmuş vəsaitborcuntam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Ələsgərova Mələk Firudin qızından və Cavabdeh2 ümumi qaydada tutulması hissəsində iddia tələbi dəqiq olmadığından rədd etmiş, qeyd edlən hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmçinin məhkəmənin qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə də qanunvericilik normalarına uyğundur. Belə ki, qarşılıqlı iddia tələbi üzrə mübahisələndirilən illik kredit faizinin 50 faiz azaldılması, kredit borcunun ABŞ dollarından 0,78 Azərbaycan manatı kursu ilə Azərbaycan manatına konvertasiya edilməsi şərti ilə kredit razılaşmasının dəyişdirilməsi vəzifəsinin qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qoyulmasının əsaslarını sübut etmək vəzifəsi qarşılıqlı iddia üzrə iddiaçı Ələsgərova Mələk Firudin qızının üzərinə düşsə də, Ələsgərova Mələk Firudin qızı özünün izahatından başqa hər hansı bir mənbəyə istinad etməmiş, hər hansı bir legitim sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Ələsgərova Mələk Firudin qızının izahatına tənqidi yanaşmışdır. Hazırkı halda qarşılıqlı iddianın sübutetmə vəzifəsi Ələsgərova Mələk Firudin qızının üzərinə düşsə də, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarda sadalanan hissələrdə gəldiyi nəticədə haqlı olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da, iddia tələbinin Ələsgərova Mələk Firudin qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi hissəsində iddianı təmin etməməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası «İpoteka haqqında» Qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. Məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarına istinad edərək hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və iddia həmin hissədə də təmin edilməli, Ələsgərova Mələk Firudin qızına məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Ələsgərova Mələk Firudin qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 istifadə hüququ itirilməli, onlar həmin evdən çıxarılmalı, fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin likvid dəyəri də müəyyən edilməlidir. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsəndə dəyişdirilməli, ipoteka predmetinin likvid dəyəri də müəyyən edilməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətini ekspert rəyinə əsasən 33200 manat müəyyən etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Məhkəmə kollegiyasının qərardadı ilə ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “B+Ş Audit” Konsaltinq MMC-nin 04.06.2021-ci il tarixli, A-01/51 saylı qiymətləndirmə hesabatından görünür ki, Ələsgərova Mələk Firudin qızına məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 35500 manat təşkil edir. Buna görə də məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsini qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 33200 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli və ipoteka predmeti olan əmlakın likvid dəyəri ekspert rəyinə uyğun 35500 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh Ələsgərova Mələk Firudin qızının apelyasiya şikayətinin dəlillərinə, həmin mənzilin onun və ailə üzvlərinin yeganə yaşayış sahəsi olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli, 89 saylı qərarına əsasən “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”-nın 1-ci bəndinə əsasən icra sənədi icra olunarkən tələbin borclu və ya onun ailəsinin sanitarioya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa yönəldilməsi yol verilməməsi barədə dəlilinə qiymət verərək qeyd edir ki, qeyd edilən qərarı hazırki işə tətbiqi qanunvericiliyə uyğun deyildir. Belə ki, həmin qərardad məhkəmə qərarlarının icrası zamanı tələbin borclu və ya onun ailəsinin sanitarioya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa yönəldilməsi yol verilməməsi qeyd edilmişdir. Hazırki işdə isə, fərdi yaşayış evi bankdan götürülmüş kreditin təminatı kimi bank qarşısında ipoteka müqaviləsi ilə girov qoyulmuşdur. Bu səbəbdən cavabdehin şikayətinin dəliləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya qismən təmin edilməli, qətnamə qismən Ələsgərova Mələk Firudin qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsinin təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli,Ələsgərova Mələk Firudin qızına məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Ələsgərova Mələk Firudin qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 istifadə hüququ itirilməli, onlar həmin evdən çıxarılmalı, fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməli, qətnamə ipoteka predmeti olan Ələsgərova Mələk Firudin qızına məxsus, ünvan 1 ünvanında olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 33.200 (otuz üç min iki yüz) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməli, evin likvid dəyəri 35500 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının apelyasiya şikayəti təmin olunsun. Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(012)-1648/2020 saylı qətnaməsi qismən, Ələsgərova Mələk Firudin qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissələrdə də təmin edilsin. Ələsgərova Mələk Firudin qızına məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Ələsgərova Mələk Firudin qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 istifadə hüququ itirilsin, onlar həmin evdən çıxarılsın və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamə ipoteka predmeti olan Ələsgərova Mələk Firudin qızına məxsus, ünvan 1 ünvanında olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 33.200 (otuz üç min iki yüz) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilsin. Fərdi yaşayış evinin likvid dəyəri 35500 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1529/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1529/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver