Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-154/2025 06.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), X13 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı X3 cavabdeh X7 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-363/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X9 cavabdeh X7 qarşı torpaq sahəsinin boşaldılması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 məxsus 2,1103 ha torpaq sahəsinin qanunsuz hasarlamaqla zəbt olunmuş hissəsində çəpərin cavabdehin hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin qanunsuz istifadədən geri alınaraq iddiaçıya qaytarılması və məhkəməyə müraciət üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh X4 tutularaq iddiaçıya ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-363/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı X8 məxsus 2,1103 ha torpaq sahəsinin şimalqərb hissəsindən zəbt olunmuş 0,4091 ha hissəsində çəkilmiş çəpər cavabdeh X5 hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin qanunsuz istifadədən geri alınaraq iddiaçı X8 qaytarılması, iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir (hakim Könül Mirzəfərova). Cavabdeh X10 apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-363/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş xahiş etmişdir. İddiaçının nümayəndəsi X11 xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə müraciət edərək cavabdehdən heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Həmçinin işmateriallarında olan xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinin sürətindən görünür ki, iddiaçı X9 ona məxsus mübahisəli 2,1103 ha torpaq sahəsini cavabdeh X1. Məhkəməyə müraciət edən cavabdehin nümayəndəsi və vəkili X14 iddiaçının iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, verilmiş ərizəni nəzərə alaraq hesab edir ki, iddiaçı X3 nümayəndəsi X6 iddiadan imtinası qəbul edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-363/2024 nömrəli qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan iddiaçının nümayəndəsi X6 təqdim etdiyi ərizənin məzmunundan aydın olur ki, onun cavabdehə qarşı heç bir tələbi yoxdur, iddiasından imtina edir. Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Yenə Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən ddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-in 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-363/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261- 262, 263-264, 267, 370, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı X3 nümayəndəsi X6 iddia tələbindən imtinası qəbul edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-363/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı X3 cavabdeh X7 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verə bilər.
Məhkəmə qərarları › İş №2(105)-154/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-154/2025
06.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver