Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1544/2021 19.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və AR ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı lizinq obyekti olan torpaq sahəsinin yüklülükdən azad edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2(060)-1544/2021 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı lizinq obyekti olmuş 0,12 ha torpaq sahəsinin yüklülükdən azad edilməsinin sonuncu cavabdehə həvalə olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2(060)-1544/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin yuxarıda qeyd edilən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qəbul edilməsindən imtina edilmişdir. (hakim Ə.Ələkbərov) İddiaçı MMC qərardadla razılaşmamış, ondan şikayət verərək qərardadın ləğv edilməsi və iddia ərizəsinə baxılmanın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, e-2(060)-1544/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, TƏRƏFLƏRİ N İZAHATLARİ : İddiaçı MMC şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. AR MPM-də göstərilir ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə AR MPM-nin 153.3-cü maddəsinə tam əməl etməmiş və həmin normada göstərilən iddiaçının hansı orqana müraciət etməli olmasını qərardadda göstərməmişdir. Göründüyü kimi, məhkəmə qanunsuz nəticəyə gəlməklə yanaşı iddia ərizəsinin baxılması ilə əlaqədar konkret nəticə verməmişdir, yəni iddia ərizəsinə ümumiyyətlə məhkəmələrdə baxılmaması və ya inzibati məhkəmədə baxılmasına aydınlıq gətirilməmişdir. İş materiallarından görünür ki, həmin iddia ərizəsinin baxılması ilə əlaqədar əvvəl Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuş, lakin həmin məhkəmənin 2-1(85)- 220/2018 saylı, xx xxx 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmayaraq izah edilmişdir ki, daşınmaz əmlakın yüklülükdən azad olunması mülkü məhkəmə icraatı qaydasında baxılmalıdır. Göstərilən qərardad qanuni qüvvəsini almışdır. Bundan sonra isə Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuş və məhkəmənin qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Ona görədə yenidən iddia ərizəsilə həmin məhkəməyə müraciət olunmuş və məhkəmə digər əsasla səhv nəticəyə gəlmişdir. MPM mülki məhkəmə icraatı haqqında qanunvericiliyin mühüm və əsas mənbəyidir. O, mülki məhkəmə icraatının ümumi qaydalarını, o cümlədən icraatın prinsipləri və şərtlərini, işdə iştirak edən şəxsləri və mülki prosesin digər iştirakçılarını, onların hüquq və vəzifələrini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, məhkəmə aktlarının qəbulu, onlardan şikayət verilməsi və bu şikəyətlərə baxılması qaydasını da tənzimləyir. Məhkəmənin qərardadı hazırki vəziyyətdə qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən qərardad ləğv edilməli, iddia ərizəsinə baxılmanın təmin olunması barədə qərardad çıxarılmalıdır. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 şikayəti müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və AR ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilmişdir. Cavabdeh1 göndərilmiş məktub onun göndərilən ünvanda yaşamaması səbəbi ilə geri qaytarılmışdır. Digər cavabdeh isə xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan DL-LA032-235829 saylı, xx xxxxxx 2013-cü il tarixli daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı ASC mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2022 ünvandakı 1200 kv.metrlik torpaq sahəsini 30 ay müddətinə 107919,44 manat ödəmək şərtilə X3 lizinqə vermişdir. Lizinq obyekti tərəflər arasında 80000 manata qiymətləndirilmişdir. Yenə iş materiallarında olan AZ-İ 705026 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 2014-cü il tarixdə ölmüşdür. Yenə də iş materiallarında olan 11 dekabr və xx xxxxxx 2014-cü il tarixli ərizələrdən görünür ki, X6 (Ə.B.Quliyevin anası) və Cavabdeh1 (Ə.B.Quliyevin arvadı) lizinq obyektinin 80000 manat qiymətlə geri götürülməsi barədə İddiaçı ASC-yə müraciət etmişlər. İşdə olan xx xxxxxxxx 2015-ci il tarixli təhvil-təslim aktından görünür ki, DL-LA032- 235829 saylı, xx xxxxxx 2013-cü il tarixli daxili lizinq müqaviləsinin obyekti olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2022 ünvandakı 1200 kv.metrlik torpaq sahəsi X6 (Ə.B.Quliyevin anası) və Cavabdeh1 (Ə.B.Quliyevin arvadı) tərəfindən İddiaçı ASC-yə təhvil verilmişdir. Yenə işdə olan xx.xx.2017-ci il tarixli, 34926 saylı məktubdan görünür ki, İddiaçı ASC DL-LA032-235829 saylı, xx xxxxxx 2013-cü il tarixli daxili lizinq müqaviləsinin yüklülükdən azad olunması barədə AR ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. İşə əlavə olunmuş AR ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx xxxx 2017-ci il tarixli bildirişindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2022 ünvandakı 1200 kv.metrlik torpaq sahəsi üzərindəki lizinq hüququnun (yüklülüyün) X2 notarius tərəfindən vərəsələri müəyyən olunduqdan sonra, müəyyən olunmuş vərəsələrin ərizəsi əsasında və ya məhkəmə qərarı əsasında ləğv edilə biləcəyi izah edilmişdir. Yenə işə əlavə edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-1(85)-220/2018 saylı qərardadından görünür ki, İddiaçı ASC-nin AR ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı lizinq obyekti olmuş torpaq sahəsinin yüklülükdən azad olunması və azadolunmanın cavabdehə həvalə edilməsi barədə iddiası mümkün sayılmamışdır. İşdə olan elektron xidmət məlumatından görünür ki, xx xxxxxx 2014-cü il tarixdə vəfat etmiş X2 adına mərkəzləşdirilmiş baza məlumatlarında vərəsəlik işi aşkar olunmamışdır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2(060)-1544/2021 saylı qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, İddiaçı MMC Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı lizinq obyekti olmuş 0,12 ha torpaq sahəsinin yüklülükdən azad edilməsinin sonuncu cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə onun ərizəsinin qəbulundan imtina edilməsi barədə nəticəyə gələrkən ona istinad etmişdir ki, iddianın predmeti müqavilə ilə bağlı olsa da, bu hal mübahisənin mülki xarakterli olmasına dəlalət etmir. Belə ki, müqavilə ilə iddiaçının mübahisə obyektinə subyektiv hüququ yaranır. Bu halda isə iddianın predmeti müqavilədən irəli gələn məsələlər deyil, inzibati orqan kimi təsnif olunmuş qurumun hərəkətləri ilə bağlıdır. Bu isə o deməkdir ki, mübahisə publik xarakterlidir və ona inzibati icraat qaydasında baxılmalıdır. Buna görə də hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir və MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası razılaşmır. İş materiallarından müəyyən olunur ki, hazırkı mübahisə lizinq müqaviləsinin nəticələrinin aradan qaldırılması barədədir. Belə ki, DL-LA032-235829 saylı, xx xxxxxx 2013cü il tarixli daxili lizinq müqaviləsilə İddiaçı ASC mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2022 ünvandakı 1200 kv.metrlik torpaq sahəsini 30 ay müddətinə 107919,44 manat ödəmək şərtilə X3 lizinqə vermişdir. Lizinq obyekti tərəflər arasında 80000 manata qiymətləndirilmiş və lizinqalana təhvil verilmişdir. X1 xx xxxxxx 2014-cü il tarixdə ölmüşdür. Bundan sonra, 11 dekabr və xx xxxxxx 2014-cü il tarixli ərizələrlə X6 (Ə.B.Quliyevin anası) və Cavabdeh1 (Ə.B.Quliyevin arvadı) lizinq obyektinin 80000 manat qiymətlə geri götürülməsi barədə İddiaçı ASC-yə müraciət etmişlər və lizinq obyekti xx xxxxxxxx 2015-ci il tarixdə həmin şəxslər tərəfindən İddiaçı ASC-yə təhvil verilmişdir. Başqa sözlə, qeyd edilən müqaviləyə xitam verilmişdir. İddiaçı ASC DL-LA032-235829 saylı, xx xxxxxx 2013-cü il tarixli daxili lizinq müqaviləsinin yüklülükdən azad olunması barədə AR ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, İdarə tərəfindən ASC-yə Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2022 ünvandakı 1200 kv.metrlik torpaq sahəsi üzərindəki lizinq hüququnun (yüklülüyün) X2 notarius tərəfindən vərəsələri müəyyən olunduqdan sonra, müəyyən olunmuş vərəsələrin ərizəsi əsasında və ya məhkəmə qərarı əsasında ləğv edilə biləcəyi izah edilmişdir. Bundan sonra isə İddiaçı ASC inzibati icraat qaydasında müvafiq iddia ilə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-1(85)-220/2018 saylı qərardadı ilə İddiaçı ASC-nin AR ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı lizinq obyekti olmuş torpaq sahəsinin yüklülükdən azad olunması və azadolunmanın cavabdehə həvalə edilməsi barədə iddiası mümkün sayılmamışdır. İş materiallarından göründüyü kimi, iddiaçı lizinqə verilmiş torpaq sahəsinin məlum səbəblərə görə yüklülükdən azad edilməsinin AR ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilməsini məhkəmədən xahiş edir. Buna əsas kimi isə lizinqə götürənin vəfat etdiyini, onun vərəsəsi olmadığını və ailə üzvlərinin lizinq obyektini geri qaytardıqlarını göstərir. Göründüyü kimi, hazırkı mübahisənin əsasını mülki hüquq münasibətləri təşkil edir, yəni mübahisə mülki xarakterlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 2.1-ci və İPM-nin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. AR MPM-nin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC-nin ləğv edilməsini tələb etdiyi yüklülüklə bağlı qeydiyyatın mübahisələndirilmə əsasını mülki hüquq münasibətləri təşkil edir, yəni tələb hüquqi təbiətinə görə mülki-hüquqi tələbdir. Buna görə də həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən mübahisənin mülki xarakterli olması nəzərə alınmalı və hazırkı iddia ərizəsinin icraata götürülməsi məsələsinin düzgün həllinə nail olunmalıdır. Hazırkı əsasla İddiaçı ASC-nin iddia ərizəsinin qəbul olunmasından imtina edilməsi onun mülkiyyət hüquqlarının məhkəmə müdafiəsinin pozulması mənasına gəlir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbul olunmasından imtina etməklə prosessual hüquq normalarına riayət etməmiş, iddiaçının məhkəmə müdafiə hüququnu pozmaqla qanunsuz qərardad qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0 və 398.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunan Məcəllənin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 395-396, 398, 399, 400, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2(060)-1544/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1544/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1544/2021
19.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver