Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1574/2021 09.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı Zəngilan Rayon Məhkəməsinin hakiminə verdiyi etiraza baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əldən çıxmış faydanın və mənəvi ziyanın əvəzinin tutulması tələbinə dair iddia ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki işə Zəngilan Rayon Məhkəməsində hakim X2 sədrliyi ilə baxılarkən İddiaçı hakimə etiraz vermişdir. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsi artıq 9 aydır Zəngilan Rayon Məhkəməsinin icraatındadır. Hakim tərəfindən işə baxılması süni şəkildə uzadılmaqla yanaşı, həmçinin iddia tələbinin predmetinə aid olmayan məsələlərin araşdırılması bəhanəsi ilə məhkəmə iclasları təxirə salınır. Etirazda işin Sumqayıt Şəhər Məhkəməsinin və ya Abşeron Rayon Məhkəməsinin icraatına verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddiaçının Zəngilan Rayon Məhkəməsinin hakiminə verdiyi etirazın təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin fikrini dinləyib, etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının etirazı təmin edilməməli, mülki iş baxılması üçün Zəngilan Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 19-cu maddəsində hakimin işə baxmasına yol verilməməsi, hakimin işə baxılmasında iştirak edə bilməməsi və hakimə etiraz edilə bilməsi ilə bağlı konkret əsaslar müəyyən edilmişdir və həmin Məcəllənin 19-23-cü maddələrində işdə iştirak edən şəxslərin yalnız işə baxan məhkəmə sədrinə, təktərkibli məhkəmənin hakiminə və ya hakimə etiraz verməsi və edilmiş etirazın həll edilmə qaydası nəzərdə tutulmuşdur. Qanunun mənasından da göründüyü kimi, işdə iştirak edən şəxslərin yalnız işə baxan məhkəmənin sədrinə, təktərkibli məhkəmənin hakiminə və ya işə baxan hakimə etiraz vermək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 19.2.3-cü maddəsində göstərilir ki, işə baxan hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Məhkəmə kollegiyasının hüquqi mövqeyinə görə işə baxan hakimə etiraz verilməsi üçün kifayət qədər əsaslar olmalıdır və etiraz ehtimallara əsaslana bilməz. İddiaçı Zəngilan Rayon Məhkəməsinin hakiminə verdiyi etirazı əsaslandırmamış və işdə Zəngilan Rayon Məhkəməsinin hakiminin işin nəticəsində maraqlı olması və onun obyektivliyinə, qərəzsizliyinə şübhə doğuran hallar yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının etirazı təmin edilməməli, mülki iş baxılması üçün Zəngilan Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 21-22, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Zəngilan Rayon Məhkəməsinin hakiminə verdiyi etiraz təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əldən çıxmış faydanın və mənəvi ziyanın əvəzinin tutulması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Zəngilan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1574/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1574/2021
09.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver