Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1593/2024 26.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzilin təhvil verilməsi və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi) X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçı (sonuncu iclasda iştirak etmir), onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə3, nümayəndə və vəkil Nümayəndə2 (sonuncu iclasda iştirak etmirlər) iştirakı ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzilin təhvil verilməsi və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 iyul 2024cü il tarixli, 2(012)-2686/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. "xxxx" MMC ilə X8 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ünvan 1 ünvanında inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 1-ci bloku, 14cü mərtəbədə, ümumi sahəsi 117 kv.metr təşkil edən, 3 otaqdan ibarət 95 saylı mənzili 49725 manat ödəmək şərtilə X6 təhvil verməyi öhdəsinə götürmüşdür.
2. xx.xx.2008-ci il tarixli kassa mədaxil orderindən görünür ki, X8 ilkin ödəniş kimi 49725 manat vəsaiti "xxxx" MMC-nin hesabına ödəmişdir.
3. Cavabdeh1 MMC ilə X8 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 92 saylı müqavilədən görünür ki, Cavabdeh1 MMC ünvan 2 ünvanında inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.metr olan 1 otaqlı, 75 saylı mənzili iddiaçıya satmışdır.
4. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən ümumi sahəsi 55,68 kv.metr olan həmin mənzilin bir kv.metrinin dəyəri 400 manat müəyyən edilməklə ümumi satış qiyməti 22272 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 2.2.2-ci maddəsində göstərilir ki, müqavilənin 2.2.1-ci bəndində qeyd olunan mənzil dəyəri xx.xx.2008-ci il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış ümumi məbləği 49725 manat, ümumi sahəsi 117 kv.metr təşkil edən mənzillə əvəzlənir.
5. Bu müqavilənin 2.2.2-ci bəndində göstərilən məbləğdən 22272 manatı "xxxx" MMC-yə ödənilmişdir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən bu müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilən mənzillərin əvəzləşməsi zamanı arada yaranacaq fərq aidiyyatı olan tərəfdən alınacaqdır. Müqavilənin 3.1-ci bəndindən görünür ki, satıcı müqavilənin 2.1ci bəndində göstərilən tikintiquraşdırma işlərini 24 ay müddəti ərzində tamamlayıb alıcıya təhvil verir.
6. xx.xx.2011-ci il tarixli Cavabdeh1 MMC-nin kassa mədaxil orderindən görünür ki, X1 rayonu, Xırdalan şəhəri, Axundov küçəsi, ev 39 ünvanında inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.metr olan 1 otaqlı, 75 saylı mənzilin alınması üçün 22272 manat vəsaiti "xxxx" MMC-nin hesabına ödəmişdir.
7. xx.xx.2011-ci il tarixli öhdəlikdən görünür ki, Cavabdeh1 MMC X6 ünvan 2 ünvanında inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.metr olan 1 otaqlı, 75 saylı mənzili 22272 manata satmış, mənzilin dəyəri ödənilmişdir.
8. Cavabdeh1 MMC ilə X8 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 93A saylı müqavilədən görünür ki, Cavabdeh1 MMC ünvan 2 ünvanında inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68,55 kv.metr olan 1 otaqlı, 77 saylı mənzili iddiaçıya satmışdır.
9. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən ümumi sahəsi 68,55 kv.metr olan həmin mənzilin bir kv.metrinin dəyəri 400 manat müəyyən edilməklə ümumi satış qiyməti 27453 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 2.2.2-ci maddəsində göstərilir ki, müqavilənin 2.2.1-ci bəndində qeyd olunan mənzil dəyəri xx.xx.2008-ci il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış ümumi məbləği 49725 manat, ümumi sahəsi 117 kv.metr təşkil edən mənzillə əvəzlənir.
10. Bu müqavilənin 2.2.2-ci bəndində göstərilən məbləğdən 27453 manatı "xxxx" MMC-yə ödənilmişdir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən bu müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilən mənzillərin əvəzləşməsi zamanı arada yaranacaq fərq aidiyyatı olan tərəfdən alınacaqdır. Müqavilənin 3.1-ci bəndindən görünür ki, satıcı müqavilənin 2.1ci bəndində göstərilən tikintiquraşdırma işlərini 24 ay müddəti ərzində tamamlayıb alıcıya təhvil verir.
11. xx.xx.2011-ci il tarixli Cavabdeh1 MMC-nin kassa mədaxil orderindən görünür ki, X1 rayonu, Xırdalan şəhəri, Axundov küçəsi, ev 39 ünvanında inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68,55 kv.metr olan 1 otaqlı, 77 saylı mənzilin alınması üçün 27453 manat vəsaiti "xxxx" MMC-nin hesabına ödəmişdir.
12. xx.xx.2011-ci il tarixli öhdəlikdən görünür ki, Cavabdeh1 MMC X6 ünvan 2 ünvanında inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68,55 kv.metr olan 1 otaqlı, 77 saylı mənzili 27453 manata satmış, mənzilin dəyəri ödənilmişdir.
13. İşdə olan AZ-İİ 283408 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Rəsul-zadə Əliheydər Rafiq oğlu xx.xx.2018-ci ildə nikaha girmişlər və nikahdan sonra arvada Rəsul-zadə soyadı verilmişdir.
14. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 MMC-nin vəzifəli şəxsləri tərəfindən X3 adına rəsmiləşdirilmiş 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 102 kv.metr ölçüdə olan, 2 otaqlı 43 saylı mənzil və İddiaçı adına rəsmiləşdirilmiş 2-ci blok, 14-ci mərtəbə, ümumi sahəsi 55,68 kv.metr ölçüdə olan, 1 otaqlı 75 saylı, bundan başqa 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 68,55 kv.metr ölçüdə olan, 1 otaqlı 77 saylı mənzillərin ikili satış əsasında başqa şəxslərə satılması ilə bağlı heç bir müraciət daxil olmamışdır.
15. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilmiş yaşayış binasının (blok A, B, C) tikinti layihəsi 2019-cu ildə ekspertizaya təqdim edilmiş, ekspertizanın keçirilməsi üçün bağlanmış müqavilə şərtlərinə əməl edilmədiyi üçün aşkarlanmış iradlar sifarişçiyə təqdim edilməmiş və layihənin ekspertizasının aparılması işləri Agentlik tərəfindən dayandırılmışdır.
16. Apellyasiya icraatı zamanı tərəflər arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. (işə əlavə olunur).
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı Cavabdeh1 MMC-yə qarşı mənzilin təhvil verilməsi və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 92 saylı və xx.xx.2011-ci il tarixli 93A saylı müqavilələr üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməsi, ünvan 2 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.metr olan 1 otaqlı, 75 saylı və həmin binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68,55 kv.metr olan 1 otaqlı, 77 saylı mənzillərin iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzillərə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 2 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.metr olan 1 otaqlı, 75 saylı mənzildən və həmin binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68,55 kv.metr olan 1 otaqlı, 77 saylı mənzildən iddiaçının istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, iddiaçının mənzildən istifadə, mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 92 saylı və xx.xx.2011-ci il tarixli 93A saylı müqavilələrə əsasən cavabdeh qeyd edilən yaşayış binasının 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.metr olan 1 otaqlı, 75 saylı mənzili və həmin binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68.55 kv.metr olan 1 otaqlı, 77 saylı mənzili iddiaçıya satmışdır. xx.xx.2011-ci il tarixli, 92 saylı və xx.xx.2011-ci il tarixli, 93A saylı müqavilələrə əsasən ümumi sahəsi 55,68 kv.metr və 68,55 kv.metr olan mənzillərin bir kv.metrinin dəyəri 400 manat müəyyən edilməklə, ümumi satış qiyməti 75 saylı mənzilə görə 22272 manat, 77 saylı mənzilə görə 27453 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilələrin 2.2.2-ci maddəsində göstərilir ki, müqavilənin 2.2.1-ci bəndində qeyd olunan mənzillərin ümumi dəyəri 49725 manat xx.xx.2008-ci il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış ümumi məbləği 49725 manat təşkil edən, ümumi sahəsi 117 kv.metr təşkil edən mənzillə əvəzlənir. Bu müqavilənin 2.2.2-ci bəndində göstərilən məbləğdən 49725 manatı "xxxx" MMCyə ödənilmişdir. Müqavilələrin 2.2.3-cü bəndinə əsasən bu müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilən mənzillərin əvəzləşməsi zamanı arada yaranacaq fərq aidiyyəti olan şəxs tərəfdən ödəniləcəkdir. Müqavilələrin 3.1-ci bəndindən görünür ki, satıcı müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay müddəti ərzində tamamlayıb alıcıya təhvil verməlidir. Cavabdeh1 MMC-nin iddiaçıya təqdim etdiyi xx.xx.2011-cü il tarixli kassa mədaxil orderindən müəyyən olunur ki, ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.metr olan 1 otaqlı, 75 saylı mənzil üçün iddiaçı tərəfindən 22272 manat "xxxx" MMC-yə ödənilmişdir. Bu mənzilə görə X4 qalıq borcu yoxdur. Cavabdeh1 MMC-nin iddiaçıya təqdim etdiyi xx.xx.2011-cü il tarixli kassa mədaxil orderindən müəyyən olunur ki, ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68.55 kv.metr olan 1 otaqlı, 77 saylı mənzili almaq üçün iddiaçı tərəfindən 27453 manat "xxxx" MMC-yə ödənilmiş və mənzilə görə X4 qalıq borcu yoxdur. Göründüyü ki, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 92 saylı və xx.xx.2011-ci il tarixli 93A saylı müqavilələdən müəyyən olunur ki, Cavabdeh1 MMC digər təşkilatın, yəni "xxxx" MMC-nin xx.xx.2008- ci il tarixli müqaviləsi üzrə iddiaçı qarşısında götürdüyü öhdəliyin icrasını öz üzərinə götürmüşdür. Lakin hazırda Cavabdeh1 MMC xx.xx.2011-ci il tarixli 92 saylı və xx.xx.2011-ci il tarixli 93A saylı müqavilələr əsasında üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir və müqavilədə göstərilən mənzilləri iddiaçının istifadəsinə vermir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
19. Abşeron Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(012)-2686/2024 nömrəli qətnaməsi ilə (hakim M.Abbasova) iddia tələbi təmin edilməmişdir.
20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında mənzillə bağlı münasibətlər xx.xx.2011-ci il tarixdə yaranmışdır. Bu müqavilələrin müddəti (binanın inşa edilməsi və mənzilin təhvil verilməsi) 24 aydır və bitmə tarixi xx.xx.2013-cü ildir. İşdəki sənədlərə əsaslanaraq, məhkəmə hesab edib ki, məlum müqavilələr üzrə mənzillərin təhvil verilməsinə dair iddianın tələbetmə müddəti İddiaçı tərəfindən ötürülmüşdür. Hazırki iş üzrə materiallardan da görünür ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə birinci instansiyası məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin icra müddəti 24 ay müddətinə (xx.xx.2013-cü il) göstərilmişdir. Beləliklə, bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia qaldırmaq üçün son tarix xx.xx.2016-cı il olduğundan, məhkəmə hesab edib ki, İddiaçı vaxtında məhkəməyə müraciət etməmişdir, yəni qeyd edilən müqavilə üzrə iddia müddətinin keçməsi barədə cavabdehin dəlili əsaslıdır. Məhkəmə qeyd edib ki, mübahisəyə daşınmaz əmlakın alınması xüsusatı ilə yanaşıldıqda belə, qanunda nəzərdə tutulmuş 6 illik iddia müddəti də ötürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini rədd etmişdir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 373.2, 375, 377.1, 377.2, 402, 646.1, 648-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1 və 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.
23. Apellyasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda tərtib edilmiş və göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə çıxardığına görə qətnamə ləğv edilməli və iddia ərizəsinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, “cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə birinci instansiyası məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin icra müddəti 24 ay müddətinə (xx.xx.2013-cü il) göstərilmişdir. Beləliklə, bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia qaldırmaq üçün son tarix xx.xx.2016-cı il olduğundan, məhkəmə hesab edib ki, İddiaçı vaxtında məhkəməyə müraciət etməmişdir, yəni qeyd edilən müqavilə üzrə iddia müddətinin keçməsi barədə cavabdehin dəlili əsaslıdır.” Hesab edir ki, məhkəmənin gəldiyi nəticə səhvdir və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "xxxx", “Xəmsə-İnşaat”, “Hayan-E” (Proqres-2016) və Cavabdeh1 MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə aparılan cinayət işinin istintaqı ilə əlaqədar iddiaçı zərərçəkmiş qismində keçdiyindən zərərin əvəzi olaraq qeyd edilən mənzilin Hasil MMC tərəfindən verilməsi öhdəliyi götürülmüşdür. 2021-ci ilin əvvəllərinə kimi bina Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin cəlb etdiyi təşkilatlar tərəfindən tikilmiş, 2021-ci il tarixdən binanın tikintisinin davam etdirilməsi Prokurorluq tərəfindən “Şərurlu İsfəndiyar” adlı iş adamına tapşırılmışdır. Binanın tikintisi 2023-cü ilin sonlarında yekunlaşmış və binanın təhvil verilməsi barədə mübahisələr bundan sonra yaranmışdır. 2023-cü ilin sonlarına kimi bina hazır olmadığından, mənzillərin təhvil verilməsi barədə mübahisə mövcud olmamışdır. Bu səbəbdən hesab edir ki, hazırki mənzillər cinayət işi üzrə dəymiş zərərin əvəzi olaraq verildiyindən, eyni zamanda mənzilin təhvil verilməsi barədə mübahisələr 2023-cü ilin sonlarında yarandığından hazırki iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Göründüyü kimi məhkəmə işin qeyd etdiyim hallarını araşdırmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirdi ki, hazırkı mülki iş üzrə tərəflər arasında mübahisənin həllinə dair barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişi məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən qeyd olunan barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi.
26. İş üzrə Cavabdeh1 MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılsa da, məhkəmə iclasında təmsil edilməmiş, lakin elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iş üzrə tərəflər arasında məhkəmədənkənar qaydada razılıq əldə edildiyindən və barşıq sazişi bağlandığından həmin barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavabdeh tərəfin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilər. Maddə 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Madddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Madddə 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 384.0.5. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(012)-2686/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən tərəflərin təqdim etdiyi barışıq sazişini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, barışıq sazişinin şərtləri daxilində iş üzrə icraata xitam verilməlidir.
32. Belə ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında 25 dekabr 2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişində göstərilir ki; Maddə 1. Mübahisənin qısa təsviri İddiaçı iddia ərizəsi ilə "xxxx" MMC-dən xx.xx.2011-ci il tarixli müqavilələr üzrə öhdəliklərin icra edilməsi 75 və 77 saylı mənzillərin təhvil verilməsi və mənzildən istıfadə hüququna manelərin aradan qaldırılması və eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddiaçıya qarşı mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi və digər tələblə bağlı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət etmişdir.
Maddə 2. Barışığın şərtləri. 2.1 Birinci tərəf Saziş imzalandıqdan sonra ünvan 3 ünvanında yerləşən binada 2 giriş 14 mərtəbədə ümumi sahəsi 72,68 kv.m. olan 74 nömrəli və binada 1 giriş 5 mərtəbədə ümumi sahəsi 58,04 kv.m. olan 25 nömrəli mənzilləri ikinci tərəfə təqdim etməyi ikinci tərəf isə təqdim edilmiş mənzilləri qəbul etməklə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 25, 74 nömrəli müqavilələr əsasında həmin mənzillərin dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə müəyyən edilmiş müddət ərzində tam ödəməyi öhdəsinə götürür.
2.2 ikinci tərəf hazırda Sumqayıt Apellyasiya Məhkəməsində qaldırılmış iddia tələbi üzrə davam edən məhkəmə mübahisəsinə son qoymağı və ilkin iddia tələbindən tamamilə imtina etdiyini və işin məhkəmədən kanar qaydada həll edildiyini nəzərə alaraq mübahisələndirilən iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ərizə ilə müraciət edilməsini öhdəsinə götürür.
2.3 Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.4 Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.5 Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.6 Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.7 . Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və va qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və pubiik hüquqi şəxslərə; 3.4.3. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.3. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir.
33. Yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə və ya barışıq sazişi ilə işi yekunlaşdıra bilərlər .
34. Mülki Prosessual Məcəllənin 52-ci maddəsinin tələblərindən göründüyü kimi tərəflər barışıq sazişini bağlamaqda haqlıdırlar, lakin həmin akt məhkəmə tərəfindən təsdiq edildiyi halda qüvvəyə minir.
35. Tərəflərin barışıq sazişi bağlaması dedikdə, iddiaçının cavabdehə olan öz maddihüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi deyil, barışıq sazişinin şərtləri ilə işi yekunlaşdırması başa düşülür. Tərəflərin barışıq sazişi bağlaması ikitərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə barışıq sazişinin motivlərini qiymətləndirmir, lakin o, barışıq sazişinin qanuniliyini qiymətləndirməli və bu zaman sazişin azad iradə ifadəsi nəticəsində baş vermədiyini aşkar etdikdə sazişin təsdiq edilməsindən imtina etməlidir. Tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir.
36. Göründüyü kimi barışıq sazişi ikitərəfli əqddir ki, tərəflər bir-birlərinə güzəştə getməklə, mübahisəli hüquq münasibətləri üzrə hüquq və vəzifələrini yenidən müəyyən edirlər. Barışıq sazişini bağlamaq hüququ yalnız mübahisəli hüquq münasibətlərinin subyektlərinə məxsusdur. Məhkəmə, tərəflərin barışıq sazişi qanunvericiliyə zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, bu barədə əsaslandırılmış qərardad çıxarılmaqla barışıq sazişini təsdiq etməməli və işə mahiyyəti üzrə baxmaqda davam etməlidir.
37. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, barışıq sazişini imzalayan şəxslər (tərəflər), barışıq sazişinin təsdiqlənməsi ilə bağlı prosessual hərəkətlərin MPM-nin 191, 261 və 262-ci maddələrində nəzərdə tutulmuş hüquqi nəticələrinin onlara aydın olduğunu sazişdə yazılı şəkildə ifadə etmişlər.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflərin barışıq sazişi bağlamaqla işi yekunlaşdırması onların həqiqi niyyətini əks etdirdiyindən, həmin barışıq sazişi qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, eləcə də barışıq sazişinin doğuracağı nəticə tərəflərə aşkar surətdə məlum olduğundan saziş təsdiq edilməli və Abşeron Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(012)-2686/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.
39. Azərbaycan Respublikası MPM-in 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.
40. Kollegiya qeyd edir ki, iş üzrə icraata xitam verildiyindən dövlət rüsumunun qaytarılması haqqında məsələyə də münasibət bildirilməlidir.
41. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1 və 114.1.4 maddələrinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır.
42. Ona görə də kollegiya hesab edir ki, iddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinə ödənilmiş (qəbz nömrəsi **********) 100 manat məbləğində dövlət rüsumu İddiaçı qızına geri qaytarılmalıdır.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.5 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzilin təhvil verilməsi və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə aşağıdakı şərtlərlə bağlanmış 25 dekabr 2024-cü il tarixli barışıq sazişi təsdiq olunsun.
Maddə 1. Mübahisənin qısa təsviri İddiaçı iddia ərizəsi ilə "xxxx" MMC-dən xx.xx.2011-ci il tarixli müqavilələr üzrə öhdəliklərin icra edilməsi 75 və 77 saylı mənzillərin təhvil verilməsi və mənzildən istıfadə hüququna manelərin aradan qaldırılması və eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddiaçıya qarşı mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi və digər tələblə bağlı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət etmişdir.
Maddə 2. Barışığın şərtləri. 2.1 Birinci tərəf Saziş imzalandıqdan sonra ünvan 3 ünvanında yerləşən binada 2 giriş 14 mərtəbədə ümumi sahəsi 72,68 kv.m. olan 74 nömrəli və binada 1 giriş 5 mərtəbədə ümumi sahəsi 58,04 kv.m. olan 25 nömrəli mənzilləri ikinci tərəfə təqdim etməyi ikinci tərəf isə təqdim edilmiş mənzilləri qəbul etməklə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 25, 74 nömrəli müqavilələr əsasında həmin mənzillərin dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə müəyyən edilmiş müddət ərzində tam ödəməyi öhdəsinə götürür. 2.2 ikinci tərəf hazırda Sumqayıt Apellyasiya Məhkəməsində qaldırılmış iddia tələbi üzrə davam edən məhkəmə mübahisəsinə son qoymağı və ilkin iddia tələbindən tamamilə imtina etdiyini və işin məhkəmədən kanar qaydada həll edildiyini nəzərə alaraq mübahisələndirilən iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ərizə ilə müraciət edilməsini öhdəsinə götürür. 2.3 Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.4 Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.5 Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.6 Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.7 . Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və va qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və pubiik hüquqi şəxslərə; 3.4.3. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.3. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Abşeron Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(012)-2686/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (qəbz nömrəsi **********) İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verilə bilər.