Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1594/2022 19.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili X1, Cavabdeh və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əmlakı tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair qarşılıqlı iddia tələbi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(060)-6894/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya məxsus olan 166 adda cehiz əmlakının və sep tros - 4000 manat, nişan üzüyü - 1000 manat, qolbaq - 1500 manat, komplekt brilyant zefir - 5000 manat, tək üzük – 1000 manat, tək üzük qırmızı qaş - 1000 manat, tək üzük ürəkli - 900 manat, tək üzük paxlava - 800 manat, tək üzük ağ qaş - 800 manat və 1 ədəd nazik sep, klonu ilə - 1500 manat adlı qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər 2001-ci ildə ailə qurduqdan sonra cavabdehin Ceyranbatan qəsəbəsində yerləşən və ailəsi ilə birlikdə yaşadığı evə köçmüş, evə köçərkən iddiaçı özünə məxsus bütün cehiz əşyalarını da həmin evə aparmış və cavabdehlə həmin evdə yaşamışdır. Təxminən 2010-cu ildə tərəflər özlərinə Ceyranbatan qəsəbəsində həyət evi tikdirmiş, iddiaçı bütün cehiz əşyaları ilə birlikdə həmin evə köçmüş və 2015-ci ilə qədər həmin evdə yaşamışdır. 2015-ci ildə onun səhhətində qəflətən narahatlıqlar yaranmış və 19 mart 2015-ci il tarixdə ağır xolesistektomiya əməliyyatı keçirtmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, cavabdeh aralarında olan nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Əməliyyat bitdikdən sonra iddiaçı evə qayıtmaq istəmiş, lakin cavabdeh onu evə buraxmamışdır. Bu səbəbdən iddiaçı mülkiyyətində olan qızıl-zinət əşyalarını və cehiz əmlaklarını götürə bilməmiş və həmin əmlaklar cavabdehin qanunsuz sahibliyində qalmışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin iddia üzrə cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər birgə yaşadıqları müddətdə ümumilikdə 6950 manat məbləğində əmlaklar əldə etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(060)-6894/2021 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh şifoner - 1 ədəd, stenka - 1 ədəd, divan-kreslo - 1 ədəd, taxt - 1 ədəd, termo - 1 ədəd, tək güzgü - 1 ədəd, jurnal masası - 1 ədəd, masa - 1 ədəd, oturacaq - 6 ədəd, qaz peçi - 1 ədəd, qaz balonu - 1 ədəd, mətbəx mebeli - 1 ədəd, mətbəx masası - 1 ədəd, oturacaq - 4 ədəd, tək çarpayı - 2 ədəd, uşaq çarpayısı - 1 ədəd, çamadan təkərli - 2 ədəd, çamadan təkərsiz - 1 ədəd, DVD - 1 ədəd, kaset - 15 ədəd, video - 1 ədəd, maqnitofon - 1 ədəd, çilçıraq - 5 ədəd, lampa - 1 ədəd, xalça - 6 ədəd, toxunma xalça - 1 ədəd, büllur meyvə qabı - 4 ədəd, koridor xalçası - 1 ədəd, saat - 2 ədəd, mikser - 1 ədəd, şirəçəkən - 1 ədəd, büllur meyvə qabı - 6 ədəd, ətçəkən maşın - 1 ədəd, tozsoran - 1 ədəd, televizor - 1 ədəd, televizor altı - 1 ədəd, karniz - 4 ədəd, pərdə - 4 ədəd, paltartikən maşın - 1 ədəd, paltaryuyan maşın 6kq - 1 ədəd, soyuducu - 1 ədəd, çörək bişirən soba - 1 ədəd, fen - 1 ədəd, taxt döşəyi - 1 ədəd, ədyal - 4 ədəd, taxt üçün ədyal - 3 ədəd, tək döşək - 4 ədəd, yastıq - 8 ədəd, sentipon yastıq - 4 ədəd, oturacaq döşək - 6 ədəd, süfrə - 8 ədəd, yorğan - 6 ədəd, sentipon yorğan - 4 ədəd, yun adyal - 4 ədəd, nazik ədyal - 4 ədəd, pakrıval - 3 ədəd, divan-kreslo üstü ədyal - 1 ədəd, çay dəsmalı - 8 ədəd, balıq servisi - 1 ədəd, kişi köynəyi - 3 ədəd, əl dəsmalı 10 ədəd, qaşıq - 40 ədəd, çəngəl - 40 ədəd, bıçaq - 40 ədəd, qətfə hamam dəsti - 2 ədəd, işlənməyən pastel - 8 ədəd, işlənən pastel - 4 ədəd, nahar servisi - 2 dəst, kafeyni servis - 4 ədəd, çay servisi - 5 ədəd, maral suvenir - 1 ədəd, dəvə suvenir - 1 ədəd, ayı kassa suvenir - 1 ədəd, büllur rumka böyük - 4 dəst, büllur rumka kiçik - 4 ədəd, büllur stəkan - 24 ədəd, nəlbəki - 24 ədəd, büllur meyvə qabı - 8 ədəd, güldan - 6 ədəd, Boqema servis - 2 dəst, büllur qənd qabı - 10 dəst, böyük çaydan - 2 ədəd, dəm çayniki - 3 ədəd, böyük qazan - 2 ədəd, böyük boşqab - 30 ədəd, balaca boşqab - 30 ədəd, aş boşqabı - 30 ədəd, sürmeyi kasa - 12 ədəd, sürmeyi fincan - 12 ədəd, sürmeyi boşqab - 6 ədəd, sürmeyi güldan - 4 ədəd, büllur güldan - 5 ədəd, büllur stəkan armudu 24 ədəd, stəkan sadə - 24 ədəd, xalat - 4 ədəd, atres parça - 4 ədəd, corab - 6 ədəd, alt paltarı - 12 ədəd, qazan dəsti - 6 ədəd, çuqun qazan - 6 ədəd, Tefal qazan - 4 ədəd, Tefal tava - 6 dəst, samovar qazan - 1 ədəd, aş qazanı - 2 ədəd, aşsüzən - 2 ədəd, un bakı - 1 ədəd, ütü - 1 ədəd, ütü altı - 1 ədəd, tək samovar - 1 ədəd, çay servisi - 3 ədəd, paltar asan - 1 ədəd, kompot qabı - 6 ədəd, balon bağlayan - 2 ədəd, qoz çəkən - 2 ədəd, paltar asan - 25 ədəd, paltar şpilkası - 60 ədəd, troynik - 4 ədəd, palma ağacı - 1 ədəd, tumba - 2 ədəd, əlavə şkaf - 2 ədəd, epilyator - 1 ədəd, kosmetika - 2 dəst, ətir - 4 ədəd, hava feni - 1 ədəd, daraq feni - 1 ədəd, əl çantası - 2 ədəd, kurtka - 2 ədəd, palto - 1 ədəd, nazik jiletka - 1 ədəd, qalın jaket - 1 ədəd, sapaşki - 1 ədəd, krasovka - 2 ədəd, dəmir vedrə - 4 ədəd, plastmas vedrə - 3 ədəd, dəmir vanna - 2 ədəd, təzyiq aparatı - 1 ədəd, bıçaq - 2 dəst, çörək qabı - 2 dəst, termos - 2 dəst, xəmir yoğuran - 2 dəst, ev tapuçkası - 4 ədəd, boş balon - 30 ədəd, balon balaca - 20 ədəd, dörd ayaq - 1 ədəd, oxlov - 1 ədəd, yağ - 5 kq, şəkər tozu - 5 kq, çay - 2 paçka, qənd - 4 kq, tomat - 2 banka, tok sacı - 1 ədəd, ayaqqabı polkası - 1 ədəd, vintilyator - 1 ədəd, sandıq - 1 ədəd, mətbəx masası - 1 ədəd, gecə lampası - 2 ədəd adlı cehiz əmlakları və ya onların dəyərinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qızıl-zinət tələbinə dair hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı) . İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(060)6894/2019 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və ilk iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Həmçinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(060)6894/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(105)-115/2021 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və L.M.Məmmədovadan ibarət tərkibdə) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(060)-6894/2019 nömrəli qətnaməsi qismən ləğv edilmiş, ilk iddia üzrə Cavabdeh - İddiaçı məxsus cehiz əşyaları olan şifoner - 1 ədəd dəyəri 200 manat, stenka - 1 ədəd dəyəri 700 manat, divankreslo - 1 ədəd dəyəri 600 manat, taxt - 1 ədəd dəyəri 800 manat, termo - 1 ədəd dəyəri 70 manat, tək güzgü - 1 ədəd dəyəri 30 manat, jurnal masası - 1 ədəd dəyəri 80 manat, masa - 1 ədəd dəyəri 200 manat, oturacaq - 6 ədəd 1 ədədi 35 manat olmaqla ümumi dəyəri 210 manat, qaz peçi - 1 ədəd dəyəri 250 manat, qaz balonu - 1 ədəd dəyəri 15 manat, mətbəx mebeli - 1 ədəd dəyəri 1300 manat, mətbəx masası - 1 ədəd dəyəri 200 manat, oturacaq 1 ədədi 25 manat olmaqla 4 ədədi 100 manat, tək çarpayı - 2 ədəd hər biri 100 manat olmaqla 200 manat, uşaq çarpayısı - 1 ədəd dəyəri 200 manat, çamadan təkərli - 2 ədəd dəyəri 25 manat olmaqla 50 manat, çamadan təkərsiz - 1 ədəd dəyəri 40 manat, DVD - 1 ədəd dəyəri 40 manat, video - 1 ədəd dəyəri 30 manat, maqnitofon - 1 ədəd dəyəri 80 manat, çilçıraq - 5 ədəd hər biri 50 manat olmaqla 250 manat, lampa - 1 ədəd dəyəri 10 manat, xalça - 6 ədəd hər biri 150 manat olmaqla 900 manat, toxunma xalça - 1 ədəd dəyəri 220 manat, büllur meyvə qabı - 4 ədəd hər biri 50 manat olmaqla 200 manat, dəhliz xalçası - 1 ədəd dəyəri 120 manat, saat - 2 ədəd hər biri 10 manat olmaqla 20 manat, mikser - 1 ədəd dəyəri 50 manat, şirəçəkən - 1 ədəd dəyəri 50 manat, büllur meyvə qabı - 6 ədəd hər biri 10 manat olmaqla 60 manat, ətçəkən maşın - 1 ədəd dəyəri 50 manat, tozsoran - 1 ədəd dəyəri 30 manat, televizor - 1 ədəd dəyəri 350 manat, televizoraltı - 1 ədəd dəyəri 120 manat, karniz - 4 ədəd hər biri 25 manat olmaqla 100 manat, pərdə - 4 ədəd hər biri 80 manat olmaqla 320 manat, paltartikən maşın - 1 ədəd dəyəri 50 manat, paltaryuyan maşın 6kq - 1 ədəd 300 manat, soyuducu - 1 ədəd dəyəri 400 manat, çörək bişirən soba - 1 ədəd dəyəri 350 manat, fen - 1 ədəd dəyəri 25 manat, taxt döşəyi - 1 ədəd 50 manat, ədyal - 4 ədəd hər biri 40 manat olmaqla 160 manat, taxt üçün ədyal - 3 ədəd hər biri 50 manat olmaqla 150 manat, tək döşək - 4 ədəd 60 manat olmaqla 240 manat, yastıq - 8 ədəd hər biri 15 manat olmaqla 120 manat, sentifon yastıq - 4 ədəd hər biri 10 manat olmaqla 40 manat, oturacaq döşək - 6 ədəd hər biri 8 manat olmaqla 48 manat, süfrə - 8 ədəd hər biri 15 manat olmaqla 120 manat, yorğan - 6 ədəd hər biri 25 manat olmaqla 150 manat, sentifon yorğan - 4 ədəd hər biri 15 manat olmaqla 60 manat, yun adyal - 4 ədəd hər biri 60 manat olmaqla 240 manat, nazik ədyal - 4 ədəd hər biri 45 manat olmaqla 180 manat, pakrıval - 3 ədəd hər biri 50 manat olmaqla 150 manat, divan kreslo üstü ədyal - 1 ədəd dəyəri 70 manat, çay dəsmalı - 8 ədəd hər biri 5 manat olmaqla 40 manat, balıq servisi - 1 ədəd dəyəri 45 manat, əl dəsmalı - 10 ədəd hər biri 5 manat olmaqla 50 manat, qaşıq - 40 ədəd hər biri 1 manat olmaqla 40 manat, çəngəl - 40 ədəd hər biri 1 manat olmaqla 40 manat, bıçaq - 40 ədəd hər biri 1 manat olmaqla 40 manat, qətifə-hamam dəsti - 2 ədəd hər biri 12 manat olmaqla 24 manat, işlənməyən pastel - 8 ədəd hər biri 50 manat olmaqla 400 manat, işlənən pastel - 4 ədəd hər biri 20 manat olmaqla 80 manat, nahar servisi - 2 dəst hər biri 50 manat olmaqla 100 manat, kafeyni servis - 4 ədəd hər biri 40 manat olmaqla 160 manat, çay servisi - 5 ədəd hər biri 12 manat olmaqla 60 manat, maral suvenir - 1 ədəd dəyəri 25 manat, dəvə suvenir - 1 ədəd dəyəri 10 manat, ayı kassa suvenir - 1 ədəd dəyəri 10 manat, büllur rumka böyük - 4 dəst dəyəri 50 manat olmaqla 200 manat, büllur rumka kiçik - 4 ədəd dəyəri 40 manat olmaqla 160 manat, büllur stəkan - 24 ədəd dəyəri 5 manat olmaqla 120 manat, nəlbəki - 24 ədəd dəyəri 4 manat olmaqla 96 manat, büllur meyvə qabı - 8 ədəd dəyəri 30 manat olmaqla 240 manat, güldan - 6 ədəd dəyəri 20 manat olmaqla 120 manat, Boqema servis - 2 dəst dəyəri 100 manat olmaqla 200 manat, büllur qənd qabı - 10 dəst dəyəri 10 manat olmaqla 100 manat, böyük çaydan - 2 ədəd dəyəri 10 manat olmaqla 20 manat, dəm çayniki - 3 ədəd dəyəri 5 manat olmaqla 15 manat, böyük qazan - 2 ədəd dəyəri 20 manat olmaqla 40 manat, böyük boşqab - 30 ədəd dəyəri 2 manat olmaqla 60 manat, balaca boşqab - 30 ədəd dəyəri 1,5 manat olmaqla 45 manat, aş boşqabı - 30 ədəd dəyəri 2 manat olmaqla 60 manat, sürmeyi kasa - 12 ədəd dəyəri 3 manat olmaqla 36 manat, sürmeyi fincan - 12 ədəd dəyəri 2 manat olmaqla 24 manat, sürmeyi boşqab - 6 ədəd dəyəri 4 manat olmaqla 24 manat, sürmeyi güldan - 4 ədəd dəyəri 10 manat olmaqla 40 manat, büllur güldan - 5 ədəd dəyəri 10 manat olmaqla 50 manat, büllur stəkan armudu - 24 ədəd dəyəri 2 manat olmaqla 48 manat, stəkan sadə - 24 ədəd dəyəri 1 manat olmaqla 24 manat, xalat - 4 ədəd dəyəri 20 manat olmaqla 80 manat, qazan dəsti - 6 ədəd dəyəri 30 manat olmaqla 180 manat, çuqun qazan - 6 ədəd dəyəri 15 manat olmaqla 90 manat, Tefal qazan - 4 ədəd dəyəri 25 manat olmaqla 100 manat, Tefal tava - 6 dəst dəyəri 25 manat olmaqla 150 manat, samovar qazan - 1 ədəd dəyəri 40 manat, aş qazanı - 2 ədəd dəyəri 20 manat olmaqla 40 manat, aşsüzən - 2 ədəd dəyəri 10 manat olmaqla 20 manat, un bakı 1 ədəd 25 manat, ütü - 1 ədəd 40 manat, ütü altı - 1 ədəd 60 manat, tək samovar - 1 ədəd 40 manat, çay servisi - 3 ədəd dəyəri 70 manat olmaqla 210 manat, paltar asan - 1 ədəd 50 manat, kompot qabı - 6 ədəd dəyəri 10 manat olmaqla 60 manat, balon bağlayan - 2 ədəd dəyəri 5 manat olmaqla 10 manat, qoz çəkən - 2 ədəd dəyəri 7 manat olmaqla 14 manat, paltar asan - 25 ədəd dəyəri 1 manat olmaqla 25 manat, paltar şpilkası - 60 ədəd dəyəri 0,20 manat olmaqla 12 manat, troynik - 4 ədəd dəyəri 10 manat olmaqla 40 manat, palma ağacı - 1 ədəd dəyəri 40 manat, tumba - 2 ədəd dəyəri 50 manat olmaqla 100 manat, əlavə şkaf - 2 ədəd dəyəri 60 manat olmaqla 120 manat, epilyator - 1 ədəd dəyəri 25 manat, hava feni - 1 ədəd dəyəri 25 manat, daraq feni - 1 ədəd dəyəri 25 manat, dəmir vedrə - 4 ədəd dəyəri 10 manat olmaqla 40 manat, plastmas vedrə - 3 ədəd dəyəri 5 manat olmaqla 15 manat, dəmir vanna - 2 ədəd dəyəri 15 manat olmaqla 30 manat, təzyiq aparatı - 1 ədəd dəyəri 15 manat, bıçaq - 2 ədəd dəyəri 3 manat olmaqla 6 manat, çörək qabı - 2 ədəd 5 manat olmaqla 10 manat, termos - 2 ədəd 15 manat olmaqla 30 manat, xəmir yoğuran - 2 dəst dəyəri 5 manat olmaqla 10 manat, boş balon - 30 ədəd hər biri 0,30 manat olmaqla 9 manat, balon balaca - 20 ədəd dəyəri 0,20 manat olmaqla 4 manat, dörd ayaq - 1 ədəd dəyəri 10 manat, oxlov - 1 ədəd dəyəri 5 manat, tok sacı - 1 ədəd dəyəri 20 manat, ayaqqabı polkası - 1 ədəd dəyəri 15 manat, vintilyator - 1 ədəd dəyəri 20 manat, sandıq - 1 ədəd dəyəri 40 manat, mətbəx masası - 1 ədəd dəyəri 120 manat və gecə lampası - 2 ədəd dəyəri 15 manat olmaqla 30 manat məbləğində əmlakların və ya onların dəyərinin alınıb ilk iddiaçıya verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(105)-115/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Gəray oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(105)-115/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2208/2022 nömrəli qərarı ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(105)-115/2021 nömrəli qətnaməsinin qismən, yəni ilk iddianın təmin edilən hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması,Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(105)-115/2021 nömrəli qətnaməsinin qalan, yəni ilk iddianın təmin edilməyən və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılması qərara alınmışdır ( hakimlər Şamayev Elşad (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə və Abbasov Aqil ). Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında İddiaçı nümayəndəsi Nümayəndə bildirdi ki, tərəflər arasında barışıq razılaşması əldə edilməsi ilə əlaqədar danışıqlar gedir, Cavabdeh tərəfindən 10.000 manat ödəniləcəyi halda nümayəndəsi olduğu qızı hazırkı iddia tələbindən imtina edəcək və onun birgə nikah dövründə tikdirdikləri evə dair hər hansı iddiası olmayacaqdır. Bununla əlaqədar Cavabdeh da tərəflər arasında barışıq sazişinin əldə olunması ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etdi.Bununla əlaqədar tərəflərin vəsatəti təmin olunaraq məhkəmə iclası xx.xx.2022-ci il tarixə təxirə salınmış, məhkəmə kolegiyasının xx.xx.2022-ci il tarixli iclasında Cavabdeh tərəfindən İddiaçı 10.000 (on min) manat məbləğində pul ödənilmişdir.Bundan sonra İddiaçı ilkin iddia tələbindən imtina edilməsinə dair ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək ilkin iddia tələbindən imtinanın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və cavabdehin vəkili Vəkil ilkin iddia tələbindən imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçının iddiadan imtina etməsinə görə Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin tələbləri İddiaçı izah edilmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(060)-6894/2021 nömrəli qətnaməsi ilkin iddia tələbinə dair hissədə ləğv edilməklə, iş üzrə icraata həmin hissədə xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs öz hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər şəxs irəli sürdüyü iddianı müdafiə edərsə, tələbinin əsaslı olmasına dair istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tələbin sübut ediləcəyi təqdirdə iddianı təmin edilməsi qənətinə gəlməlidir. İddia tələbi üzrə irəli sürülmüş tələblər üzrə yekun məhkəmə aktı qəbul edilmədən başa çatdırılması halları mövcuddur ki, bu hallarda da tələb üzrə qətnamə qəbul edilmədən, iş üzrə icraata qərardad qəbul edilməklə yekun nəticə verilir. Belə hallardan biri də iddiaçı tələb irəli sürdüyü şəxslərə qarşı tələbindən imtina etməsidir. Bu halda iddia tələbi üzrə icraata qətnamə qəbul edilmədən qərardad ilə xitam verilir. Bu hüququ iddiaçı bilavasitə və ya nümayəndəsi vasitəsi ilə realizə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü madəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinin birinci bəndinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.370-ci maddənin 2-ci bəndinə əsasən isə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina barədə ərizəsi iddiaçının iradə ifadəsini ehtiva etdiyindən qəbul edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(060)-6894/2021 nömrəli qətnaməsi ilkin iddia tələbinə dair hissədə ləğv edilməklə, iş üzrə icraata həmin hissədə xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4. maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 370.1, 391, 400 , 402.2 və 405.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(060)-6894/2021 nömrəli qətnaməsi ilkin iddia tələbinə dair hissədə ləğv edilsin. İddiaçı ilkin iddia tələbindən imtinası qəbul olunsun və həmin hissədə işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1594/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1594/2022
19.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver