Məhkəmə qərarları › İş №2(105)-1599/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1599/2025

22.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1599/2025 22.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Sumqayıt şəhər 1 saylı Notariat ofisinə qarşı “miras əmlakın qəbul müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququna haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, e-2(060)-3337/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat ofisinə qarşı “miras əmlakın qəbul müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququna haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X1 miras qalan ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçı tərəfdən qəbul edilməsi müddətinin uzadılması, iddiaçının vərəsəlik hüququnun tanınması, həmin mülkə cavabdeh Sumqayıt 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-367 və 2V-368 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın qanun üzrə vərəsələr arasında bölünərək hər birinin payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, e-2(060)-3337/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Sumqayıt şəhər 1 saylı Notariat ofisinə qarşı “miras əmlakın qəbul müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququna haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi tələbi”nə dair iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, e-2(060)-3337/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən tərəflər razılığa gəldiklərini, buna görə barışıq sazişinin hazırlanması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və bununla əlaqədar məhkəmə iclasları təxirə salınmışdır. 22 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında işdə iştirak edən şəxslər barışıq sazişinin qəbul və təsdiq edilməsi barədə ərizələri, həmçinin barışıq sazişini məhkəməyə təqdim etmiş və mübahisə ilə bağlı müəyyən razılığa gəldiklərini bildirərək, buna görə barışıq sazişini qəbul etməyi və təsdiqləməyi xahiş etmişlər. 22 yanvar 2026-cı il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: 1.Tərəflər, İddiaçı və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 2(105)-1599/2025 saylı iş üzrə razılığa gəlirlər və aşağıda qeyd olunan bəndlər üzrə barışıq sazişi bağlayırlar. 1.1 Cavabdeh3 və Cavabdeh2 İddiaçı ünvan 2 ünvanında vərəsəlik payının olmasına baxmayaraq ona iddiadan imtina etməsi qarşılığında hazırda 2000 manat məbləğində pul və xx.xx.2026-cı il tarixinədək 18000 manat məbləğində pul vəsaitinin, ümumilikdə 20.000 manat pul vəsaitini İddiaçı ödəməyi öhdəsinə götürür. 1.2 İddiaçı öz növbəsində cavabdehlərə qarşı iddiasından imtina edir və barışıq sazişi tam icra olunduqdan sonra tərəflərə qarşı ünvan 2 ünvanında yerləşən əmlak üzrə heç bir iddia və tələbi olmayacaq. 1.3 Barışıq sazişi tam icra olunmadıqda tərəflər məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, e- 2(060)-3337/2025 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, tərəflər barışıq sazişi bağladıqları üçün və barışıq sazişi qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, e-2(060)-3337/2025 nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.5, 370, 384.0.5, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, e- 2(060)-3337/2025 nömrəli qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış 22 yanvar 2026-cı il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.Tərəflər, İddiaçı və Cavabdeh3 və Cavabdeh2 2(105)-1599/2025 saylı iş üzrə razılığa gəlirlər və aşağıda qeyd olunan bəndlər üzrə barışıq sazişi bağlayırlar. 1.1 Cavabdeh3 və Cavabdeh2 İddiaçı ünvan 2 ünvanında vərəsəlik payının olmasına baxmayaraq ona iddiadan imtina etməsi qarşılığında hazırda 2000 manat məbləğində pul və xx.xx.2026-cı il tarixinədək 18000 manat məbləğində pul vəsaitinin, ümumilikdə 20.000 manat pul vəsaitini İddiaçı ödəməyi öhdəsinə götürür. 1.2 İddiaçı öz növbəsində cavabdehlərə qarşı iddiasından imtina edir və barışıq sazişi tam icra olunduqdan sonra tərəflərə qarşı ünvan 2 ünvanında yerləşən əmlak üzrə heç bir iddia və tələbi olmayacaq. 1.3 Barışıq sazişi tam icra olunmadıqda tərəflər məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Sumqayıt şəhər 1 saylı Notariat ofisinə qarşı “miras əmlakın qəbul müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququna haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar