Məhkəmə qərarları › İş №2(105)-1600/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1600/2022

14.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1600/2022 14.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: əsassız varlanma obyekti olan avtomobilə dair verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməklə avtomobilin qaytarılması, pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı əsassız varlanma obyekti olan avtomobilə dair cavabdehin adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməklə, avtomobilin ona qaytarılması tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddialar üzrə Siyəzən Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(059)- 170/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edib, əsassız varlanma obyekti olan “Hyundai HD 72” markalı avtomaşına aid Cavabdeh adına qeydə alınmış nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və 2008-ci il buraxılışlı, ağ rəngli, ** EM *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” yük markalı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq ona qaytarılması, ödənilmiş ümumilikdə 128 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona və qeyrilərinə qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə iddiaçının iddianı təmin etmək tədbiri barədə ərizəsi təmin edilərək, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra vərəqəsinə əsasən onun adına aşkar edilmiş 2008-ci il buraxılışlı, ağ rəngli, ** NG *** dövlət qeydiyyat nişanlı “Hyundai HD 72” yük markalı avtomaşının üzərinə həbs qoyulmuşdur. “İcra haqqında” Qanunun 53-cü maddəsini rəhbər tutaraq Siyəzən rayon İcra və probasiya şöbəsi tərəfindən qeyd edilən əmlakların satışını təşkil edib satışdan əldə olunan məbləğin müvafiq depozit hesabına köçürülməsi məqsədi ilə "xxxx" MMC-yə rəsmi müraciət (sifariş) olunmuş, “İcra haqqında” Qanunun müvafiq maddəsinin bəndlərinə istinad edilərək hərrac təşkil olunmuşdur. X11 hərracın nəticələri haqqında “09/04 nömrəli protokoluna əsasən 05 fevral 2021-ci il tarixdə tələbkar Cavabdeh 9800 manat hərracdakı satış qiymətinə onun adına olan 2008-ci il buraxılışlı, ağ rəngli, ** NG *** dövlət qeydiyyat nişanlı “Hyundai HD 72” yük markalı avtomaşını almışdır. Bundan sonra hazırkı iş üzrə Cavabdeh 05 fevral 2021-ci il tarixdən mübahisə predmeti olan avtomobili öz adına keçirməyərək, borcunu nağd halda pul formasında tələb etmiş və Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra vərəqəsi üzrə borclular, o cümlədən, o, X13, X4, X5, X7 və X17 tərəfindən müştərək qaydada 30267,75 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə 57856,2 manat pul vəsaiti tam məbləğdə tələbkar Cavabdeh 25 noyabr 2021-ci il tarixdə ödənilmişdir. Tələbkar Əzizov X1 rayon İcra və probasiya şöbəsinə “icra sənədinin icraatına xitam verilməsi haqqında” 25 noyabr 2021-ci il tarixdə yazılı ərizə ilə müraciət edərək, icra sənədi üzrə ümumilikdə 109311 manat borcun ona tam şəkildə borclular tərəfindən ödənildiyini və onun borclulara qarşı heç bir tələb və şikayətinin olmamasını bildirmiş, həmçinin “İcra haqqında Qanunun 20.1.5-ci maddəsinə əsasən məhkəmənin 21 yanvar 2019-cu il tarixli icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Cavabdeh 05 fevral 2021-ci il tarixli “X11 Hərracın Nəticələri haqqında” 09/04 nömrəli protokolundan sui-istifadə edərək ona olan borcun tam ödənilməsinə və digər borcluların, həmçinin özünün qarşı tərəfə borcunun qalmamasına baxmayaraq, ** NG *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” yük markalı avtomaşını 20 dekabr 2021ci il tarixdə öz adına rəsmiləşdirməklə əsassız varlanmışdır. Bundan əlavə Cavabdeh təhvil verilərkən sözügedən avtomobilinin yanacaq sisteminin olmaması səbəbindən istismara yararsız olmasını və sırf bununla əlaqədar çəkilmiş xərcin ağlabatan məbləğinin 1250 manat təşkil etməsini qəbul edərək avtomobilin ona qaytarılacağı təqdirdə bu pulu qarşı tərəfə ödəməyə razıdır. Odur ki, ilk iddianın tam, qarşılıqlı iddianın isə qismən, yəni 1250 manat məbləğində təmin edilməsi barədə qətnamə üəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdeh İddiaçı 17523,60 manat maddi zərər, 142,57 manat dövlət rüsumu olmaqla, cəmi 17666,17 manat pulun tutularaq ona ödənilməsi, o cümlədən bu vəsaitin ödənişinin “Hyundai HD 72” yük markalı avtomaşının cavabdehə qaytarılması ilə eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı, X18, X13, X4, X6, X7 və X8 müştərək qaydada onun xeyrinə ödənilməmiş qalan 28500 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 55000 manat borc, habelə 21 yanvar 2018-ci ildən 23 may 2018-ci ilədək olan müddət ərzində 58500 ABŞ dolları və 80000 manat məbləğin üzərindən illik 5 (beş) faiz hesablanmaqla 991,25 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 1354,2 manat, 23 may 2018-ci ildən 10 dekabr 2018-ci ilədək olan müddət ərzində 23 may 2018-ci ildə ümumilikdə ödənilmiş 30000 ABŞ dolları və 25000 manat, habelə ödənilmə müddəti nəzərə alınmaqla 28500 ABŞ dolları və 55000 manat məbləğin üzərindən illik 5 (beş) faiz hesablanmaqla 776,5 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 1502 manat pul tutulmuş, həmçinin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. O, uzun müddət həmin məbləğin alınması üçün çalışmış, bunun üçün çox əziyyət çəkib, vəsait sərf etmişdir. Cavabdeh iddia tələbini onun əmlakının hesabına əsassız varlanması ilə əsaslandırsa da, onun istinad etdiyi bu hal tamamilə əsassız və qəbul edilməzdir. Belə ki, o, tələb edilən nəqliyyat vasitəsini tam qanuni əsaslarla əldə edərək, habelə icra hərəkətlərinin həyata keçirilməsi üçün xərclər çəkmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan, yəni cavabdehdən tutulmalı olmasına baxmayaraq, bu hal baş verməmiş, əksinə "xxxx" MMC-yə qiymətləndirmə işi üçün 3000 manat, hərracın keçirilməsi məqsədilə "xxxx"nə hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat vəsait ödəmişdir. Bundan əlavə, o, mübahisəli nəqliyyat vasitəsini 05 fevral 2021-ci tarixdə hərrac vasitəsilə alarkən, avtomaşın dəmir parçasından fərqli olmamış, onun hərəkəti üçün zəruri ehtiyyat hissələri üzərindən götürülmüş, habelə İddiaçı özü tərəfindən çıxarılmaqla, istismara tam yararsız vəziyyətə salınmışdır. Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədinin icraya yönəldilməsindən xeyli müddət keçdikdən sonra 25 noyabr 2021-ci il tarixdə səhhətində yaranmış problemlərlə əlaqədar müalicədə olarkən qarşı tərəf rayon icra və probasiya şöbəsinin vasitəçiliyi ilə oğlu Nərimanı aldadıb, xərcləri ödənilmədən tələsik şəkildə borcun tam şəkildə ödənilməsi ilə bağlı akta imza etdirmişlər. 01 dekabr 2021-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verildikdən sonra o, uzun müddət icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı çəkdiyi xərclərin ona qaytarılacağına ümid etsə də, ümidlərinin nəticəsi olmamışdır. Belə ki, Siyəzən rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyev ona kişi sözü verərək, xərcinin cavabdeh tərəfindən qarşılanacağını, onlara 10 gün vaxt verməsini, əks təqdirdə xərclərinin əvəzi kimi 2008-ci il buraxılışlı, ağ rəngli, ** NG *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” yük markalı avtomaşını adına rəsmiləşdirilməsini, buna kiminsə etirazının olmayacağını bildirmişdir. Bundan sonra, o, təxminən 10 gün gözləmiş, nə icra rəisi vəzifəsini icra edəndən, nə də cavabdehdən xərclərinin əvəzi ilə bağlı xəbər çıxmadığından özü Elnur Piriyevlə əlaqə saxlamış, lakin müraciətləri nəticəsiz qaldığından 20 dekabr 2021-ci il tarixdə mübahisəli avtomaşını xərclərinin əvəzi kimi öz adına rəsmiləşdirmişdir. Həmin vaxt da öz şəxsi vəsaitini sərf edərək, “Hyundai HD 72” yük markalı avtomaşın istismara yararsız vəziyyətdə olduğundan onu 20 dekabr 2021-ci il tarixdə evakuator vasitəsilə Siyəzən şəhərində yerləşən çörək sexinin qarşısından götürüb, Bakı şəhəri, Qaradağ rayonunda “Meyvəli” deyilən bazarın yanında yerləşən DİN BDYPİ-nin Qeydiyyat-imtahan və texniki baxış şöbəsinə aparmış, avtomaşına yeni ** EM *** dövlət qeydiyyat nişanı almış, habelə eyni evakuatorla Siyəzən şəhərinə gətirmişdir. Beləliklə, mübahisəli avtomobilin adına sənədləşdirilməsi üçün 88,60 manat, evakuatorla daşınması üçün isə 340 manat xərc çəkmişdir. Daha sonra, o, 26 dekabr 2021-ci il tarixdə yenidən əvvəlki evakuator vasitəsilə “Hyundai HD 72” yük markalı avtomaşını təmir-bərpa işlərinin görülməsi üçün Siyəzən şəhərindən götürüb, Bakı şəhəri, Xocasən dairəsində yerləşən “X21” MMC-yə aparmış, habelə avtomaşını ora təhvil vermişdir. Bu dəfə də yol xərci olaraq evakuatora 170 manat pul ödəmiş, bundan əlavə, mübahisəli avtomobil istismara yararsız olduğu üçün 9375 manat təmir-bərpa xərcləri çəkmişdir. Bununla belə, o, hazırda da əvvəldə olduğu kimi heç kimin avtomobilini istəmir. Lakin, icra hərəkətləri ilə bağlı sərf etdiyi vəsaitin əvəzi ödənilmədiyindən cavabdehin ona qarşı nəqliyyat vasitəsinin qaytarılması barədə iddia qaldırması anlaşılan deyildir. Çünki, xərcləri qarşılanmamaqla, yanaşı yararsız avtomobili təmir etdirməyi də ona izafi xərclər, zərər hesabına başa gəlmişdir. Əgər belə bir halın baş verəcəyini bilsə idi, heç avtomobilin təmir işləri ilə məşğul olmazdı. Avtomobil qaytarılacağı təqdirdə, xərclərinin kimin tərəfindən hansı formada qarşılanacağı sual altındadır. O, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyevin sözünə inanıb, bu addımı atmışdır. Eyni zamanda, hərrac vasitəsilə əldə edilmiş əmlaklar (mübahisəli avtomobil istisna olmaqla) onların əvvəlki sahiblərinə qaytarılmışdır. Bununla da, avtomobil əvvəlki sahibinə qaytarılacağı təqdirdə, çəkdiyi bütün xərclərin, o cümlədən 17523,60 manat vəsaitin də özünə qaytarılmasını, bunun isə avtomobilin qaytarıldığı vaxt eyni anda icra edilməsini istəyir. Tərəflərin iddia ərizələrinə qarşı yazılı etirazı daxil olmamışdır. İş materialları ilə müəyyən olur ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019cu il tarixli, 2(059)-91/2019 nömrəli qətnaməsi ilə cavabdehlər İddiaçı, X18, X13, X4, X6, X7 və X8 müştərək qaydada iddiaçı Cavabdeh xeyrinə ödənilməmiş qalan 28500 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 55000 manat borc, habelə 21 yanvar 2018-ci ildən 23 may 2018-ci ilədək olan müddət ərzində 58500 ABŞ dolları və 80000 manat məbləğin üzərindən illik 5 faiz hesablanmaqla, 991,25 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 1354,2 manat, 23 may 2018-ci ildən 10 dekabr 2018-ci ilədək olan müddət ərzində 23 may 2018-ci ildə ümumilikdə ödənilmiş 30000 ABŞ dolları və 25000 manat, habelə ödənilmə müddəti nəzərə alınmaqla 28500 ABŞ dolları və 55000 manat məbləğin üzərindən illik 5 faiz hesablanmaqla 776,5 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 1502 manat pulun tutulması qət edilmişdir. Siyəzən rayon İcra və probasiya şöbəsinin 21 oktyabr 2020-ci il tarixli məktubunun surətindən görünür ki, şöbə "xxxx"nə ünvanlanmış bu məktubunda borclulara məxsus əmlakların, o cümlədən mübahisəli avtomaşının "xxxx" MMC-nin qiymətləndirmə rəylərinə əsasən qiymətləndirildiyini göstərmiş, habelə əmlakların satışını təşkil edib, satışdan əldə olunan məbləğin Siyəzən rayon İcra və probasiya şöbəsinin depozit hesabına köçürülməsini xahiş etmişdir. X11 hərracın nəticələri haqqında 05 fevral 2021-ci il tarixli, 09/04 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı məxsus ** NG *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” markalı avtomaşın həmin gün hərrac vasitəsilə 9800 manata Cavabdeh satılmışdır. Siyəzən rayon İcra və probasiya şöbəsinin 19 fevral 2021-ci il tarixli, 347/21-64-5 saylı məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-dən İddiaçı məxsus ** NG *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” markalı avtomobilin üzərindən məhdudiyyət götürülməklə, Cavabdeh adına rəsmiləşdirilməsi xahiş edilmişdir. "xxxx" MMC tərəfindən 18 iyun 2020-ci il tarixdə verilmiş GİF/4 seriyalı, 847504 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, qiymətləndirmə işinə görə Cavabdeh tərəfindən MMC-nin hesabına 3000 manat ödəniş edilmişdir. Respublika Xammal və X19 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 03 mart 2022-ci il tarixli məktubundan görünür ki, Siyəzən rayon icra və probasiya şöbəsinin 20 avqust 2021-ci il tarixli, 1749/21- 64-3 saylı və 21 oktyabr 2020-ci il tarixli, 3090/20 saylı sifariş məktublarına əsasən keçirilmiş hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat məbləğində pul vəsaitinin hərrac mərkəzinə tərəfindən ödənilməsi ilə bağlı Cavabdeh cavab verilmişdir. Siyəzən rayon İcra və probasiya şöbəsinin 01 dekabr 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın, eləcə də qarşılıqlı iddiaçının nümayəndəsi X3 25 noyabr 2021-ci il tarixli ərizəsinin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(059)-91/2019 nömrəli icra sənədi üzrə borc tam şəkildə ödənildiyindən qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Nəriman Əzizovun ərizəsi əsasında bu icra sənədinin icraatına xitam verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X14 izahatında göstərmişdir ki, sözügedən icra sənədinin icrası ilə bağlı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən "xxxx" MMC-yə qiymətləndirmə işi üçün 3000 manat, hərracın keçirilməsi məqsədilə Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat vəsaitin ödənilməsi işin mübahisəsiz halıdır. Qeyd edilən icra sənədi üzrə icra xərclərinin tərəflər arasında bölgüsü ilə bağlı onlara vaxt verərək aralarında razılaşma əldə etmələrini təklif etsə də, razılıq əldə olunmamışdır. Göstərilən xərclərin tərəflər arasında bölgüsü ilə bağlı icra sənədi mövcud olmadığı üçün o, bu məbləği qarşı tərəfdən – İddiaçı və qeyrilərindən tələb edə bilməmişdir. Bundan başqa, 2008-ci il buraxılışlı, ağ rəngli, ** NG *** dövlət qeydiyyat nişanlı “Hyundai HD 72” yük markalı avtomaşını 08 iyul 2021-ci il tarixdə öz dəyərini itirməməsi üçün İddiaçı akt əsasında təhvil götürərək, Cavabdeh çörək sexinə evakuator vasitəsilə yerləşdirmişdir. Bu zaman avtomobilin yanacaq nasosu, forsunkası, şüşə siləni, akkumulyatoru, habelə refrijeratoru olmamışdır. Digər hissələrin istismara yararlı olubolmamasını isə bu sahə üzrə mütəxəssis olmadığına görə bilmir. 14 yanvar və 29 mart 2022-ci tarixli qəbzlərdən görünür ki, müvafiq olaraq ilk iddia tələbi üzrə İddiaçı 118 manat, qarşılıqlı iddia tələbi üzrə isə Cavabdeh 142,57 manat məbləğində dövlət rüsumu ödəmişdir. Siyəzən Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(059)- 170/2022 nömrəli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) İddiaçı Cavabdeh qarşı əsassız varlanma obyekti olan avtomobilə dair cavabdehin adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməklə, avtomobilin ona qaytarılması tələbinə dair ilk iddia təmin edilməmiş, ilk iddia üzrə ödənilmiş 118 (bir yüz on səkkiz) manat dövlət rüsumunun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsi, qarşılıqlı iddia qismən təmin edilib, İddiaçı 7550 manat maddi zərər, eləcə də 142,57 manat dövlət rüsumunun 43 faizi, yəni 61,30 manat olmaqla, cəmi 7611,30 (yeddi min altı yüz on bir manat 30 qəpik) manat pulun tutularaq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələblərinə hüquqi qiymət verərək hesab etmişdir ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Siyəzən rayon İcra və probasiya şöbəsinin sifarişi, "xxxx" MMC-nin təşkilatçılığı ilə 05 fevral 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələrinə əsasən qalib gəlmiş Əzizov X2 Vaqif Ənvər oğluna məxsus ** NG *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” markalı avtomaşını 9800 manata almış, habelə həmin gün hərracın nəticələri haqqında protokol imzalanmış, məhz bu sənəd əsasında sözügedən avtomaşın 20 dekabr 2021-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmişdir. Hazırda ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnaməni mübahisələndirməklə, bununla da avtomobilin ona qaytarılmasını tələb etmişdir. Eyni zamanda, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “Hyundai HD 72” markalı avtomaşının satışını ehtiva edən X11 hərracın nəticələri haqqında 05 fevral 2021ci il tarixli, 09/04 nömrəli protokolu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mübahisələndirilməmiş və hazırda da hərracın nəticələri qüvvədədir. Belə olan halda ilk iddia üzrə iddiaçının, nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamənin ləğv edilməklə, mübahisəli avtomaşının ona qaytarılması barədə ilk iddiası əsaslı sayıla bilməz. Çünki, həmin avtomobil hərracın nəticələri haqqında protokol əsasında qarşılıqlı iddia üzrə iddiaçıya satılmış, habelə adına sənədləşdirilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 414, 415.5, 443.1, 443.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü madələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(059)- 170/2022 nömrəli qətnaməsinin ləğv edilib, ilk iddianın təmin olunmasını və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi ilk iddianın rədd edilməsinin əsası kimi göstərir ki, “ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “Hundai HD 72” markalı avtomaşının satışını ehtiva edən X11 hərrac nəticələri haqqında 05 fevral 2021-ci il tarixli, 09/04 nömrəli protokolu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mübahisləndirilməmiş və hazırda da hərracın nəticələri qüvvədədir. Belə olan halda ilk iddia üzrə iddiaçının nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamənin ləğv edilməklə, mübahisəli avtomaşının ona qaytarılması barədə ilk iddiası əsaslı sayıla bilməz. Çünki həmin avtomaşın hərracın nəticələri haqqında protokol əsasında qarşılıqlı iddia üzrə iddiaçıya satılmış, habelə adına sənədləşdirilmişdir. Başqa sözlə məhkəmə belə yalnış qənaətə gəlmişdir ki, hərrəac təşkialatının açıq hərracın nəticələri haqqında 05 fevral 2021-ci il tarixli, 09/04 nömrəli protokol ilk iddia üzrə iddiaçı tərəfindən mübahisləndirilmədiyindən, eləcə də hərracın nəticələri ləğv edilməməklə hazırda qüvvədə olduğundan, ilk iddia üzrə iddiaçı hazırki tələb ilə bağlı hüquqi səlahiyyətə malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyil. Göründüyü kimi sözügedən hərrac nəticələrinə dair protokol deyil, onun nəticəsi olaraq əldə edilmiş nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamənin mübahisləndirilməsi mübahisəli avtomobilin ilk iddia üzrə iddiaçıya qaytarılmasına dair ilk iddianın əhəmiyyətsizliyinə gətirib çıxarmışdır. Beləliklə məhkəmə, “09/04 nömrəli protokol ilk iddia üzrə iddiaçı tərəfindən mübahisləndirilmədiyindən, eləcə də hərracın nəticələri ləğv edilməməklə hazırda qüvvədə olduğundan, ilk iddia üzrə iddiaçı hazırki tələb ilə bağlı hüquqi səlahiyyətə malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyil” kimi yalnış nəticəyə gələrək, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Hərrac borcun əmlaka yönəldilməsi, o,cümlədən satılması yolu ilə borcun təminatı məqsədi ilə keçirilmişdir. İlk iddia üzrə cavabdehə avtomaşın hərracın nəticələri haqqında protokola əsasında satılsa da, o, avtomaşını hərracın nəticələrinin mahiyyəti aradan qalxdıqdan, yəni borc tam ödənildikdən sonra nəqliyyat vasitəsini əldə etmişdir. Başqa sözlə mübahisəli avtomaşını ilk iddia üzrə Cavabdeh, ona borcu tam ödədikdən, habelə bu barədə icra işinə xitam verildikdən və bunula da hərracın nəticələrinin hüquqi əhəmiyyəti qüvvədən düşdükdən sonra heç bir hüquqi əsas olmadan əldə edərək, əsassız varlanmışdır. Cavabdeh avtomobili icra prosessində çəkdiyi xərclərin əvəzi olaraq öz adına keçirməsi kimi əsaslandırır və burada o, bu qanuna zidd özbaşına hərəkət etmişdir. Məhkəmə İddiaçı tərəfindən açıq hərrac nəticələri haqqında 05 fevral 2021-ci il tarixli, 09/04 nömrəli protokolu mübahisləndirilmədiyindən bunun əvəzində nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamənin ləğvini tələb etdiyindən və hazırda hərracın nəticələri qüvvədə olduğuna görə ilk iddia tələbinin əsassz olması, yəni ilk iddia üzrə iddiaçı hüquqi ixtiyara malik olmamışdır, kimi yalnış qənaətə gəlmişdir. İlk iddiaçı tərəfindən 09/04 nömrəli protokolu mübahisləndirmək əvəzinə nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamənin ləğvini tələb etməsi kimi yalnış nəticəyə gəlməsinin əsasları aşağıdakılardan ibarətdir. Əvvəla borcun təminatı məqsədi ilə keçirilmiş hərracın nəticələri, borc tam ödənildiyindən qüvvədən düşmüş hesab olunur, habelə hərracın nəticələrindən məqsədlərinə aid olmayan tələblərin ödənilməsinə görə istifadəsi qanunsuz olmaqla əsassız varlanma obyekti sayılır. Bundan başqa bilirik ki, 05 fevral 2021-ci iltarixli,09/04 nömrəli protikolun ləğvi, yəni etibarsız sayılması Azərbaycan Respublikası MM-nin 416-cı maddəsinin əsasları mövcud olduğu halda yaranır, yəni “Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur”. Cavabdeh xx.xx.2021-ci il tarixdə yazılı ərizə ilə müraciət edərək, icra sənədi üzrə ümumilikdə 109311 manat borc pul vəsaiti ona tam şəkildə borclular tərəfindən ödənildiyini və onun “borclulara qarşı heç bir tələb və şikayətinin olmamasının bildirməsi” mənasında ifadəsi özündə ilk iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehya hərrac xərci adlı 7550 manat məbləğində borcun olmamasını ehtiva edir. Bununla da məhkəmə ilk iddianı rədd, qarşılıqlı iddinanı qismən təmin edərək, hər iki iddia tələbi üzrə qaytarılması tələb olunan “Hundai HD 72” markalı avtomaşına münasibətdə yalnış nəticəyə gələrək, əsassız varlanma obyektini sahibinə qaytarmamışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə etiraz edib, birinci instansya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstıtusiyası Maddə 60.1 Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi də qəbul olunur. Maddə 71.1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Mülki Məcəllə Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Maddə 414.1-414.3. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi ilk iddia tələbinə münasibətdə müəyyən etmişdir ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Siyəzən rayon icra və probasiya şöbəsinin sifarişi, "xxxx" MMC-nin təşkilatçılığı ilə 05 fevral 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələrinə əsasən qalib gəlmiş Əzizov X2 Vaqif Ənvər oğluna məxsus ** NG *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” markalı avtomaşını 9800 manata almış, habelə həmin gün hərracın nəticələri haqqında protokol imzalanmış, məhz bu sənəd əsasında sözügedən avtomaşın 20 dekabr 2021-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmişdir. Hazırda ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnaməni mübahisələndirməklə, bununla da avtomobilin ona qaytarılmasını tələb etmişdir. Eyni zamanda, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “Hyundai HD 72” markalı avtomaşının satışını ehtiva edən X11 hərracın nəticələri haqqında 05 fevral 2021ci il tarixli, 09/04 nömrəli protokolu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mübahisələndirilməmiş və hazırda da hərracın nəticələri qüvvədədir. Belə olan halda ilk iddia üzrə iddiaçının nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamənin ləğv edilməklə, mübahisəli avtomaşının ona qaytarılması barədə ilk iddiası əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X11 hərracın nəticələri haqqında 05 fevral 2021-ci il tarixli protokol ilk iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, eləcə də, hərracın nəticələri ləğv edilməməklə hazırda da qüvvədə olduğundan, ilk iddia üzrə iddiaçı hazırkı tələb ilə bağlı hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildir. Göründüyü kimi sözügedən hərracın nəticələrinə dair protokol deyil, onun nəticəsi olaraq əldə edilmiş nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamənin mübahisələndirilməsi mübahisəli avtomobilin ilk iddia üzrə iddiaçıya qaytarılmasına dair ilk iddianın əhəmiyyətsizliyinə gətirib çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Eyni zamanda, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə müəyyən etmişdir ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclulara məxsus əmlakların qiymətləndirilməsi, habelə hərracla bağlı Cavabdeh tərəfindən müvafiq xərclər çəkilmişdir ki, bu da işin mübahisələndirilməyən hallarındandır. Belə ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borclu tərəfdən ödənilməli olsa da, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh əmlakların qiymətləndirilməsi işi üçün 3000 manat, hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat məbləğində vəsait xərcləmiş, lakin, hərrac vasitəsilə əldə edilmiş əmlaklar (mübahisəli avtomobil istisna olmaqla) onların əvvəlki sahiblərinə qaytarılmışdır. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh pozulmuş hüququnu bərpa etmək üçün xərclər çəkmiş, habelə bu zaman əmlakından məhrum olmuşdur. Bu səbəbdən də o, öz arzusu (seçimi) ilə həmin xərcin ilk iddia üzrə İddiaçı tutulması üçün məhkəməyə müraciət etmişdir. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2.1-ci maddəsinə əsasən borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına dair xərclər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərdəndir. Bu Qanunun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. İcra hərəkətləri ilə bağlı çəkilmiş xərclər qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılmadığından onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Bununla da, qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə iddiaçının qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərinə birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilib. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı birinci instansiya məhkəməsin qətnaməsinin ləğv edilməsi hallarına dair dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk iddianın təmin edilməsini istisna edir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(059)- 170/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassassiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar