Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1607/2025 26.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ARDNŞ-nin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz inşa edilmiş daş hasar və tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X6 və X3 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı ARDNŞ-nin (SOCAR-ın) İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Abşeron Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-331/2025 nömrəli qətnaməsindən iddiaçı ARDNŞ-nin (SOCAR-ın) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ARDNŞ-nin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən İİİ şəxs Abşeron Rayon İcra Hakimiyyəti) qanunsuz inşa edilmiş daş hasar və tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 21.6-cı km-də, 39 T 0392154; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 35 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Abşeron rayonu, Xırdalan şəhəri ünvanda Cavabdeh tərəfindən inşa edilmiş hasarın və fərdi yaşayış evi tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN: **********, H/h: AZ33AİİB**********0422933107, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 21.6-cı km-də, 39 T 0392154; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 35 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Abşeron rayonu, Xırdalan şəhəri ünvanda Cavabdeh tərəfindən inşa edilmiş hasar və içərisində yaşayış olmayan boş ərazidə ev inşa edilməsi faktı aşkar olunmuşdur. Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır. Həmçinin AR Prezidentinin xx.xx.2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı Qərarında X17 kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Abşeron Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-331/2025 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, aparılmış ekspert tədqiqatının dəyəri kimi 100 manat pul vəsaitinin iddiaçı ARDNŞ-nin (SOCAR-ın) İddiaçındən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş 95 manat pul vəsaitlərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2024-cü il tarixli, e- 2(012)-4289/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, həm mütəxəssis, həm də ekspert rəyləri ilə **********50 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin mübahisəli əraziyə aid olduğu və Necas elektron bazasına əsasən Cavabdeh mühafizə zonasında yerləşməsi barədə məlumatın qeyd olunmadığı müəyyən edilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri ünvanda yerləşən ümumi sahəsi 0.0195 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir və buna dair ona DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında ******* saylı çıxarış verilmişdir. Hazırda bu çıxarış qüvvədədir və hər hansı qaydada ləğv edilməmişdir. İddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları hər hansı şəkildə məhdudlaşdırıla bilməz.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Məcəllənin 139.1,139-1.1.5, 140, 146.1,146.2, Torpaq Məcəlləsinin 67, 68-ci maddələrinə, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 3, 6-cı bəndinə istinad edərək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı ARDNŞ-nin (SOCAR-ın) İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-331/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində mübahisəli torpaq sahəsinin cavabdehə məxsus olmasını cavabdeh tərəfindən təqdim olunmuş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı cavabdehin mülkiyyətçi olduğunu əsas gətirərək iddia tələbini təmin etməmişdir. Məhkəmə ərizəçinin mülkiyyət hüququ Dövlət tərəfindən tanınmasına baxmayaraq onun mülkiyyətində olan torpaq ərazisinin müəyyən hissəsi neft kəmərinin mühafizə zonasına düşdüyündən insan həyatının təhlükəsizliyi mülkiyyət hüququndan daha üstün hüquq olduğundan iddiaçının mülkiyyətindən maneəsiz istifadə hüququ cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməklə məhdudlaşdırılması qanunauyğundur. Belə ki, hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, 0,0195 ha torpaq sahəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməklə, bilavasitə cavabdehin özünün sağlamlığının qorunmasına xidmət edir və bu məhdudlaşdırma mütənasib olmaqla, onun konstitusion mülkiyyət hüququnun mahiyyətini dəyişdirmir. Cavabdehin mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən müdaxilə qanuni olub, ədalətli balans prinsipi gözlənilib və ərizəçinin yuxarıda göstərilən qaydalara zidd olaraq inşa edəcəyi tikililər fiziki şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir. Sözügedən tədbirlər tətbiq edilərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsədlər arasında ağlabatan mütənasiblik olub. Buda qeyd olunan hüquq normasının tələblərinin kobud şəkildə pozulması ilə yanaşı, əlavə olaraq inzibati məsuliyyətə səbəb olur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Bu halda məhkəmənin heç bir hüquq normasına istinad etmədən qərar qəbul etməsi qanunsuz və əsassızdır, boş mülahizələrə istinad edilən sözügedən qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X17 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydalarının 4.1-ci bəndinə əsasən, X17 Kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir. Göründüyü kimi cavabdeh həmin tikilini neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində inşa edir. Həmin tikili yüksək təzyiqli qaz kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan birinci instansiya məhkəməsi isə qərardad çıxararkən qeyd edilən bu halların heç birini nəzərə almamış və iddia tələbini təmin edilməsi barədə qərardad qəbul etmişdir. Buna görə də həmin qərardad qanuni və əsaslı sayıla bilməz. Cavabdehin mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ olsa da, onun bu hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) qanuni məqsədlərə (neft kəmərinin mühafizəsi, fiziki şəxslərin həyatı və sağlamlığının müdafiəsi) xidmət edir, iddiaçı tərəfindən istənilən tikililərin sökülərək mühafizə zonasından çıxarılması tələbi tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsədlər arasında ağlabatan mütənasiblik olmuşdur. Mülkiyyət hüququnun üstün əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1072.1 və 1075.1 -ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunub (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71 -ci maddəsinin İİ hissəsi, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir Buna görə konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı). İddia tələbi təmin edilsəydi, ədalətli balans prinsipi gözləniləcəkdir və cavabdehin yuxarıda göstərilən qaydalara zidd olaraq inşa etdiyi tikili fiziki şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir. Bütün bunlar özlüyündə cəmiyyətin ümumi marağına xidmət edir. Göründüyü kimi qanunvericilik hər hansı araşdırılma və mütəxəssis rəyinin əldə olunması şərtinin zəruriliyini nəzərdə tutmadan boru kəmərlərinin mühafizə zonasında tikinti və ya quraşdırma işlərinin aparılmasını qadağan etmişdir. Abşeron Rayon Məhkəməsi işin hallarını nəzərə alaraq qanunvericiliyin tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, cavabdehin torpaq sahəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməklə, bilavasitə cavabdehin və onun ailə üzvlərinin sağlamlığının qorunmasına xidmət edir və bu məhdudlaşdırma mütənasib olmaqla, onun konstitusion mülkiyyət hüququnun mahiyyətini dəyişdirmir. Ərizəçinin mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı(dəlillər) tərəfindən edilən müdaxilə qanuni olub, ədalətli balans prinsipi gözlənilib və iddiaçının yuxarıda göstərilən qaydalara zidd olaraq inşa edəcəyi tikili fiziki şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir. Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,0195 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə Cavabdeh adına qeydiyyata alınsa da həmin torpaq sahəsi neft boru kəmərinin mühafizə zonasında yerləşdiyinə görə zona üzrə müəyyən edilmiş rejimə riayət edilməli, hər hansı bir tikinti-quraşdırma aparılmamalıdır. İşin mübahisəsiz halı bundan ibarətdir ki, həmin torpaq sahəsi neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilindədir. Belə ki, sənəd üzrə torpaq sahəsinin 6 ha torpaq sahəsi Neft Kəmərləri İdarəsinin istismarında olan magistral neft kəmərinin mühafizə zonasına düşür. Belə ki, SOCAR-ın İddiaçı istismarında olan Böyük-Şor Sumqayıt Dş-700 mm-lik və Sumqayıt Sənqəçal Dş- 500 mm-lik neft kəmərinin mühafizə zonasında Abşeron rayonu Hökməli qəsəbəsi ünvanında ərizəçi X1 tərəfindən inşası davam etdirilən yarımtikili fərdi yaşayış evinin tikintisinə başlayıb. Lakin, tikinti işləri dayandırılıb. Buna əsas kimi aparılan tikinti işlərinin magistral neft kəmərinin mühafizə zonasına düşməsi göstərilib. Belə olan halda ərizəçinin mülkiyyət hüququ dövlət tərəfindən tanınmasına baxmayaraq onun mülkiyyətində olan torpaq ərazisinin müəyyən hissəsi neft kəmərinin mühafizə zonasına düşdüyündən, insan həyatının təhlükəsizliyi mülkiyyət hüququndan daha üstün hüquq olduğundan cavabdehin mülkiyyətindən maneəsiz istifadə hüququ cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməklə məhdudlaşdırılması qanuna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X17 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydalarının 4.1-ci bəndinə əsasən, X17 Kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir. Az DTN 2.9-2 magistral Boru Kəmərləri Layihələndirmə Normalarının tələblərinə görə diametri 300 mm və aşağı olan neft kəməri üçün təhlükəsizlik zonası 75 metrdir. Göründüyü kimi cavabdeh həmin tikilini neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində inşa edir. Həmin tikili yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən iddiaçı ARDNŞ-nin (SOCARın) İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəini müdafiə edərək bildirdi ki, Ədliyyə Nazirliyinin və Reyestr Xidmətinin mütəxəssis rəylərinə əsasən cavabdehə məxsus olan ev kəmərin mühafizə zonasında yerləşir, iddia ərizəsində qeyd edildiyi kimi müvafiq normativ sənədlərə əsasən mühafizə zonasında hər hansı tikilinin inşa edilməsi qadağandır. Ona görə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Mütəxəssis rəylərində qeyd olunan xüsusatlara baxmayaraq məhkəmə iddianı rədd edib. Məhkəmə mülkiyyət hüququnu əsas götürərək iddianı rədd edib. Ali Məhkəmənin bəzi qərarları vardır ki, həmin qərarlarda təhlükəsiz yaşamaq hüququnu mülkiyyət hüququndan üstün tutub. Cavabdehin sənədlərini inzibati qaydada mübahisələndirilsə də mümkünsüz hesab edilib. İddia müddətinin ötürülməsi əsası ilə mümkünsüz hesab edilib. Vətəndaş torpaq sahəsini alanda neft kəmərinin həmin sahədən keçdiyini bilməyə bilər, lakin Reyestr Xidmətində bütün məlumatlar var, eyni zamanda, həmin ərazidən neft məhsullarının kommunikasiya xətləri, digər kəmərlər də keçir. Kəmər magistral neft kəməridir, ixrac neft kəməri deyil. Bakı- Səngəçal terminalına nəql olunur. Mühafizə zonası magistral yaxud ixrac neft kəməri olmasından asılı olmayaraq 50 metrdir. SOCAR-ın hansısa tikintinin qarşısını almaq səlahiyyəti yoxdur. Sadəcə olaraq subyektiv hüquqlarına əsaslanaraq mühafizə zonasında yerləşən bütün tikililərlə bağlı iddia qaldırırlar. Mühafizə zonasına düşən 50000 ev var və fiziki cəhətdən bu qədər iddianın qaldırılması mümkünsüzdür, müvafiq icra hakimiyyəti orqanın qərarına əsasən ilkin mərhələdə yeni tikililərə qarşı iddia qaldırılır. Kəmər 1982-ci ildə istismara verilib. Hazırda mübahisələndirilən ərazidən keçən kəmər yeraltı kəmərdir. Texniki pasportu var, lakin həcmi böyükdür, texniki pasportun arayışını sistemə yerləşdirə bilər. Birinci instansiya məhkəməsində ekspert rəy verməkdən imtina verib. Reyestr Xidmətinin verdiyi rəydən belə çıxır ki, orada ümumiyyətlə neft kəməri yoxdur, söhbət strateji əhəmiyyətli dövlətin boru kəmərindən gedir, necə ola bilər ki, o qeydiyyata aldırılmasın. Kəmərə baxış keçirilməsi zərurəti yarandıqda, kəmərin üstü açılır, vizual baxış keçirilir, ölçülər hesablanır. Neft kəməri onların xəritəsində (kəmərin pasportunda) görünür. Nişanlamanın həyata keçirilməsi fiziki cəhətdən mümkünsüzdür, çünki nişanlar qoyulsa da sakinlər tərəfindən götürülür. Neft kəmərinin texniki pasportunda GPS koordinatları da vardır ki, bu koordinatları da məhkəməyə təqdim edə bilər.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh bildirdi ki, sökülməsi tələb edilən ev onun mülkiyyətində olmaqla, xx.xx.2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Neft şirkətinə qarşı iddia qaldıranda torpaq onda idi, torpağın çıxarışı olub, evin çıxarışını sonradan almışdır. Mübahisənin mövcudluğuna görə ev tikməməli olmağına gəldikdə isə evinin yanında bina və digər evlər var, ona görə də tikdirmişdir. Mütəxəssis rəyində məsafənin 35 metr olduğunu qeyd ediblər, lakin məsafə 50 metrə yaxındır. Ev tikdirmiş, çıxarışı və texniki pasportu var. Evimin yanında beşmərtəbəli yaşayış binası var. Evinin yanında hündürmərtəbəli, hazırda tikintisi davam edən evlər mövcuddur, buna baxmayaraq SOCAR yalnız ona qarşı iddia qaldırır. SOCAR-ın rəhbərliyinə rəsmi müraciət etmiş, ona rəsmi cavab məktubu gəlmiş və məktubda qeyd olunmuşdur ki, çıxarışlı evlərlə bağlı iddia qaldırıla bilməz. Eyni zamanda bildirir ki, Neft Kəmərləri İdarəsinin kəməri keçən il çəkilib. Beş mərtəbəli, 32 mənzildən ibarət apartman tipli bina var, hətta onun evi həmin binadan biraz arxada yerləşir.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil bildirdi ki, iddiaçı cavabdehə məxsus torpağın mühafizə zonasında yerləşdiyini iddia etməkdədir. Lakin, həmin ərazinin 5-10 metrliyində başqa evlər tikilmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi ilə lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
İşdə olan sübutlar
14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ******* saylı çıxarışdan müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanda yerləşən ümumi sahəsi 0.0195 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2019-cu il tarixdə ********** reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Onun adına xx.xx.2019-cu il tarixdə A 341962 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.
15. Abşeron Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1463-T saylı məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışı ilə Xırdalan şəhəri ərazisində vətəndaşın mülkiyyətində olan 0.0195 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş ikimərtəbəli fərdi yaşayış evinin (182 m2) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəfindən aşağıdakı şərtlər daxilində razılaşdırılır: -tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılmalı, tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunmalı, tikinti müddətində razılaşdırılmış eskizdən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə RİH Başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilməli, əks halda mövcud məlumatlandırma icraatı öz qüvvəsini itirmiş hesab olunmalıdır.
16. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından müəyyən olunur ki, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 0.0195 ha olan yaşayış məntəqələrinin torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 390,4 kv.m sahədən ibarət fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində 21.042025-ci il tarixdə ********** qeydiyyat, **********50-10301 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır.
17. Qarovul rəisi X7, mühafizəçilər Nağdaliyev Zeynal isgəndər oğlu və X4 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 17:30-da 17-18 saylı postların ərazisində (Abşeron rayonu, Xırdalan şəhəri) BöyükşorSumqayıt DŞ 700 mm-lik yeraltı neft kəmərinin 21.6-cı km-də, 39 T 0392154; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 35 metr aralı məsafədə Cavabdeh tərəfindən köhnədən, hasarlanmış və içərisində yaşayış olmayan boş ərazidə ev inşa edilməsi məqsədilə 14 metr uzunluğunda 11 metr enində təməl qazılması və içərisinə beton verilməsi aşkar edilmiş, mühafizə zonası daxilində aparılan işlərin qanunazidd olduğu həmin şəxsə izah edilərək görülən işin dayandırılması tələb edilmiş, Cavabdeh tərəfindən sözügedən ünvana dair Dövlət Reyestr Xidməti tərəfindən ona verilmiş xx.xx.2019-cu il tarixli, **********50 reyestr nömrəli çıxarış təqdim edilmiş, çıxarışda olan koordinatlar yoxlanılmış və sözügedən ünvana aid olduğu müəyyən edildiyindən müdaxilə edilməmişdir.
18. Qarovul rəisi X7 mühafizəçilər X8 və X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə 4 saylı qarovulun 1-ci iş növbəsində saat 10:40-da 17-18 saylı postların ərazisində (Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq massivi, Rəşid Behbudov küçəsi) Böyükşor-Sumqayıt DŞ 700 mm-lik yeraltı neft kəmərinin 21.6-cı km-də, 39 T 0392154; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 35 metr aralı məsafədə Cavabdeh tərəfindən köhnədən inşa edilərək hasarlanmış və içərisində yaşayış olmayan boş ərazidə, ev üçün nəzərdə tutulmuş natamam tikilinin üzərində yeni hörgü işlərinin aparılması aşkar edilmiş, bununla bağlı ərazi üzrə İcra nümayəndəsi Malik adlı (əlaqə nömrəsi 055 855-70-00) şəxsə məlumat vermək məqsədilə saat 10.30-da telefon zəngi edilmiş, lakin sözügedən şəxs edilən zəngə cavab verməmiş, əlavə olaraq DİN-nin aidiyyəti üzrə əməliyyat qrupunun sahə müvəkkili polis mayoru Natiq adlı (əlaqə nömrəsi 055 783-19-29) şəxsə saat 10:34-də məlumat verilmiş və sözügedən şəxs qeyd olunan ünvana daha sonra baxış keçirəcəyini bildirmişdir. xx.xx.2024- cü il tarixdə qeyd olunan ünvanda analoji işlər aparılan zaman özünü tikilinin sahibi kimi təqdim edən Cavabdeh mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu izah edilmiş, görülən işlərin dayandırılması, həmçinin sökülməsi tələb edilmiş, lakin o, sözügedən ünvana dair Dövlət Reyestr Xidməti tərəfindən ona verilmiş xx.xx.2019-cu il tarixli, **********50 reyestr nömrəli çıxarış təqdim etmiş, çıxarışda olan koordinatlar yoxlanılmış və sözügedən ünvana aid olduğu müəyyən edilmişdir.
19. ünvan 6 xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, RX ******* saylı, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.0195 ha torpaq sahəsində fərdi yaşayış evinin qanuni tikintisinə X10 X16 tərəfindən qoyulan qadağa aradan qaldırılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-759/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh X10 X16 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(012)4451/2023 nömrəli qətnaməsinin qismən - iddianın təmin edilən hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın təmin olunmaması qət edilmişdir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/2220 saylı və Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə müayinə baxışı zamanı iddiaçı Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin daxilində 1 ədəd 2 mərtəbəli fərdi yaşayış evi aşkar edilmiş, sözügedən yeraltı neft kəmərinə dair hər hansı bir mərz nişanı təyin edilmədiyindən və Necas electron məlumat bazasında sözügedən yeraltı neft kəmərinə dair məlumat aşkar edilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. Bundan əlavə **********50 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin mübahisəli əraziyə aid olduğu, idarənin Necas elektron bazasına əsasən Cavabdeh mühafizə zonasında yerləşməsi barədə məlumatın qeyd olunmadığı bildirilmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
25. xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”
6.2. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. 6.3. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; 6.7. Boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; 6.9. Boru kəmərləri xətti üzrə dəmir betondan və ya taxtadan hazırlanmış fərqləndirici nişanlar (göstərici yazı lövhələri) yer səthindən 1,5-2 metr hündürlüyündə qurulur.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
27. Məhkəmə kollegiyası tərəfindən Abşeron Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-331/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-331/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məxsus fərdi yaşayış evinin neft kəmərinin mühafizə zonasında yerləşib-yerləşməməsinin müəyyən edilməsi üçün mütəxəssis və ekspert rəyləri əldə edilmişdir ki, həmin rəylərdə mübahisəli ərazidə sözügedən yeraltı neft kəmərinə dair hər hansı bir mərz nişanının təyin edilməməsi və Necas electron məlumat bazasında sözügedən yeraltı neft kəmərinə dair məlumat aşkar edilməməsi müəyyən edildiyindən fərdi yaşayış evinin neft boru kəmərinin mühafizə zonasında yerləşib-yerləşməməsi sualının cavablandırılmasının mümkün olmaması qeyd olunmuşdur.
30. Məhkəmə kollegiyası nəzərə almışdır ki, cavabdehə məxsus fərdi yaşayış evinin neft kəmərinin mühafizə zonasında yerləşməsi mübahsiə edilməyən hal kimi qəbul edildiyi halda belə iddia əsassız olmuşdur.
31. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və gəldiyi nəticəni əsaslandırması ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, iddiaçı cavabdehin torpaq sahəsində qanunsuz olaraq fərdi yaşayış evini inşa etdiyini iddia etsə də iş materialalrında olan daşınmaz əmlakın dövlət reyestindən çıxarışlarla, iddiaçı təşkilatın sökülməsini tələb etdiyi fərdi yaşayış evinin yerləşdiyi 0.0195 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və onun üzərində yerləşən 390,4 kv.m sahədən ibarət fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması müəyyən edilmişdir. Qeyd edilən hal isə Mülki Məcəllənin 180.2-ci maddəsinin tələbi baxımından sökülməsi tələb olunan fərdi yaşayış evinin özbaşına tikinti olmasını istisna etmişdir.
32. Bundan başqa iddiaçının sökülməsini tələb etdiyi fərdi yaşayış evinin yanında beş mərtəbədən ibarət çoxmənzilli yaşayış binası, o cümlədən başqa yaşayış evlərinin mövcud olması iş materialları ilə öz təsdiqini tapmaqla, cavabdeh də iddianın yalnız ona qarşı qaldırılmaqla, dolayısı ilə bərabərlik hüququnun pozulmasını iddia etmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə məxusus daşınmaz əmlakın mülkiyyət hüququna dair qeydin mübahsiələndirilməsi və ya həmin qeydin ləğvinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə olduğu təqdirdə isə sökülməsi tələb olunan fərdi yaşyış evinə münasibətdə iddiaçının mülkiyyət hüququna dair reyestrin həqiqiliyi prezumpsiyası qüvvədə olmaqla, həmin evin lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normaları və qaydalarınının ciddi surətdə pozmaqla inşa edilmiş özbaşına tikinti olması faktı istisna olunur. Mülkiyyət hüququna dair qeydin əsassız aparılıb-aparılmaması isə ı iddianın predmetinə aid olmamaqla yanaşı, ümumiyyətlə hazırkı icraat çərçivəsində araşdırılması yolverilməz olmuşdur.
34. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-331/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-331/2025 nömrəli qətnaməsi dəyişdirilmədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.