Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1608/2022 22.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3220/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3220/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, 04 aprel 2016-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən Cavabdeh, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 (hər biri ayrı-ayrılıqda) tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-3220/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə 04 aprel 2016-cı il tarixli müqavilə üzrə öhdəliyi olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Cavabdeh MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu işə Abşeron Rayon Məhkəməsində baxıla bilməzdi. Belə ki, cavabdehin hüquqi ünvanı Abşeron rayonu deyil. Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 4kası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı qeyd olunan hüquq normasının tələbinə əsasən iddianı Bakı şəhəri, Xəzər Rayon Məhkəməsində qaldırmalı idi. O, isə qanunvericiliyin tələbini pozaraq iddianı Abşeron Rayon Məhkəməsində qaldırmışdır. İşə baxan birinci instansiya məhkəməsi qeyd olunan hallara diqqət etməmiş və yaxud etmək istəməmiş, iddianı geri qaytarmalı və yaxud da aidiyyəti üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinə göndərməli olduğu halda bunu etməmişdir. Bu da MPM-nin 35-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Bundan başqa İddiaçı Cavabdeh MMC-nin təsisçilərindən biridir. Onun adına müqavilə əslində başqa əqdi pərdələmək üçün və yalnız görünüş üçün yazılmışdır. Əslində İddiaçı qeyd olunan müqavilə üzrə MMC-nin hesabına pul köçürməmişdir. Sual oluna bilər ki, bəs nəyə görə birinci instansiya məhkəməsində iddianın etirafı barədə arayış təqdim edilib. Onları da bu işə Araz Abdullayev vadar etmişdir. O, həmin müqaviləni kimə isə göstərəcəyini və həmin adamla aralarında olan haqq-hesaba aydınlıq gətirmək üçün müqavilə yazılmasını, sonradan isə həmin şəxsin müqaviləyə inanmamasını bildirərək ərizə ilə məhkəməyə müraciət etmiş və qətnamə almışdır. İşə baxılarkən iddianın etirafı barədə ərizə verilməsini tələb etmiş və bu minvalla onları aldatmışdır. Hazırda və əsl həqiqətdə həmin qeyri-yaşayış sahəsi Maraqlı şəxs1 məxsusdur. Həmin şəxs əmlakı götürərək orada təmir işləri görmüş və artıq obyekt açılmaq üzrədir. İddiaçı isə əlində olan qətnaməni əsas götürərək həmin şəxsə imkan vermir ki, əmlakdan istədiyi kimi istifadə etsin. AR MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələrini müəyyən edərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun qarşısında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. AR MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-nin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyətli, aid olmayan sübutlarla təsdiq edilir. Qeyd edilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-3220/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 30 aprel 2021-ci il tarixdə o, Cavabdeh MMC ilə qeyri-yaşayış tikintisi haqqında 430 saylı müqavilə bağlamış və həmin tarixdə tikintinin dəyəri 400.000 manatı tam ödəyərək bu bardədə maliyyə arayışı alıb. Abşeron Rayon Məhkəməsi işə baxarkən hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 5addəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Yəni, bu işin aidiyyəti Abşeron rayonu ola bilməz. Məhkəmə qeyd olunan prossesual hüquq normalarını tələblərini pozaraq, özünə aid olmayan işi icraata götürərək baxmışdır. Məhkəmə Cavabdeh MMC-ilə İddiaçı arasında heç bir mübahisə olmadığı halda işi icraata götürüb iddianı təmin etmişdir. Qətnamədən də görünür ki, Cavabdeh MMC iddianı rahat şəkildə qəbul etmişdir. Eyni zamanda qətnamədən də görünür ki, tərəflər arasında heç bir mübahisə yoxdur və olmamışdır. İddiaçıla Cavabdeh MMC birlikdə kombinasiya quraraq əmlakın onun sahibliyindən və istifadəsindən alınması üçün çalışmışlar. Əgər işdə mübahisə olmuş olsaydı ən azından Cavabdeh MMC iddianı etiraf etməzdi. Mübahisə yoxdursa Cavabdeh MMC qeyri-yaşayış sahəsini elə məhkəməsiz İddiaçı verərdi. Bundan da belə nəticəyə gəlmək olur ki, iddiaçı ilə cavabdeh əmlakın onun sahibliyindən çıxarılması üçün məhkəmədən istifadə etmişdir. Məhkəmə əslində mübahisə olmadlığına görə işi icraatdan çıxarıb, baxılmamış saxlamalı olduğu halda, hansısa maraqdan bunu etməmişdir. Əmlak hal-hazırda onun istifadəsindədir, onun təmirinə 755000 manat məbləğində vəsait sərf etmişdir, geyim mağazası kimi fəaliyyət göstərir. Daha sonra qeyd etmişdir ki, İddiaçı "xxxx" MMC-nin direktoru olmuşdur, sonradan "xxxx" MMC ləğv olunmuş, hüquq varisliyi Cavabdeh MMC-yə keçmişdir. Yəni Cavabdeh MMC ilə “AFŞARAN» MMC eyni hüquqi şəxsdirlər. Hazırki Cavabdeh MMC-nin direktoru X4r, bildirdiyinə görə İddiaçı adına müqavilənin yazılmasından məlumatı olmamışdır, ola bilər ki, həmin müqavilə əvvəlki direktor Fəxrəddin Hüseynov tərəfindən yazılmışdır. Fəxrəddin Hüseynov bildirdi ki, İddiaçı hardasa 2.000.000 manat vergi borcu olmuş, həmin vergini ödəmək üçün kimdənsə pul götürmək istəmiş, pulun qarantı kimi həmin müqavilə ona lazım olduğu üçün formal olaraq yazılıb verilmişdir. Bundan sonra İddiaçı yenə də qeyd etmişdir ki, guya pul götürdüyü adam məhkəmə qətnaməsi tələb edir, ona əsasən məhkəməyə müraciət olunmuş və qətnamə alınmışdır. Hal-hazırda Cavabdeh MMC-nin direktoru Rafiq Tağıyev əmlakın ona məxsus olmasını qəbul edir və buna görə də həmin əmlakdan istifadə etməyə heç bir maneə yaratmır. Qeyd edilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-3220/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin tamamilə rədd olunması barədə yəni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X5 onun atasıdır. xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə X5 arasında bağlanılmış mənzil tikintisi haqqında müqavilə ilə "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında İV-V blok, İİ mərtəbə Q-yaş. izolə olunmuş bir pay kimi X3 verməyi öz öhdəsinə götürmüşdür. Qeyri yaşayış sahəsi 956 kv.m-dir, atası qeyri-yaşayış sahəsi üçün tam ödəniş etmişdir. xx.xx.2017-ci il tarixdə "xxxx"MMC ilə X5 arasında qeyri-yaşayış tikintisi haqqında müqavilə bağlanmış, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni bir pay kimi X3 verməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri təşkil etmiş, X5 tərəfindən 780+176 kv.m üçün ilkin ödəniş tam ödənilmişdir. Atası ilə "xxxx" MMC arasında yenidən müqavilənin bağlanması səbəbi belə olmuşdur ki, şirkətin təsisçisinin və adının dəyişdiriliməsi səbəbindən "xxxx" MMC (təsisçi X1) ilə xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin eyni məzmunda təkrarı xx.xx.2017-ci il tarixli müqavilə ilə yenilənmişdir. Sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adını Cavabdehnə dəyişmişdir. Bundan sonra Cavabdeh X3 qarşı müqavilənin etibarsızlığı ilə bağlı çoxsaylı məhkəmə iddiaları qaldırmış, Cavabdeh MMC bağlanmış müqavilələri mübahisələndirmiş, lakin heç bir iddia təmin edilməmişdir. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O, X2 yeganə vərəsəsi kimi tanınmış və ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Bu yaxınlarda qeyri-yaşayış sahəsinə baxış keçirərkən məlum olmuşdur ki, başqa şəxslər tərəfindən istifadə olunur, araşdırıldıqda hazırki qətnamənin mövcudluğu müəyyən olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-3220/2020 saylı qətnaməsi ilə 04 aprel 2016-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi ilə təhvil verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi Maraqlı şəxs2 məxsus 956 kv.m (780+176 kv.m) qeyri-yaşayış sahəsinin bir hissəsini - 334 kv.metr hissəsini təşkil edir (digər hissəsi də eyni məhkəmənin başqa bir qətnaməsi ilə digər şəxsə verilmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2018-ci il tarixədək qüvvədə olan 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər kimi təsbit edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1, 146.2, 178.1 və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən hüquqi mövqeyinə, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən Maraqlı şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən 956 kv.m qeyri-yaşayış sahəsi üzərində artıq mülkiyyət hüququnun əsas komponentləri olan istifadəvə sahiblik hüququ, başqa sözlə mülkiyyət (qanuni gözlənti”) hüququ yaranıb. Birinci instansiya məhkəmə çəkişmə prinsipinə riayət etmədən, Maraqlı şəxs2 prosesə cəlb etmədən qanunsuz qətnamə çıxararaq onun hüquq və vəzifələrinə dair məsələni hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-493/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər X5 və qeyrisinə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” ilk iddia ərizəsi, iddiaçı X2 Cavabdeh MMCyə qarşı “cavabdehin üzərinə müqavilə bağlanması vəzifəsinin qoyulması tələbinə dair” qarşılıqlı iddia ərizəsi rədd olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-4560/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-493/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd etdiyi qətnamələr preyudisial olmaqla, qeyri-yaşayış sahəsinin X3 (Maraqlı şəxs2 atasının) məxsus olmasını və tərəflər arasındakı əqdin mötəbərliyini sübut edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırda vərəsəlik qaydasında Maraqlı şəxs2 məxsus qeyri-yaşayış sahəsini hazırki iş üzrə iddiaçıya təhvil verməklə, ondan əvvəl bağlanmış və mötəbərliyi məhkəmə qətnamələri ilə təsdiq edilmiş digər bir müqavilənin icrasına maneə yaratmışdır. Qeyd edilənlərə əsasən Abşeron Rayon Məhkəməsini 2(012)- 3220/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yəni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətlərini qəbul etməyərək göstərdi ki, ilk növbədə Cavabdeh MMC-nin apellyasiya şikayətinə münasibətdə bildirir ki, iddiaçı ilə Cavabdeh MMC arasında qüvvədə olan müqavilə var, iddiaçı öhdəliyini icra edib. Cari günə Cavabdeh MMC həmin müqaviləni mübahisələndirmir. Bu halda müqavilənin şərtlərini icra etməyə borcludurlar. Mübahisələndirilən qətnamə üzrə icra məmurunun aktı var və həmin aktla iddiaçının sahəsi ona verilib. Bütün bunlardan sonra Cavabdeh MMC iddiaçıya məxsus sahəni üçüncü şəxsə satırsa, bu artıq ciddi pozuntudur və hesab edir ki, məhkəmə kollegiyası Cavabdeh MMC barəsində xüsusi qərardad qəbul etməlidir. Apellyasiya şikayətində Cavabdeh MMC ümumiyyətlə qətnamənin hansı hüquqi əsaslarla ləğv edilməli olduğunu, məhkəmə tərəfindən hansı maddi hüquq normasının pozulduğunu göstərməyib. Bu səbəbdən hesab edir ki, Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməməlidir. Maraqlı şəxs1 apellyasiya şikayətinə gəldikdə, Pənah Kərimov müqavilə bağlamış ola bilər, amma həmin yerin hüquqlarını müdafiə etdiyi şəxsin yeri ilə eyni olması məlum deyil. Bu barədə tərəf heç bir sübut təqdim etmir. Etsə belə iddiaçının müqaviləsinin bağlanma tarixi, Maraqlı şəxs1 müqaviləsindən daha əvvəldir. Bu səbəbdən hesab edir ki, Maraqlı şəxs1 də apellyasiya şikayəti təmin edilməməlidir. Maraqlı şəxs2 apellyasiya şikayəti ilə əlaqədar bildirir ki, bu gün Ali Məhkəmənin icraatında Cavabdeh MMC ilə Maraqlı şəxs2 arasında mübahisəyə dair 2(102)-3971/2022 nömrəli iş var. Qeyd edilənlərə əsasən apellyasiya şikayətlərinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3220/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh MMC-nin nümayəndəsi, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə cavabdehin nümayəndəsi və maraqlarına toxunan şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin və qətnamə hüquq və vəzifələrinə toxunan şəxslərin apellyasiya şikayətləri təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3220/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində Cavabdeh MMC-nin direktoru Tağıyev Rafiq məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsini qəbul etdiyini, qeyri-yaşayış sahəsini iddiaçıya təqdim etməyə hazır olduğunu bildirmiş və məhkəmə iclasına cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC və İddiaçı arasında bağlanan 04 aprel 2016-cı il tarixli qeyri-yaşayış tikintisi haqqında müqavilədən müəyyən olunur ki, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini 200.400 (iki yüz min dörd yüz) manat qarşılığında İddiaçı verilməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, "xxxx" MMC şirkətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyriyaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən 200.400 manat tam ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, İddiaçı qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh MMC-yə məlumat vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 04 aprel 2016-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında müqavilə bağlanmış, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmiş, yəni əmlakın dəyərini ödəmiş, cavabdeh isə həmin əmlakı iddiaçıya təhvil verməmişdir. Məhkəmə apellyasya şikayətlərinin dəlillərini araşdırarq hesab edir ki, onlar formal mülahizələrə əsaslandığından təmin edilə bilməz. Belə ki, iş üzrə Cavabdeh MMCğ apellyasiya şikayətin onunla əsaslandırmışdır ki, mübahisəyə aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsində baxıla bilməzdi, çünki cavabdehin hüquqi ünvanı ünvan 8lində başqa əqdi pərdələmək üçün və yalnız görünüş üçün yazılmışdır. Əslində İddiaçı qeyd olunan müqavilə üzrə MMC-nin hesabına pul köçürməmişdir. İddianın etiraf edilməsini isə onunla əsaslandırmışlar ki, buna onları iddiaçı vadar etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələblərinə əsasən (mübahisəyə baxılan vaxt olan redaksiyada) tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tiikntinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürüləsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və ypaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaşq haqqında iddialar tikintinin, qurğunun, torpaq sazhəsinin oljduğu yerə görə verilir. İş materiallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi Abşeron rayonunun ərazisində yerləşir. Bundan başqa məhkəmə kollegiyası cavabdehin iddiaçı tərəfindən müqavilə üzrə hər hansı bir pul ödənişinin olmadığına dair dəlili elə cavabdeh tərəfindən təsdiq edilmiş müqavilə və maliyyə arayışı ilə təkzib olunur. Məhkəmə kollegiyası apellyantın müəssisənin direktorunun məhkəməyə ünvanladığı iddianın etirafı barədə ərizənin iddiaçının təhriki ilə yazılmasına dair dəlilini isə inandlırıcı, əsaslı hesab etmir və buna tənqidi yanaşır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, apellyant iddianın etirafına dair ərizəni öz iradəsi əsasında yazmadığını bildirsə də bunun yanlış olması barədə məhkəməyə sonradan heç bir sübut təqdim etməmiş və etirafını təkzib etməmişdir. Məhkəmə kollegiyası digər apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, onlar da əsassız oldüğü üçün təmin edtilə bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə müqavilə xx.xx.2016-cı ildə, Maraqlı şəxs1 ilə isə bundan beş il sonra, yəni xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Bundan başqa qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 və Maraqlı şəxs1 mübahisəli qeyri-yaşayış sahəsinin onlara verilən qeyri-yaşayış sahəsi ilə eyni olduğunu qeyd etsələr də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişlər. Bundan başqa iddiaçı ilə bağlanmış müqavilə hal-hazırda qüvvədədir, nə cavabdeh, nə də ki, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, apelyantlar apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Ona görə ki, iddiaçının müqaviləsi qüvvədə olduğu halda həmin qeyri-yaşayış sahəsinin digər şəxsə satılması qanunvericiliyin tələblərinə və iddiaçının mənafeyinə ziddir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3220/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3220/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1608/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1608/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver