Məhkəmə qərarları › İş №2(105)-162/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-162/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-162/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi Ramazanov Raul Fikrət oğlunun iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3744/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-3744/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 02R000026990 saylı kredit razılaşması üzrə 7284,03 ABŞ dolları məbləğində kredit borcu, 721,56 ABŞ dolları məbləğində faiz borcu və 878,52 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 8884 (səkkiz min səkkiz yüz səksən dörd) ABŞ dolları 11 (on bir) sent məbləğində borcun, OİR000032935 saylı kredit razılaşması üzrə 7629,82 ABŞ dolları məbləğində kredit borcu, 752,81 ABŞ dolları məbləğində faiz borcu və 875,12 ABŞ dolları məbləğində cərimə olmaqla çəmi 9257 (doqquz min iki yüz əlli yeddi) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində borcun Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, 002R********** saylı kredit razılaşması üzrə 3322,17 manat məbləğində kredit borcunun, 251.84 manat məbləğində faiz borcunun və 310,93 manat məbləğində cərimə olmaqla, cəmi 3884 (üç min səkkiz yüz səksən dörd) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 1 mərtəbəli, 1 otaqlı, 24,2m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahəsi, 49,2 m 2. ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması və 02R000026990 saylı kredit razılaşması üzrə cəmi 8884 (səkkiz min səkkiz yuz səksən dörd) ABŞ dolları 11 (on bir) sent məbləğində borcun 02R000032935 saylı kredit razılaşması üzrə cəmi 9257 (doqquz min iki yüz əlli yeddi) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində borcun, 002R********** saylı kredit razılaşması üzrə cəmi 3884 (üç min səkkiz yüz səksən dörd) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSCyə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 42000 manat məbləğində müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutulması, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət ediımişdir (hakim S.M.Quliyeva). Qətnamədən narazı qalan İddiaçı QSC apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-3744/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qismənbankın iddia tələbinin təmin edilməyən, yəni Cavabdeh1 aid, həmçinin Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi hissələrində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı QSC məhkəməyə müraciət etməklə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 02R000026990 saylı kredit razılaşması üzrə 7284,03 ABŞ dolları məbləğində kredit borcu, 721,56 ABŞ dolları məbləğində faiz borcu və 878,52 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 8884 (səkkiz rnirı səkkiz yüz səksən dörd) ABŞ dolları 11 (on bir) sent məbləğində borcun, 02R000032935 saylı kredit razılaşması üzrə 7629,82 ABŞ dolları məbləğində kredit borcu, 752,81 ABŞ dolları məbləğində faiz borcu və 875,12 ABŞ dolları məbləğində cərimə olmaqla; cəmi 9257 (doqquz min iki yüz əlli yeddi) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində borcun, 002R********** saylı kredit razılaşması üzrə 3322,17 manat məbləğində kredit borcu, 251,84 manat məbləğində faiz borcu və 310,93 manat məbləğində cərimə olmaqla, cəmi 3884 (üç min səkkiz yüz səksən dörd) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən Cavabdeh2 mülkiyyətdə olan 1 mərtəbəli, 1 otaqlı, 24,2m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahəsi, 49,2 m2 ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması və 02R000026990 saylı kredit razılaşması üzrə cəmi 8884 (səkkiz min səkkiz yüz səksən dörd) ABŞ dolları 11 (on bir) sent məbləğində borcun, 02R000032935 saylı kredit razılaşması üzrə cəmi 9257 (doqquz min iki yüz əlli yeddi) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində borcun, 002R********** saylı kredit razılaşması üzrə cəmi 3884 (üç min səkkiz yüz səksən dörd) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam odənıiməsınə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması; Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən Cavabdeh2 mülkiyyətdə olan 1 mərtəbəli, 1 otaqlı, 24,2m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahəsi, 49,2 m2 ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsinə, onun həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X3 izahatında apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə zaminə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" qərarı ilə əsaslandırılmışdır. İlkin olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarı "vərəsələrinin kreditorlar qarşısında məsuliyyəti"ndən bəhs edir. Məhkəmə tərəfindən həmin qərara istinad edilməsi aydın deyil. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsi ilə zaminliyə xitam verilməsi əsasları qeyd edilmişdir. Həmin maddənin 1-ci bəndinə əsasən “zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə aşağıdakı hallarda xitam verilir." Qeyd olunan maddənin tələbindən göründüyü kimi, zaminliklə təmin edilmiş öhdəliyə dəyişiklik edildikdə zaminin razılığı tələb olunur. Həmin razılıqlar iş materiallarına əlavə edilmiş sənədlərdə mövcüd olmasına baxmayaraq, məhkəmə həmin maddi sübutları nəzərə almamış və bununla da zaminə münasibətdə iddia tələbini təmin etməməklə yalnış nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş kredit sənədlərindən göründüyü kimi, xx.xx.2013-cü il tarixli 02R000026990 saylı kredit razılaşması üzrə Cavabdeh2 36 ay müddətinə, aylıq 2% faiz dərəcəsi ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit razılaşmasına xx.xx.2015-ci il tarixli 02R000026990SA saylı sazişlə dəyişiklik edilmiş və yeni ödəniş planı tərtib edilmişdir. Həmin ödəniş planında əsas və faiz borcu, borcun qaytarılma müddəti müəyyən edilmiş və digər cavabdeh (zamin) Cavabdeh1 da həmin ödəniş planı imzalayaraq razılığını bildirmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş kredit sənədlərindən göründüyü kimi, xx.xx.2014-cü il tarixli 02R000032935 saylı kredit razılaşması üzrə Cavabdeh2 36 ay müddətinə, aylıq 2% faiz dərəcəsi ilə 11000 (on bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit razılaşmasına xx.xx.2015ci il tarixli 02R000032935SA saylı sazişlə dəyişiklik edilmiş və yeni ödəniş planı tərtib edilmişdir. Həmin ödəniş planında əsas və faiz borcu müəyyən edilmiş və digər cavabdeh (zamin) Cavabdeh1 da həmin ödəniş planı imzalayaraq razılığını bildirmişdir. Sonuncu xx.xx.2015-ci il tarixli 002R********** kredit razılaşması üzrə Cavabdeh2 30 ay müddətinə, aylıq 1.8333% faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Həmin kredit xətti çərçivəsində olmuşdur. Beləliklə, zaminə münasibətdə tələbin təmin edilməməsi üçün məhkəmə tərəfindən müəyyən edilmiş əsas ("... Cavabdeh1 həmin digər razılaşmalarda razılığı olmadığından")(qətnamənin 7-ci səh. 2-ci abzası) iş üzrə mühüm əhəmiyyəti olan faktiki hallarına uyğun olmamışdır. Bununla da hesab edir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsi düzgün tətbiq edilməmişdir. Həmçinin, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının tələbi "cavabdehin ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və "İddiaçı" QSC-yə təhvil verilməsi" hissəsində də təmin edilməmişdir. Məhkəmə həmin hissədə tələbin təmin edilməməsini onunla əsaslandırmışdır ki, "...cavabdehin istifadə hüququnun itirilməsi və çıxarılması mülkiyyətçiyə xas hüquq olduğundan təmin edilməməlidir.” Məhkəmənin hazırkı əsaslandırması ilə razılaşmayaraq hesab edir ki, məhkəmə tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmişdir. Belə ki, "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən "İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun." İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən Cavabdeh2 mülkiyyətdə olan 1 mərtəbəli, 1 otaqlı, 24,2m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahəsi, 49,2 m2 ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evi Cavabdeh2 kredit öhdəliyinin icrasını təmin etmək məqsədi ilə iddiaçının xeyrinə ipoteka ilə vüklü edilmişdir. Məhkəmə tərəfindən mülki hüquq normasının tələbi nəzərə alınmamış və bununla da iddiaçının iddia tələbini həmin hissədə təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3744/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apelyasiya şikayətində qətnaməni qismən – tələbin cavabdeh Cavabdeh1 münasibətdə və Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsinin təmin edilməməsi hissələrində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməsini xahiş etdiyindən kollegiya qətnaməni yalnız mübahisələndirilən həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən – Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsinin təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 02M000001470 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 02R000026990 saylı kredit razılaşması əsasında 36 ay —müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Daha sonra Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanılmış -xx.xx.2015-ci il tarixli sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli 02M000001470 saylı ipoteka müqaviləsi (Abşeron rayonu 1 saylı notariat kontorunun notariusu Hümmətov R.K. tərəfindən təsdiq edilib) əsasında Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən istifadədə olan 0,0078 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 1 mərtəbəli, 1 otaqlı, 24,2m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahəsi, 49,2 m2 ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilədə ipoteka predmetinin qiyməti 27464 (iyirmi yeddi min dörd yüz altmış dörd) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən 56 №-li reyestr kitabının 33 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən Cavabdeh2 mülkiyyətdə olan 1 mərtəbəli, 1 otaqlı, 24,2 m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahəsi, 49,2 m2 ümıımi sahədən ibarət 86 saylı fərdi yaşayış evinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və cavabdeh-ipoteka verən Abbasov Sabir Rüstəm oğlu tərəfindən xx.xx.2016-cı il tarixdə qəbul olunmuşdur. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2016-cı il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışdır. İş materiallarında olan bildiriş və pretenziyadan görünür ki, Cavabdeh2 banka olan kedit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bir neçə dəfə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən rəsmi formada xəbərdarlıq edilmişdir. İş materiallarında olan, İpoteka predmetinə tutmanın yönəldilmsinə dair bildirişin qeydə alınması haqqında ərizədən görünür ki, ipoteka predmeti xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. İş materiallarında olan, cavabdehin vəsatəti əsasında təyin edilmiş Azərbaycan Respublikası “X4” MMC-nin xx.xx.2016-cı il tarixli, 59/LBC saylı rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağıyev küçəsində yerləşən 86 saylı fərdi yaşayış evinin hazırki dövrə orta bazar qiyməti 73707 (yetmiş üç min yeddi yüz yeddi) manat qiymətləndirilmişdir. İş materiallarında olan, iddiaçının vəsatəti əsasında təyin edilmiş”X1” İctimai Birliyi MMC-nin xx.xx.2019-cu il tarixli, 38/07-19/-05-S saylı rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağıyev küçəsində yerləşən 86 saylı fərdi yaşayış evinin hazırki dövrə orta bazar qiyməti 42000 (qırx iki min) manat qiymətləndirilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2015-c il tarixli 002R********** saylı kredit razılaşması üzrə əsas borcu 3322,17 manat, 251,84 manat, 310,93 manat olmaqla cəmi 3884,94 manat təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixli 02R000026990 saylı kredit razılaşması üzrə əsas borcu 7284,03 ABŞ dolları, 721,56 ABŞ dolları, 878,52 ABŞ dolları olmaqla cəmi 8884,11 ABŞ dolları təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli 02R000032935 saylı kredit razılaşması üzrə əsas borcu 7629,82 ABŞ dolları, 752,81 ABŞ dolları, 875,12 ABŞ dolları olmaqla cəmi 9257,75 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi də qeyd edilən iş materiallarına istinad edərək iddia tələbini Cavabdeh1 münasibətdə və Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi hissəsində təmin etməmişdir. Məhkəmə kollegiyası gesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini zamin Cavabdeh1 münasibətdə iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 ilə bağlanmış 02S000018220 saylı xx xxxxxxx 2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən iş üzrə əsas borclu və Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İddiaçı tələbində qeyd etmişdir ki, Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1ci - bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Eyni zamanda həmin müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə əsasında verilən bütün kreditlərin ümumi məbləği bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləği yəni 30000 (otuz min) ABŞ dollarını heç bir halda aşmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair x xxxx 2018-ci il tarixli qərarından gəörünür ki, kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. İqtisadi dövriyyənin normal fəaliyyət göstərməsi, sabitlik və dayanıqlılığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməsi zəruridir. Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Azərbacyan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.Mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir, əsas müqavilənin etibarsız hesab edilməsi və ya xitamı, öz növbəsində, bu müqavilənin də xitamına səbəb olur. Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir:- birgə məsuliyyət- subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.Zaminliyin xitamı əsasları isə Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. İş materiallarından görünür ki, xx xxxxxxx 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə xx xxxxx 2013-cü il tarixli kredit razılaşması əsasında 20000 (iyirmi min) ABŞ dolları, xx xxx 2014-cü il tarixli kredit razılaşması üzrə isə 11.000 (on bir min) ABŞ dolları məbləğində, xx xxxxxx 2015-ci il tarixli kredit razılaşması üzrə 5000 (beş min) manat olmaqla Cavabdeh2 ayılmış, bununla da xx xxxxxxx 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə kredit razılaşmasının 1.1-ci və 1.4-cü bəndlərində göstərilən məbləği aşmışdır və belə olan halda Cavabdeh1 həmin digər razılaşmalarda razılığı olmadığından iddiaçı tələbi ona dair hissədə təmin edilməməlidir. Məhkəmə kolelgiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur və bu səbəbdən də qətnamə qeyd edilən hissədə dəyişdirilmədən saxlanılamlıdır. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da, iddia tələbinin Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi hissəsində iddianı təmin etməməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası «İpoteka haqqında» Qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinin tələbinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.1, 385.1.2 və 385.1.3-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, işüçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən – Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsinin təmin edilməməsi hissələrində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməsi, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24,2m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahəsi, 49,2 m 2. ümumi sahədən ibarət 86 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 istifadə hüququ itirilməli, həmin evdən çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının apelyasiya şikayəti qismən təmin olunsun. Abşeron Rayon Məhkəməsinin 2(012)-3744/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24,2m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahəsi, 49,2 m 2. ümumi sahədən ibarət 86 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 istifadə hüququ itirilsin, o, həmin evdən çıxarılsın və mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar