Məhkəmə qərarları › İş №2(105)-1627/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1627/2022

26.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1627/2022 26.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh2, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi və sair tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 30 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) iddianın qismən təmin edilməsi, Bakı şəhəri 26 saylı Notariat ofisinin xüsusi notarisu İ.B.Hüseynov tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə xx.xx.2013-cü il tarixdə Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B- 1988 nömrəli bağ evinin İddiaçı tərəfindən miras kimi qəbul edilmiş hesab edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 26 saylı Notariat ofisinin xüsusi notarisu İ.B.Hüseynov tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə xx.xx.2013-cü il tarixdə Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri 26 saylı Notariat ofisinin xüsusi notarisu İ.B.Hüseynov tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinin nizamnamə kapitalındakı payının 1/1 hissədə Cavabdeh1 adına verilməsi barədə xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı reyestrdən çıxarışa əsasən həyat yoldaşı Rzayev Dadaş Zəbi oğlunun mülkiyyətində olan, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinin onun tərəfindən miras kimi qəbul edilmiş hesab edilməsi, xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı reyestrdən çıxarışa əsasən həyat yoldaşı D.Z.Rzayevin mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B- 1988 nömrəli bağ evinə vərəsəliyin açılması və qeyd edilən əmlaka 2/1 pay əsasında onunla cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyatdan keçmiş, xx.xx.2004-cü il tarixli, 01/Ş-4503 nömrəli kommersiya təşkilatının dövlət reyestrindən çıxarışa və xx.xx.2004-cü il tarixli, 0104-P83-41536 nömrə ilə qeydiyyatdan keçmiş, D.Z.Rzayevə məxsus olan "xxxx" MTK-nin nizamnamə kapitalındakı payının 2/1 hissədə onunla cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Bakı şəhəri 26 saylı Notariat ofisinin xüsusi notarisu İ.B.Hüseynov tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə xx.xx.2013-cü il tarixdə Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Sumqayıt şəhəri 4 saylı notariat kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinin alqısatqısına dair xx.xx.2019-cu il tarixli, 4Ə-2118 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv..m yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B- 1988 nömrəli bağ evinin mülkiyyətə verilməsi barədə Cavabdeh2 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh2 Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi üzərində olan 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv..m yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evini boşaldılaraq təhvil verilməsi, xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı reyestrdən çıxarışa əsasən həyat yoldaşı D.Z.Rzayevin mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinin onun tərəfindən miras kimi qəbul edilmiş hesab edilməsi, onun Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə köçürülməyi və xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı reyestrdən çıxarışa əsasən həyat yoldaşı D.Z.Rzayevin mülkiyyətində olan, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B- 1988 nömrəli bağ evinə vərəsəliyin açılması və qeyd edilən əmlaka ½ pay əsasında iddiaçı ilə cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, D.N.Rzayev ilə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Həmin nikahdan övladları olmamışdır. D.N.Rzayev xx.xx.2012-ci ildə vəfat etmişdir. O, onunla birlikdə Novxanı bağ massivində yerləşən, B-1988 saylı fərdi evdə yaşamış və hal-hazıradək də həmin evdə yaşayır. Cavabdeh1 onu həmin evdən çıxartmaq istəmişdir, lakin başqa yaşayış yerı olmadığı üçün çıxmamışdır. Mübahisəli əmlaklar onun mərhum həyat yoldaşına məxsus olmuşdur, ona görə də onun orada qanun üzrə vərəslik hüququ əsasında payı mövcuddur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, miras qoyan Rzayev Dadaş Zəbi oğlunun "xxxx" MTK-i payla bağlı həmin MTK-ya 150000 (yüz əlli min) manat məbləğində borcu olmuşdur. İddiaçı bu barədə "xxxx" MTK-dan arayış aldıqdan sonra iddia tələbinə dəqiqləşdirmə verərək qeyd olunan əmlakla bağlı heç bir tələb irəli sürməmişdir. İddiaçının miras passivindən imtina etdiyi halda, miras aktivini qəbul etməsi isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsinin tələbləri baxımından yolverilməzdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi iddia tələbinin təmin olunduğu hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili F.Q.Əlimərdənov apellyasiya şikayətini müdafiə etdi, ona uyğun izahat verdi və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini qəbul etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə üçüncü şəxs A.D.Ələkbərova, S.F.Rzayeva və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozmaqla verilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunu və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 05/Q794/69 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə ürək çatışmamazlığı, miokard infarktı nəticəsində Sumqayıt şəhərində ölmüşdür. Azərbaycan Respublikası Ağsu rayon qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, D.N.Rzayev ilə Ş.Ş.Qaraşova arasında xx.xx.2009-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 31 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Rzayeva soyadı verilmişdir. Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, X-503 №-li qərardan görünür ki, İddiaçı qanun üzrə şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Belə ki, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış və xx.xx.2012-ci ildə vəfat etmiş D.Z.Rzayevin ölümündən sonra oğlu Cavabdeh1 mirasın qəbul edilməsi, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2013-cü il tarixdə təqdim etdiyi ərizə və həmin ərizəyə aidiyyəti olan əlavə edilmiş digər sənədlərə əsasən xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri, Novxanı bağ massivində "B"-1988 ünvanında yerləşən torpaq sahəsinə və bağ evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2013-cü il tarixdə vərəsəlik işi açılmış və müəyyən edilmişdir ki, Cavabdeh1 tam əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə notarius tərəfindən verilmişdir. xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş Rzayev Dadaş Zəbi oğlunun vərəsəsi Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan Cavabdeh1dur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivində "B"-1988 ünvanında Rzayev Dadaş Zəbi oğlunun mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 44.08 kv.m., yaşayış sahəsi 30.4 kv.m. yardımçı sahəsi 13.68 kv.m. olan 2 otaqlı bağ evindən ibarətdir. Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynov həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin verdiyi MH seriyalı, ******* №-li çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində "B"-1988 ünvanında Rzayev Dadaş Zəbi oğlunun mülkiyyətində olan, 0.12 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13.68 kv.m köməkçi sahədən ibarət B- 1988 nömrəli bağ evinin mülkiyyətçisi tam mülkiyyət hüququ ilə Rzayev Dadaş Zəbi oğludur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 177 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2008-ci ildə qeydiyyata alınmışdır. Bakı şəhəri, Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 558242 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Rzayev Dadaş Zəbi oğlu 01 avqust 2012-ci il tarixdə hemorraqik şok nəticəsində Bakı şəhərində ölmüşdür. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh1 atası Rzayev Dadaş Zəbi oğlu, anası X1r. AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Abşeron rayon Vəkil Bürosuna ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən Sumqayıt şəhəri, XDS-nin İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsinin xx.xx.1994-cü il tarixli, 6984 nömrəli bağ torpaq sahəsinə dair icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 1988 nömrəli, 0.12 ha bağ torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə188 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.12 ha bağ torpaq sahəsindən 0.06 ha hissəsi X3 adına, xx.xx.2019-cu il tarixli, 4Ə-2118 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən 0.06 ha bağ torpaq sahəsi Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri 26 saylı notariat kontorunun xx.xx.2013- cü il tarixli, 2V 01-143 reystr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B1988 nömrəli bağ evi üzərində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xx.xx.2019-cu il tarixli, 4Ə- 2119 nömrəli alqı-satqı müqaviləsinə əsasən bağ evi Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil2 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla göndərilən xx.xx.2019- cu il tarixli, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1988 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini Cavabdeh2 22.000 manata satmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1988 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1dur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. 0815139 saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsi olan B-1988 ünvanında yerləşən, ümumi sahəsi 44.1 kv.m., 30.4 kv.m yaşayış sahəsi, yardımçı sahəsi 13.7 kv.m. olan 2 otaqlı bağ evini Cavabdeh2 50.000 manata satmışdır. 0815138 saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1988 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini Cavabdeh2 22.000 manata satmışdır. 0543153 saylı, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1988 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsinin 0.06 ha olan torpaq sahəsini X8 8.000 manata satmışdır. AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəmənin soruğusuna əsasən göndərilən xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1988C ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi ünvan 8orunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə-188 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X3 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Ağsu rayon Qeydiyyat şöbəsinə qarşı nikahın etibarsız hesab edilməsinə dair tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1304/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin 2(016)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin 2(016)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə miras qoyan xx.xx.2009-cu ildə rəsmi nikah bağlamış, sonuncu xx.xx.2012-ci il tarixdə vəfat etmiş, onun birinci nikahından olan övladı, Cavabdeh1 tərəfindən mübahisəli əmlak xx.xx.2015-ci ildə qanun üzrə vərəsəliklə notarial qaydada qəbul edilmişdir. Sonra isə o, həmin bağ sahəsini evlə birlikdə 72.000 manata digər Cavabdeh2 satmışdır. İddiaçı, mərhumun övladları – Cavabdeh1, Aygün Ələkbərova miras qoyanın birinci növ vərəsələridir. Eyni zamanda miras qoyandan əvvəl vəfat etmiş onun övladı X4 Rzayeva da vərəsədir. İddiaçıdan başqa, digər vərəsələr vərəsəliklə bağlı məsələləri mübahisələndirməmiş, həmçinin miras əmlakını və ya onun bir hissəsini istər notarial, istərsə də faktiki qəbul etməmişlər. İddiaçı miras qoyan 2008-ci ildə vəfat etdikdən sonra da mübahisəli bağda 2019-cu ilin noyabr ayının ortalarınadək yaşamağa davam etmişdir. Məhkəmə iclasında nümayiş etdirilən və tərəflərin mübahisələndirmədiyi videoyazıdan görünür ki, “Elgizlə izlə” televiziya verilişində iddiaçı və digər iştirakçılar tərəfindən İddiaçı hazırki iş üzrə mübahisə predmeti olan əmlakın satışından sonra 7.000 manat pul verilməsi müzakirə olunur. Məhkəmə, işin mübahisəli bu halı ilə bağlı, şahid Qasımov Rafaelin ifadəsini, eləcə də qeyd olunan videoyazını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçıya Cavabdeh1 tərəfindən sözügedən əmlakın satışından əldə olunmuş vəsaitdən 7.000 manat pul verilmişdir. Cavabdeh2 sözügedən əmlakı alan zaman onun mübahisəli olması barədə bilibbilməməsinə dair məhkəmə qeyd edir ki, cavabdehin bu hal haqqında məlumatlı olmasını təsdiqləyən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə tərəflərin izahatından, eləcə də şahid Əzimova Güldanə, Qaraşov Ərəstun və Qasımov Rafaelin ifadəsindən aydın olur ki, Cavabdeh1lə İddiaçı arasında sözügedən əmlakla bağlı hər hansı mübahisəsinin mövcudluğunu Cavabdeh2 bilməmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi göstərilsə də, tələbin əsaslandırılmasından, həmin sənədin doğurduğu hüquqi nəticələrə münasibətdən görünür ki, əslində iddianın mahiyyəti bu sənədin etibarsız hesab olunmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Bu Məcəllənin 1159-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Bu Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bu Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına təminat verir. Mühasiəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərlə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli plenum qərarında göstərilmişdir ki, “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına, məhkəmələrə tövsiyə olunan hüquqi mövqeyə əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı, D.Rzayevin birinci növ vərəsəsi olduğundan, lakin miras əmlakının bölgüsü zamanı payı nəzərə alınmadığından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla verildiyindən onun etibarsızlığı barədə tələb əsaslıdır. Miras qoyanın iddiaçı və cavabdehdən başqa digər vərəsələri miras əmlakını nə notarial, nə də faktiki qəbul etmədiklərindən, habelə bunun üçün qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdüklərindən miras əmlak üzərində İddiaçı və Cavabdeh1 hər birinin ½ payı vardır. Belə ki, iddiaçı miras əmlaka faktiki sahiblik etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyindən miras İddiaçı tərəfindən qəbul edilmiş sayılır. Odur ki, iddia mirasın qəbul edilmiş hesab olunması hissəsində də əsaslıdır. Məhkəmə kollegiyası Cavabdeh1 miras qoyan D.Z.Rzayevin "xxxx" MTK-ki payla bağla həmin MTK-ya 150.000 manat məbləğində borcun olması və iddiaçı bu barədə "xxxx"-dan arayış aldıqdan sonra iddia tələbinin dəqiqləşdirmə verərək qeyd olunan əmlakla bağlı heç bir tələb irəli sürməməsi t verərək, qeyd edir ki, bu tərəfin hüququdur və iddiaçının miras passivindən imtina etdiyi halda, miras aktivini qəbul etməsi isə qanunun tələbləri baxımından yolverilməməsi barədə dətirdiyi dəlilə qiymət verərək qey edir ki, bu tərəfin Konstitusion hüququdur. Cavabdeh2 sözügedən əmlakın mübahisəli olmasını bilməsi və ya bilməli olduğu, həmçinin belə halın mövcudluğu barədə məlumatlılığı ehtimalı işin faktiki halları və iddiaçının dəlilləri ilə sübuta yetirilmədiyindən o, əmlakı vicdanlı əldə edəndir. Belə ki, Cavabdeh1 əmlakı onun üzərində qeydiyyatdan keçmiş mülkiyyət hüququ əsasında özgəninkiləşdirməsi Cavabdeh2 əmlakın mübahisəliliyi barədə şübhə yaratmamış, reyestrin həqiqiliyi prezumpsiyası belə halın yaranması ehtimalını istisna etmişdir. Ona görə də iddia Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli əmlaka dair xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlaka dair Cavabdeh2 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsinin və bağ evinin Cavabdeh2 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddiaçının mübahisəli mənzilə köçürülməyi və mübahisəli əmlaka dair vərəsəliyin açılması və qeyd edilən əmlaka ½ pay əsasında iddiaçı ilə Cavabdeh1 arasında qanun üzrə vərəsəlik əsasında bölünməsi hissələrdə əmlak vicdanlı əldə edildiyindən əsassızdır. Məhkəmə, miras əmlakda tərəflərin payına qiymət verməklə, onun satışından əldə olunmuş vəsaitlə bağlı iddiaçının tələb hüququnu tanıyır, bu hüququn həyata keçirilməsində müəyyənlik yaratmaq məqsədini güdür. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli əmlaka dair xx.xx.2013-cü il tarixdə Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və həmin əmlak İddiaçı tərəfindən miras kimi qəbul edilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 30 mart 2022-ci il tarixli 2(060)-10/2022 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar