Məhkəmə qərarları › İş №2(105)-1644/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1644/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1644/2020 01.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə,İddiaçı BOKT ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğluna, X3, X4, Eyyubova Saimat Ömərbəy qızına və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-119/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı BOKT ASC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-119/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli, 477/14/PBQ nömrəli kredit müqaviləsi üzrə əsas borc 6038,54 manat, 100 manat cərimə borcu, hüquqi yardıma görə 50 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manatın tutularaq "İddiaçı" BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Xaçmaz şəhəri N.Nərimanov küçəsində X8 mülkiyyətində olmuş 0,2125 ha torpaq sahəsi və üzərində yerləşən 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 67,87 kv.metr ümumi, 53,5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 20 nömrəli mənzilə və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlu, X6 və X5 xüsusi mülkiyyətindəki Xaçmaz rayonu Ukur oba kəndində 0.16 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 150,2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100,3 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 35000 manat məbləğində, Xaçmaz rayonu Ukur oba kəndində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 120 manat məbləğində pulun Cavabdeh1 alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir (hakim Anar Sadıqov) Qətnamədən İddiaçı BOKT ASC tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin əmlakınqiyməti hissəsində və borcun müəyyən edilməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissələrdə də təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı "İddiaçı" BOKT Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli müqaviləyə əsasən 8054,70 manat əsas, 4398,99 manat faiz, 9791,99 manat dəbbə pulu, cəmi 22245,68 manat, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 1000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsinə, ipoteka predmetinin 18000 manat qiymətləndirilməklə borcun əvəzi bu qiymətlə Xaçmaz şəhəri N.Nərimanov küçəsində istifadədə olan X8 mülkiyyətindəki 0,2125 ha torpaq sahəsi və üzərində yerləşən 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 67,87 kv.metr ümumi, 53,5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 20 nömrəli mənzildən və ipoteka predmeti 10000 manat olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlu, X6 və X5 xüsusi mülkiyyətindəki Xaçmaz rayonu Ukur oba kəndində 0.16 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 150,2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100,3 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Xaçmaz şəhəri N.Nərimanov küçəsində istifadədə olan 0,2125 ha torpaq sahəsi və üzərində yerləşən 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3cü mərtəbəsində yerləşən 67,87 kv.metr ümumi, 53,5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 20 nömrəli mənzildən orada yaşayan Eyyubova Saimat Ömərbəy qızı və Cavabdeh4 və Xaçmaz rayonu Ukur oba kəndində 0.16 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 150,2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100,3 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı mənzildən orada yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlu, X6 və X5 çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "İddiaçı" BOKT Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8054,70 manat əsas, 4398,99 manat faiz, 9791,99 manat dəbbə pulu, cəmi 22245,68 manat, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 1000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmetinin 18000 manat qiymətləndirilməsi və borcun əvəzi bu qiymətlə Xaçmaz şəhəri N.Nərimanov küçəsində istifadədə olan X8 mülkiyyətindəki 0,2125 ha torpaq sahəsi və üzərində yerləşən 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 67,87 kv.metr ümumi, 53,5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 20 nömrəli mənzildən və ipoteka predmeti 10000 manat olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlu, X6 və X5 xüsusi mülkiyyətindəki Xaçmaz rayonu Ukur oba kəndində 0.16 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 150,2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100,3 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Xaçmaz şəhəri N.Nərimanov küçəsində istifadədə olan 0,2125 ha torpaq sahəsi və üzərində yerləşən 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 67,87 kv.metr ümumi, 53,5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 20 nömrəli mənzildən orada yaşayan Eyyubova Saimat Ömərbəy qızı, Xaçmaz rayonu Ukur oba kəndində 0.16 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 150,2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100,3 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı mənzildən orada yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlu, X6 və X5 çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi X12 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası “xxxx” MMC-nə həvalə edilmişdir. “xxxx” MMC öz növbəsində əmlaka 35000 və 50000 AZN qiymət qoymuşdur. Hesab edir ki, əmlaklara qoyulmuş qiymət olduqca yüksək qiymətdir, Xaçmaz rayonu və həmin rayonun Ukar-oba kəndində əmlakların qiymətinin belə yüksək olması inandırıcı deyildir. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən əmlaklar 2014cü il tarixinə müvafiq olaraq 18000 və10000 AZN qiymətləndirilmişdir. 2014-cü ilin əmlak qiymətləri hazırki dövrdə əmlak qiymətləri arasında bu qədər kəskin fərq ortaya çıxa bilməzdi. Əksinə olaraq 2014-cü il tarixində əmlakların daha yüksək qiymətə olması hamıya məlumdur. Məhkəmənin öz qətnaməsində əmlakların qiymətinin 35000 və 50000 AZN müəyyən etməsi barədə istinad etdiyi ekspert rəyinin düzgün olmadığı qənaətindədir. Hesab edir ki, əmlakın qiymətinin müəyyən edilməsi üçün əlavə əmtəəşünaslıq ekspertizası keçirilməli idi. Çünki ipoteka müqaviləsi ilə qiymətləndirmə rəyi arasında qiymət fərqinin bu qədər kəskin olması məhkəmə tərəfindən də nəzərə alınmalı idi. Təəsüf ki, məhkəmə bu fərqə əhəmiyyət vermədən ekspert rəyini mütləq sübut kimi qiymətləndirmişdir. Hazırda məhkəmə kollegiyasının qərardadı əsasında keçirilmiş ekspertizaların rəyi ilə də iddialarının əsaslı olması təsdiq edilir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-119/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin əmlakın qiyməti və borcun müəyyən edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək apelyasiya şikayətinin təmin edilməməsi, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-119/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğluna, X3, X4, Eyyubova Saimat Ömərbəy qızına və Cavabdeh4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə cavadbehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat birinci instansiya məhkəməsinin qətnaməsini yalnız cavabdehdən tutulan borc məbləği və ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası qətnaməni qeyd edilən hissələrdə müzakirə edir. Məhkəmə kollegiyası işdə iştirak etmiş şəxsin izahatını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-119/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi 4398,99 manat faiz borcunun tutulması barədə iddianın rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbi faiz borcuna dair hissədə qismən təmin edilməli, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə faiz borcuna görə 312,22 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı NOKT ASC-nin xeyrinə tutulmalı, qətnamə Cavabdeh1 müqavilə üzrə əsas borca görə 6038,54 manatın tutulması və Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 35000 manat məbləğində, Xaçmaz rayonu Ukur oba kəndində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməli, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borca görə 8400,61 manat pul məbləğinin tutulması müəyyən edilməli, Xaçmaz şəhəri N.Nərimanov küçəsində 74A ünvanında yerləşən ipoteka predmetinin likvid dəyəri 25000 manat, Xaçmaz rayonu Ukur oba kəndində yerləşən ipoteka predmetinin likvid dəyəri 20000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli 477/14/PBQ saylı kredit müqaviləsindən görünür ki, "İddiaçı" BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən iddiaçı təşkilat tərəfindən sonuncuya 36 ay müddətinə, illik 6 faiz ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ipoteka (girov) müqavilələrindən müəyyən olunur ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq Xaçmaz şəhəri N.Nərimanov küçəsində istifadədə olan X8 mülkiyyətindəki 0,2125 ha torpaq sahəsi və üzərində yerləşən 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 67,87128,3 kv.metr kv.metr ümumi, 53,5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 20 saylı mənzil xx.xx.2014cü il tarixli ipoteka müqaviləsinə əsasən və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlu, X6 aə X5 xüsusi mülkiyyətindəki Xaçmaz rayonu Ukuroba kəndində mülkiyyətində olan 0,16 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 150.2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100.3 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi yüklü edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 xx.xx.2017-ci ildə ölmüşdür. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxx 2017-ci il tarixli şəhadətnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.2017-ci ildə ölmüş X8 vərəsəsi Eyyubova Saimat Ömərbəy qızı miras əmlakdan pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Xaçmaz şəhəri N.Nərimanov küçəsində istifadədə olan 0,2125 ha torpaq sahəsi üzərində yerləşən 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəli, 67,87 kv.metr kv.metr ümumi, 53,5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 20 nömrəli mənzildən ibarətdir. İş materiallarında olan MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Xaçmaz şəhəri N.Nərimanov küçəsində istifadədə olan 0,2125 ha torpaq sahəsində yerləşən 74A nömrəli, 5 mərtəbəli binanın 2ci girişində, 3-cü mərtəbəsində yerləşən 67,87 kv.metr kv.metr ümumi, 53,5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 20 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixli 477/14/PBQ saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı kimi ünvan 3 ünvanında yerləşən 20 nömrəli mənzilin ipotekası dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayonu Üküroba kəndində istifadədə olan 0,16 ha torpaq sahəsi və üzərinndə yerləşən 150,2 kv.metr kv.metr ümumi, 49,9 kv.metr yaşayış, 100,3 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlunun, X2 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlunun, X2 və X5 birgə mülkiyyətində olan ünvan 4i ünvanında yerləşən 0.16 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ipotekası dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 43 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ödəniş tapşırığının surətindən müəyyən edilir ki, İddiaçı BOKT ASC məhkəmədə iddia ərizəsinə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan «xxxx» MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyindən müəyyən olunur ki, ünvan 5 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 3-cü mərtəbəsində yerləşən X8 mülkiyyətində olan 67,87 kv.metr ümumi, 53,5 kv.metr yaşayış, 4,37 kv.metr yardımçı sahədən ibarət 4 otaqlı 20 saylı mənzilin hazırki bazar qiyməti 35.000 manat, Xaçmaz rayonu Ukur oba kəndində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlunun, X2 və X5 xüsusi mülkiyyətində olan 0,16 ha torpaq sahəsi ilə birlikdəhəmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı 150,2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100,3 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırki bazar qiyməti 50.000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 28453 saylı ekspert rəyindən müəyyən olunur ki, «İddiaçı BOKT» ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli 477/14/PBQ nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alanmaqla borclunun iddia müddətindən sonra xx.xx.2019-cu il tarixinədək 3400 manat məbləğində ödənişləri olması müəyyən edilir. Cədvəl məlumatlarından göründüyü kimi həmin ödənişləri xx.xx.2019-cu il tarixli qərardadın müddətinədək hesabladıqda Cavabdeh1 banka olan borcu 6038,54 manat məbləğində müəyyən olunur. Əsas böorc üzrə 6038,54 manat, faiz borcu üzrə 0 manat. Birinci instansiya məhkəməsi iş materiallarına və ekspert rəylərinə istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borcun tutulması qənaətinə gəlməkdə haqlı olsa da, yekunda səhv nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli, 477/14/PBQ saylı kredit müqaviləsindən görünür ki, "İddiaçı" BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən iddiaçı təşkilat tərəfindən sonuncuya 36 ay müddətinə, illik 6 faiz ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, iddiaçı təşkilat Cavabdeh1 yaranmış borcu tələb etməkdə haqlıdır. Məhkəmə kolllgiyası qeyd edir ki, apelyasiya şikayətində iddiaçı təşkilat qətnamə ilə cavabdehdən tutulan borc məbləğini mübahisələndirdiyindən məhkəmə qərardadı ilə tələb edilən borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/3915 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə Cavabdeh1 banka olan borcu əsas borc üzrə 8400,61 manat, faiz borcu üzrə 312,22 manat təşkil edir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh 15000 manat pul məbləğini 36 ay müddətinə illik 6% olmaqla götürmüşdür. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə müqavilə üzrə cavabdehdən əsas borc və cərimə borcu üzrə pul məbləğinin tutulmasını müəyyən etsə də, müqavilə üzrə faiz borcuna dair hissədə iddianı rədd etmişdir ki, məhkəmə kollegiyası bu nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan ekspert rəyi ilə müəyyən edilir ki, cavabdehin müqavilə üzrə banka 312,22 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4398,99 manat faiz borcunun tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-nin xeyrinə Cavabdeh1 Ğmərbəy oğlundan 312,22 manat faiz borcu tutulmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat əsas borc üzrə 8054,70 manat tələb etsə də birinci instansiya məhkəməsi müqavilə üzrə əsas borc üzrə 6038,54 manat pul məbləğinin tutulması nəticəsinə gəlmişdir ki, məhkəmə kollegiyası qətnamənin bu hissəsi ilə də razılaşmır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/3915 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə Cavabdeh1 banka olan borcu əsas borcu 8400,61 manat təşkil edir. Göründüyü kimi, ekspert rəyi ilə qətnamədə göstərilən məbləğ fərqlidir. Belə olan halda qətnamə cavabdehdən 6038,54 manat pul məbləğinin tutulması hissəsində dəyişdirilməli, cavabdehdən tutulacaq əsas borc ekspert rəyinə uyğun 8400,61 manat müəyyən edilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, qətnamə ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində də dəyişdirilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi «xxxx» MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən ipoteka predmetləri olan ünvan 5 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 3-cü mərtəbəsində yerləşən X8 mülkiyyətində olan 67,87 kv.metr ümumi, 53,5 kv.metr yaşayış, 4,37 kv.metr yardıiçı sahədən ibarət 4 otaqlı 20 nömrəli mənzilin hazırki bazar qiymətinin 35.000 manat, Xaçmaz rayonu Ukur oba kəndində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlunun, X2 və X5 xüsusi mülkiyyətində olan 0,16 ha torpaq sahəsi ilə birlikdəhəmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı 150,2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100,3 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırki bazar qiymətinin 50.000 manat təşkil etməsini müəyyən etmişdir. Qeyd edilən ilkin satış qiymətləri iddiaçı təşkilat tərəfindən mübahisələndirildiyindən ipoteka predmetlərinin qiymətləndirilməsi üçün yenidən ekspertizə təyin edilmişdir. Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə də ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan əlavə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxx 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli, A-04/391 və A- 04/392 saylı qiymətləndirmə hesabatlarından görünür ki, Xaçmaz şəhəri N.Nərimanov küçəsində 74A ünvanında yerləşən ipoteka predmetinin likvid dəyəri 25000 manat, Xaçmaz rayonu Ukur oba kəndində yerləşən ipoteka predmetinin likvid dəyəri 20000 manat müəyyən edilir. Bu səbəbdən də qətnamə Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 35000 manat məbləğində, Xaçmaz rayonu Ukur oba kəndində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməli, Xaçmaz şəhəri N.Nərimanov küçəsində 74A ünvanında yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 25000 manat məbləğində, Xaçmaz rayonu Ukur oba kəndində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 20000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.9-cu maddəsinə əsasən müqavilənin 2.8-ci bəndində şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçüb borclu kreditora kreditin əsas məbləğinin qalığından 0,2 faiz dəbbə pulu, yəni cərimə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə də məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, iddiaçı təşkilat cavabdeh əsas borca görə 9791,99 manat cərimə borcu tələb etmişdir.. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq 9791,99 manat cərimə borcunun yüksək olması qənaətinə gələrək cərimə məbləğini 100 manat məüyyən etmişdir. Bu səbəbdən məhkəmə kolelgiyası hesab edir ki, qətnamə cərimə borcuna dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iddiaçı təşkilatın apelyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat pulun 50 manatı İddiaçı BOKT ASC-dən, 50 manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba keçirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-119/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi 4398,99 manat faiz borcunun tutulması barədə iddianın rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbi faiz borcuna dair hissədə qismən təmin edilməli, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə faiz borcuna görə 312,22 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı NOKT ASC-nin xeyrinə tutulmalı, qətnamə Cavabdeh1 müqavilə üzrə əsas borca görə 6038,54 manatın tutulması və Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 35000 manat məbləğində, Xaçmaz rayonu Ukur oba kəndində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməli, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borca görə 8400,61 manat pul məbləğinin tutulması müəyyən edilməli, Xaçmaz şəhəri N.Nərimanov küçəsində 74A ünvanında yerləşən ipoteka predmetinin likvid dəyəri 25000 manat, Xaçmaz rayonu Ukur oba kəndində yerləşən ipoteka predmetinin likvid dəyəri 20000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2.2,392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti qismən təmin olunsun. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-119/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi 4398,99 manat faiz borcunun tutulması barədə iddianın rədd edilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə faiz borcuna görə 312,22 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı NOKT ASC-nin xeyrinə tutulsun. Qətnamə Cavabdeh1 müqavilə üzrə əsas borca görə 6038,54 manatın tutulması və Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 35000 manat məbləğində, Xaçmaz rayonu Ukur oba kəndində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilsin. xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borca görə 8400,61 manat pul məbləğinin tutulması müəyyən edilsin. Xaçmaz şəhəri N.Nərimanov küçəsində 74A ünvanında yerləşən ipoteka predmetinin likvid dəyəri 25000 manat, Xaçmaz rayonu Ukur oba kəndində yerləşən ipoteka predmetinin likvid dəyəri 20000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat pulun 50 manatı İddiaçı BOKT ASC-dən, 50 manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar