Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1657/2022 18.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı çıxarışın qismən ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və torpaq sahəsi üzərində mülkiyyət hüququndan maneəsiz istifadə hüququnun bərpa edilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli qərardadı ilə (hakim E.T.Məmmədov) İddiaçı vəkil nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(012)-86/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-86/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Cavabdeh1 verilmiş xx.xx.2014-cü il tarixli, **********59 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın qismən seriya MH, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla mülkiyyə hüququ ilə ona məxsus olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, ona məxsus olan torpaq sahəsinin boşaldılması və onun torpaq sahəsi üzərində mülkiyyət hüququndan maneəsiz istifadə hüququnun bərpa edilməsi barədə iddia tələbinin rədd edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 14 fevral 2020-ci il tarixli, 32257 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 21 iyun 2021-ci il tarixli, 10/2589 saylı məhkəmə tikinti-texniki ekspertizasına 50 manat ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ**********0000003944; SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası MərkəziVÖEN **********; hesab AZ34CTRE******************** qət edilmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti daxil olmuş və o, Abşeron Rayon Məhkəməsinin 2(012)-86/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbini təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Cavabdeh müalicə üçün Türkiyə Respublikasında olmuş, qətnaməni rəsmi qaydada ala bilməmişdir. 2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıdan kimi, qətnamənin surətini almış və apellyasiya şikayəti vermişdir. Qərardad düzgün qəbul edilməmişdir. Belə ki, məhkəmə qərardadın əsaslandırıcı hissəsində qeyd edir ki, iş materiallarında olan xəbərnamədən görünür ki, qətnaməni Ş.Ş.Yolçuyev soyadlı qohumu 02 noyabr 2021-ci il tarixdə almışdır. Lakin məhkəmə Yolçiyevin hansı əsaslarla İddiaçı qohumu olmasını müəyyən etməsini əsaslandırmamışdır. Çünki İddiaçı anasında başqa heç kimi yoxdur. Anası ilə birlikdə həmin vaxt Turkiyədə olmuşdur. Bundan başqa məhkəmə qərardadda qeyd etmişdir ki, o, bu iş üzrə elektron kabinetdə qeydiyyata alınmış və qətnamə sistemə yükləndiyi andan 22 oktyabr 2021-ci il tarixdə məlumatlandırılmışdır. Odur ki, Abşeron Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli 2(012)-86/2021 saylı qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, xəbərnamədən görünür ki, İddiaçı Yolçuyev adlı qohumu sözügedən qətnaməni xx.xx.2021-ci il tarixdə rəsmi qaydada almışdır. Bundan başqa İddiaçı vəkilinümayəndəsi Vəkil 2(012)-86/2021 saylı mülki iş üzrə elektron kabinetdə qeydiyyata alınmış və İddiaçı vəkili-nümayəndəsi Vəkil sözügedən qətnamənin sistemə yerləşdirildiyi xx.xx.2021-ci il tarixdə şəxsi kabinetinə bildiriş çatdırılmaqla məlumatlandırılmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-86/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən şikayət vermə müddətinın axımı İddiaçı vəkili-nümayəndəsi Vəkil sözügedən qətnamənin sistemə yerləşdirildiyi şəxsi kabinetinə bildiriş çatdırılmaqla məlumatlandırıldığı, xx.xx.2021-ci ildən başlamış və həmin müddət xx.xx.2021-ci ildə qurtarmışdır. İddiaçı vəkili-nümayəndəsi R.B,İldırımzadə qeyd olunan qətnamədən apellyasiya şikayətini isə xx.xx.2022-ci ildə təqdim etməklə müddəti ötürmüş və üzürlü səbəblərdən müddətin ötürülməsi ilə bağlı ərizə təqdim etmədiyindən apellyasiya şikayət geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki-Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən ərizəyə yazılı icraat qaydasında baxmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq eəmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadıgından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 20 may 2022-ci il tarixli 2(012)-86/2021 nömrəli qərardadı dəiyşdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1657/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1657/2022
18.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver