Məhkəmə qərarları › İş №2(105)-166/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-166/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-166/2022 10.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, iddiaçı ”Para” bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X11 iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 2(067)-119/2019 saylı qətnaməsindən iddiaçı ”Para” bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 2(067)-119/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) iddiaçı ”Para” bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğluna, X2, X3, X5 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin tutulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1 04 dekabr 2014-cü il tarixli, 477/14/PBQ nömrəli kredit müqaviləsi üzrə əsas borc 6038,54 manat, 100 manat cərimə borcu, hüquqi yardıma görə 50 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manatın tutularaq iddiaçı ”Para” bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinə ödənilməsi, tutmanın Xaçmaz şəhəri, N.Nərimanov küçəsində X12 mülkiyyətində olmuş 0,2125 ha torpaq sahəsi və üzərində yerləşən 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 67,87 kv.metr ümumi, 53,5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 20 nömrəli mənzilə və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlunun, X1 və X4 xüsusi mülkiyyətindəki ünvan 2ində 0,16 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 150,2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100,3 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 35000 manat məbləğində, ünvan 2ində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2(105)-1644/2020 saylı qətnaməsi ilə iddiaçı ”Para” bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti qismən təmin olunmuş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-119/2019 saylı, 27 dekabr 2019-cu il tarixli qətnaməsi 4398,99 manat faiz borcunun tutulması barədə iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə faiz borcuna görə 312,22 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçı ”Para” bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, qətnamənin Cavabdeh1 müqavilə üzrə əsas borca görə 6038,54 manatın tutulması və Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 35000 manat məbləğində, ünvan 2ində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borca görə 8400,61 manat pul məbləğinin tutulması müəyyən edilmiş, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində 74A ünvanında yerləşən ipoteka predmetinin likvid dəyəri 25000 manat, ünvan 2ində yerləşən ipoteka predmetinin likvid dəyəri 20000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(102)-3408/2021 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1644/2020 nömrəli iş üzrə 1 dekabr 2020-ci il tarixli qətnaməsi qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissədə, yəni borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İş materiallarından görünür ki, ”Para” bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 cəmiyyətin xeyrinə 2014-cü il 04 dekabr tarixli, 477/14/PBQ nömrəli kredit (borc) müqaviləsinə üzrə 8054,70 manat əsas, 4398,99 manat hesablanmış faiz, 9791,99 manat dəbbə pulu, cəmi 22245,68 manat, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetinin 18000 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadədə olan 0,2125 ha torpaq sahəsində yerləşən X12 mülkiyyətindəki 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 67,87 kv.m ümumi, 53,5 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 20 nömrəli mənzilin və ipoteka predmetinin 10000 manat qiymətləndirilməsi və borcun əvəzinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlu, Cavabdeh3 Mədətxan oğlu, X6 və X4 xüsusi mülkiyyətindəki Xaçmaz rayonu, Üküroba kəndində mülkiyyətində olan 0,16 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 150,2 kv.m ümumi, 49,9 kv.m yaşayış və 100,3 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, fərdi yaşayış evinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadədə olan 0,2125 ha torpaq sahəsində yerləşən 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 67,87 kv.m ümumi, 53,5 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 20 nömrəli mənzildən orada yaşayan X9 və Cavabdeh4 və Xaçmaz rayonu, Üküroba kəndində olan 0,16 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 150,2 kv.m ümumi, 49,9 kv.m yaşayış və 100,3 kv.m yardımçı sahədən ibarət 3 otaqlı evdən orda yaşayan Cavabdeh1, Cavabdeh3 Mədətxan oğlu, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlu, X6 və X4 çıxarılması, fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 cəmiyyətin (indiki İddiaçı BOKT ASC) “Quba” filialından 2014-cü il 04 dekabr tarixli, 477/14/PBQ nömrəli kredit (borc) müqaviləsinə əsasən illik 6 faizlə 36 ay müddətinə heyvandarlığın artırılması məqsədilə 15000 manat borc almışdır. Bu borcun təminatı olaraq Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadədə olan 0,2125 ha torpaq sahəsində yerləşən X12 mülkiyyətindəki 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 67,87 kv.m ümumi, 53,5 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 20 nömrəli mənzil 04 dekabr 2014-cü il tarixli, 477/14-1/PBQ nömrəli ipoteka müqaviləsinə əsasən və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlu, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlu, X6 və X4 xüsusi mülkiyyətindəki Xaçmaz rayonu, Üküroba kəndində mülkiyyətində olan 0,16 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 150,2 kv.m ümumi, 49,9 kv.m yaşayış və 100,3 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi 04 dekabr 2014-cü il tarixli, 477/14/PBQ nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqavilələri notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və gecikdirilən hər gün üçün kreditor borcludan kreditin qalıq məbləğinin 0,2 faiz həcmində dəbbə pulu tələb edir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən SKMF və ya KTA hesabına verilmiş kredit vəsaiti Fonda və ya Agentliyə geri qaytarılarsa, həmin andan borclu ilə cəmiyyət arasında müvəkkil bankın faiz tariflərinə müvafiq qaydada, yəni 32 %-lə borcluda qalmış məbləğə bu müqavilə və ipoteka müqavilələri bağlanmış hesab edilir. Vəsait qaytarılanadək icra edilməmiş, yəni ödənilməmiş borcun əvəzini də borclu müvəkkil bankın yeni faiz dərəcələri ilə ödəməlidir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 2018-ci il fevral ayının 02-dək Cavabdeh1 cəmiyyətə 2014-cü il 04 dekabr tarixli, 477/14/PBQ nömrəli kredit (borc) müqaviləsi üzrə 8054,70 manat əsas, 4398,99 manat hesablanmış faiz, 9791,99 manat dəbbə pulu, cəmi 22 245,68 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda həll edilməli məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiymətinin əks edilməsidir. İddia ərizəsinə əlavə edilən müstəqil qiymətləndiricinin rəyinə əsasən ipoteka ilə yüklü edilmiş Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadədə olan X12 mülkiyyətindəki evin bazar qiyməti 18000 manat, Xaçmaz rayonu, Üküroba kəndində 0,16 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 150.2 kv.m ümumi sahəsi olan evin bazar qiyməti 10000 manat müəyyən edilmişdir. ”Para” bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ”Para” BOKT ASCnin xeyrinə 04 dekabr 2014-cü il tarixli, 477/14/PBQ nömrəli kredit müqaviləsi üzrə 8054,70 manat əsas, 4398,99 manat faiz, 9791,99 manat dəbbə pulu, cəmi 22245,68 manat, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 1000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmetinin 18000 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0,2125 ha torpaq sahəsində yerləşən X12 mülkiyyətindəki 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 67,87 kv.metr ümumi, 53,5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 20 nömrəli mənzilinin və ipoteka predmetinin 10000 manat qiymətləndirilməsi və borcun əvəzinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlu, X6 və X4 xüsusi mülkiyyətindəki Xaçmaz rayonu Üküroba kəndində 0,16 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 150,2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100,3 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0,2125 ha torpaq sahəsində yerləşən 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 67,87 kv.metr ümumi, 53,5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 20 nömrəli mənzildən orada yaşayan X9, Xaçmaz rayonu Üküroba kəndində 0,16 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 150,2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100,3 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı evdən orada yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlu, X6 və X4 çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı ”Para” bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC öz növbəsində əmlaka 35000 və 50000 AZN qiymət qoymuşdur. Əmlaklara qoyulmuş qiymət olduqca yüksəkdir və Xaçmaz rayonu və həmin rayonun Üküroba kəndində belə bir əmlakların qiymətinin belə yüksək olması inandırıcı deyildir. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən əmlaklar 2014-cü ildə müvafiq olaraq 18000 və 10000 AZN qiymətləndirilmişdir. 2014-cü ilin əmlak qiymətləri ilə hazırki dövrdə əmlak qiymətləri arasında bu qədər kəskin fərq ortaya çıxa bilməzdi. Əksinə, 2014-cü ildə əmlakların daha yüksək qiymətə olması hamıya məlumdur. Məhkəmənin qətnamədə əmlakların qiymətinin 35000 və 50000 AZN müəyyən etməsi barədə istinad etdiyi ekspert rəyinin düzgün olmadığı qənaətindədirlər. Əmlakın qiymətinin müəyyən edilməsi üçün əlavə əmtəəşünaslıq ekspertizası keçirilməli idi. Çünki ipoteka müqaviləsi ilə qiymətlənmə rəyləri arasında qiymət fərqinin bu qədər kəskin olması məhkəmə tərəfindən də nəzərə alınmalı idi. Məhkəmə isə bu fərqə əhəmiyyət vermədən ekspert rəyini mütləq sübut kimi qiymətləndirmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19.11.2019-cu il tarixli, 28453 nömrəli rəyi ilə də razı deyildirlər. Belə ki, həmin rəydə ekspert hesablama düsturuna istinad etmədən, borclunun ödənişlərini əsas borcdan silməklə 8054,70 manat əsas borcu qanunsuz olaraq 6038,54 manata endirmiş, eyni zamanda faiz borcunun olmamasını qeyd etmişdir. Tamamilə əsassız və qanunsuz rəy əsasında məhkəmə cəmiyyətin maddi mənafelərinə zidd olan qətnamə çıxarmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin əmlakın qiyməti və borcun müəyyən edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı ”Para” bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X15 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlu, X6, X10 və X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinə aid hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(102)-3408/2021 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində ləğv edildiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, “Parabank” açıq səhmdar cəmiyyətinin Quba filialı ilə bağlanmış 04.12.2014-cü il tarixli, 477/14/PBQ saylı kredit (borc) müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 6 faiz olmaqla, 36 ay müddətinə heyvandarlığın artırılması məqsədi ilə 15000 manat kredit verilmişdir. İş materiallarında olan “Parabank” açıq səhmdar cəmiyyətinin Quba filialı ilə bağlanmış 04.12.2014-cü il tarixli, 477/14-1/PBQ saylı ipoteka müqaviləsindən görünür ki, “Parabank” açıq səhmdar cəmiyyətinin Quba filialı ilə bağlanmış 04.12.2014-cü il tarixli, 477/14/PBQ saylı kredit (borc) müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 6 faiz olmaqla, 36 ay müddətinə heyvandarlığın artırılması məqsədi ilə verilmiş 15000 manat borc öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə X12 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0,2125 ha torpaq sahəsində yerləşən 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 67,87 kv.metr ümumi, 53,5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 20 nömrəli mənzil ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti 18000 manat qiymətləndirilmişdir. İş materiallarında olan “Parabank” açıq səhmdar cəmiyyətinin Quba filialı ilə bağlanmış 04.12.2014-cü il tarixli, 477/14/PBQ saylı ipoteka müqaviləsindən görünür ki, “Parabank” açıq səhmdar cəmiyyətinin Quba filialı ilə bağlanmış 04.12.2014-cü il tarixli, 477/14/PBQ saylı kredit (borc) müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 6 faiz olmaqla, 36 ay müddətinə heyvandarlığın artırılması məqsədi ilə verilmiş 15000 manat borc öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlunun, X1 və X4 xüsusi mülkiyyətində olan ünvan 2ində 0,16 ha torpaq sahəsi və üzərində yerləşən Cavabdeh1 mülkiyyətində olan 2 mərtəbəli 150,2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100,3 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti 10000 manat qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0,2125 ha torpaq sahəsində yerləşən 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 67,87 kv.metr ümumi, 53,5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 20 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X12 adına 29 iyun 2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X12 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74A sayı evin 20 saylı mənzilinin ipoteka ilə yüklü edilməsi 11 dekabr 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Üküroba kəndində 0,16 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlunun, X1 və X4 adlarına, həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 150,2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100,3 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 14 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Üküroba kəndində 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi 11 dekabr 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 09 iyul 2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin 02 fevral 2018-ci il tarixli maliyyə arayışından görünür ki, 04.12.2014-cü il tarixli, 477/14/PBQ saylı kredit müqaviləsi üzrə Cavabdeh1 əsas kredit borcu 8054,70 manat, faiz borcu 4398,99 manat, dəbbə 9791,99 manat, cəmi borcu 22245,68 manat təşkil edir. İş materiallarında olan İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin 21 iyun 2019-cu il tarixli maliyyə arayışından görünür ki, 04.12.2014-cü il tarixli, 477/14/PBQ saylı kredit müqaviləsi üzrə Cavabdeh1 əsas kredit borcu 8054,70 manat, faiz borcu 5744,33 manat, dəbbə 17911,13 manat, cəmi borcu 31710,16 manat təşkil edir. İş materiallarında olan bildirişlərin surətlərindən görünür ki, 04.12.2014-cü il tarixli, 477/14/PBQ saylı kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlu, X6 və X7 xəbərdar edilmişlər. İş materiallarında olan İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin ərizələrindən görünür ki, X12 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74A sayı evin 20 saylı mənzilinə və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlunun, X1 və X4 mülkiyyətində olan Xaçmaz rayonu, Üküroba kəndində 0,16 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 150,2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100,3 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişlər müvafq olaraq 21 aprel və 29 aprel 2017-ci il tarixlərdə qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 07 yanvar 2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin 27 fevral 2019-cu il tarixli rəylərindən görünür ki, ünvan 3 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 3-cü mərtəbəsində yerləşən X12 mülkiyyətində olan 67,87 kv.metr ümumi, 53,5 kv.metr yaşayış, 4,37 kv.metr yardımçı sahədən ibarət 4 otaqlı 20 nömrəli mənzilin hazırki bazar qiyməti 35000 manat, Xaçmaz rayonu, Üküroba kəndində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlunun, X1 və X4 xüsusi mülkiyyətində olan 0,16 ha torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı, 150,2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100,3 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırki bazar qiyməti 50000 manat təşkil edir. İş üzrə keçirilmiş ekspertizanın 19 noyabr 2019-cu il tarixli, 28453 saylı rəyindən görünür ki, İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli, 477/14/PBQ nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla borclunun iddia müddətinə, yəni 16.07.2018-ci il tarixə banka əsas borcu 8400,61 manat, faiz borcu 614,64 manatdır. İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli, 477/14/PBQ nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla borclunun iddia müddətindən sonra 25.06.2019-cu il tarixinədək 3400 manat məbləğində ödənişləri olması müəyyən edilir. Cədvəl məlumatlarından göründüyü kimi həmin ödənişləri 25.06.2019-cu il tarixli qərardadın müddətinədək hesabladıqda Cavabdeh1 banka olan borcu 6038,54 manat məbləğində, əsas borc üzrə 6038,54 manat, faiz borcu üzrə 0 manat müəyyən olunur. İş materiallarında olan "xxxx" MMC-nin M219/20 saylı, 07 oktyabr 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Xaçmaz rayonu, Üküroba kəndində yerləşən evin 08 oktyabr 2020-ci il tarixə likvid dəyəri 19000-20000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin M220/20 saylı, 07 oktyabr 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74A sayı evin 20 saylı mənzilinin 07 oktyabr 2020-ci il tarixə likvid dəyəri 24000-25000 manat təşkil edir. İş üzrə keçirilmiş ekspertizanın 15 oktyabr 2020-ci il tarixli, 9/3915 saylı rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, 04 dekabr 2014-cü il tarixli, 477/14/PBQ nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinin bitdiyi tarixə, yəni 10.12.2017-ci il tarixinə ödənişlər nəzərə alınmaqla İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinə borcu 8712,84 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 8400,61 manat, faiz borcu üzrə 312,22 manatdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 17.12.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ipoteka predmeti olan X12 mülkiyyətində olmuş Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74A sayı evin 20 saylı mənzilin likvid dəyəri 33000 manat və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlunun, X1 və X4 xüsusi mülkiyyətlərində olan Xaçmaz rayonu, Üküroba kəndində 0,16 ha torpaq sahəsi və üzərində yerləşən Cavabdeh1 mülkiyyətində olan 2 mərtəbəli 150,2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100,3 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 52500 manatdır. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində ləğv edərkən, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə kollegiyası ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi ilə bağlı iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. 17.12.2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyən olunmuşdur ki, ipoteka predmeti olan X12 mülkiyyətində olmuş Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74A sayı evin 20 saylı mənzilin likvid dəyəri 33000 manat və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlunun, X1 və X4 xüsusi mülkiyyətlərində olan Xaçmaz rayonu, Üküroba kəndində 0,16 ha torpaq sahəsi və üzərində yerləşən Cavabdeh1 mülkiyyətində olan 2 mərtəbəli 150,2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100,3 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 52500 manatdır. Məhkəmə kollegiyası qeyd edir ki, 17.12.2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyən edilmiş ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətlər arasında kəskin fərq yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətlərinə aid hissələrdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinə aid hissələrdə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və iş üzrə məhkəmə qətnaməsinin həmin hissələrdə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinə aid hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının dəyəri olan 800 manatın 400 manatı iddiaçı ”Para” bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətindən, 400 manatı Cavabdeh1 tutularaq “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin hesablaşma hesabı AZ 06AİİB********************, VÖEN:**********, “Kapital bank ASC Sumqayıt filialı, bank kodu 200253, müxbir hesabı AZ37NABZ********************4, bank VÖEN:**********, SWİFT AİİBAZ2X hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı ”Para” bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 2(067)-119/2019 saylı qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinə aid hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 800 (səkkiz yüz) manatın 400 (dörd yüz) manatı iddiaçı ”Para” bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətindən, 400 (dörd yüz) manatı Cavabdeh1 tutularaq “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin hesablaşma hesabı AZ 06AİİB********************, VÖEN:**********, “Kapital bank ASC Sumqayıt filialı, bank kodu 200253, müxbir hesabı AZ37NABZ********************4, bank VÖEN:**********, SWİFT AİİBAZ2X hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar