Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1677/2023 12.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 43 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 4 saylı Abşeron Ərazi İdarəsi, Cavabdeh3 və Cavabdeh4 qarşı «əqdin etibarsız hesab edilməsi və mənzilə dair reyestr çıxarışının ləğv olunması» tələbinə dair iddiası üzrə Abşeron Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(012)- 1172/2023 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 43 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əqdin etibarsız hesab edilməsi və mənzilə dair reyestr çıxarışının ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 9 saylı evin 18 saylı mənzilinə dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ona 45000 manat borcu olmuş və uzun müddət borcu ödəməkdən yayınmışdır. Son nəticədə onun mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 18 saylı mənzilin üzərinə xx.xx.2021-ci il tarixli qərardadla həbs qoyulmuşdur. Həbsdən 4 gün keçmiş Cavabdeh3 gizli yolla mənzili digər cavabdeh olan bacısı Cavabdeh4 bağışlamış, bağışlamadan sonra isə həbs qərardadından şikayət vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Uzun müddət borc tələbi icra edilməmişdir. Şəxsi işi ilə bağlı demək olar ki, Azərbaycanda olmur. Buna görə də mübahisəli mənzillə bağlı gedən proseslərdən xəbəri olmamşdır. Həmişə icra məmuru deyirdi ki, borclu pulu ödəməsə, onun mənzili hərraca çıxarılacaqdır. Ödəmə olmadığından mənzil hərraca çıxarılmış, hər dəfə ona bildiriş göndərilsə də, hərracda iştirak etməmişdir. Mənzili hərracda qanuni alqı-satqı yolu ilə özü almışdır. Bundan sonra isə reyestrdən çıxarış almaq üçün müvafiq orqana müraciət etmişdir. Oradan bildirmişlər ki, mənzil hələ də cavabdeh Qəlibiyyə Qarayevanın mülkiyyətindədir. Cavabdehlər arasında mənzilə dair bağışlama gizli yolla, qanunsuz olaraq və üzərində həbs olunduğu halda həyata keçirilmişdir. Abşeron Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(012)-1172/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 9 saylı evin 18 saylı mənzilinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh4 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış reyestrdən çıxarışın ləğv edilməsi qərara alınmışdır (hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(012)-1172/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməmişdir. Belə ki, iş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 9 saylı evin 18 saylı mənzili xx.xx.2012-ci il tarixdən onun mülkiyyətindədir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)-298/2021 saylı qərardadından görünür ki, təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 42/2020 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh3 adına qeydiyyata alınmış və mülkiyyətində olan ünvan 1 ünvanındakı 18 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 4Ə-411 reyestr nömrəli müqavilənin surətindən görünür ki, o, mülkiyyətində olan ünvan 1 ünvanındakı 18 saylı mənzilini Cavabdeh4 bağışlamışdır. Müqavilə Bakı şəhəri 43 saylı dövlət notariat kontorunda təsdiq edilmişdir. İş materiallarında olan ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 9 saylı evin 18 saylı mənzili xx.xx.2021-ci il tarixdən Cavabdeh4 mülkiyyətindədir. Hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməyib və bununla da tərəflərin mülkiyyət hüququnu pozub. O, mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 9 saylı evin 18 saylı mənzili Qarayeva Qəlbiyyə Əzi qızına qanunverciliyin tələbinə uyğun olaraq bağışlamışdır. Belə ki, xx.xx.2021-ci il tarixində Cavabdeh3 ilə Cavabdeh4 arasında ünvan 1, mənzil 18ə dair 4Ə-411 saylı reyestrlə “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il saat 09:42:08 tarixli “Forma 1” arayışından aydın görünür ki, adı gedən ünvan üzərində həbs və yüklülük qeydə alınmamışdır. Bundan əlavə cavabdeh borcundan 19000 manat pulu artıq iddiaçı tərəfə ödəmişdir, qalan borcu isə yaxın müddətdə ödəyəcəkdir. Buna görə də qətnamə ləğv olunmalı və iddia rədd olunmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 9 saylı evin 18 saylı mənzili xx.xx.2012-ci il tarixdən Cavabdeh3 mülkiyyətindədir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-42/2020 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, mənəvi zərərə görə cavabdeh "xxxx" MTK-dan 1000 manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh3 xeyrinə tutulmalı, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində "xxxx" MTK-nın tikilməkdə olan binasının 1-ci girişi, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 106,5 kv.m olan 2 otaqlı, 4 saylı mənzilinə dair "xxxx" MTK ilə X7 arasında bağlanmış xx.xx.2012-ci il tarixli «yaşayış binasında mənzil tikintisi haqqında» müqavilə və maliyyə arayışı 4 saylı mənzilə (aid olan hissədə) münasibətdə etibarsız hesab edilməli, Cavabdeh3 45000 manat pul, X1 isə 7772 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Məhəmməd oğluna verilməli, mənzil İddiaçı tərəfindən X2 təhvil verilməsi ilə onun təmir xərclərinin İddiaçı ödəməsi eyni vaxtda həyata keçirilməsi təmin edilməli, iş üzrə məhkəmə məsrəfi olan 288 manat 25 qəpik və 173 manat, ümumilikdə 461 manat 25 qəpik Cavabdeh3, 100 manat məbləğində ekspertiza xərcinin 32 manat 80 qəpiyi X1, qalan 67 manat 20 qəpiyi İddiaçı Məhəmməd oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat "xxxx" MTK-dan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş materiallarında olan Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-42/2020 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)- 298/2021 saylı qərardadından görünür ki, təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-42/2020 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh3 adına qeydiyyata alınmış və mülkiyyətində olan ünvan 1 ünvanındakı 18 saylı mənzilin üzərinə həbs qoyulmuşdur.Həmin tarixdə qərardad çıxarılarkən məhkəmə iclasında borclu Cavabdeh3 iştirak edərək təqdimatın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 4Ə-411 reyestr nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanındakı 18 saylı mənzilini Cavabdeh4 bağışlamışdır. Müqavilə Bakı şəhəri 43 saylı dövlət notariat kontorunda təsdiq edilmişdir. İş materiallarında olan ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 9 saylı evin 18 saylı mənzili xx.xx.2021-ci il tarixdən Cavabdeh4 mülkiyyətindədir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(105)-224/2021 saylı qərardadından görünür ki, Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin hərracın nəticələri barədə 238/22 saylı, xx.xx.2022-ci il tarixli protokolunun surətindən görünür ki, Cavabdeh3 məxsus, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi ünvanında yerləşən 9 saylı evin 18 nömrəli mənzili 36400 manata İddiaçı satılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil qeyd edilən müqaviləyə əsaslanmaqla xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına qeydə alınmışdır. Həmin müqavilə Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıldığından etibarsızdır və onun əsasında verilmiş reyestrdən çıxarış da ləğv edilməlidir. Qüvvədə olan qanunvericiliyə görə üzərinə həbs qoyulmuş daşınmaz əmlakın bu qaydada özgəninkiləşdirilməsi qadağandır və əmlak üzərinə həbs qoyulması institutunun mahiyyətinə ziddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, mübahisə predmetini Cavabdeh3 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi ünvanında yerləşən 9 saylı evin 18 nömrəli mənzilinin bacısı Cavabdeh4 bağışlanılmasına dair müqavilə təşkil edir. İşdəki mötəbər sənədlərdən görünür ki, Cavabdeh3 iddiaçıya borcu olmuş və bu borcun tutulması barədə icra sənədi verilmişdir. İcra sənədi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsi icraata başlamış və tələb icra edilmədiyindən borclu Cavabdeh3 mülkiyyətindəki mübahisəli mənzilin üzərinə həbs qoyulması barədə təqdimat verilmişdir. Bu təqdimat Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)-298/2021 saylı qərardadı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-42/2020 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh3 adına qeydiyyata alınmış və mülkiyyətində olan ünvan 1 ünvanındakı 18 saylı mənzilin üzərinə həbs qoyulmuşdur.İş materiallarına əsasən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli qərardadla mənzil üzərinə həbs qoyularkən həmin tarixdə birinci instansiya məhkəməsinin iclasında borclu Cavabdeh3 iştirak etmişdir. Lakin bundan cəmi 4 gün sonra hazırda mübahisələndirilən bağışlama müqaviləsi bağlanmış və Cavabdeh3 mülkiyyətində olan, lakin artıq üzərinə həbs qoyulmuş ünvan 1 ünvanındakı 18 saylı mənzili Cavabdeh4 bağışlamışdır. Qeyd edilən qərardaddan daha sonra Cavabdeh4 şikayət vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(105)-224/2021 saylı qərardadı ilə Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşdən görünür ki, xx.xx.2021-ci il tarixli, 4Ə-411 reyestr nömrəli müqavilə ilə mübahisəli mənzil Cavabdeh4 bağışlanmışdır, halbuki bu mənzilin üzərinə icra sənədinin icrasını təmin etmək məqsədilə məhkəmə qərardadına əsasən həbs qoyulmuş, lakin qeyd olunan mənzil həmin qərardadın tələblərinə zidd olaraq özgəninkiləşdirilmişdir. Buna görə də məhkəmə düzgün olaraq hesab etmişdir ki, həmin mənzil Cavabdeh3 tərəfindən bacısı Cavabdeh4 bağışlandığından həmin əqd etibarsızdır, çünki daşınmaz əmlak üzərinə həbsin qoyulması onun üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılması mənasına gəlir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli daşınmaz əmlak hazırda nə Cavabdeh3, nə də Cavabdeh4 mülkiyyətində ola bilməz və İddiaçı hazırki tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(012)-1172/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1677/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1677/2023
12.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver