Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1689/2024 25.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlak tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-176/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)177/2023 saylı 23 iyun 2023-cü il tarixli hökmündən göründüyü kimi, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək islah işləri cəzasına məhkum edilməsi hökm edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1578/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə, Məhkum olunmuş İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 (004 )177/2023 saylı, 23 iyun 2023-cü il tarixli hökmü ləğv edilmiş və ldarov Şahin Şahbaba oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 26 avqust 2022-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı barəsində şikayət etdiyiniz Qərb Ərazi Baş Gömrük İdarəsi “Mazımqara” gömrük postunun inspektoru, gomruk xidmət' leytenantı Cavabdeh gomruk orqanlarına xidmətə qəbul olunduqdan sonra əvvəlcədən əldə etdiyi vergi uçotunu ləğv etdirmədiyi müəyyən edilmiş, bu səbəbdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 08 avqust 2022-cı il lanxlı 1000/546Ş nomrəiı əmri ilə Mübariz Həsənova töhmət elan edilmiş və vergi uçotunu dərhal ləğv edilməsi təmin etməsi oarədə ona gostənş verilmiş və verilmiş göstəriş icra olunmuşdur.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Quba regional ərazi Şöbəsinin 05 sentaybr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciət ilə bağlı aparılar araşdırma zamanı H.Eldarova DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinə verdiyi 19 10 2022-ci ıl tarixli izahatında 2010-cı il tarixdən 05 05.2022-ci il tarixədək Cavabdeh tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğunu qeyd etmişdir. Lakin, Cavabdeh etibarnamə ilə nümayəndəsi olduğu Vəkil3 xx.xx.2022-ci il tarixli izahatında isə H.Eldarova ilə Cavabdeh yalnız qohumluq əlaqəsinin olduğunu və H.Eldarovanın Cavabdeh tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmədiyini qeyd etmişdir. Aparılan araşdırma zamanı iddiaçının həyat yoldaşı H.Eldarovanın Cavabdeh tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edən sənəd tərəfinizdən təqdim edilmədiyindən müraciətdə qeyd olunan məsələ araşdırma zamanı oz əksini tapmamışdır.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Quba regional ərazi Şöbəsinin 02 iyul 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli **********1 nömrəli və xx.xx.2022-ci il tarixli **********4 nömrəli müraciətləri əsasında araşdırılma aparılmış və əmək qanunvericiliyinin pozulması ilə bağlı Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli Protokol tərtib edilmiş və bu protokola əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Qərar tətbiq edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Bununla bağlı Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(027)-866/2022 nömrəli Qərarı ilə Cavabdeh barəsində tətbiq edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli Qərarın ləğv edilməsi və inzibati işin yenidən araşdırılması üçün DƏMX-nin Quba- Xaçmaz regional şöbəsinə göndərilməsi Qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 180 (yüz səksən) baş qoyunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 12 il əvvəl Cavabdeh heyvandarlıq təsərrüfatına baxmağa razılıq vermiş, çoban kimi işə başlamış, amma bir müddət sonra aldadıldığını hiss edib, əməyi qarşılığında edilən vədlər söz olaraq ortada qalmışdır. Onların razılaşmasına görə cavabdeh ödəniş əvəzi olaraq hər il ona 30 qoyun verməyi öhdəsinə götürmüş, o, isə ona çobanlıq edib, onun qoyun sürüsünü otarmaq və baxmağı öhdəsinə götürmüşdür. O, 6 ilinin haqqını cavabdehdən güc bəla ilə alsa da, qalan 6 ilin haqqını ala bilməmişdir. O, cavabdehin təsərrüfatı üçün özünü fəda etmiş, evində də düz-əməlli yaşaya bilməmiş, illərini çöllərdə keçirmiş, yayda yaylaqda, qışda isə qışlaqda yaşamalı olmuş, min bir zəhmətə qatlaşmışdır. O, sadəcə öz zəhmət haqqını istəyir. Cavabdeh ona borcu olan 180 heyvan verməli olduğu halda vermədiyindən ondan borcunu istəmiş, cavabdeh isə bildirmişdir ki, bir yerdə pulunu yığıb verəcək, "səninçün Qubadan yer alaram, ev alaram”, belə yalan vədlərlə onu aldatmışdır. Yol gedib, ailəsi və uşağı ilə qarovul dayanıb onun heyvanına baxmış, əziyyət çəkmişdir. Heç vaxt Mübarizdən borc pul almamışdır. O, ondan zəhməti olan haqqı istəyəndə o, heç bir əsas gətirmədən ona olan borcunu ödəməmiş, ona verməli olan 180 qoyunu verməmişdir. O, Mübarizin barəsində işlədiyi Dövlət Gömrük Komitəsinə və müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlər yazmışdır. Mübariz onu 2010-cu il tarixdən 2022-ci il tarixədək əmək müqaviləsi bağlamadan çoban kimi işlətmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən ona verilmiş cavaba əsasən Mübarizə töhmət elan olunmuşdur. Bundan başqa Əmək Müfəttişliyi tərəfindən Mübariz 3000 manat cərimə tətbiq olunmuşdur. X14 və X2 da şahiddirlər ki, Mübarizin onun zəhmət haqqını kəsməsi ilə bağlı aralarında narazılıqlar olmuş, Laçınla birlikdə Mübariz heyvanları ondan alıb qaynı Dəmirə vermişdir. Beləliklə də Mübariz onun haqqını verməmək üçün bu addımı atmışdır. Haqqı olaraq verilməli olan 180 baş qoyunun cavabdehdən alınıb ona verilməsi təmin olunmalıdır.
8. Cavabdeh nümayəndəsi qismində vəkili X3 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı guya onun Cavabdeh tərəfindən işlədilərək, zəhmət haqqının ödənilməməsini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Onun yeganə əsaslandığı şahid ifadələridir. Şahid ifadələri ilə əmək münasibətləri tənzimlənə bilməz. Şahidlər iddiaçının yaxın qohumlarıdırlar və təbii ki, onların ifadələri məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul oluna bilməz. Şahidlər ifadələrində bildiriblər ki, onlar göstərdiklərini İddiaçı və ya başqa şəxslərdən eşidiblər, yəni kimlərdənsə danışıq əsasında eşidilmiş sözlər də məhkəmədə sübut əhəmiyyəti daşıya bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirmişdir ki, İddiaçı onun əmisi oğludur. Mübariz Şahinə 180 baş hevyan verməli idi. O da, Şahinin yanında 200 manat maaşa çoban kimi işləmişdir. İldə 30 baş heyvan verməli idi. 6 ildir ki, Mübariz Şahinə heyvan vermir. Mübarizin indi də qoyun sürüsü vardır. Ona qaynı Dəmir baxır. Bir dəfə Mübariz Şahinə 30 baş heyvan verib. X16 aldadırdı.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6, X4, X5 şahid X14 ilə eyni məzmunlu ifadələr vermişlər.
11. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-176/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Aydın Babayev).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.5, 324.6-cı maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayəti verib Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-176/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun əsaslı olan iddia tələbinin təmin edilməməsi barədə xx.xx.2024-cü il tarixli, 2(027)-176/2024 saylı qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hesab edir ki, həmin qətnamə maddi və prоsessual hüquq nоrmalarının kobud şəkildə pоzulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar düzgün qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini onunla əsaslandırmışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı zahiri ifadəyə və başqa hallara görə tərəflərin iradəsinin məzmunu dəqiq müəyyənləşdirilə bilinmədiyindən, digər qaydada danışıqlar və yazışmalara dair sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Halbuki, iş üzrə əldə olunan sübutlar, şahid ifadələri və qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1578/2024 saylı, xx.xx.2023-cü il tarixli hökmü və Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 706/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, onunla cavabdeh arasında 12 il əvvəl razılıq əldə olunmuş və cavabdeh onun təsərrüfatına baxmaq müqabilində ildə 30 qoyun verəcəyini bildirmişdir. Lakin aralarında şifahi qaydada bağlanmış əqd üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklər pozulmuş, ona 6 il ərzində 180 (yüz səksən) baş qoyun borcu yaranmışdır və bu günədək borcunu ödəməkdən müxtəlif bəhanələrlə könüllü surətdə boyun qaçırmışdır. Birinci instansiya məhkəməsi onun təqdim etdiyi sübutları, ümumiyyətlə, nəzərə alınmamış, işin faktiki hallarına uyğun gəlməyən, maddi və prosessual hüquq normalarının kobud surətdə pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə çıxarmışdır.
15. İş üzrə əldə olunan mötəbər sübutlarla (şahid ifadələri, hökm və qərar) müəyyən olunur ki, cavabdehlə aralarında şifahi razılaşma olmuş və cavabdeh onun heyvandarlıq təsərrüfatına baxmaq qarşılığında ona ildə 30 baş qoyun verməyi öhdəsinə götürmüşdür. İradə ifadələri nəticəsində şifahi razılaşma mülki qanunvericiliyə uyğun olaraq mülki hüquq münasibətlər dairəsini yaratdığı üçün artıq onunla cavabdeh arasında podrat müqaviləsi bağlanmış sayılır. O həmin razılaşmaya əsasən nəzərdə tutulan işi icra etmişdir və öz öhdəliklərini vicdanlı şəkildə yerinə yetirsə də, cavabdeh öz növbəsində 6 il ərzində ildə 30 baş qoyun olmaqla, ümumilikdə, ona 180 baş qoyun verməkdən boyun qaçırmış, öz öhdəliklərini icra etməmiş və pozmuşdur. Cavabdeh ona verməli olduğu 180 baş qoyunu uzun müddət ərzində qanunsuz istifadə etməklə əsassız varlanmaqla ona xeyli miqdarda maddi ziyan vurmasına məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmiş və iş üzrə qeyd olunan maddi hüquq norması tətbiq edilməmişdir. Hazırki iş üzrə iddiaçının sübutları nəzərə alınmamış, birinci instansiya məhkəməsi tərəfindən sadalanan maddi hüquq normalarının tələbi tam şəkildə pozulmaqla iddia tələbi təmin edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirmişdir ki, İddiaçı onun əmisi oğludur. Mübariz Şahinə 180 baş heyvan verməli idi. O da, Şahinin yanında 200 manat maaşa çoban kimi işləmişdir. İldə 30 baş heyvan verməli idi. 6 ildir ki, Mübariz Şahinə heyvan vermir. Mübarizin indi də qoyun sürüsü vardır. Ona qaynı Dəmir baxır. Bir dəfə Mübariz Şahinə 30 baş heyvan verib. X16 aldadırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Şahin və Mübariz onun qohumlarıdır. Şahin heyvanları Mübarizə təhvil verəndə iştirak etmişdir. Həmin vaxt Şahinlə Mübariz arasında 180 baş qoyunun verilməməsinə görə mübahisə olmuşdur. Mübariz 180 baş qoyunu verməkdən imtina edərək Şahinə hədə-qorxu gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 da eyni məzmunlu ifadələr vermişlər. Göründüyü kimi məhkəmə şahidlərin ifadələrinin tərəflərin iradəsinin məzmunu dəqiq müəyyənləşdirilə bilinməməsi, digər qaydada danışıqlar və yazışmalara dair sübut təqdim edilməməsi qənaətinə gəlməsi qanunsuz və əsassızdır. O telefon işlədə bilmir, aralarında necə yazışma olmalıdır.
16. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1578/2024 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü və Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-706/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında Cavabdeh fiziki şəxs onu 2010cu ildən 03 may 2022-ci il tarixədək olan dövrdə əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı təsdiqini tapmışdır. Qeyd olunan hökm və qərarla işin faktiki halları, yəni onun cavabehin təsərrüfatında xidmət etməyi və cavabdehin xidmət qarşılığında öhdəliyini yerinə yetirməyərək heç bir ödəniş etmədiyi sübut olunsa da, birinci instansiya məhkəməsi MPM-nin 82.4-cü maddəsini tələbini pozmuş, qanunsuz və əsassız olaraq məhkəməyə təqdim etdiyim hökm və qərarı mötəbər sübut kimi qiymətləndirməmişdir.
17. Hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-nin 88ci maddəsinin tələbi kobud şəkildə pozulmaqla iş üzrə sübutlar birtərəfli qaydada, iddiaçının zərərinə qiymətləndirilmiş və həqiqəti əks etdirməyən qətnamə qəbul olunmuşdur. Belə ki, məhkəmə tərəfindən araşdırma zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Quba regional ərazi Şöbəsinin 05 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciəti ilə bağlı aparılan araşdırma zamanı H.Eldarova DƏMX-nin Quba- Xaçmaz regional şöbəsinə verdiyi 19 10 2022-ci il tarixli izahatında 2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğunu qeyd etmişdir. Lakin sonradan məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən qeyri-səmimilik göstərilərək qeyd olunan hal təkzib edilmiş və reallığı əks etdirməyən mülahizələr irəli sürülmüşdür. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 26 avqust 2022-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı Qərb Ərazi Baş Gömrük İdarəsi “Mazımqara” gömrük postunun inspektoru, gömruk xidmət leytenantı Cavabdeh gomruk orqanlarına xidmətə qəbul olunduqdan sonra əvvəlcədən əldə etdiyi vergi uçotunu ləğv etdirmədiyi müəyyən edilmiş, bu səbəbdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 08 avqust 2022-cı il lanxlı 1000/546Ş nomrəli əmri ilə Mübariz Həsənova töhmət elan edilmiş və vergi uçotunu dərhal ləğv edilməsi təmin etməsi barədə ona göstəriş verilmiş və verilmiş göstəriş icra olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Quba regional ərazi Şöbəsinin 02 iyul 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli **********1 nömrəli və xx.xx.2022-ci il tarixli **********4 nömrəli müraciətləri əsasında araşdırılma aparılmış və əmək qanunvericiliyinin pozulması ilə bağlı Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli Protokol tərtib edilmiş və bu protokola əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Qərar tətbiq edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi, iddia tələbi qeyd olunan hallarla təsdiq olunduğu üçün əsaslıdır. Lakin məhkəmənin qeyd olunan halları sübut kimi qiymətləndirməyərək və guya onun məhkəməyə iddia tələbini sübut edəcək əsaslı dəlil təqdim etməməsini əsas gətirərək prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
20. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil3apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
22. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
23. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, o, Quba Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-176/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Kollegiya əvvəla qeyd edir ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
36. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
37. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı əvvəla qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
38. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
40. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçının əmlakına dair iddiasının tam təmin edilməsi üçün əsaslı şübhələrdən kənar sübutlar kifayət deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə göstərilən qaydada iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
41. Hazırkı halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmiş, 180 baş qoyunun iddiaçıya verilməsi ilə bağlı İddiaçı ilə Cavabdeh arasında hər hansı razılaşmanın olmasına dair məhkəməyə heç bir mötəbər və əsaslı şübhələrdən kənar sübut təqdim etməmişdir.
42. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə düzgün qiymət verilmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-176/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.