Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1690/2022 20.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(012)-1283/2022 nömrəli qərardadından iddiaçı "xxxx" MMC-nin verdiyi şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(012)-1283/2022 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı şikayət ilə məhkəməyə müraciət edib, qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(012)-1283/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən 242 kv.metr sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.metr sahədən ibarət yeməkxana binası, 41.5 kv.metr sahədən ibarət WC binası, 1112,9 kv.metr sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.metr sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılaraq iddiaçı "xxxx" MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(012)-463/2017 nömrəli qətnaməsi ilə Cavabdeh iddia tələbi qismən təmin edilib, onun mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində "xxxx" MMC, X13 və X14 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC, X13 və X5 hesabına sökülərək torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsinin cavabdehlər "xxxx" MMC, X13 və X8 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlər "xxxx" MMC, X12 və X2 müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi 1.710 600 manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamə ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri kimi 100 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iddianın qalan hissədə əsassız olduğundan və tələb iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəldiyindən rədd olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)- 329/2019 nömrəli qətnaməsi ilə cavabdehlər X15 və X6 apellyasiya şikayətlərinin qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilib, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilərək iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində "xxxx" MMC, X13 və X14 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC, X13 və X1 hesabına sökülərək, torpaq sahəsinin cavabdehlər "xxxx" MMC, X13 və X5 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər "xxxx" MMC, X13 və X3 müştərək qaydada 500.000 manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi, iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu kimi 30 manat pulun cavabdehlər "xxxx" MMC, X13 və X3 müştərək qaydada alınaraq iddiaçıya verilməsi, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun cavabdehlərin özlərinə aid edilməsi, iş üzrə məhkəmə-əmtəəşünaslıq və xətşünaslıq ekspertizalarının dəyəri kimi 200 manat pulun cavabdehlər "xxxx" MMC, X13 və X3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)- 329/2019 nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdeh X9 münasibətdə təmin edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-407/2021 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsi cavabdeh X10 münasibətdə təmin olunmuş hissələrdə, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,975 ha torpaq sahəsində X14 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdeh X5 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsinin cavabdeh X7 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdeh X3 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi ******* manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur. Cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə icra icraatının dayandırılması barədə ərizə göndərərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı icra sənədi üzrə icra icraatının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli icra sənədinin icrası “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsi rəhbər tutularaq dayandırılmışdır. Qeyd olunan məhkəmə qərarları qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Abşeron Rayon İcra və probasiya şöbəsinə göndərilmiş, Abşeron Rayon İcra və probasiya şöbəsinin 14 oktyabr 2019-cu il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmiş, lakin X16 tərəfindən 500.000 manat məbləğində pul vəsaiti Cavabdeh ödənildikdən sonra Cavabdeh xahişi ilə icra sənədi üzrə icraat qanunsuz tikilinin sökülməsi hissəsində dayandırılmışdır. Göründüyü kimi, məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin qətnamə ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayon Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin "xxxx" MMC və X6 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması qət olunmuşdur. Beləliklə, tikililərin "xxxx" MMC-nin hesabına sökülməsi və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,975 ha torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi, özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların "xxxx" MMC-nin mülkiyyətinə keçməsi ilə nəticələnməlidir. Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(105)-407/2021 nömrəli qətnaməsinin Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5.973 ha torpaq sahəsində "xxxx" MMC, X13 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi hissəsindən imtina etməsi cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Tərəflər arasında mübahisə yaranmamışdan əvvəl Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində zavod inşa edilməsi ilə bağlı iddiaçı "xxxx" MMC-yə müraciət etmiş və tərəflər arasında şifahi olaraq razılıq əldə olunmuşdur. Məhz bu səbəbdən Cavabdeh tərəfindən "xxxx" MMC təsisçilərindən biri olan X11 500.000 manat məbləğində avans ödənilmişdir. Lakin sonradan məhkəmə qərarına əsasən həmin məbləğ Vahid Xələfovdan geri alınaraq cavabdehə qaytarılmışdır. Nəticədə Cavabdeh heç bir ödəniş etmədən iddiaçı "xxxx" MMC-nin hesabına öz ərazisində zavod əldə edərək əsassız varlanmışdır. Qeyd olunan bu xüsusatlar məhkəmə qərarı ilə öz əksini tapdığından təkrar sübut edilməsinə ehtiyac yoxdur və bu səbəbdən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində inşa edilən tikililər iddiaçının mülkü kimi qiymətləndirilərək ona təhvil verilməlidir. Abşeron Rayon Məhkəməsində olan 2(012)-174/2016 nömrəli mülki iş üzrə "xxxx" Qiymətləndirmə Şirkətindən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsində inşa edilmiş tikilinin (polistirolbeton zavodu) hazırki dövr üçün orta bazar qiyməti nə qədər təşkil etdiyinə dair MB 09/272 nömrəli, 12 noyabr 2016-cı il tarixli ekspert rəyi alınmışdır. Qiymətləndirmənin aparılması üçün mübahisəli polistirolbeton zavoduna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh məxsus torpaq sahəsində iddiaçı şirkət tərəfindən 242 kv.m. sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.m. sahədən ibarət yeməkxana binası, 41.5 kv.m. ibarət WC binası, 1112.9 kv.m. ibarət anbar (istehsalat binası) və 430 kv.m. ibarət köməkçi tikili qanunsuz olaraq inşa edilmişdir. İddiaçı "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən inşa edilən 242 kv.m. sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.m. sahədən ibarət yeməkxana binası, 41.5 kv.m. sahədən ibarət WC binası, 1112.9 kv.m. sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.m. sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və sökülən bütün material və qurğuların ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ İddiaçı "xxxx" MMC verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 31 may 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının əvvəlki məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icraatın tələbkar Cavabdeh ərizəsinə əsasən dayandırılmasına istinad etməsi və bunu əmlakların mübahisəli torpaq sahəsindən çıxarılmasına maneçilik kimi qiymətləndirməsi əsassızdır, çünki Abşeron rayon İcra və probasiya şöbəsinin qərarı ilə tələbkarın ərizəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli icra sənədinin icrası dayandırılmışdır. Həmin qərardan görünür ki, SV-QRUPMMC icra sənədi üzrə borcludur və icra icraatı üzrə tərəf kimi bu qərardan “İcra haqqında” Qanunun 21.6-cı maddəsinə əsasən şikayət etmək hüququ vardır. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" MMCnin Cavabdeh qarşı inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbi barədə iddia ərizəsi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Halbuki icra icraaatı “İcra haqqında” Qanunla tənzimlənir və həmin qanuna əsasən icra sənədi tələbkarın xeyrinə və maraqlarına uyğun olan borclunun isə əksinə maraqlarına uyğun olmayan müəyyən hərəkətləri etməyi və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməyi ehtiva edən sənəddir. Həmin Qanuna əsasən icraatın dayandırılmasının məcburiliyinə gəldikdə isə məhz icra sənədi üzrə tələb tələbkarın iradəsindən aslı olduğunu, onun xeyrinə və maraqlarına uyğun olduğunu nəzərə alaraq, tələbkarın xahişi ilə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin qərara əsasən borclunun həmin məcburi dayandırılmadan şikayət vermək hüququ nəzərdə tutulsa da, bu hüquq tələbkarın iradəsinə qarşı çıxa bilməz. Bu səbəbdən hazırki mülk işin predmeti “İcra haqqında” qanunla tənzimlənmədiyi üçün mübahisə iddia icraatı qaydasında baxılıb araşdırılmalı və cavabdehin üzərinə vəzifə qoyulmalıdır. "xxxx" MMC-nin mülkiyyətində olan əmlak kimi tanınmış, sökülərək ərazidən çıxarılması qərara alınmış əşyaların isə xeyli müddətdir ki, sahibliklərinə verilmir və vəziyyətin bu şəkildə davam etməsi mülkiyyət hüququndan məhrum etməyə qədər aparır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi mülki iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəldikdə Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, hazırki iddianın predmetini təşkil edən əmlaklarla bağlı qanuni qüvvəsini almış məhkəmə aktlarının icrası icra mərhələsində həll edilməli məsələ olmaqla icra məmurunun səlahiyyətinə aiddir. Bu icra sənədləri ilə əlaqədar istənilən icra tədbirləri və ya hərəkətləri “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra sənədinin aidiyyəti üzrə yönəldiyi icra qurumu tərəfindən həyata keçirilir. İş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iş materialları ilə müəyyən olur ki, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(012)-463/2017 nömrəli qətnaməsi ilə Cavabdeh iddia tələbi qismən təmin edilib, onun mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində "xxxx" MMC, X13 və X14 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC, X13 və X5 hesabına sökülərək torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsinin cavabdehlər "xxxx" MMC, X13 və X8 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlər "xxxx" MMC, X12 və X2 müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi 1.710 600 manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamə ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri kimi 100 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iddianın qalan hissədə əsassız olduğundan və tələb iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəldiyindən rədd olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)- 329/2019 nömrəli qətnaməsi ilə cavabdehlər X15 və X6 apellyasiya şikayətlərinin qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilib, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilərək iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində "xxxx" MMC, X13 və X14 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC, X13 və X1 hesabına sökülərək, torpaq sahəsinin cavabdehlər "xxxx" MMC, X13 və X5 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər "xxxx" MMC, X13 və X3 müştərək qaydada 500.000 manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi, iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu kimi 30 manat pulun cavabdehlər "xxxx" MMC, X13 və X3 müştərək qaydada alınaraq iddiaçıya verilməsi, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun cavabdehlərin özlərinə aid edilməsi, iş üzrə məhkəmə-əmtəəşünaslıq və xətşünaslıq ekspertizalarının dəyəri kimi 200 manat pulun cavabdehlər "xxxx" MMC, X13 və X3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)- 329/2019 nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdeh X9 münasibətdə təmin edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)- 407/2021 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsi cavabdeh X10 münasibətdə təmin olunmuş hissələrdə, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,975 ha torpaq sahəsində X14 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdeh X5 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsinin cavabdeh X7 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdeh X3 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi ******* manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur. Qeyd olunan məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Abşeron Rayon İcra və probasiya şöbəsinə göndərilmiş və Abşeron Rayon İcra və probasiya şöbəsinin icra məmurunun qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə ərizə verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı icra sənədi üzrə icra icraatının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)- 329/2019 nömrəli icra sənədinin icrası “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsi rəhbər tutularaq dayandırılmışdır. Hazırki iddia tələbinin əsasını mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən inşa edilən 242 kv.m. sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.m. sahədən ibarət yeməkxana binası, 41.5 kv.m. sahədən ibarət WC binası, 1112.9 kv.m. sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.m. sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və sökülən bütün material və qurğuların ona təhvil verilməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Repsublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Repsublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Birinci instansiya məhkəməsi Azərbaycan Repsublikası MPM-nin 261.0.1-ci maddəsinə istinad edib, mülki iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəldikdə hazırki iddianın predmetini təşkil edən əmlaklarla bağlı qanuni qüvvəsini almış məhkəmə aktlarının icrası icra mərhələsində həll edilməli məsələ olmaqla icra məmurunun səlahiyyətinə aid olması və bu icra sənədləri ilə əlaqədar istənilən icra tədbirlərinin və ya hərəkətlərinin “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra sənədinin aidiyyəti üzrə yönəldiyi icra qurumu tərəfindən həyata keçirilməsi əsasları ilə əsaslandırarkən işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verilməmiş, qanunvericiliyin normaları səhv təfsir edilmiş və prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Ona görə də, şikayət qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(012)-1283/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 23 iyun 2022-ci il tarixli, 2(012)-1283/2022 nömrəli qərardadı ləğv edilməli və mülki iş baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı "xxxx" MMC-nin verdiyi şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(012)-1283/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 23 iyun 2022-ci il tarixli, 2(012)-1283/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbinə dair mülki iş baxılmaq üçün həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1690/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1690/2022
20.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver