Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1701/2024 26.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: əmlakların dəyərinin ödənilməsi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlakların dəyərinin qaytarılması” tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(059)-496/2024 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi qiyməti 200 manat olan 80x110 sm ölçülü 4 ədəd güzgünün, qiyməti 80 manat olan 60x120 sm ölçülü 1 ədəd şüşə masanın, qiyməti 100 manat olan 120 sm ölçülü1 ədəd ellips formalı masanın, qiyməti 90 manat olan laminat materialından hazırlanmış 150 sm ölçülü 1 ədəd masanın, ümumi qiyməti 150 manat olan 5 ədəd dəri oturacağın, qiyməti 200 manat olan1 ədəd “Hoffman” markalı kondisionerin, qiyməti 100 manat olan 1 ədəd 100x70 sm ölçüdə asma şkafın, ümumi qiyməti 600 manat olan 1 ədəd 0,5x5.36 m ölçüdə laminat materialından hazırlanmış 1 ədəd masanın və 4 ədəd iki seksiyalı şkafın, qiyməti 120 manat olan 1 ədəd dəri divanın, qiyməti 800 manat olan Çin istehsalı üzərində “Base of X9” markalanma yazısı olan 1 ədəd kosmetik avadanlığın, qiyməti 400 manat olan bir dəst dəri oturacaqlı baş yumaq üçün qurğunun, ümumi qiyməti 60 manat olan 2 ədəd paslanmayan materialdan hazırlanmış paltarqurudanın ümumi dəyərini təşkil edən 2900 manatın, eləcə də, ödənilmiş 49 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddia ərizəsi ilə müraciət etməkdə məqsədi cavabdehlərin qanuni qüvvəyə minmiş məhkəmə aktı olmasına baxmayaraq, ona məxsus olan, lakin icazəsi olmadan cavabdehlər tərəfindən satılmış 2900 manat dəyərində avadanlığın pulunun qaytarılması ilə bağlıdır. Belə ki, cavabdehlər ona məxsus dəyəri qeyd edilən məbləğdə olan avadanlığı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda satmış və ona ödəməli olduqları pulu ödəməmişlər. Siyəzən Rayon Məhkəməsinin qərardadına əsasən, 2021-ci ildə ekspertiza keçirilərək həmin avadanlıqların dəyəri də dəqiq müəyyən edilmişdir. Cavabdehlərin onun icazəsi olmadan satıb pulunu mənimsədikləri avadanlıqlar ümumi qiyməti 200 manat olan 80x110 sm ölçülü 4 ədəd güzgüdən, qiyməti 80 manat olan 60x120 sm ölçülü 1 ədəd şüşə masadan, qiyməti 100 manat olan 120 sm ölçülü 1 ədəd ellips formalı masadan, qiyməti 90 manat olan laminat materialından hazırlanmış 150 sm ölçülü 1 ədəd masadan, ümumi qiyməti 150 manat olan 5 ədəd dəri oturacadan, qiyməti 200 manat olan1 ədəd “Hoffman” markalı kondisionerdən, qiyməti 100 manat olan 1 ədəd 100x70 sm ölçüdə asma şkafdan, ümumi qiyməti 600 manat olan 1 ədəd 0,5x5.36 m ölçüdə laminat materialından hazırlanmış 1 ədəd masa və 4 ədəd iki seksiyalı şkafdan, qiyməti 120 manat olan 1 ədəd dəri divandan, qiyməti 800 manat olan Çin istehsalı üzərində “Base of X9” markalanma yazısı olan 1 ədəd kosmetik avadanlıqdan, qiyməti 400 manat olan bir dəst dəri oturacaqlı baş yumaq üçün qurğudan, ümumi qiyməti 60 manat olan 2 ədəd paslanmayan materialdan hazırlanmış paltarqurudandan ibarətdir. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. "xxxx" MMC-nin 10 mart 2021-ci il tarixli, 29 nömrəli rəyindən görünür ki, Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 44 kv.m ölçülü qeyriyaşayış sahəsində quraşdırılmış mebellərin və orada olan avadanlıqların (işlənmə dərəcəsi nəzərə alınmaqla), o cümlədən 80x110 sm ölçülü 4 ədəd güzgünün hər birinin qiyməti 50 manat olmaqla, ümumi qiyməti 200 manat, 60x120 sm ölçülü 1 ədəd şüşə masanın qiyməti 80 manat, 120 sm ölçülü 1 ədəd ellips formalı masanın qiyməti 100 manat, laminat materialından hazırlanmış 150 sm ölçülü 1 ədəd masanın qiyməti 90 manat, 5 ədəd dəri oturacağın hər birinin qiyməti 30 manat olmaqla, ümumi qiyməti 150 manat, “Hoffman” markalı 1 ədəd kondisionerin qiyməti 200 manat, 100x70 sm ölçüdə 1 ədəd asma şkafın qiyməti 100 manat, 0,5x5.36 m ölçüdə laminat materialından hazırlanmış 1 ədəd masanın və 4 ədəd iki seksiyalı şkafın ümumi qiyməti 600 manat, 1 ədəd dəri divanın qiyməti 120 manat, Çin istehsalı üzərində “Base of X9” markalanma yazısı olan kosmetik 1 ədəd avadanlığın qiyməti 800 manat, dəri oturacaqlı baş yumaq üçün bir dəst qurğunun qiyməti 400 manat, paslanmayan materialdan hazırlanmış 2 ədəd paltarqurudanın hər birinin qiyməti 30 manat, ümumi qiyməti 60 manat olmaqla, cəmi əşyaların dəyəri 2900 manat müəyyən olunmuşdur.
5. Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 nömrəli qətnaməsi ilə, Cavabdeh1 İddiaçı xeyrinə 3300 manat və 320 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə pulun tutulması, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat məsrəf, məhkəməəmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 manatı, iddia tələbi üzrə ödədiyi 30 manat dövlət rüsumunun 38%-i, yəni 11,40 manatın tutularaq ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Siyəzən Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(059)-63/2021 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və maddi-mənəvi ziyan” tələbinə dair iddiası üzrə iddiaçının iddianı təmin etmək tədbiri barədə ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Habelə, həmin qərardadda qeyd edilmişdir ki, Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsindən də göründüyü kimi İddiaçı iddia tələbi mübahisə predmeti olmuş qeyriyaşayış sahəsində quraşdırılmış mebel avadanlıqlarına, eləcə də peşə fəaliyyəti üçün lazım olan ləvazimatlara münasibətdə təmin edilmədiyi üçün, tələbin rədd edilmiş hissəsinin icrası mümkün olmadığından hazırda həmin əşyalarla bağlı iddianı təmin etmək tədbirinin görülməsi istisna edilir.
7. 14 may 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 49 (qırx doqquz) manat dövlət rüsumu ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. Siyəzən Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(059)-496/2024 nömrəli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 2900 (iki min doqquz yüz) manat məbləğində pul və iddia tələbi üzrə ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumunun əvəzinin tutularaq ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1, 152.8, 135-ci maddəsinin İ və İİ hissələri, 386.1, 390.1, 405-ci maddəsinin İ və İİ hissələri, 406.1, 324-cü maddəsinin İ və İİ hissələri, 329cu maddəsinin İİ və İİİ hissələri, 329-cu maddəsinin İİ və İİİ hissələri, 21-ci maddəsinin İ və İİ hissələri, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 82.3, 4.1, 5.3, 14.2, 78.1, 88, 107, 119.1, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. Siyəzən Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(059)-496/2024 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər biri ayrıayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
11. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Siyəzən şəhəri ərazisində "xxxx" ASC-nin yanında yerləşən 0,0044 ha torpaq sahəsi Siyəzən bələdiyyəsinin 30 yanvar 2003-cü il tarixli, 1-9 nömrəli qərarı və torpaq icarə müqaviləsi əsasında 99 il müddətinə cavabdehlərin mərhum ataları X2 icarəyə verilmiş, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində 44 kv.m ölçüdə qeyri-yaşayış sahəsi mövcud olmuşdur. Qeyri-yaşayış sahəsi istifadəyə tam yararlı olmuş və məişət cihazlarının təmiri ilə məşğul olunurdu. Həmin torpaq sahəsi üzərində yerləşən 44 kv.m ölçüdə qeyri-yaşayış sahəsini iddiaçıya satmaq barədə aralarında razılıq əldə edilmişdir. Lakin, həmin qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı olmadığından alqı-satqını reallaşdıra bilməmişlər. Bundan sonra həmin sahənin sənədləri tam hazır olanadək, həmin sahəni iddiaçı icarəyə götürərək işlətmək istədyini bildirmişdir. Buna görə 11 mart 2020-ci il tarixdə Siyəzən rayon dövlət notariat ofisində 1 il müddətinə iddiaçıya etibarnamə verilmişdir. 14 mart 2020-ci il tarixdə məişət cihazları təmiri ilə məşğul olan obyekt iddiaçıya təhvil verilmişdir. İddiaçı həmin sahədə gözəllik salonu açacağını bildirmiş və oranı işlətməyə başlamışdır. Lakin sonrakı aylar iddiaçı ilə aralarında narazılıq yaranmışdır. İddiaçı hər ay işlətdiyi sahəyə görə cavabdehlərə ödəməli olduğu pulu ödəməkdən imtina etmişdir. Cavabdehlər 07 sentyabr 2020-ci il tarixdə iddiaçıya verilmiş etibarnaməni ləğv etdirmiş və iddiaçıya təklif etmişlər ki, sahəni boşaltsın. Bundan sonra iddiaçı özü işlətdiyi onlara məxsus olan qeyri-yaşayış sahəsini boşaldararq özünə məxsus olan bütün əşyaları, avadanlıqların hamısını çıxarıb özü ilə aparmış və "pul və maddimənəvi ziyan" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan müştərək qaydada 320 ABŞ dolları və 3740 manat nağd pulun, təmirə xərclədiyi 4450 manatın, avadanlıqların alınmasına və quraşdırılmasına sərf edilmiş 3750 manat məbləğində vəsaitin, vəkilə ödədiyi 1000 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun, avtomobilini tələsik ucuz qiymətə satdığına görə ona dəymiş 2000 manat məbləğində ziyanın, bankdan kredit götürdüyünə görə ödəməli olduğu 1837,48 manat faizin, kredit alarkən bank xərclərinə çəkilmiş 60 manat xərcin, ümumilikdə 320 ABŞ dolları və 16807,48 manat məbləğində pulun, mənəvi ziyana görə 5000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 nömrəli qətnaməsi ilə, Cavabdeh1 İddiaçı xeyrinə 3300 manat və 320 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə pulun tutulması, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat məsrəf, məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 manatı, iddia tələbi üzrə ödədiyi 30 manat dövlət rüsumunun 38%-i, yəni 11,40 manatın tutularaq ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı yenə də onlara qarşı yuxarda qeyd edilən tələblələrlə eynilik təşkil edən “əmlakların və ya onların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Siyəzən rayon Məhkəməsinin (hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi ilə) 2(059)- 137/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Siyəzən rayon Məhkəməsinin (2(059)-137/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən onlar, yəni cavabdehlər apellyasiya şikayəti vermiş, şikayətləri ilə bağlı iş Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatındadır. İşin baxılması yekunlaşmamışdır. İddiaçı hazırda cavabdehlərə qarşı “əmlakların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə yenə də məhkəməyə müraciət etmişdir. Siyəzən rayon Məhkəməsinin 2(059)-496/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 2900 (iki min doqquz yüz) manat məbləğində pul və iddia tələbi üzrə ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumunun əvəzi tutularaq ödənilməsi qət edilmişdir. Hesab edir ki, qətnamə ləğv edilərək iddia rədd edilməlidir. Əvvala Qətnamədən də göründüyü kimi, iş üzrə onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmədikləri üçün iddia ərizəsinə öz etiraz və sübutlarını təqdim edə bilməmişlər. Buna görə də məhəkəmə yalnız bir tərəfli qaydada işə baxmışdır. İştirak etməmələrinə səbəb iddiaçının onlara qarşı eyni iddia və tələblə əvvəllər də bir necə dəfə iddia qaldırması və bu barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmasıdır. Cünki artıq bu qətnamə olduğuna görə düşünmüşlər ki, məhkəmə tərəfindən bu iddia ərizəsi də baxılmağa qəbul edilə bilməz. Lakin məhkəmə əvvəllər baxılmış iddiaya yenidən baxaraq qanunsuz qətnamə qəbul etmişdir. Nəyə görə qanuni qüvvəsini almış qətnamə olmasına baxmayaraq cavabdehlər yenə də məhkəməyə çağrılmalıdır? Hesab edir ki, iddiaçının bilərəkdən yenidən cavabdehlərə qarşı əsassız iddia qaldırmasına məhkəmə hüquqi qiymət verməmişdir. Birinci inistansiya məhkəməsi qətnaməni düzgün olmayaraq belə əsaslandırmışdır ki, “işdə olan "xxxx" MMC-nin 10 mart 2021-ci il tarixli, 29 nömrəli rəyindən görünür ki, Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 44 kv.m ölçülü qeyriyaşayış sahəsində quraşdırılmış mebellərin və orada olan avadanlıqların (işlənmə dərəcəsi nəzərə alınmaqla), o cümlədən 80x110 sm ölçülü 4 ədəd güzgünün hər birinin qiyməti 50 manat olmaqla, ümumi qiyməti 200 manat, 60x120 sm ölçülü 1 ədəd şüşə masanın qiyməti 80 manat, 120 sm ölçülü 1 ədəd ellips formalı masanın qiyməti 100 manat, laminat materialından hazırlanmış 150 sm ölçülü 1 ədəd masanın qiyməti 90 manat, 5 ədəd dəri oturacağın hər birinin qiyməti 30 manat olmaqla, ümumi qiyməti 150 manat, “Hoffman” markalı 1 ədəd kondisionerin qiyməti 200 manat, 100x70 sm ölçüdə 1 ədəd asma şkafın qiyməti 100 manat, 0,5x5.36 m ölçüdə laminat materialından hazırlanmış 1 ədəd masanın və 4 ədəd iki seksiyalı şkafın ümumi qiyməti 600 manat, 1 ədəd dəri divanın qiyməti 120 manat, Çin istehsalı üzərində “Base of X9” markalanma yazısı olan kosmetik 1 ədəd avadanlığın qiyməti 800 manat, dəri oturacaqlı baş yumaq üçün bir dəst qurğunun qiyməti 400 manat, paslanmayan materialdan hazırlanmış 2 ədəd paltarqurudanın hər birinin qiyməti 30 manat, ümumi qiyməti 60 manat olmaqla, cəmi əşyaların dəyəri 2900 manat müəyyən olunmuşdur”. Göründüyü kimi qeyd edilən rəy "xxxx" MMC-nin 10 mart 2021-ci il tarixli, rəyidir. Həmin vaxtdan 4 ilə yaxın bir vaxt keçmişdir.
12. Cavabdeh2 digər cavabdehin apellyasiya şikayəti ilə eyni məzmunlu şikayət verərək, Siyəzən Rayon Məhkəməsinin 2(059)-496/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 2900 (iki min doqquz yüz) manat məbləğində pul və iddia tələbi üzrə ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumunun əvəzi tutularaq ödənilsin” hissəsini ləğv edib, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakların dəyərinin qaytarılması” tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər tamamilə əsassız, qanunsuzdur və həqiqətə uyğun deyildir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli 2(059)-496/2024 nömrəli qətnaməsində adları qeyd olunmuş ümumi dəyəri 2900 (iki min doqquz yüz) manat əşyaların ona məxsus olması şübhə doğurmur, məhkəmə qətnaməsi, şahid ifadələri və digər təkzib edilməz faktlarla da sübut olunur. Hətta cavabdehlər (apellyantlar) öz ifadələrində və apellyasiya şikayətlərində bunu təsdiq edirlər. Cavabdehlər tərəfindən aralarında olan obyektin və torpaq sahəsinin alqı-satqısına dair anlaşmanın birtərəfli qaydada qanunazid pozulmasından sonra obyektin açarı onlar tərəfindən dəyişdirilmiş və əmlakından istifadə edə bilməmişdir. Halbuki, ona məxsus əşyaların cavabdehlər tərəfindən heç bir problem çıxarılmadan ona veriləcəyindən əmin idi və əvvəlki məhkəmə proseslərində bu əşyaları cavabdehlərdən istəməmişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxsus bu əşyalar cavabdehlər tərəfindən qanunsuz olaraq mənimsənilmiş, mülkiyyət hüququ kobudcasına pozulmuş, başqa gözəllik salonlarına satılmışdır. Bu barədə təkzib edilməz sübutları məhkəməyə təqdim etmişdir. Bundan əlavə, xx.xx.2021-ci il tarixində Siyəzən rayon Prokurorluğuna, Siyəzən rayon polis şöbəsinə və rayon məhkəməsinə məktubla müraciət edərək həmin obyektin qıfılının Raman və Cavabdeh2lar tərəfindən qırılaraq başqa qıfilla əvəz olunduğu barədə müraciət ünvanlamış və obyektə quraşdırdığı avadanlıqların Sədrəddinovlar tərəfindən mənimsənildiyini qeyd etmişdir. Cox əfsuslar olsun ki, məktubuna təkcə Siyəzən Rayon Məhkəməsi cavab verərək bunu əlavə iddia kimi verməyi bildirmişdir. Onu da qeyd edir ki, 5 ilə yaxındır ki, o, Sədrəddinovlar tərəfindən aldadılmışdır. 4 ildən artıqdır ki, məhkəmə prosesləri davam edir və bu müddət ərzində bir neçə dəfə məhkəmə prosesləri keçirilməsinə baxmayaraq bir dəfə də olsun o, bu qardaşları məhkəmə proseslərində iştirak edən görməmişdir və bu da bütün qətnamələrdə qeyd olunub. Cavabdehlər-Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə özlərinə məxsus instaqram səhifələrində və çoxminlik izləyicisi olan “Siyəzən Azərbaycan” səhifəsində aralarında alqı-satqısına dair anlaşma olan bu obyektin və torpaq sahəsinin satış elanlarını yerləşdirmişlər. Həmin elanların şəkillərində Siyəzən Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(059)-137/2024 nömrəli qətnaməsində adları qeyd edilmiş əşyaların bəziləri də düşmüşdür. Sonradan xx.xx.2022-ci il tarixdə həmin obyekt ekskavatorla sökülmüşdür. Bu da təsdiq edir ki, ona məxsus əşyalar həmin tarixədək mülkiyyət hüququ kobudcasına pozularaq cavabdehlərin qanunsuz istifadəsində olmuş və sonradan başqa gözəllik salonlarına satılmışdır (Bu barədə şəkillər etiraza əlavə olunmuşdur). Cavabdeh2 sonradan söhbət zamanı etiraf etmişdir ki, obyektdəki ona məxsus mebellərin və əşyaların satılmağından, həll edilməsindən xəbəri vardır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini və Siyəzən Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli 2(059)-137/2024 nömrəli Qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil öz apellyasiya şikayətini müdafiə edərək, hər iki apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
15. İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
16. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab edir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdehlər verdikləri apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Maddə 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
22. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən edildi ki, İddiaçıla Cavabdeh1 2020-ci ilin yanvar ayının sonlarında Siyəzən şəhəri ərazisində yerləşən 0,0044 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin torpağın sənədləşmə xərcləri də daxil olmaqla, 18000 manata alqı-satqısı barədə razılaşmış, bundan əlavə, sonuncu qeyri-yaşayış sahəsinin arxasında boş torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün bələdiyyəyə müraciət etdiyini bildirərək, bu torpağı da almasını iddiaçıya təklif etmiş, bu məqsədlə İddiaçı Cavabdeh1 2020-ci ilin fevral-mart ayları ərzində şəxsən və bilavasitə cəmi 3300 manat, eləcə də 320 ABŞ dolları məbləğində pul vermişdir. Bundan sonra, 11 mart 2020-ci il tarixdə cavabdehlər Raman və Cavabdeh2lar Siyəzən şəhərində yerləşən 0,0044 ha torpaq sahəsi üzərindəki icarə hüququndan onlara məxsus olan hissələrə dair bütün hüquqları 1 il müddətinə, yəni 11 mart 2021-ci il tarixədək İddiaçı etibar etmişlər. Daha sonra, 2020-ci ilin mart-aprel ayları ərzində iddiaçı, etibarnaməli idarəçiliyinə keçmiş torpaq sahəsi üzərində yerləşən qeyriyaşayış sahəsində vicdanlı sahib kimi yenidənqurma və təmir işlərinə başlamış, habelə oraya avadanlıqlar quraşdırmış və əşyalar yerləşmişdir. Lakin, sonradan tərəflər arasında münasibətlər pozulmuş, nəticədə alqı-satqı baş tutmamış və cavabdehlər iddiaçıya 11 mart 2020-ci il tarixdə verdikləri etibarnaməni 07 sentyabr 2020-ci il tarixdə notariat ofisinə gedərək ləğv etdirmişlər. Bu səbəbdən də, iddiaçı cavabdehlər tərəfindən hüquq və mənafeyinin pozulduğunu əsas gətirməklə, çəkmiş olduğu xərclərin, eləcə də ona dəymiş maddi və mənəvi zərərin əvəzini tələb etmiş, habelə, iddiaçının qismən əsaslı olan iddia tələbi Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən qismən təmin edilməklə, Cavabdeh1 İddiaçı xeyrinə 3300 manat və 320 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə pulun tutulması, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərcin, eləcə də, məhkəmə məsrəflərinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehlərdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.
24. Həmçinin müəyyən edildi ki, Siyəzən Rayon Məhkəməsi qanuni qüvvəsini almış 02 iyun 2021-ci il tarixli qətnaməsində hazırkı avadanlıqların alınmasına sərf edilmiş vəsaitin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində iddianı rədd edərkən, həmin avadanlıqların daşınar əşya olmaqla, tikilidən ayrılmasının mümkünlüyünü və bunların həmin tikilidən ayrılmasının obyektə hər hansı bir formada ziyan vurmamaqla tikilinin təyinatına təsir göstərmədiyini nəzərə alaraq, iddiaçının həmin avadanlıqları oradan ayırmaqla çıxarmaq imkanı istisna edilmədiyindən həmin əşyalara görə cavabdehlərdən hər hansı bir formada vəsaitin tutulmasını məqsədəmüvafiq hesab etməmişdir.
25. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 2900 (iki min doqquz yüz) manat məbləğində pul və iddia tələbi üzrə ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumunun əvəzinin tutularaq ödənilməsi qət edilmişdir.
26. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi iddiaçı tərəfindən eyni cavabdehlərə qarşı eyni predmet üzrə olsa da, başqa əsasla verilmişdir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 iyun 2021-ci il tarixli qətnaməsi qəbul edilərkən Siyəzən şəhəri ərazisində yerləşən 0,0044 ha torpaq sahəsi üzərindəki qeyri-yaşayış sahəsi iddiaçının sahibliyində olmuş, 01 iyul 2021-ci il tarixdə cavabdehlər həmin qeyri-yaşayış sahəsinin qıfılını dəyişdikləri üçün sözügedən obyekt iddiaçının sahibliyindən çıxmış, nəticədə bundan sonra ümumi dəyəri 2900 manat olan avadanlıqları oradan ayırıb çıxarması faktiki olaraq sonuncunun imkanı xaricində olmuşdur. Belə olan halda, həmin avadanlıqların dəyərinə münasibətdə iddiaçının yeni əsasla məhkəməyə müraciət etmək hüququ məhz bundan sonra yaranmışdır. Bununla da, məhkəmə hesab etmişdir ki, mübahisələndirilən əmlaklar, İddiaçı məxsusdur və sonuncu cavabdehlər tərəfindən həmin əşyalara qanuni sahiblikdən məhrum edilmişdir. Belə olan halda, iddiaçı öz əmlaklarının dəyərini başqalarının qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır.
27. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmənin qeyd edilən qətnaməsindən narazı qalaraq hər biri ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.
28. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər əsassız olduğundan qətnamənin mübahisələndirilən hissədə ləğvi və ya dəyişdirilməsi, şikayətlərin təmin olunması üçün əsaslı sayıla bilməz.
29. Apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarına əsasən qiymətləndirmə aparan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşır, bu baxımdan əlavə araşdırmanın aparılmasına zərurət görmür, hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392,393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(059)-496/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.