Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1715/2021 05.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızı, onun vəkili X2, cavabdehlər Cavabdeh1, Cavabdeh3, onların nümayəndə və vəkili Vəkil3 iştirakı ilə, iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-27/2020 saylı, 24.01.2020-ci il tarixli qətnaməsindən iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 2(034)-27/2020 saylı, 24.01.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya məxsus Xırdalan şəhəri, H.Əliyev küçəsi, ev 41 ünvanında yerləşən cehiz əşyaları, dəyəri 7500 manat olan yataq mebeli 1 dəst, dəyəri 7500 manat olan qonaq mebeli 1 dəst, dəyəri 2000 manat olan yastıqlı künc divan və 1 dəst şüşəli jürnal stolu, dəyəri 1500 manat olan televizor (böyük ekran) 1 ədəd, dəyəri 800 manat olan televizor (kiçik ekran) 1 ədəd, dəyəri 500 manat olan maqnitafon 1 ədəd, ümumi dəyəri 200 manat olan 2 ədəd stolüstü saat, dəyəri 500 manat olan DVD 1 ədəd, dəyəri150 manat olan xörək bişirən tok qazan 1 ədəd, dəyəri 90 manat olan şirə çəkən maşın 1 ədəd, dəyəri 80 manat olan ət maşını 1 ədəd, dəyəri 160 manat olan blender (mikser) dəsti 1 ədəd, dəyəri 230 manat olan tozsoran 1 ədəd, dəyəri 70 manat olan ütü 1 ədəd, dəyəri 50 manat olan ütü altlığı 1 ədəd, ümumi dəyəri 500 manat olan çilçıraq 2 ədəd, ümumi dəyəri 100 manat olan naçnik 2 ədəd, dəyəri 250 manat olan samovar (tok) 1 ədəd, dəyəri 10 manat olan qaşıq (balaca) 12 ədəd, dəyəri 15 manat olan qaşıq (böyük) 12 ədəd, dəyəri 15 manat olan çəngəl 12 ədəd, dəyəri 15 manat olan bıçaq 12 ədəd, dəyəri 150 manat olan bıçaq (mətbəxt) 4 dəst, dəyəri 300 manat olan qazan dəsti (tefal) 1 ədəd, dəyəri 250 manat olan qazan 1 ədəd, dəyəri 500 manat olan yemək qabı dəsti (qonaq) 1 dəst, dəyəri 20 manat olan yemək qabı (mətbəxt) 1 dəst, dəyəri 60 manat olan fincan dəsti (mətbəxt) 2 dəst, dəyəri 30 manat olan fincan (mətbəxt) 12 ədəd, dəyəri 40 manat olan nəlbəki (mətbəxt) 4 dəst, dəyəri 50 manat olan çaynik 1 dəst, dəyəri 24 manat olan duzqabı (xurustal) 12 ədəd, dəyəri 10 manat olan duzqabı dəst 12 ədəd, dəyəri 60 manat olan tortqabı 4 dəst, dəyəri 30 manat olan armudu stəkan xrustal 12 ədəd, dəyəri 40 manat olan stəkan xrustal (böyük) 12 ədəd, dəyəri 30 manat olan nəlbəki (xurustal) 12 ədəd, dəyəri 20 manat olan mürəbbə qabı (kiçik) 12 ədəd, dəyəri 40 manat olan mürəbbə qabı (xurustal) 12 ədəd, dəyəri 200 manat olan meyvə qablı (xurustal) 6 ədəd, dəyəri 200 manat olan güldan (xurustal) 4 ədəd, dəyəri 110 manat olan rumka (xurustal) 12 ədəd, dəyəri 60 manat olan rumka qaşlı ( böyük) 6 ədəd, dəyəri 70 manat olan rumka qaşlı (kiçik) 6 ədəd, dəyəri 50 manat olan rumka süd rəngli (böyük) 12 ədəd, dəyəri 150 manat olan 1 qızılı podnos və 6 ədəd qızılı armudu stəkan dəsti, dəyəri 200 manat olan salat hazırlayan 3 dəst, dəyəri 32 manat olan naçnik (balıqlı suvenir) 1 ədəd, dəyəri 100 manat olan kofe fincan dəsti 2 dəst, dəyəri 40 manat olan külqabı (xurustal) 6 ədəd, dəyəri 20 manat olan külqabı (qara rəngli) 2 ədəd, dəyəri 200 manat olan konfetqabı (muncuqlu) 2 ədəd, dəyəri 100 manat olan güldan (muncuqlu) 1 ədəd, dəyəri 50 manat olan podnos 1 dəst, dəyəri 20 manat olan vedrə (çuqun) 2 ədəd, dəyəri 20 manat olan ləyən (çuqun) 2 ədəd, dəyəri 12 manat olan aşsüzən 1 ədəd, dəyəri 255 manat olan çərəzqabı (3 mərtəbəli) 2 ədəd, dəyəri 20 manat olan xurustal lampa (muncuqlu) 1 ədəd, dəyəri 25 manat olan şirə stəkanı 12 ədəd, dəyəri 55 manat olan divar saatı 1 ədəd, dəyəri 90 manat olan güldan (güllü) 2 ədəd, dəyəri 60 manat olan konfetqabı (göy rəngli) 1 ədəd, dəyəri 300 manat olan pərdə (qonaq otağı) 1 ədəd, dəyəri 200 manat olan pərdə (yataq otağı) 1 ədəd, dəyəri 500 manat olan örtük ağ rəngli (yataq taxtı üçün) 1 ədəd, dəyəri 80 manat olan örtük tünd qırmizı rəngli (yataq taxtı üçün) 1 ədəd, dəyəri 100 manat olan örtük tüklü (yataq taxtı üçün) 1 ədəd, dəyəri 65 manat olan örtük (balaça) 2 ədəd, dəyəri 20 manat olan örtük (pambıq) 2 ədəd, yorğan lentli (qoşa yataq ) 1 ədəd, dəyəri 15 manat olan yorğan (qoşa yataq )1 ədəd, dəyəri 400 manat olan yorğan (tək yataq) 2 ədəd, dəyəri 450 manat olan döşək (qoşa yataq) 1 ədəd, dəyəri 450 manat olan döşək (tək yataq ) 2 ədəd, dəyəri 300 manat olan tük yastıq 6 ədəd, dəyəri 20 manat olan sintifon yastıq 2 ədəd, dəyəri 150 manat olan süfrə (stolüstlüyü) 12 ədəd, dəyəri 150 manat olan Atlas çexol (yataq üçün) 2 ədəd, dəyəri 950 manat olan çexol dəst (yataq üçün) 12 ədəd, dəyəri 840 manat olan çexol (tək) 12 ədəd, dəyəri 90 manat olan tək döşək üzlüyü 12 ədəd, dəyəri 40 manat olan yastıq üzlüyü 12 ədəd, dəyəri 110 manat olan əl dəsmalı 20 ədəd, dəyəri 140 manat olan can dəsmalı 12 ədəd, dəyəri 100 manat olan əl-üz dəsmalı 20 ədəd, dəyəri 20 manat olan çay dəsmalı 10 ədəd, dəyəri 1000 manat olan 3 ədəd xalçanın və ya natura şəkilindəəşyalarının özləri olmadıqda əvəzi olaraq dəyəri Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Gülsarə İmanova). Qətnamədən narazı qalan iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızı apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 2(034)-27/2020 saylı, 24.01.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 sentyabr 2020-ci il tarixli, 2(105)-1796/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-27/2020 saylı, 24 yanvar 2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. Qətnamədən iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 sentyabr 2020-ci il tarixli, 2(105)-1796/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1820/2021 saylı, 09 mart 2021-ci il tarixli qərarı ilə iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1796/2020 saylı, 17 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, siyahısı iddia ərizəsində qeyd edilən ona məxsus zinət əşyalarının və cehizlərin natura şəklində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması, bu mümkün olmadıqda həmin əmlakın dəyərinin pul şəklində cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 soyadının və ata adının Cavabdeh3 ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində siyahıda qeyd etdiyi zinət əşyaları və cehizlərin qiymətləndirilməsini və həmin əmlakın dəyərinin pul şəklində cavabdehlər Cavabdeh1 və Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızının apellyasiya şikayətini müdafiə edərək və bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. O, cavabdehlərin oğlu ilə 2015-ci ildə evlənmiş, 31.10.2016-cı ildə yaşadığı evdən çıxıb, cavabdehlərlə aralarında münaqişə olub, o, evdən polislə çıxıb, keçmiş əri uşağını ona vermək istəmirdi, polisin vasitəsilə qaytardı. Öz iradəsilə, sakitçiliklə çıxıb getməyib. Belə bir şəraitdə nə qızıllarını nə də cehiz əmlakını özü ilə götürməyi qeyri-mümkün idi. Evdən çıxdıqdan sonra iki dəfə ora gəlmiş, lakin sonra yenə də getmişdir. 2-ci dəfə evə gələndə polislə gəlməmişdi. 2-ci dəfə gəlişinin məqsədi barışıq idi. Amma cavabdehlər söz-söhbət yaratdılar. İkinci uşağı öz atasının evində doğulmuşdur. O, iki otaqlı evini satıb cehiz aparıb, cehizlərinin təxminən 50 min manat dəyəri var. Beş ildir ki, o evdən çıxıb, mebelləri tamamilə yarasız haldadır. O, yararlı halda olan əşyalarını götürməyə razıdır, amma köhnəlmiş, sınmış və istifadəyə yarasız olan əşyalarının dəyərini tələb edir. Onun atası evindən gətirdiyi qızılları çox idi, oğlan evi ona cəmi bir komplekt, bir nişan üzüyü və ad günündə bir üzük olmaqla 5000 manatlıq qızıl alıb.Hazırkı iddia ilə məhkəməyə gec müraciət etməsinin səbəbi boşanmadan sonra müraciət etməsi olmuşdur. Daha sonra bildirdi ki, cehiz və qızıl əşyalarını cavabdehlərdən tələb etməsinin səbəbi həmin vaxt keçmiş ərinin Azərbaycanda olmaması olmuşdur. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Zəngilan Rayon Məhkəməsinin 2(034)-27/2020 saylı, 24.01.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızının vəkili X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Zəngilan Rayon Məhkəməsinin 2(034)-27/2020 saylı, 24.01.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətini qəbul etmədi və bildirdi ki, iddiaçı oğlu ilə evləndikdən sonra onun evinə 2015-ci ildə gəlin gəlib, bir aydan sonra evdə yığıncaq oldu. Anası gəlinin köhnə paltarlarını belə bütün qohumlara göstərirdi ki, hamı görsün. Amma bir ədəd belə qızıl göstərməyib. Əgər var idisə, iddiaçı onun evinə gələndə qızıl gətirmişdisə, anası onları da göstərərdi ki, bu gün əlində həmin qızıllara dair sübut olsun. İddiaçıya onlar bir ədəd qızıl dəst, bir nişan üzüyü, bir də ad gününə bir üzük alıblar, onları da gedəndə özü ilə aparıb. İddiaçı evdən çıxanda ən xırda cehizinə, evdəki güldana qədər aparıb. Uşağın sənədlərini, xəstəxanada uşaqların qoluna bağlanan məlumat kağızını belə aparıb. Onları aparan şəxsin onun evində olmayan qızıllarını saxlamaq ehtimalı yoxdur. Daha sonra qeyd etdi ki, iddiaçı birinci dəfə əri ilə dalaşıb sonra barışıblar. Onda bir uşaqları var idi, hər şeyini yığışdırdı və evi tərk etdi. İddiaçı özü dediyi kimi nə qızıl gətiribsə, onlar görməyib. İddiaçı birinci dəfə gedəndən sonra 2017-də bir dəfə qayıtdı, sonra yenə dalaşdılar. İddiaçı onun oğluna alınan qızılları belə aparıb. Sadəcə onlara lazım olmadığından mübahisə yaratmadılar. 1-ci dəfə gəlini tək gəlmişdi, 2ci dəfə isə anası ilə gəldi, cehizləri sökmək üçün usta gətirmişdilər, ustanı evə buraxmadıqda ona və qızına hücum etmişdilər. Onlar iddiaçının evdən əşyaları aparmağına mane olmamışdılar, O hər şeyini qabaqcadan yığışdırmışdı. Oğlu uşağı vermirdi ki, polislə iddiaçıya təqdim etsin, onu da polis alıb verdi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 27/2020 saylı, 24.01.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin 2(034)-27/2020 saylı, 24.01.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndə və vəkili Vəkil3 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçı ailə qurduqdan sonra müxtəlif fasilələrlə əksər vaxtı atası evində yaşamış, ümumilikdə bir neçə ay cavabdehlərə məxsus mənzildə yaşamışdır. Həmin ərəfələrdə də iddiaçı qızıl zinət əşyalarını özü ilə aparmış və atasıgildə saxlamışdır. Onun hazırda cavabdehlərdən qızılzinət əşyalarını tələb etməsi absurddur. Çünki həmin əşyaların cavabdehlərdə olması ilə bağlı heç bir mötəbər sübut mövcud deyildir. Bundan başqa, iddiaçı məhkəmədə verdiyi izahatında 2017-ci ilin oktyabr ayında qayınatası və qayınanası yaşayan mənzildən çıxdığını, həmin vaxtdan cehiz və şəxsi əşyaları ilə yanaşı qızıl-zinət əşyalarının da həmin mənzildə qaldığını iddia edir. Hazırki iş üzrə iddianı isə iddiaçı 2019-cu ilin sentyabr ayında məhkəməyə ünvanlamışdır. Belə çıxır ki, təxminən iki ilə yaxın bir müddətdə iddiaçı qızılzinət əşyaları ilə bağlı hər hansı bir tələb irəli sürməmişdir. İddiaçı tələbində ər evinə gətirdiyi qızıl-zinət əşyalarını 21360 manat məbləğində qiymətləndirmiş, əlavə olaraq əri tərəfindən hədiyyə verilmiş qızıl-zinət əşyalarının da hamısının ər evində qaldığını iddia etmişdir. Göründüyü kimi iddiaçı kifayət qədər ciddi məbləğdə qızıl-zinət əşyalarının özündə olmadığını desə də həmin əşyaları əldə etmək üçün iki il ərzində heç bir hərəkət etməmiş və hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. O da qeyd olunmalıdır ki, iddiaçının heç vaxt iddia etdiyi həcmdə qızıl-zinət əşyası olmamışdır. Həmçinin o da bəllidir ki, iddiaçı 2017-ci ilin oktyabr ayından sonra dəfələrlə cavabdehlərin mənzilinə gəlmiş və bir sıra əşyalarını götürmüşdür. Bütün bunlar iddiaçının qızıl-zinət əşyaları ilə bağlı tələbinin yalan və əsassız olmasına dəlalət edir. Qeyd olunanlardan əlavə Zəngilan Rayon Məhkəməsinin 2(034)-411/2019 saylı, 04.09.2019-cu il tarixli qərardadı ilə iddianın təmini tədbiri barədə iddiaçının ərizəsi təmin edilmiş, qərardadın icrası ilə bağlı Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurları tərəfindən 20.09.2019-cu il tarixdə akt tərtib edilmiş, aktda Xırdalan şəhəri, H.Əliyev küçəsi 41 saylı evdə Bayramova (İmanova) Esmira Sərvaz qızına məxsus olan cehiz və qızıl zinət əşyalarından 1 ədəd blender, 2 ədəd armudu stəkan, 1 ədəd muncuqlu konfet qabı, 1 ədəd salat qabı və icra vərəqəsində qeyd edilən bütün qızıl əşyaları həmin ünvanda olmadığına görə üzərinə həbs qoyulması mümkün olmamışdır, icra vərəqəsində qeyd edilən digər əşyalar siyahıya alınaraq üzərinə həbs qoyulmuş və cavabdehlər və digər şəxslərə əşyalardan istifadə olunması qadağan edilmişdir. Ona görə də bundan əvvəl işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçının tələb etdiyi cehiz əmlaklarından 1 ədəd blender, 2 ədəd armudu stəkan, 1 ədəd muncuqlu konfet qabı, 1 ədəd salat qabının və qızıl zinət əşyalarının cavabdehlərdə qalması öz təsdiqini tapmamış və məhkəmə düzgün mövqeyə gəlmişdir. Beləliklə, cavabdehlər cehiz əşyalarının 1 ədəd blender, 2 ədəd armudu stəkan, 1 ədəd muncuqlu konfet qabı, 1 ədəd salat qabı və qızıl-zinət əşyalarından başqa, digər əşyaların onlarda olduğunu qəbul edirlər. Eyni zamanda işə birinci instansiya məhkəməsində baxılarkən qızıl-zinət əşyalarının iddiaçı tərəfindən əvvəlcədən aparılması, hətta lombarda qoyularaq pul götürülməsi faktı müəyyən olunmuşdur. Belə ki, iddiaçının anası X3 lombarda qızıl-zinət əşyaları qoyulmasını etiraf edərək qızılların bacısına aid olduğunu bildirmiş, məhkəmə tərəfindən göndərilmiş sorğu isə lombard tərəfindən cavablandırılmamışdır. Bütün bunlardan əlavə Ali Məhkəmənin 09.03.2021-ci il tarixli qərarında qeyd edilir ki, iddiaçı sonuncu dəfə cavabdehlərə məxsus mənzili polis əməkdaşının iştirakı ilə tərk etmiş, həmin zaman o əşyalarından götürmək istəsə də buna şərait yaradılmamışdır. Bu hal birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş sahə müvəkkili Şahid ifadəsi ilə öz təsdiqini tapmış, məhkəmə iclasında izahat vermiş cavabdeh tərəf də bu halı inkar etməmişdir. İşə mahiyyəti üzrə baxmış həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi bu hala, xüsusən də şahid qismində dindirilmiş polis əməkdaşı Şahid ifadəsinə hər hansı münasibət bildirməmiş, mübahisəni həll edərkən yalnız sübutetmə yükünün iddiaçının üzərində olmasına istinad etmişlər. hesab edir ki, şahid ifadəsi məhkəmə üçün mötəbər sübut deyil. Əgər mötəbər sübut hesab edilsə belə həmin şahid yalnız əşyaların götürülməsinə şərait yaradılmamasını bildirmişdir, qızıl-zinət əşyalarından söhbət gedə bilməz. İkincisi isə cavabdehlər dəfələrlə qeyd edib ki, iddiaçı mənzildən çıxana qədər dəfələrlə atasıgilə gedib-gəlmişdir. Həmin ərəfələrdə o, həmin qızıl- zinət əşyalarını da özü ilə aparmışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin 2(034)-27/2020 saylı, 24.01.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçının apellyasiya şikayətindən görünur ki, o, qətnamənin ləğv olunaraq iddiasının tam təmin edilməsini xahiş edir. İş materillarından görünür ki, iddiaçının iddiası tələb etdiyi cehiz əmlaklarından 1 ədəd blender, 2 ədəd armudu stəkan, 1 ədəd muncuqlu konfet qabı, 1 ədəd salat qabının və qızıl zinət əşyalarına dair hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin məzmunundan isə görünür ki, iddiaçı qətnamənin qızıl-zinyət əşyalarına dair hissəsini mübahisələndirir. Bu səbəbdən də məhkəmə kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini qızıl-zinyət əşyalarına münasibətdə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehlərin, vəkillərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən edilmişdir ki, iddiaçı İmanova (Bayramova) Esmira Sərvaz qızı ilə cavabdehlərin oğlu X5 09 sentyabr 2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 31.05.2015-ci il təvəllüdlü Hüseyn və 19.06.2017-ci il təvəllüdlü Həsən doğulmuş, nikahları Yasamal Rayon Məhkəməsinin 04.12.2018-ci ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İşdə olan 311877 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 ilə İddiaçı nikahları ləğv olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrəəldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinəəsasən mülkiyyətçi öz əmlakını başqasının qanunsuz sahibliyindən geri ala bilər. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərin oğlu X5 ilə 09 sentyabr 2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan iki övladları doğulmuş, 04.12.2018-ci ci il tarixdə nikahları Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Ailə qurduqdan sonra iddiaçı qayınatası Cavabdeh1 və qaynanası Cavabdeh3 Şanməmməd qızı ilə bir evdə Xırdalan şəhəri, H.Əliyev küçəsi, ev 41 ünvanında birlikdə yaşamışlar. El adətinə uyğun olaraq valideynləri ona toydan qabaq cehiz əşyaları almış və o, toy vaxtı həmin cehiz əmlakını cavabdehin yaşadığı Xırdalan şəhəri, H.Əliyev küçəsi, ev 41 aparmışdır. Həmçinin toyda ona qızıl-zinnət əşyaları alınaraq həddiyə verilmişdir. Məhkəmə iclası zamanı cavabdeh tərəf cehiz əşyalarının onlarda olduğunu, lakin qızılların onlarda olmadığını, iddiaçı ailə qurandan sonra dəfələrlə valideynlərinin evinə getdiyini, toydan sonra ümumilikdə ər evində 3 ay yaşadığını və qızıl əşyalarının iddiaçının özündə olduğunu, iddiaçının anası gəlib iddiaçının paltarları ilə qızıllarını apardıqlarını bildirmişlər. İddiaçı X1 hədiyyə olunmuş qızıl-zinət əşyaların cavabdehin evində galdığını, həmçinin gəlin gələndə ər evinə 21360 manatlıq qızıl-zinnət əşyalarının gətirməsini və həmin qızıl-zinnət əşyaların da cavabdehlərin evində qaldığını iddia etsə də buna dair mötəbər, təkzsibolunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə araşdırılması zamanı iddiaçının anası tərəfindən qızıl-zinət əşyaların həmin mübahisə ərəfəsində lombarda qoyulması müəyyən olmuşdur ki, iddiaçının anası X3 lombarda qızıl-zinət əşyaların qoyulmasını etiraf edərək qızılların bacısına aid olduğunu bildirmiş, məhkəmə tərəfindən göndərilmiş sorğu lambard təsisçisi tərəfindən cavablandırılmamışdır. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündəəks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Belə ki, iş materiallarından iddiaçı ilə cavabdehlərin oğlu oğlu X5 ilə 09 sentyabr 2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan iki ovladları doğulmuş, 04.12.2018-ci ci il tarixdə nikahları Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Lakin müəyyən olunmuşdur ki, iddiaçı nikahın pozulmasına dair mübahisəyə baxılarkən qızıl-ziyət əşyalarının cavabdehlərdə qaldığını bildirməmiş, onların tələb etməmişdir, halbuki qanuvericiliyin tələblərinə görə nikahın pozulmasıa dair mübahisələr baxılarkən əmlak tələbinə dair iddia da qaldırıla bilər. Bundan başqa iddiaçının izahatından müəyyən olur ki, 31.10.2016-cı ildə yaşadığı evdən çıxıb getmiş, cavabdehin izahatından görünür ki, iddiaçı ikinci dəfə 2017-ci ildə onların evinə gəlmiş və sonra çıxıb getmişdir. Hazırkı iddia tələbi ilə isə 06 avqust 2019-cu ildə müraciət etmişdir. Yəni bu müddət ərzində qızıl-zinyət əşyalarının tələbinə dair müraciət etməmişdir. Bundan başqa iddiaçı 19 adda qızıl-zinyət əşyalarının cavabdehlərdən alınaraq ona qaytarılmasını xahiş etmiş, onların əksəriyyətinin valideynləri tərəfindən alındığını bildirmişdir. Lakin o, tələb etdiyi qızıl-zinyət əşyalarını cavabdehlərin evinə gətirdiyini, onların və cavabdehlərin aldığı qızıl-zinyət əşyalarının cavabdehlərdə qaldığını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. Kassasiya instansiyasının qərarında qeyd edilmişdir ki, işə mahiyyəti üzrə baxmış həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi bu hala, xüsusən də şahid qismində dindirilmiş polis əməkdaşı Şahid ifadəsinə hər hansı münasibət bildirməmiş, mübahisəni həll edərkən yalnız sübutetmə yükünün iddiaçının üzərində olmasına istinad etmişlər. Məhkəmə kollegiyası tərəfindən Şahid qismində dəvət olunmuş, lakin o, xəstə olduğunu bildirərək gəlmədiyindən məhkəmə kollegiyası onun birinci instansiya məhkəməsində verdiyi ifadəsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, birinci instnsiya məhkəməsində Şahid ifadə verərək bildirmişdir ki, ərazi sahə müvəkkilidir. Həmişə iddiaçı ilə cavabdeh tərəfin arasında mübahisələri olurdu və o gedib onları sakitləşdirirdi. Axırıncı dəfə tərəflərin evlərində mübahisə olanda polisə zəng vurulmuş, o, da mübahisənin baş verdiyi tərəflərin yaşadığı evə gəlmişdir. Esmira xanım evdən pal-paltarlarını, əşyalarını götürmək istəyəndə cavabdehlər tərəfindən ona şərait yaradılmamış və aralarında mübahisə yaranmışdır. Həmin yerdə Esmira xanımın anası da olmuşdur. Esmira xanım evi tərk edəndə evdən heç bir şey götürməyərək əli boş çıxmışdır. O, özü ilə uşaqları da götürmüşdür. Xanım bəzi əşyalarını götürmək istəyəndə qaynanası əvvəl razılıq bildirmiş, lakin sonra razı olmamışdır. Esmira isə ondan tələb etmişdir ki, onun əşyalarını götürməyə köməklik göstərsin. O, da ona bildirmişdir ki, onun əşyalarını məcburi alıb ona vermək kimi səlahiyyəti yoxdur. Şahidin ifadəsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin ifadədən iddiaçının evdən məhz qızıl-zinyət əşyalarını götürmək istəməsi müəyyən olunmur. Belə ki, ifadədən görünür ki, iddiaçı pal-paltarlarını, əşyalarını götürmək istəmişdir. Bundan başqa həmin ifadədən görünür ki, sahə müvəkkili iddiaçı sonucu dəfə cavabdehlərin evinə gələrkən mübahisə yaranmış və onu çağırmışlar. İddiaçının isə 2017-ci ildə sonuncu dəfə mübahisəli evə gəldiyi müəyyən olunur. Halbuki, iş materiallarıdan, o cümlədən iddiaçının və cavabdehlərin ifadəsindən müəyyən olunur ki, iddiaçı 2016-cı ildə evdə çıxıb getmiş və iki dəfə mübahisəli evə gəlmişdir. Ona görə də həmin şahidin ifadəsinə əsaslanaraq iddiaçının qızıl-zinyət əşyalarını götürməsinə cavabdehlərin maneçilik törətməsi, imkan verməməsinə dair nəticəyə gəlmək olmaz. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona məxsus olan və valideynləri tərəfindən hədiyyə olunmuş qızıl-zinyət əşyalarını mübahisəli evə gətirməsini, onların və eləcə də cavabdehlərin ona hədiyyə etdiyi qızıl-zinyət əşyalarının cavabdehlərdə qaldığını əsaslandıra bilməmiş, buna dari mötəbər sübut təqdim də bilməmişdir. Bundan başqa iddiaçı məhkəmə kollegiyasının iclasında sabiq əri Azərbaycanda olmadığına görə qayınanası və qayınatasına qarşı iddia qaldırdığını bildirdi, yəni belə məlum olur ki, əri burada olsa idi iddiaçı ona qarşı iddia qaldıracaqdı. Bu hal da iddiaçının iddiasında inandırıcı olmadığına dəlalət edir. Ona görə də iddia həmin hissədə təmin olunmamalıdır. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbi qızıl –zinət əşyalarının cavabdehlərdə qalması sübuta yetirilmədiyindən iddiaçının qızıl-zinət əşyalarının dəyərinin cavabdehlərdən tutulması barədə tələbi də əsassızdır. Eləcə də müəyyən olunmuşdur ki, iddiaçının tələb etdiyi cehiz əmlaklarından 1 ədəd blender, 2 ədəd armudu stəkan, 1 ədəd muncuqlu konfet qabı, 1 ədəd salat qabının və qızıl zinət əşyalarının cavabdehlərdə qalması da öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası tərəfindən iş üzrə ekspertiza təyin edilərək iddia ərizəsində qeyd olunan qızıl-zinyət əşyalarının qiyməti müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə iddia təmin olunmadığına görə ekspertizanın xərci iddiaçıdan tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qızıl-zinyət əşyalarına dair hissədə təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəcsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yacud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin oluna bilməz. Belə ki, apelyant apellyasiya şikayətində qətnamənin iddianı təmin olunmayan hissədə ləğv olunmasını, idianın tam təmin olunmasını xahiş etsə də buna dair sübut təqdim etməmiş, dəlillərini əsaslandıra bilməmişdir, onun dəlillərinə isə məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Zəngilan Rayon Məhkəməsinin 2(034)-27/2020 saylı, 24.01.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızının apellyasiya şikayəti təmin olunmasın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olaraq 100 (yüz) manat pul iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızından tutularaq dövlət büdcəsinə aşağıdakı: Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 , Məhkəmə Ekspertizası Mərkəzi: VÖİN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1715/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1715/2021
05.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver