Məhkəmə qərarları › İş №2(105)-1717/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1717/2021

25.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1717/2021 25.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, İddiaçı Aftandil oğlunun cavabdehlər Cavabdeh və X3 qarşı əmlakdakı payın dəyərinin əvəzi olaraq pulun ödənilməsi, kredit müqavilələri üzrə qalan borcun ümumi borc hesab edilməsi və qalan borcun yarısının Cavabdeh tərəfindən müvafiq banklara ödənilməsi, onun hər iki müqavilə üzrə birgə borclu hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1413/2020 saylı, 31 yanvar 2020-ci il tarixli qətnaməsindən İddiaçı Aftandil oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1413/2020 saylı, 31 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh birgə nikah dövründə əldə olunmuş ** DB *** dövlət qeydiyyat nişanlı, “PEUGEOT 206” markalı minik avtomobilinin dəyərinin əvəzi olaraq 3000 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakim R.Qoşqarlı) Qətnamədən İddiaçı Aftandil oğlu apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməməsi hissəsində ləğv olunmasını, bu hissədə də iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2(105)-1744/20 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(060)-1413/2020 saylı qətnaməsi İddiaçı münasibətdə qismən ləğv, iddia qismən təmin edilmiş, “X9 Azərbaycan” QSC və İddiaçı arasında bağlanmış 11.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə 2081,16 manat və “xxxx” KB ASC və İddiaçı arasında bağlanmış 782nkFİL8/18 saylı tarixli kredit müqaviləsi üzrə 2389,88 manat ödənilməli olan kredit məbləğləri İddiaçı və Cavabdeh ümumi (birgə) borcu hesab olunmuş, Cavabdeh mövcud kredit məbləğlərinin ödənilməsinə cəlb edilmiş, “X9 Azərbaycan” QSC və İddiaçı arasında bağlanmış 11/06/2018-ci il tarixli kredit müqaviləsi üzrə 2081,16 manat və “xxxx” KB ASC və İddiaçı arasında bağlanmış 782nkFİL8/18 saylı tarixli kredit müqaviləsi üzrə 2389,88 manat məbləğində pul vəsaitinin yarısının İddiaçı və yarısının isə Cavabdeh tərəfindən ödənilməsi qət edilmişdir. Bu qətnamədən Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(102)- 618/2021 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC-nin kassasiya şikayəti isə tam təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1744/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi Cavabdeh kredit məbləğlərinin ödənilməsinə cəlb edilməsi və banklara olan borcun yarısının onun tərəfindən ödənilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. İŞİ N H A L L A R İ : İddiaçı ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (iddia tələbi dəqiqləşdirilməklə), ** DB *** dövlət qeydiyyat nişanlı, “PEUGEOT 206” markalı minik avtomobili üzərində onun payının dəyərinin əvəzi olaraq 3250 manat məbləğində pulun cavabdehlər tərəfindən ona ödənilməsi, “X9 Azərbaycan” ASC ilə bağlanmış 11.06.2018-ci il tarixli, “xxxx” KB ASC ilə bağlanmış 04.09.2018-ci il tarixli kredit müqavilələri üzrə qalan borcun onunla Cavabdeh ümumi borcu hesab edilməsi və qalan borcun (5852,53/2) yarısının, yəni 2926,26 manat məbləğinin Cavabdeh tərəfindən müvafiq banklara ödənilməsi, Cavabdeh hər iki müqavilə üzrə birgə borclu hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər 18 fevral 2015-ci ildə nikaha girmiş, həmin tarixdən 2019-cu ilin mart ayına qədər birgə yaşamaqla ümumi təsərrüfat aparmışlar. Bu nikahdan onların 11 dekabr 2016-cı il tarixdə Elif adlı qızları doğulmuşdur. Birgə nikahda olduqları zaman ** DB *** dövlət qeydiyyat nişanlı, “PEUGEOT 206” markalı minik avtomobilini əldə etmişlər. Onların arasındakı münasibət korlanmış və ayrılmışlar. Ayrıldıqdan sonra, Cavabdeh mübahisəli minik avtomobili barəsində uydurma alqı-satqı müqaviləsini guya artıq avtomobilin onun mülkiyyətində olmaması görüntüsünü yaratmaq məqsədilə bağlamışdır. Halbuki Cavabdeh niyyəti heç də avtomobili özgəninkiləşdirmək (satmaq) olmamış, əksinə avtomobili faktiki olaraq öz mülkiyyətində saxlamaq olmuş və nəticədə alqı-satqı müqaviləsini kənar şəxslə deyil, məhz bacısı ilə bağlamışdır. Cavabdehlər birlikdə minik avtomobilini yenidən özgəninkiləşdirmək (satmaq), mübahisə predmeti olan minik avtomobilini 6.500 (altı min beş yüz) manata satmaq üçün avtomobillərin alqı-satqısının internet üzərindən həyata keçirildiyi saytlardan birində elan veriblər. Həmçinin, o, Cavabdeh ilə nikahda olduqları müddətdə avtomobil almaq üçün maddi imkanları kifayət etmədiyindən kredit müqaviləsi bağlayaraq bankdan borc pul götürmüşlər. Belə ki, 11.06.2018-ci il tarixində “X9 Azərbaycan 4150 manat, 04.09.2018-ci il tarixində isə “xxxx” KB ASC-dən 3000 manat məbləğində borc almışlar. Kredit müqaviləsində borcalan olaraq özü çıxış etmişdir. Nikahda olduqları dövrdə və faktiki nikah münasibətləri bitdikdən sonra bir neçə ay o, təkbaşına öz şəxsi mülkiyyətində olan əmlakın hesabına borcu ödəsə də, artıq bir neçə müddətdir ki, kredit borclarını ödəyə bilmir. Belə ki, Cavabdeh ilə birgə nikahdan olan övladı Elifin saxlanılması üçün aliment ödədiyindən, yaşlı valideynləri ilə birlikdə onların evində yaşayaraq onların qulluğunda durduğundan Cavabdeh ilə nikahda olduqları müddətdə onun mülkiyyətində olan, nikahdan öncə aldıqları evində yaşayırdılar. Faktiki nikah münasibətləri bitdikdən sonra, Cavabdeh onun mülkiyyətində olan evinin açarlarını dəyişərək onun evə daxil olmağını və ondan istifadə etməsini məhdudlaşdırdığından halhazırda valideynlərinin evində yaşamaq məcburiyyətində qalmışdır. Maddi imkanı kredit borclarını ödəməyinə imkan vermir. Onların borclarının ümumi hesab edilməsi üçün həmin borcun ümumi olaraq yaranmasını əsas şərt olduğu məlumdur. Kredit müqavilələri bağlandıqdan qısa müddət sonra ** DB *** dövlət qeydiyyat nişanlı, “PEUGEOT 206” markalı minik avtomobilinin alınması onu sübut edir ki, alınan borc ailənin birgə ehtiyacının ödənilməsinə sərf edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı Aftandil oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 31 yanvar 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3 və 41.2-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən-iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə işdə iştirak edən şəxslər birinci məhkəmə iclasında iştirak etsələr də, hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZ-T N-015980 saylı, 25.03.2019-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X6 arasında olan nikah 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 18 fevral 2015-ci il tarixdə bağlanmış və sonuncuya “Cəlilova” soyadı verilmişdir. İşə əlavə edilmiş AD N-345501 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Peugeot 206” minik markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdır. İşdə olan nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan “Peugeot 206” minik markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobili 6000 manata X2. Yenə iş materiallarında olan AD N-475464 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Peugeot 206” minik markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. Yenə də işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin kompyuter çıxarışından görünür ki, “Peugeot 206” minik markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobilin 12.09.2019-cu il tarixli şəhadətnamə üzrə sahibi Əsədova Gülzar Zahir qızıdır. İş materiallarına əlavə edilmiş “X9 Azərbaycan” QSC və İddiaçı arasında bağlanmış 11.06.2018-ci il tarixli, 243012 saylı kredit müqaviləsindən görünür ki, ona bank tərəfindən 36 ay müddətinə, illik 20 faiz ödənilməsi şərti ilə 4150 manat məbləğində kredit verilmişdir. Yenə işə əlavə edilmiş “xxxx” KB ASC və İddiaçı arasında bağlanmış 04.09.2018ci il tarixli, 782nkFİL8/18 saylı kredit müqaviləsindən görünür ki, ona bank tərəfindən 24 ay müddətinə, 30 faiz ödəmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Yenə də işə əlavə edilmiş “X9 Azərbaycan” QSC-nin 04 avqust 2020-ci il tarixli maliyyə arayışından görünür ki, “X9 Azərbaycan” QSC və İddiaçı arasında bağlanmış 11/06/2018-ci il tarixli kredit müqaviləsinin şərtlərinə görə sonuncunun banka 1942,67 manat əsas borc, 112,61 manat faiz borcu, 25,8 manat cərimə borcu olmaqla, cəmi 2081,16 manat borcu vardır. İşdə olan “xxxx” KB ASC-nin 04 avqust 2020-ci il tarixli maliyyə arayışından görünür ki, “xxxx” KB ASC və İddiaçı arsında bağlanmış 782nkFİL8/18 saylı tarixli kredit müqaviləsi üzrə banka sonuncunun 2347,37 manat əsas borcu, 42,51 manat faiz borcu olmaqla, cəmi 2389,88 manat borcu vardır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, Ali Məhkəmənin mübahisə üzrə göstərişlərini nəzərə alaraq, həmçinin işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti araşdırılan hissədə təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1413/2020 saylı, 31 yanvar 2020-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Qətnamənin iddianın təmin edilmiş hissəsindən apelyasiya şikayəti verilmədiyindən, habelə “X9 Azərbaycan” QSC və İddiaçı arasında bağlanmış 11.06.2018ci il tarixli kredit müqaviləsi üzrə 2081,16 manat və “xxxx” KB ASC və İddiaçı arasında bağlanmış 782nkFİL8/18 saylı tarixli kredit müqaviləsi üzrə 2389,88 manat ödənilməli olan kredit məbləğlərinin tərəflərin ümumi (birgə) borcu hesab olunması barədə apelyasiya instansiya məhkəməsinin daha öncəki qətnaməsi artıq qanuni qüvvəsini aldığından məhkəmə kollegiyası hesab edir ki, bu hissələrdə qətnamə məhkəmə qaydasında araşdırıla bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Aftandil oğlu ilə Cavabdeh 18 fevral 2015-ci ildə nikaha girmiş, həmin tarixdən 2019-cu ilin mart ayına qədər birgə yaşamaqla ümumi təsərrüfat aparmışlar. Bu nikahdan onların 11 dekabr 2016cı il tarixdə Elif adlı qızları doğulmuşdur. Nikah dövründə tərəflər birgə gəlir hesabına ** DB *** dövlət qeydiyyat nişanlı, “PEUGEOT 206” markalı minik avtomobil əldə edərək, onu 12.11.2018-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirmişlər. Bundan əlavə birgə nigah dövründə iddiaçı ailə ehtiyacları üçün iki bankdan kredit götürmüşdür. 30.03.2019-cu il tarixdə həmin avtomobil alqı-satqı müqaviləsi əsasında 6.000 manata X1. İş materiallarından görünür ki, İddiaçı 11.06.2018-ci il tarixli kredit müqaviləsinə görə “X9 Azərbaycan” QSC-yə 2081,16 manat, 04.09.2018-ci il tarixli kredit müqaviləsinə görə “xxxx” KB ASC-yə 2389,88 manat borcu vardır. Hazırda İddiaçı tələb edir ki, banklara olan qeyd olunan borc tərəflərin ümumi borcu hesab edilməli, ödənilməmiş qalan kredit borcunun (5852,53/2) yarısının, yəni 2926,26 manat məbləğin Cavabdeh tərəfindən müvafiq banklara ödənilməsi, Cavabdeh hər iki müqavilə üzrə birgə borclu hesab edilməsi barədə qətnamə çıxarılmalıdır. Qeyd edildiyi kimi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2(105)-1744/20 nömrəli qətnaməsi ilə “X9 Azərbaycan” QSC və İddiaçı arasında bağlanmış 11.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə 2081,16 manat və “xxxx” KB ASC və İddiaçı arasında bağlanmış 782nkFİL8/18 saylı tarixli kredit müqaviləsi üzrə 2389,88 manat ödənilməli olan kredit məbləğləri İddiaçı və Cavabdeh ümumi (birgə) borcu hesab olunmuş, həmin hissədə qətnamə Ali Məhkəmənin 24 fevral 2021-ci il tarixli, 2(102)-618/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası iş üzrə Ali Məhkəmənin mövqeyinə uyğun olaraq hesab edir ki, iddia Cavabdeh kredit məbləğlərinin ödənilməsinə cəlb edilməsi, banklara olan borcun yarısının Cavabdeh tərəfindən ödənilməsi hissəsində əsaslı deyildir, çünki hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə Cavabdeh kredit məbləğlərinin ödənilməsinə cəlb edilməsi, banklara olan borcun yarısının onun tərəfindən ödənilməsi tələblərinin, başqa sözlə cavabdehin belə bir öhdəliyinin hüquqi əsası göstərilməmişdir. Məlum olduğu kimi, öhdəliyə əsasən borclu, kreditorun xeyrinə müəyyən hərəkəti etməli (pul ödəmək, xidmətlər göstərmək və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik ya qanundan (zərər vurma, əsassız varlanma və s.), ya da müqavilədən irəli gəlir. Hazırkı işdə isə cavabdehin hələ ödənilməmiş kredit borclarına görə iddiaçı və ya adları çəkilən banklar qarşısında nə müqavilədən, nə də qanundan irəli gələn öhdəliklərinə dair sübut təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, sözügedən kredit borcları üzərində cavabdehin bərabər payının müəyyən edilməsi, həmin borcların yarısının onun tərəfindən banklara ödənilməsinə əsas təşkil etmir. Belə ki, mövcud öhdəlik üzrə cavabdehin payının təsbit olunması o hüquqi nəticəni yaradır ki, borc (və ya onun bir qismi) iddiaçı tərəfindən ödənildiyi halda, məhz ödənilmiş məbləğin yarısı, özü də ödəyən iddiaçı tərəfindən Ailə Məcəlləsinin 37.3-cü və Mülki Məcəllənin 1092.1-ci (əsassız varlanma) maddələri əsasında cavabdehdən tələb edilə bilər. Odur ki, müvafiq borc məbləği iddiaçı tərəfindən kreditor banklara ödənilmədiyi halda cavabdehin əmlakının passivi (öhdəliyi) azalmır, yəni o varlanmış sayılmır. Belə olan təqdirdə, hansı qaydalar (hüquqi əsas) çərçivəsində cavabdehdən pulun tutulması və ya onun pul ödəməyə məcbur edilməsi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Ailə Məcəllənin 41.1 və 41.2-ci maddəslərinin tələblərinə əsasən ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyasının qənaətinə görə, kredit borclarının yarısının Cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsi kredit müqaviləsi üzrə borclu İddiaçı həmin həcmdə borcu banklara geri qaytarmaq öhdəliyindən azad olması kimi başa düşülə bilər. Halbuki, İddiaçı kredit müqavilələrinin tərəfi olan əsas borcludur, kreditorun isə yalnız müqavilənin tərəfi kimi ona qarşı tələb hüququ yaranmışdır. Nəzərə alınmalıdır ki, tələb hüququ üçün (o cümlədən borc müqaviləsi üzrə) səciyyəvi olan əlamətlərdən biri həmin hüququn nisbi xarakter daşımasıdır, yəni hər kəsə qarşı irəli sürülə bilən əşya hüquqlarından fərqli olaraq, tələb hüququ pozulduğu təqdirdə, yalnız müqavilənin tərəfi olan şəxsə qarşı irəli sürülə bilər. Hazırkı işdə isə banklarla bağlanmış kredit müqavilələrinin tərəfi Cavabdeh yox, İddiaçıdur. Bu hallar ona dəlalət edir ki, borc münasibətləri banklarla cavabdeh arasında deyil, banklarla iddiaçı arasında yaranmışdır. Ona görə də, öhdəliyin icrası gecikdirildikdə bankların kredit müqavilələri üzrə borclu İddiaçı öhdəliyin tam icrasını tələb etmək hüquqları bu qaydada aradan qaldırıla bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ödənilməmiş qalan 5852,53 manat kredit borcunun yarısının, yəni 2926,26 manat məbləğin Cavabdeh tərəfindən müvafiq banklara ödənilməsi və Cavabdeh hər iki müqavilə üzrə birgə borclu hesab edilməsi barədə İddiaçı iddiasını rədd edərkən birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmiş, lakin apelyasiya şikayətinin kredit borcunun yarısının Cavabdeh tərəfindən müvafiq banklara ödənilməsi və Cavabdeh hər iki müqavilə üzrə birgə borclu hesab edilməsi barədə dəlillərini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu barədə dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən həmin dəlillər apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin bu hissəsində işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT E T D İ: İddiaçı Aftandil oğlunun Cavabdeh kredit məbləğlərinin ödənilməsinə cəlb edilməsi və banklara olan borcun yarısının Cavabdeh tərəfindən ödənilməsi barədə apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1413/2020 saylı, 31 yanvar 2020-ci il tarixli qətnaməsi Cavabdeh kredit məbləğlərinin ödənilməsinə cəlb edilməsi və banklara olan borcun yarısının Cavabdeh tərəfindən ödənilməsi barədə iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu İddiaçı Aftandil oğlunun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar