Məhkəmə qərarları › İş №2(105)-1732/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1732/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1732/2022 16.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-21/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Qusar Rayon Məhkəməsinin 2(029)-21/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) iddia tələbi qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli **********87914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus olan Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 281,2 kv.m. ümumi, 131,2 kv.m. yaşayış, 150,0 kv.m. yardımçı sahədən ibarət olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin hərracda satılması və xx.xx.2014-cü il tarixli **********87914 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 8.392,81 manat məbləğində əsas borc, 1.804,66 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinin illik 15 faiz dərəcəsi ilə hesablanmış 1000 manat məbləğində penya, cəmi 11.197,47 manat məbləğində pul vəsaitinin; ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 28 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılması, ipoteka predmeti olan Cavabdeh məxsus Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 281,2 kv.m. ümumi, 131,2 kv.m. yaşayış, 150,0 kv.m. yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin likvid dəyərinin (ilkin satış qiyməti) 52000 (əlli iki min) manat məbləğində müəyyən edilməsi qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir. Qətnаmədən nаrаzı qаlаn iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 dekabr 2021-ci il tarixli 2(105)-3920/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 17 may 2022-ci il tarixli 2(102)-2507/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3920/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qətnaməsi «xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5 % (beş faiz) dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış cəmi 4.290,58 manat məbləğində zərərin (əldən çıxmış faydanın) tutulması tələbinin təmin olunmaması» hissəsində ləğv olunaraq mülki işin həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİNHALLARİ İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, xx.xx.2014- cü il tarixli **********87914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 281,2 kv.m. ümumi, 131,2 kv.m. yaşayış, 150 kv.m. yardımçı sahəsi olan fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin hərracda satılması və xx.xx.2014- cü il tarixli **********87914 №-li kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC «Xalq» Bankı qarşısında 8.392,81 manat məbləğində əsas borc, 1.804,66 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, vaxtı keçmiş əsas borc məbləğinə iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5 % (beş faiz) dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış cəmi 4.290,58 manat məbləğində zərərin (əldən çıxmış faydanın), xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 4.175,29 manat məbləğində penyanın, cəmi 18 663,34 manat məbləğində pul vəsaitinin və xx.xx.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 28 (iyirmi səkkiz) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh, onun ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyərinin – 28 000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuş və kreditləşmə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2018-ci il tarixinə kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin bir hissəsini ödəməmişdir. Beləliklə, həmin tarixə borc alanın iddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 10.197,47 manat məbləğində olmuşdur ki, bunun da 8.392,81 manatını vaxtı keçmiş əsas borc, 1.804,66 manatını isə əsas borc məbləğinə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. Bundan əlavə cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2020-ci il tarixinə bu məbləğ 4.175,29 manat təşkil edir. Qeyd edilən tarixdən sonra bankın daxili qərarına əsasən penyanın hesablanması borc alanın xeyrinə dayandırılmışdır. Borc alan tərəfindən əsas borc məbləğinin qaytarılması və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsi barədə öhdəliyi icra edilmədiyindən bankın öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 33-cü və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. Göstərilənlər əsasında iddia tələbi təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandılmışdır ki, iddiaçı əldən çıxmış faydanın hesablanmasında kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyinə görə illik 5 %-i, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi isə müvafiq arayışlarda göstərilmiş orta illik faiz dərəcəsini (18 %) əldə rəhbər tutmağı əsaslı hesab edir. Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına uyğun olaraq Bank bu müddət ərzində əldən çıxmış faydanın tələb edilməsində tamamilə haqlıdır. Lakin birinci, instansiyası məhkəməsi iş materiallarını ətraflı araşdırmamış, qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə almamış, əldən çıxmış fayda şəklində zərərin vurulmasını təsdiq edən sübutların məhkəməyə təqdimedilməsinə baxmayaraq əldən çıxmış faydanın tutulması hissəsində Bankın iddiasını əsassız olaraq təmin etməmişdir. Odur ki, həmin hal nəzərə alınmalı və apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə, 15 avqust 2022-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Qusar Rayon Məhkəməsinin 2(029)-21/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və iddiaçının imtinasının qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, təqdim edilən ərizəni nəzərdən keçirərək hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli, apellyasiya baxışı üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Yenə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası, qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətindən imtina ərizəsini araşdıraraq Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasların olmamasını, o cümlədən şikayətdən imtinanın işdə iştirak edən digər şəxslərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və Qusar Rayon Məhkəməsinin 2(029)-21/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qusar Rayon Məhkəməsinin 2(029)- 21/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Qusar Rayon Məhkəməsinin 2(029)-21/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan dərhal qüvvəyə minir. Ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar