Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-174/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, ilk iddia üzrə İddiaçı vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahibliyindən geri alınması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı bağışlama və alqı-satqı müqavilələrinin, dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-180/2019 saylı, 28 dekabr 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-180/2019 saylı, 28 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçıX3 qarşı əmlakın qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiasının təmin olunmaması, X1 İddiaçı qarşı bağışlama və alqı-satqı müqavilələrinin, dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması, məhkəmə xərci 195,12 manat məbləğində pulun İddiaçı alınaraq "xxxx"ın 1 saylı Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT: AİİBAZ2X, Mühbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMJCVOEN **********, AZ23AİİB******************** nömrəli hesaba keçirilməsi qət edilmişdir (hakim Anar Sadıqov). Qətnamədən ilk iddia üzrə iddiaçı, İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-180/2019 saylı, 28 dekabr 2019-cu il tarixli qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, ilk iddianın təmin edilməsinə, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq DƏDRX-nin 09 yanvar 2018-ci il tarixli ********** qeydiyyat nömrəli, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətinə verilmiş 1,86 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X5 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 may 2006cı il tarixdə X8 adına icarəsində olan 1,0 ha torpaq sahəsi də daxil olmaqla 1,86 ha torpaq sahəsinə dair verilmiş JN-0329, kod 30212068 olan dövlət aktı, ona əsasən həmin 1,86 ha torpaq sahəsinə dair X12 ilə X9 arasında Xaçmaz rayon 1 saylı notariat kontorunda bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi, həmin müqavilə əsasında DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən 1,86 ha torpaq sahəsinə dair X6 adına verilmiş 31.03.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, həmin çıxarış əsasında X9 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi, bu müqavilə əsasında DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən İddiaçı 09 yanvar 2018-ci il tarixli ********** qeydiyyat nömrəli, ******* nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, hüquqlarını müdafiə etdiyi şəxs qətnaməni Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair ilk iddiasının təmin edilməmiş hissəsində mübahisələndirir. Məhkəmə iş üzrə heç bir araşdırma aparmamış, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyini əsas götürərək əsaslı iddiasını təmin etməmişdir. Reyestr Xidməti tərəfindən verilmiş 09.01.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, ******* saylı çıxarışa əsasən iddiaçı 1,86 ha torpaq sahəsinin mülkiyyətçisidir. Belə ki, təmsil etdiyi şəxs Xaçmaz rayonu Fərzəli oba kəndində 1,86 ha torpaq sahəsini Səfərəli Məmmədovdan rəsmi alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin torpaq sahəsinə çıxarış verilmişdir. Ona məxsus olan torpaq sahəsini Səfərəli Məmmədov tanışı olan Cavabdeh torpaq baxımsız qalmamasına görə nəzarət etməyə və özunün dolanışığı məqsədilə vermişdir. Cavabdeh ona məxsus torpaq sahəsini artıq 3 ildir ki, istifadə edir. Dəfələrlə cavabdehə torpağı boşaltmasını təklif etmiş, lakin cavabdeh bundan imtina edir. Cavabdehin hərəkətləri nəticəsində onun mülkiyyət hüququ pozulur. Məhkəmə də iş materialarında olan mütəxəssis rəyinə istinadən ilk iddianı təmin etməyib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-180/2019 saylı, 28 dekabr 2019-cu il tarixli qətnaməsinin ilkin iddianın təmin edilməməsinə dair hissədə ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə ilk iddia üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq ilk iddia üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apelyasiya şikayətində qətnamənin qismən, ilk iddia tələbinin təmin edilməməsi hissəsində mübahisələndirmiş, qətnamənin qeyd edilən hissədə ləğv edilərək ilk iddianın təmin edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsini qətnaməsini yalnız ilk iddia tələbinin təmin edilməməsinə dair hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-180/2019 saylı, 28 dekabr 2019-cu il tarixli qətnaməsi ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, ilk iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı 1232266saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Fərzəli oba kəndində yerləşən 1,86ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçıa dına 09.01.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********93 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 130 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1ində yerləşən 1,86 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X6 adına 31.03.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********93 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 130 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 04.02.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, X2 rayonu Fərzəlioba kəndi ünvanında yerləşən 1,86 ha olan torpaq sahəsini X7 bağışlamışlar. İş materiallarında olan 01 noyabr 2015-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən müəyyən olunur ki, Köhnə Xudat bələdiyyəsi tərəfindən X3 1 ha torpaq sahəsi 11 ay müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15.07.2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, X1 istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə DƏDRX tərəfindən İddiaçı verilmiş **********93 reyestr nömrəli çıxarışın koordinatları arasında fərq olduğundan mülki işin araşdırılması mümkün deyildir. Məhkəmənin 20.08.2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti texniki ekspertizası təyin olunmuş, lakin ekspert tərəfindən 15.07.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən ekspertiza rəyi verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə istinadən iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddia tələbinin təmin edilməməsinə dair gəldiyi nəticəyə qiymət verərək hesab edir ki, məhkəmə gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli üçün tikinti-texniki ekspertizası təyin etmiş, lakin qərardad icra edilməmiş, iş üzrə ekspert rəyi verilməmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarını tam araşdırmamış, mübahisənin həlli üçün zəruri olan ekspertizanın keçirilməsini təmin etməmiş, ekspert rəyi almamışdır. İşə əlavə edilmiş X4 02.07.2020-ci il tarixli, 266 saylı ekspert rəyindən görünür ki, İddiaçı 09.01.2018-ci il tarixli, ********** nömrə ilə qeydiyyat nömrəli ******* saylı DƏDRX tərəfindən verilmiş çıxarışla mülkiyyətində olan Xaçmaz rayonu, Fərzəlioba kəndi ərazisində yerləşən 1,86 ha torpaq sahəsinin şimal hissəsinin 1,1 hektarı Cavabdeh tərəfindən zəbt edilərək orada tərəvəz bitkiləri və meyvə ağacvları əkilmişdir. Eləcə də məhkəmə kollegiyasının qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.04.2021-ci il tarixli, 10/1553 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-tədqiqat Mərkəzi” MMC-nin Xaçmaz Layihə- Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən **********93 reyestr nömrəli Çıxarışa əsasən 1,86 ha torpaq sahəsinin 1,1 hektar hissəsi Cavabdeh faktiki istifadə etdiyi torpq sahəsi ilə üst-üstə düşür. Bununla da müəyyən edilir ki, 09.01.2018-ci il tarixli, ********** nömrə ilə qeydiyyat nömrəli ******* saylı DƏDRX tərəfindən verilmiş çıxarışla İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Fərzəlioba kəndi ərazisində yerləşən 1,86 ha torpaq sahəsinin şimal hissəsinin 1,1 hektarı Cavabdeh istfiadəsindədir və iddiaçıya məxsus torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilərək istifadə edilir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçıya məxsus 1,86 ha torpaq sahəsinin 1,1 ha hissəsi cavabdeh tərəfindən zəbt edilərək istifadə edildiyindən həmin torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia tələbi üzrə iddiaçının mübahisələndirdiyi torpaq sahəsi onun mülkiyyətindədir və onun mülkiyyətini təsdiq edən dövlət reyestrdindən çıxarış da hazırki gündə qanuni qüvvəsindədir. Belə olan halda cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi onun qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Məhkəmə kollegiyası ilk iddia tələbinin tam təmin edilməsi barədə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı ona məxsus 1,86 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini bildirsə də, ekspert rəyi ilə ona məxsus torpaq sahəsinin şimal hissəsinin 1,1 ha hissəsinin zəbt edilməsi təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, tərəflərin mübahisə etdiyi, dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsus olan torpaq sahəsinin 1,1 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi iş materaillarına əlavə edilmiş ekspert rəyləri ilə də təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edlənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, ilk iddia tələbi qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-180/2019 saylı, 28 dekabr 2019-cu il tarixli qətnaməsi qismən, ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, ilk iddia tələbi qismən təmin edilməli, 09.01.2018-ci il tarixli, ********** nömrə ilə qeydiyyat nömrəli ******* saylı DƏDRX tərəfindən verilmiş çıxarışla İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Fərzəlioba kəndi ərazisində yerləşən 1,86 ha torpaq sahəsinin şimal hissəsinin 1,1 hektar hissəsi cavabdeh Şıxmuradov Samir İsaməddin oğlunun qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılmalı, iddia tələbi və apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-180/2019 saylı, 28 dekabr 2019-cu il tarixli qətnaməsi qismən, ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı cavabdeh X3 qarşı əmlakın qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiası qismən təmin edilsin. 09.01.2018-ci il tarixli, ********** nömrə ilə qeydiyyat nömrəli ******* saylı DƏDRX tərəfindən verilmiş çıxarışla İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Fərzəlioba kəndi ərazisində yerləşən 1,86 ha torpaq sahəsinin şimal hissəsinin 1,1 hektar hissəsi cavabdeh Şıxmuradov Samir İsaməddin oğlunun qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılsın İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Şıxmuradov Samir İsaməddin oğlundan ekspertizanın dəyəri olaraq 50 manat pul tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba, 371,60 manat "xxxx" ASC Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-174/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-174/2021
21.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver