Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1787/2021 06.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-3734/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-3734/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Elmir Hüseynov) İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsinin rədd edilməsi qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd şifoner, 1 ədəd türmo, 1 ədəd amazon dəmir krovat, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd servant, 1 ədəd bar, 1 ədəd kamod, 1 ədəd televizor seti, 1 ədəd-310 manat İnci soyuducu, 1 ədəd-45 manat elektrik sobası Kumtel, 1 ədəd-70 manat elektrik çaynik çaydan dəsti, 1 ədəd-100 manat tozsoran, 1 ədəd-70 manat ət çəkən maşın, 1 ədəd-30 manat mikser, 1 ədəd-20 manat elektrik çaynik, 1 ədəd-30 manat ütü Tefal, 3 ədəd-50 manat gecə lampası, 2 ədəd-170 manat çil-çıraq, 1 ədəd-40 manat divar saatı, 2 ədəd-300 manat (2 x 3 metr)-xalça, 2 ədəd-400 manat yataq və qonaq pərdə dəsti, 1 ədəd-50 manat taxt üçün döşək, 1 ədəd- 50 manat taxt üçün-yorğan, 5 ədəd-150 manat tək adamlıq yorğan, 2 ədəd-100 manat tək adamlıq döşək, 6 ədəd-100 manat yastıq, 1 ədəd-250 manat yataq örtüyü dəsti, 3 ədəd-140 manat odeyal, 8 ədəd-70 manat nalça, 4 ədəd-150 manat süfrə, 7 ədəd-350 manat yataq dəsti, 6 ədəd-100 manat qətvə, 12 ədəd-60 manat əl-üz dəsmalı, 12 ədəd- 30 manat çay dəsmalı, 6+6+6 düzüm-500 manat nahar çay və qəhvə dəsti, 6 ədəd-100 manat böyük ölçü büllur qədəh, 6 ədəd-60 manat orta ölçü büllur qədəh, 2 ədəd 6 qədəhlə-250 manat büllur abxor dəsti, 8 ədəd-300 manat büllur mürəbbə qabı, 2 ədəd-60 manat büllur şamdan, 250 manat bəzək (meyvəqabı, qənd qabı-2 ədəd, ləpə qabı, kül qabı, güldan) üçün dəst, 12 ədəd-20 manat böyük ölçü stəkan dəsti, 12 ədəd-30 manat armudu stəkan, 12 ədəd-12 manat böyük ölçülü nəlbəki, 12 ədəd-10 manat kiçik ölçülü nəlbəki, 3 ədəd-60 manat fincan nəlbəki dəsti, 6 ədəd-40 manat su stəkan dəsti, 14 ədəd-20 manat mürəbbə qabı, 4 ədəd-20 manat şirniyyat boşqabı, 3 ədəd-12+12-30 manat nahar boşqab dəsti, 22 ədəd-20 manat kasa, 4 ədəd-15 manat qənd qabı, 12 ədəd-10 manat duz qabı, 1 ədəd-8 manat qəhvədan, 2 ədəd-200 manat qazan dəsti, 150 manat (çəngəl, qaşıq, bıçaq dəsti)- çemodan, 5 ədəd-60 manat bıçaq dəsti, 6 ədəd-25 manat böyük ölçülü qaşıq dəsti, 2 ədəd-10 manat çörək qabı, 10 manat yuxa üçün oxlov, 3 ədəd-20 manat podnos, 3 ədəd-25 manat ləyən dəsti, 60 manat divan kreslo örtüyü, 1 ədəd-30 manat ütü altlığı, 1 ədəd-5 manat tava və 1 ədəd-25 manat iri güldanın, cəmi 10930 manat dəyərində cehiz əşyalarının X2 və Cavabdeh yaşadığı ünvan 1 ünvanından ona qaytarılması, əşyalar olmadıqda dəyərinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək tələb etdiyi cehiz əmlakların üzərinə həbs qoyulmaqla istifadəsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, əmlak tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Cehiz əmlakı hazırda cavabdeh X4 və Cavabdeh yaşadıqları evdədir. Cavabdehlərdən Cavabdeh problemli şəxsdir, 2020-ci ilin yanvar ayında onun atası X3 bıçaqla vuraraq ağır xəsarət yetirmişdir. Cavabdehlər ona xəbər göndəriblər ki, bütün mebelini və cehiz əmlakını yandırıb məhv edəcəklər. O, bu ailədən ehtiyat edir, bu qədər əziyyət çəkməklə əldə etdiyi cehizlərinin məhv olmasını istəmir. Həmin ailədə işləyən yoxdur, əgər mebelini yandırsalar, iddia təmin edildiyi halda, dəyəri olan 10930 manat pulu ödəmək imkanında deyildirlər. Gəlin köçərkən ona məxsus olan cehiz əşyaları Sumqayıt şəhəri, 13-cü mkr, 59 saylı evin 26 saylı mənzilinə aparılmışdır və mənzildən çıxana qədər bütün əmlakı orada olmuşdur. Cehizlərini çıxarmaq istəsə də, cavabdehlər yalnız məhkəmə qərarı ilə apara biləcəyini bildirmişlər. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cehiz əmlakı hazırda cavabdehlər X4 və Cavabdeh yaşadıqları mənzildədir. Cavabdehlərdən Cavabdeh problemli şəxsdir, 2020-ci ilin yanvar ayında atası X3 bıçaqla vuraraq ağır xəsarət yetirmişdir. Həmçinin, cavabdehlərdən X4 xəbər göndərmişdir ki, bütün mebelini və cehiz əmlakını məhkəmə prosesi zamanı etiraf etməyəcək və gəlin gələrkən cehiz mebel gətirmədiyini, heç bir əmlakının evində olmayacağını bildirməklə işini daha da çətinləşdirəcəkdir. Ona görə də ərizəsində bu ailədən ehtiyat etdiyini və bu qədər əziyyət çəkməklə əldə etdiyi cehizlərinin məhv olmasını istəmədiyini qeyd etmişdir. Həmin ailədə işləyən yoxdur, əgər mebelini yandırsalar, iddia təmin edildiyi halda, dəyəri olan 10930 manat pulu ödəmək imkanında deyildirlər. Gəlin köçərkən ona məxsus olan cehiz əşyaları Sumqayıt şəhəri, 13-cü mkr, 59 saylı evin 26 saylı mənzilinə aparılmışdır və mənzildən çıxana qədər bütün əmlakı orada olmuşdur. Cehizlərini çıxarmaq istəsə də, cavabdehlər yalnız məhkəmə qərarı ilə apara biləcəyini bildirmişlər. İddianı təmin tədbirlərinin məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. Bunu da ərizədə kifayət qədər hallar göstərməklə əsaslandırmışdır. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Cavabdehlərdən Rəhim Əhədov qətnamənin icrasını gələcəkdə çətinləşdirəcəyini nümayişkaranə şəkildə bildirir. Bunun səbəbi də oğlunun onun atasını bıçaqla vurub öldürmək istəməsi və buna görədə atası X8 Əhədovdan şikayətçi olmasıdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı, cavabdehlər X4 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, iddianı təmin tədbiri barədə ərizə qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməyərkən iddiaçının ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsinin zərurətini kifayət qədər əsaslandırmamasına, belə tədbirlərin görülməsi üçün əsasların mövcudluğunu sübut edən dəlillər təqdim etməməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı deyildir. İş materiallarından görünür ki, İddiaçı iddia tələbi Cavabdeh ilə ailə qurarkən cavabdehlərin yaşadığı Sumqayıt şəhəri, 13-cü mkr, 59 saylı evin 26 saylı mənzilinə apardığı özünə məxsus olan 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd şifoner, 1 ədəd türmo, 1 ədəd amazon dəmir krovat, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd servant, 1 ədəd bar, 1 ədəd kamod, 1 ədəd televizor seti, 1 ədəd-310 manat İnci soyuducu, 1 ədəd-45 manat elektrik sobası Kumtel, 1 ədəd-70 manat elektrik çaynik çaydan dəsti, 1 ədəd-100 manat tozsoran, 1 ədəd-70 manat ət çəkən maşın, 1 ədəd-30 manat mikser, 1 ədəd-20 manat elektrik çaynik, 1 ədəd-30 manat ütü Tefal, 3 ədəd-50 manat gecə lampası, 2 ədəd-170 manat çil-çıraq, 1 ədəd-40 manat divar saatı, 2 ədəd- 300 manat (2 x 3 metr)-xalça, 2 ədəd-400 manat yataq və qonaq pərdə dəsti, 1 ədəd-50 manat taxt üçün döşək, 1 ədəd-50 manat taxt üçün-yorğan, 5 ədəd-150 manat tək adamlıq yorğan, 2 ədəd-100 manat tək adamlıq döşək, 6 ədəd-100 manat yastıq, 1 ədəd- 250 manat yataq örtüyü dəsti, 3 ədəd-140 manat odeyal, 8 ədəd-70 manat nalça, 4 ədəd- 150 manat süfrə, 7 ədəd-350 manat yataq dəsti, 6 ədəd-100 manat qətvə, 12 ədəd-60 manat əl-üz dəsmalı, 12 ədəd-30 manat çay dəsmalı, 6+6+6 düzüm-500 manat nahar çay və qəhvə dəsti, 6 ədəd-100 manat böyük ölçülü büllur qədəh, 6 ədəd-60 manat orta ölçülü büllur qədəh, 2 ədəd 6 qədəhlə-250 manat büllur abxor dəsti, 8 ədəd-300 manat büllur mürəbbə qabı, 2 ədəd-60 manat büllur şamdan, 250 manat bəzək (meyvə qabı,qənd qabı-2 ədəd, ləpə qabı, kül qabı, güldan)- üçün dəst, 12 ədəd-20 manat böyük ölçülü stəkan dəsti, 12 ədəd-30 manat armudu stəkan, 12 ədəd-12 manat böyük ölçülü nəlbəki, 12 ədəd-10 manat kiçik ölçü nəlbəki, 3 ədəd-60 manat fincan nəlbəki dəsti, 6 ədəd-40 manat su stəkan dəsti, 14 ədəd-20 manat mürəbbə qabı, 4 ədəd-20 manat şirniyyat boşqabı, 3 ədəd-12+12,30 manat nahar boşqab dəsti, 22 ədəd-20 manat kasa, 4 ədəd-15 manat qənd qabı, 12 ədəd-10 manat duz qabı, 1 ədəd-8 manat qəhvədan, 2 ədəd-200 manat qazan dəsti, 150 manat (çəngəl, qaşıq, bıçaq dəsti)- çemodan, 5 ədəd- 60 manat bıçaq dəsti, 6 ədəd-25 manat böyük ölçülü qaşıq dəsti, 2 ədəd-10 manat çörək qabı, 10 manat yuxa üçün oxlov, 3 ədəd-20 manat podnos, 3 ədəd-25 manat ləyən dəsti, 60 manat divan kreslo örtüyü, 1 ədəd-30 manat ütü altlığı, 1 ədəd-5 manat tava və 1 ədəd-25 manat iri güldanın, cəmi 10930 manat dəyərində cehiz əşyalarının X2 və Cavabdeh yaşadıqları Sumqayıt şəhəri, 13-cü mkr, 59 saylı evin 26 saylı mənzilindən ona qaytarılması, əşyalar olmadıqda dəyərinin ona ödənilməsi barədədir. İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək tələb etdiyi əmlakların üzərinə həbs qoyulmaqla istifadəsinin qadağan edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. İşdən görünür ki, İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi iddia tələblərində qeyd olunan əmlakların üzərinə həbs qoyulması barədədir. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini tətbiq edib, hesab edir ki, hazırki işə mahiyyəti üzrə baxılanadək iddia ərizəsində göstərilən əmlakların üzərinə həbs qoyulması barədə iddianı təmin etmə tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmək tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi əmlakın üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə görə iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək başqa şəxslərə qadağan edilə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. Məhkəmə kollegiyası iddianı təmin etmək tədbirinə dair ərizənin əmlaklardan istifadənin qadağan edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı əmlaklardan istifadənin kimə qadağan olunmasını ərizəsində konkret göstərmədiyindən həmin hissədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, iddianı təmin tədbiri barədə ərizə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-3734/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı iddianı təmin tədbiri barədə ərizəsi qismən təmin edilsin. İddiaçı tələb etdiyi 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd şifoner, 1 ədəd türmo, 1 ədəd amazon dəmir krovat, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd servant, 1 ədəd bar, 1 ədəd kamod, 1 ədəd televizor seti, 1 ədəd İnci soyuducu, 1 ədəd elektrik sobası Kumtel, 1 ədəd elektrik çaynik çaydan dəsti, 1 ədəd tozsoran, 1 ədəd ət çəkən maşın, 1 ədəd mikser, 1 ədəd elektrik çaynik, 1 ədəd ütü Tefal, 3 ədəd gecə lampası, 2 ədəd çil-çıraq, 1 ədəd divar saatı, 2 ədəd (2 x 3 metr xalça, 2 ədəd yataq və qonaq pərdə dəsti, 1 ədəd taxt üçün döşək, 1 ədəd taxt üçün yorğan, 5 ədəd tək adamlıq yorğan, 2 ədəd tək adamlıq döşək, 6 ədəd yastıq, 1 ədəd yataq örtüyü dəsti, 3 ədəd odeyal, 8 ədəd nalça, 4 ədəd süfrə, 7 ədəd yataq dəsti, 6 ədəd qətvə, 12 ədəd əl-üz dəsmalı, 12 ədəd çay dəsmalı, 6+6+6 düzüm nahar çay və qəhvə dəsti, 6 ədəd böyük ölçülü büllur qədəh, 6 ədəd orta ölçülü büllur qədəh, 2 ədəd 6 qədəhlə büllur abxor dəsti, 8 ədəd büllur mürəbbə qabı, 2 ədəd büllur şamdan, bəzək (meyvə qabı, qənd qabı 2 ədəd, ləpə qabı, kül qabı, güldan) üçün dəst, 12 ədəd böyük ölçülü stəkan dəsti, 12 ədəd armudu stəkan, 12 ədəd böyük ölçü nəlbəki, 12 ədəd kiçik ölçülü nəlbəki, 3 ədəd fincan nəlbəki dəsti, 6 ədəd su stəkan dəsti, 14 ədəd mürəbbə qabı, 4 ədəd şirniyyat boşqabı, 3 ədəd nahar boşqab dəsti, 22 ədəd kasa, 4 ədəd qənd qabı, 12 ədəd duz qabı, 1 ədəd qəhvədan, 2 ədəd qazan dəsti, çəngəl, qaşıq, bıçaq dəsti-çemodan, 5 ədəd bıçaq dəsti, 6 ədəd böyük ölçülü qaşıq dəsti, 2 ədəd çörək qabı, yuxa üçün oxlov, 3 ədəd podnos, 3 ədəd ləyən dəsti, divan kreslo örtüyü, 1 ədəd ütü altlığı, 1 ədəd tava və 1 ədəd iri güldanın üzərinə həbs qoyulsun. İddianı təmin tədbiri barədə ərizə qalan hissədə təmin edilməsin. Qərardadın icrası Sumqayıt şəhəri üzrə İcra idarəsinə həvalə edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1787/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1787/2021
06.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver