Məhkəmə qərarları › İş №2(105)-1789/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1789/2021

17.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1789/2021 17.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə və Cavabdeh1 qarşı qanun üzrə vərəsə kimi tanınma və vərəsələrin siyahısına daxil edilmə tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim E.X.Hüseynov) iddiaçının nümayəndəsi Vəkil tərəfindən iddianı təmin etmə tədbiri barədə verilmiş ərizənin rədd edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası ƏN Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı qanun üzrə vərəsə kimi tanınma və vərəsələrin siyahısına daxil edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə iddia ərizəsi ilə birlikdə iddianı təmin etmə tədbiri barədə ərizə təqdim edərək, İddiaçı Sumqayıt Regional “Asan Xidmət” mərkəzi Notariat Ofisində mərhum X2 ölümü ilə bağlı 27 yanvar 2021-ci il tarixli, 8V-104 reyesterli vərəsəlik işində vərəsə siyahısına daxil mərhum X2 tək vərəsəsi olması barədə mülki iş məhkəmə qərarı qəbul edilənədək iddiam təmin etmə tədbiri qismində R.K.Ərəbovun mülkiyyətində olan ünvan 1 ünvanında 215,6 kv.m qeyri-yaşayış sahəsi (Çıxarış: Seriya ******* ), Sumqayıt şəhəri 2-ci məhəllədə 1/32 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 169,2 kv.m. olan qeyri yaşayış sahəsi (47 saylı mağaza) (Çıxrış:Seriya MH № 0003827)ünvan 3 ünvanında yerləşən 39,7 kv.m. olan qeyri-yaşayış sahəsi (Çıxarış: Seriya RX № ******* saylı), ünvan 4 ünvanında 0,00802 ha torpaq sahəsində yerləşən 65,3 kv.m ərazisi qeyri-yaşayış binası (Çıxarış: Seriya RX № 1305540), Sumqayıt şəhəri, Novxanı bağ massivi, B768 nömrəli 0,12 ha ərazisi olan bağ sahəsi (Çıxarış: Seriya ******* saylı) və Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 65A, mənzil 1A-da) yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 93, Ml,m 2) 139,3 kv.m mənzilin (Çıxarış: Seriya RX № 1131119) və **-BP-*** dövlət qeydiyyat nişanlı, 2012-ci buraxılış ili olan “JEEP GRAND CHEROKEE” markalı nəqliyyat (AB N 692500 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi) üzərinə həbs qoyulması və həmin əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçıların nümayəndəsi Vəkil verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Əmlakların təhlükəsizliyin və özgəninkiləşdirilməsinin qarşısının alınması üçün mülki iş üzrə icraata zamanı əmlakların üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsinin qadagan edilməsi mülki mühakimə icraatının vəzifələrindən biridir. Məhkəmənin qərardadı yalnız formal xarakteri daşıyır və qərardadın təsviri hissəsində 1 cümlədə olsa əmlakların üzərinə həbs qoyulmasının səbəbləri və hüquqi əsasları göstərilməmiş və onun norması şərh edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(060)-3934/2021 saylı qərardadını ləğv edərək, iddianın təmin tədbiri qismində mərhum X2 adına olan əmlakların üzərinə həbs qoyulması barədə iddiaçının ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehlər Cavabdeh1 və AR ƏN Sumqayıt Regional Asan Xidmət Mərkəzənin notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə hesab edir ki, qanunun göstərilən müddəası baxımından iddianı təmin tədbirlərinin məqsədi ilə həmin tədbirlərin tətbiqinin zəruriliyi bir-birindən fərqləndirilməlidir. İddianı təmin tədbirlərinin tətbiqinə dair ərizələrə yalnız iddianı təmin tədbirlərinin məqsədi nəzərə alınmaqla qiymət verilə bilməz. İddianı təmin tədbirlərinin məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. Bu mənada, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Birinci instansiya məhkəməsi ərizəni təmin etmədikdə iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı, eləcə də iddianın uğurluluq ehtimalının nəzərə alınması baxımından qiymətləndirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən əmlaklar iddia predmetinin mübahisə olunan əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14.03.2018-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçıların nümayəndəsi Vəkil şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 09 aprel 2021-ci il tarixli 2(060)-3934/2021 saylı qərardadı ləğv edilsin. İddiaçının nümayəndəsi Vəkil iddianın təmin tədbiri barədə ərizəsi təmin edilsin. Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında 215,6 kv.m qeyri-yaşayış sahəsi (Çıxarış: Seriya ******* ), Sumqayıt şəhəri 2-ci məhəllədə 1/32 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 169,2 kv.m. olan qeyri yaşayış sahəsi (47 saylı mağaza) (Çıxrış:Seriya MH № 0003827) ünvan 3 ünvanında yerləşən 39,7 kv.m. olan qeyri-yaşayış sahəsi (Çıxarış: Seriya RX № ******* saylı), ünvan 4 ünvanında 0,00802 ha torpaq sahəsində yerləşən 65,3 kv.m ərazisi qeyri-yaşayış binası (Çıxarış: Seriya RX № 1305540), Sumqayıt şəhəri, Novxanı bağ massivi, B768 nömrəli 0,12 ha ərazisi olan bağ sahəsi (Çıxarış: Seriya ******* saylı) və Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 65A, mənzil 1A-da) yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 93, Ml,m 2) 139,3 kv.m mənzilin (Çıxarış: Seriya RX № 1131119) və **-BP-*** dövlət qeydiyyat nişanlı, 2012-ci buraxılış ili olan “JEEP GRAND CHEROKEE” markalı nəqliyyat (AB N 692500 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi) üzərinə həbs qoyulsun və həmin əmlakların özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar