Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1796/2020 17.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X9 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X11, iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızının, onun vəkili X12, cavabdeh X3 nümayəndəsi və vəkili X13 iştirakları ilə açıq məhkəmə iclasında Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)-27/2020 saylı qətnaməsindən iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)-27/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə İmanova) iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızının cavabdehlər Cavabdeh1 və X4 qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya məxsus Xırdalan şəhəri, H.Əliyev küçəsi, ev 41 ünvanında yerləşən cehiz əşyaları, dəyəri 7500 manat olan yataq mebeli 1 dəst, dəyəri 7500 manat olan qonaq mebeli 1 dəst, dəyəri 2000 manat olan yastıqlı künc divan və 1 dəst şüşəli jürnal stolu, dəyəri 1500 manat olan televizor (böyük ekran) 1 ədəd, dəyəri 800 manat olan televizor (kiçik ekran) 1 ədəd, dəyəri 500 manat olan maqnitafon 1 ədəd, ümumi dəyəri 200 manat olan 2 ədəd stolüstü saat, dəyəri 500 manat olan DVD 1 ədəd, dəyəri 150 manat olan xörək bişirən tok qazan 1 ədəd, dəyəri 90 manat olan şirə çəkən maşın 1 ədəd, dəyəri 80 manat olan ət maşını 1 ədəd, dəyəri 160 manat olan blender (mikser) dəsti 1 ədəd, dəyəri 230 manat olan tozsoran 1 ədəd, dəyəri 70 manat olan ütü 1 ədəd, dəyəri 50 manat olan ütü altlığı 1 ədəd, ümumi dəyəri 500 manat olan çilçıraq 2 ədəd, ümumi dəyəri 100 manat olan naçnik 2 ədəd, dəyəri 250 manat olan samovar (tok) 1 ədəd, dəyəri 10 manat olan qaşıq (balaca) 12 ədəd, dəyəri 15 manat olan qaşıq (böyük) 12 ədəd, dəyəri 15 manat olan çəngəl 12 ədəd, dəyəri 15 manat olan bıçaq 12 ədəd, dəyəri 150 manat olan bıçaq (mətbəxt) 4 dəst, dəyəri 300 manat olan qazan dəsti (tefal) 1 ədəd, dəyəri 250 manat olan qazan 1 ədəd, dəyəri 500 manat olan yemək qabı dəsti (qonaq) 1 dəst, dəyəri 20 manat olan yemək qabı (mətbəxt) 1 dəst, dəyəri 60 manat olan fincan dəsti (mətbəxt) 2 dəst, dəyəri 30 manat olan fincan (mətbəxt) 12 ədəd, dəyəri 40 manat olan nəlbəki (mətbəxt) 4 dəst, dəyəri 50 manat olan çaynik 1 dəst, dəyəri 24 manat olan duzqabı (xurustal) 12 ədəd, dəyəri 10 manat olan duzqabı dəst 12 ədəd, dəyəri 60 manat olan tortqabı 4 dəst, dəyəri 30 manat olan armudu stəkan xrustal 12 ədəd, dəyəri 40 manat olan stəkan xrustal (böyük) 12 ədəd, dəyəri 30 manat olan nəlbəki (xurustal) 12 ədəd, dəyəri 20 manat olan mürəbbə qabı (kiçik) 12 ədəd, dəyəri 40 manat olan mürəbbə qabı (xurustal) 12 ədəd, dəyəri 200 manat olan meyvə qablı (xurustal) 6 ədəd, dəyəri 200 manat olan güldan (xurustal) 4 ədəd, dəyəri 110 manat olan rumka (xurustal) 12 ədəd, dəyəri 60 manat olan rumka qaşlı ( böyük) 6 ədəd, dəyəri 70 manat olan rumka qaşlı (kiçik) 6 ədəd, dəyəri 50 manat olan rumka süd rəngli (böyük) 12 ədəd, dəyəri 150 manat olan 1 qızılı podnos və 6 ədəd qızılı armudu stəkan dəsti, dəyəri 200 manat olan salat hazırlayan 3 dəst, dəyəri 32 manat olan naçnik (balıqlı suvenir) 1 ədəd, dəyəri 100 manat olan kofe fincan dəsti 2 dəst, dəyəri 40 manat olan külqabı (xurustal) 6 ədəd, dəyəri 20 manat olan külqabı (qara rəngli) 2 ədəd, dəyəri 200 manat olan konfetqabı (muncuqlu) 2 ədəd, dəyəri 100 manat olan güldan (muncuqlu) 1 ədəd, dəyəri 50 manat olan podnos 1 dəst, dəyəri 20 manat olan vedrə (çuqun) 2 ədəd, dəyəri 20 manat olan ləyən (çuqun) 2 ədəd, dəyəri 12 manat olan aşsüzən 1 ədəd, dəyəri 255 manat olan çərəzqabı (3 mərtəbəli) 2 ədəd, dəyəri 20 manat olan xurustal lampa (muncuqlu) 1 ədəd, dəyəri 25 manat olan şirə stəkanı 12 ədəd, dəyəri 55 manat olan divar saatı 1 ədəd, dəyəri 90 manat olan güldan (güllü) 2 ədəd, dəyəri 60 manat olan konfetqabı (göy rəngli) 1 ədəd, dəyəri 300 manat olan pərdə (qonaq otağı) 1 ədəd, dəyəri 200 manat olan pərdə (yataq otağı) 1 ədəd, dəyəri 500 manat olan örtük ağ rəngli (yataq taxtı üçün) 1 ədəd, dəyəri 80 manat olan örtük tünd qırmizı rəngli (yataq taxtı üçün) 1 ədəd, dəyəri 100 manat olan örtük tüklü (yataq taxtı üçün) 1 ədəd, dəyəri 65 manat olan örtük (balaça) 2 ədəd, dəyəri 20 manat olan örtük (pambıq) 2 ədəd, yorğan lentli (qoşa yataq ) 1 ədəd, dəyəri 15 manat olan yorğan (qoşa yataq )1 ədəd, dəyəri 400 manat olan yorğan (tək yataq) 2 ədəd, dəyəri 450 manat olan döşək (qoşa yataq) 1 ədəd, dəyəri 450 manat olan döşək (tək yataq ) 2 ədəd, dəyəri 300 manat olan tük yastıq 6 ədəd, dəyəri 20 manat olan sintifon yastıq 2 ədəd, dəyəri 150 manat olan süfrə (stolüstlüyü) 12 ədəd, dəyəri 150 manat olan Atlas çexol (yataq üçün) 2 ədəd, dəyəri 950 manat olan çexol dəst (yataq üçün) 12 ədəd, dəyəri 840 manat olan çexol (tək) 12 ədəd, dəyəri 90 manat olan tək döşək üzlüyü 12 ədəd, dəyəri 40 manat olan yastıq üzlüyü 12 ədəd, dəyəri 110 manat olan əl dəsmalı 20 ədəd, dəyəri 140 manat olan can dəsmalı 12 ədəd, dəyəri 100 manat olan əl-üz dəsmalı 20 ədəd, dəyəri 20 manat olan çay dəsmalı 10 ədəd, dəyəri 1000 manat olan 3 ədəd xalçanın və ya natura şəkilində əşyalarının özləri olmadıqda əvəzi olaraq dəyəri Cavabdeh1 və X1 müştərək qaydada alınaraq iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Bayramova (İmanova) Esmira Sərvaz qızı iddia ilə məhkəməyə müraciət edərək dəyəri 7500 manat olan 1 dəst yataq mebelinin, dəyəri 7500 manat olan 1 dəst qonaq mebelinin, dəyəri 2000 manat olan 1 dəst yastıqlı künc divan və şüşəli jurnal stolunun, dəyəri 1500 manat 1 ədəd televizorun (böyük ekran), dəyəri 800 manat olan 1 ədəd televizorun (kiçik ekran), dəyəri 500 manat olan 1 ədəd maqnitafonun, dəyəri 200 manat olan 2 ədəd stolüstü saatın, dəyəri 500 manat olan 1 ədəd DVD-nin, dəyəri 150 manat olan 1 ədəd xörək bişirən tok qazanın, dəyəri 90 manat olan 1 ədəd şirə çəkən maşının, dəyəri 80 manat olan 1 ədəd ət maşınının, dəyəri 160 manat olan1 ədəd blender (mikser) dəstinin, dəyəri 230 manat olan 1 ədəd tozsoranın, dəyəri 70 manat olan 1 ədəd ütünün, dəyəri 50 manat olan 1 ədəd ütü altlığının, dəyəri 500 manat olan 2 ədəd çilçırağın, dəyəri 100 manat olan 2 ədəd gecə lampasının, dəyəri 250 manat olan 1 ədəd samovarın (tok), dəyəri 10 manat olan 12 ədəd qaşığın (balaca), dəyəri 15 manat olan 12 ədəd qaşığın (böyük), dəyəri 15 manat olan 12 ədəd çəngəlin, dəyəri 15 manat olan 12 ədəd bıçağın, dəyəri 150 manat olan 4 dəst bıçağın (mətbəx), dəyəri 300 manat olan 1 ədəd qazan dəstinin (Tefal), dəyəri 250 manat olan 1 ədəd qazanın,dəyəri 500 manat olan 1 dəst yemək qabı dəstinin (qonaq), dəyəri 20 manat olan 1 dəst yemək qabının (mətbəx), dəyəri 60 manat olan 2 dəst fincan dəstinin (mətbəx), dəyəri 30 manat olan 12 ədəd fincanın (mətbəx), dəyəri 40 manat olan 4 dəst nəlbəkinin (mətbəxt), dəyəri 50 manat olan 1 dəst çaynikin, dəyəri 24 manat olan 12 ədəd duzqabının (xurustal), dəyəri 10 manat olan 12 ədəd duzqabı dəstinin, dəyəri 60 manat olan 4 dəst tortqabının, dəyəri 30 manat olan 12 ədəd xrustal armudu stəkanın, dəyəri 40 manat olan 12 ədəd böyük xrustal stəkanın, dəyəri 30 manat olan 12 ədəd xurustal nəlbəkinin, dəyəri 20 manat olan 12 ədəd kiçik mürəbbə qabının, dəyəri 40 manat olan 12 ədəd xurustal mürəbbə qabının, dəyəri 200 manat olan 6 ədəd xurustal meyvə qabının, dəyəri 200 manat olan 4 ədəd xurustal güldanın, dəyəri 110 manat olan 12 ədəd xurustal rumkanın, dəyəri 60 manat olan qaşlı 6 ədəd böyük rumkanın, dəyəri 70 manat olan qaşlı 6 ədəd kiçik rumkanın, dəyəri 50 manat olan 12 ədəd süd rəngli böyük rumkanın, dəyəri 150 manat olan 1 ədəd qızılı podnos və 6 ədəd qızılı armudu stəkan dəstinin, dəyəri 200 manat olan 3 dəst salat hazırlayanın, dəyəri 32 manat olan 1 ədəd gecə lampasının (balıqlı suvenir), dəyəri 100 manat olan 2 dəst kofe fincan dəstinin, dəyəri 40 manat olan 6 ədəd xurustal külqabının, dəyəri 20 manat olan 2 ədəd qara rəngli külqabının, dəyəri 200 manat olan 2 ədəd muncuqlu konfetqabının, dəyəri 100 manat olan 1 ədəd muncuqlu güldanın, dəyəri 50 manat olan 1 dəst podnosun, dəyəri 20 manat olan 2 ədəd çuqun vedrənin, dəyəri 20 manat olan 2 ədəd çuqun ləyənin, dəyəri 12 manat olan 1 ədəd aşsüzənin, dəyəri 255 manat olan 2 ədəd 3 mərtəbəli çərəz qabının, dəyəri 20 manat olan 1 ədəd muncuqlu xurustal lampanın, dəyəri 25 manat olan 12 ədəd şirə stəkanının, dəyəri 55 manat olan 1 ədəd divar saatının, dəyəri 90 manat olan 2 ədəd güllü güldanın, dəyəri 60 manat olan 1 ədəd göy rəngli konfetqabının, dəyəri 300 manat olan 1 ədəd qonaq otağı pərdənin, dəyəri 200 manat olan 1 ədəd yataq otağı pərdənin, dəyəri 500 manat olan 1 ədəd yataq taxtı üçün ağ rəngli örtüyün, dəyəri 80 manat olan 1 ədəd yataq taxtı üçün tünd qırmızı rəngli örtüyün, dəyəri 100 manat olan 1 ədəd yataq taxtı üçün tüklü örtüyün, dəyəri 65 manat olan 2 ədəd balaça örtüyün, dəyəri 20 manat olan 2 ədəd pambıq örtüyün, dəyəri 15 manat olan 1 ədəd lentli qoşayataq yorğanın, dəyəri 400 manat olan 1 ədəd qoşa yataq yorğanının, dəyəri 200 manat olan 2 ədəd tək yataq yorğanının, dəyəri 450 manat olan 1 ədəd qoşa yataq döşəyinin,dəyəri 450 manat olan 2 ədəd tək yataq döşəyinin, dəyəri 300 manat olan 6 ədəd tük yastığının, dəyəri 20 manat olan 2 ədəd sintofon yastığın, dəyəri 150 manat olan 12 ədəd stolüstü süfrənin, dəyəri 150 manat olan 2 ədəd yataq üçün atlas çexolun, dəyəri 960 manat olan 12 ədəd yataq üçün çexol dəstinin, dəyəri 840 manat 12 ədəd tək çexolun, dəyəri 90 manat olan 12 ədəd tək döşək üzünün, dəyəri 40 manat olan 12 ədəd yastıq üzünün, dəyəri 110 manat olan 20 ədəd əl dəsmalının, dəyəri 140 manat olan 12 ədəd can dəsmalının, dəyəri 100 manat olan 20 ədəd əl-üz dəsmalının, dəyəri 20 manat olan 10 ədəd çay dəsmalının, dəyəri 1000 manat olan 3 ədəd xalçanın, dəyəri 5250 manat, çəkisi 150,35 qr olan EFE modelli ağ qızıldan brilyant qaşlı sırğa və üzük dəstinin, dəyəri 370 manat, çəkisi 4,4 qr olan sarı qızıldan üzüyün, dəyəri 220 manat, çəkisi 2,89 qr olan sarı qızıldan Versaçi üzüyün, dəyəri 1200 manat, çəki 12,4 qr olan EFE modelli ağ qızıldan sırğa və üzük dəstinin, dəyəri 500 manat, çəkisi 5 qr olan sarı qızıldan “Civari moksur” modelli sırğanın, dəyəri 300 manat, çəkisi 2,8 qr olan sarı qızıldan “DuDi” Şanel modelli sırğanın, dəyəri 240 manat, çəkisi 2,2 qr olan sarı qızıldan “Tranzit” modelli sırğanın, dəyəri 680 manat, çəkisi 7 qr olan sarı qızıldan sırğanın, dəyəri 900 manat, çəkisi 9,7 qr olan ağ qızıldan üzüyün, dəyəri 1000 manat, çəkisi 6,1 qr olan ağ qızıldan üzüyün, dəyəri 2150 manat, çəkisi 30 qr olan Dubaydan gətirilmə sarı qızıldan saatın, dəyəri 280 manat, çəkisi 3,13 qr olan Dubaydan gətirilmə sarı qızıldan üzüyün, dəyəri 350 manat, çəkisi 3,3 qr olan Dubaydan gətirilmə sarı qızıldan “Şanel” modelli sırğanın, dəyəri 370 manat, çəkisi 5,2 qr olan sarı qızıldan “DuDi” modelli üzüyün, dəyəri 1800 manat, çəkisi 25 qr olan Dubaydan gətirilmə “Toranzit” modelli sarı-ağ qızıldan boyunbağı və qolbaq dəstinin, dəyəri850 manat, çəkisi 6,1 qr olan 0,70 karat brilyant qaşlı ağ qızıldan üzüyün, dəyəri 2800 manat, çəkisi 9,5 qr olan 0,70 karat brilyant qaşlı ağ qızıldan sırğa və üzük dəstinin, dəyəri 1100 manat, çəkisi 25 qr olan sarı italyan qızılından sırğa və üzük dəstinin, dəyəri 1000 manat, çəkisi 20 qr olan sarı İtalyan qızılından boyunbağının natura şəklində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması, bu mümkün olmadıqda həmin əmlakların dəyərinin pul şəklində cavbdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, o, X19 ilə xx xxxxxxxx 2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X14 və xx.xx.2017-ci il tarixdə X17 anadan olmuşlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Ailə qurduqdan sonra onlar qayınatası Cavabdeh1 və qayınanası X5 ilə birlikdə Xırdalan şəhəri, H.Əliyev küçəsi, ev 41 ünvanında yaşamışlar. Nikahlarının pozulmasının əsas səbəbi qayınanası X2 onların ailə münasibətlərinə müdaxilə etməsi, ona zor tətbiq etməsi, təhqir etməsi, onu ərinə tez-tez döydürməsi olmuşdur. Qayınanası həmçinin özü də onu dəfələrlə döymüş, qayınatası isə tez-tez təhqir etmişdir. 2017-ci il oktyabr ayının 30-da oğlu Hüseyn İmanlı xəstələnmiş və uşağı həkimə aparmaq üçün 15 manat pul lazım olmuşdur. Lakin onun xəstəxanaya və dərmanlara ödəməyə pulu olmamışdır. Onlardan pul istədikdə qayınanası Səkinə onu təhqir edərək ərinə döydürmüşdür. Həmin vaxt o, ikinci uşağa, yəni Həsənə hamilə olmuşdur. O, valideynlərinə zəng vuraraq onu döydüklərini bildirmişdır. Bundan sonra valideynləri və əmisi onlara gəlmişlər. Bu zaman qayınatası Cavabdeh1 və əri Mahir İmanov bu şəxslərin üzərinə bıçaq çıxarmış, hədə-qorxu gələrək onu valideynləri ilə getməyə qoymamışlar. Vəziyyətin pisləşdiyini görən valideynləri həyat və sağlamlıqları üçün təhlükəni gördüklərindən polis çağırmaq məcburiyyətində qalmışlar. İki polis nəfərinin köməyi ilə valideynləri onu və oğlu Hüseyni evdən çıxararaq xəstəxanaya aparmışlar. Xəstəxanadan qayıtdıqdan sonra qayınanası onu evə buraxmamış, hətta evdən özünün şəxsi geyim əşyalarını götürməyə belə ona imkan verməmişdir. 2017ci il oktyabrın 30-da evdən çıxarkən üstündə geyindiyi paltarlar olmuşdur. Şəxsi geyim əşyaları, zinət əşyaları və cehizləri cavabdehlər tərəfindən bu günə kimi ona verilməmişdir. Ümumiyyətlə, həyat yoldaşının evində 3 aydan artıq yaşamamışdır. Evdə daima söz-söhbət olduğundan valideynlərinin evində yaşamışdır. Nikahları pozulduqdan sonrakı dövrlərdə də dəfələrlə tələb etsə də, həmin əşyaları ona qaytarmamışlar. Polisin iştirakı ilə əşyalarını xx.xx.2018-ci il tarixdə təkrar götürməyə getsə də, yenə də qayınanası və qayınatası həmin əşyaları ona qaytarmayaraq polisin yanında onları təhqir etmiş və hədələmişlər. Nikahları pozulduğu gündən başlayaraq əri Mahir İmanov uşaqlara aliment ödəmir, qayınanası və qayınatası əşyalarını qərəzli olaraq ona qaytarmırlar. Onun öhdəsində 2 azyaşlı uşağı vardır. Özü uşaqlara baxdığından işləyib qazanc əldə edə bilmir və o, uşaqlarla birlikdə valideynlərinin himayəsində yaşayır. Uşaqları xəstədir, müalicəsinə və saxlanmasına pul lazımdır. Onun və uşaqlarının əşyalarına ehtiyacı vardır. Şəxsi əşyaları olan əmlakı qayınanası və qayınatası tərəfindən istifadə olunaraq köhnəlir, dəyərdən düşür və ona külli miqdarda ziyan dəyir. Zinət əşyaları və cehizlər ona əvəzsiz verilən toy hədiyyəsidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır. Məhkəmə işə baxarkən faktiki hallar tam araşdırılmamış və bunun nəticəsi olaraq iddia tələbi cehiz əşyaların qaytarılması hissəsində qismən təmin olunsa da, ona məxsus olan qızıl zinət əşyalarının qaytarılması hissəsində təmin olunmamış və əsassız olaraq iş üzrə 2(034)-27/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnamə qəbul edilmişdir. Bu qətnamənin qəbulu ilə bir vətəndaş olaraq onun hüquqları ciddi şəkildə pozulmuşdur. Bu səbəbdən hesab edir ki, işin bütün faktiki halları araşdırılmadan qanunsuz və əsassız olaraq qəbul edilmiş qətnamə apellyasiya qaydasında ləğv olunmalı və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçı apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh X3 nümayəndəsi X18 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər X7 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətlərində və onlara etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Bayramova (İmanova) Esmira Sərvaz qızı arasında olan nikahın pozulması Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində xx xxxxxx 2019-cu il tarixdə 79 sayla qeydə alınmışdır. İş materiallarından görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-411/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddianı təmin tədbiri barədə iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızının ərizəsi təmin edilmiş, qərardadın icrası ilə bağlı Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurları tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə akt tərtib edilmiş, aktda Xırdalan şəhəri, H.Əliyev küçəsi 41 saylı evdə Bayramova (İmanova) Esmira Sərvaz qızına məxsus olan cehiz və qızıl zinət əşyalarından 1 ədəd blender, 2 ədəd armudu stəkan, 1 ədəd muncuqlu konfet qabı, 1 ədəd salat qabı və icra vərəqəsində qeyd edilən bütün qızıl əşyaları həmin ünvanda olmadığına görə üzərinə həbs qoyulması mümkün olmamışdır, icra vərəqəsində qeyd edilən digər əşyalar siyahıya alınaraq üzərinə həbs qoyulmuş və cavabdehlər və digər şəxslərə əşyalardan istifadə olunması qadağan edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası MM-nin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqasının qanunsuz sahibliyindən geri ala bilər. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı iddiaçının tələb etdiyi cehiz əmlaklarından 1 ədəd blender, 2 ədəd armudu stəkan, 1 ədəd muncuqlu konfet qabı, 1 ədəd salat qabının və qızıl zinət əşyalarının cavabdehlərdə qalması öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahidlər də iddiaçının hansı qızıl zinət əşyalarının olmasını və bunların cavabdehlərdə qalmasını konkret göstərməmişlər. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızının apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)-27/2020 saylı qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abbasov Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(105)-1796/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1796/2020
17.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver