Məhkəmə qərarları › İş №2(105)-1797/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1797/2022

21.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1797/2022 21.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-930/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə xitam verilməsi və Cavabdeh qarşısında heç bir öhdəliyinin olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə “DAF” markalı avtobusun nisyə şəkildə alqı-satqısı barədə razılığa gəlmişlər. Həmin vaxt avtobusun real bazar qiyməti 15.000 manat məbləğində olmuşdur. Cavabdeh hissə-hissə, yəni nisyə şəkildə avtobusun satılmasına razılıq verdiyi üçün o, həmin avtobusu real dəyərindən baha almağa razılıq vermişdir. Həmin avtomobil 1 ABŞ dollarının məzənnəsinin 0,78 manat olduğu dövrdə 35.000 ABŞ dollarına alqı-satqıya razılaşmışlar. Razılığa gəldikləri gün də o, 11.500 ABŞ dolları pulu cavabdehə ödəmişdir. xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1400 manat, 2016-cı ilin iyun ayında 1200 manat, iyul ayında 1000 manat, avqust ayında 1000 manat, sentyabr ayında 1000 manat, xx.xx.2016cı il tarixində 1000 manat, xx.xx.2016-cı il tarixində 500 manat, xx.xx.2013-cü il tarixində 1000 manat, xx.xx.2017-ci il tarixində 1000 manat, 24.017.2018-ci ildə 3000 manat, 2018ci ilin aprel ayında 1400 manat, xx.xx.2018-ci il tarixində 200 manat, xx.xx.2019-cu il tarixində 200 manat, xx.xx.2019-cu il tarixində 200 manat ödəməklə, cavabdeh qarşısında olan öhdəliyini tam şəkildə icra etmişdir. Avtomobil ona satılarkən heç bir hüquqmüəyyənedici sənədləri olmadığı üçün avtomobilin sənədləşmə işlərinə 5.300 manat məbləğində xərci çıxmışdır. Həmçinin avtomobil təhvil verilərkən uzun müddət istifadə olunmadığı üçün avtobusun daxili tamamilə yararsız vəziyyətdə olmuş, ona görə avtomobili təmir etdirmək üçün 9500 manat məbləğində xərci çıxmışdır. Buna görə də, məcbur olub bankdan kredit də götürmüş və bu avtobus alınandan sonra avtobusun dəyərinin xeyli hissəsini ödəməyinə baxmayaraq, cavabdeh onu notariat kontoruna aparmış, həmin notariat kontorunda xx.xx.2016-cı il tarixində kredit müqaviləsi bağlamış və həmin kredit müqaviləsində guya onun cavabdehə 24.000 manat məbləğində borcu olduğunu göstərmişdir. O, müqavilədə 24.000 manat yazılmasının səbəbini soruşduqda, cavabdeh bunu yalnız rəsmiyyət üçün edildiyini, heç bir problem olmayacağını bildirmişdir. Cavabdehə inanaraq mübahisə etməmiş, lakin işin sonrakı halları göstərmişdir ki, cavabdeh etibardan sui-istifadə edərək onu aldatmışdır. Cavabdeh qarşısında heç bir borc öhdəliyi olmadığı halda cavabdeh 24.000 manat ondan pul tələb edir. Avtomobilin dəyərinin tərəfindən ödənilməsini sübut edən şahidlər də vardır. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh 24.000 manat məbləğində pulu İddiaçı verməyi, İddiaçı isə həmin məbləği xx.xx.2019-cu il tarixədək 30 ay müddətinə hər ay 800 manat olmaqla, Cavabdeh qaytarmağı öz öhdəsinə götürmüşdür. Bakı şəhəri, 45 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli icra qeydindən görünür ki, Cavabdeh xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 24.000 manat pulun tutulması qərar alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-930/2022 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin icrası ilə əlaqədar həmin kredit müqaviləsinə xitam verilməsi və Cavabdeh qarşısında heç bir öhdəliyinin olmaması barədə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsindən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən göründüyü kimi Cavabdeh 24.000 manat məbləğində pulu İddiaçı verməyi, İddiaçı isə həmin məbləği xx.xx.2019-cu il tarixədək 30 ay müddətinə hər ay 800 manat olmaqla, Cavabdeh qaytarmağı öz öhdəsinə götürmüşdür. Bakı Şəhəri 45 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli icra qeydi ilə Cavabdeh xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 24.000 manat pulun tutulması qərar alınmışdır. Hazırda iddiaçı ərizəsində xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə borcun tam ödənildiyini göstərmiş, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə xitam verilməsini xahiş etmiş, lakin iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad olunan halları təsdiq edən hər hansı bir mötəbər sübut təqdim ediləmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 78.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-930/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində onun iddia ərizəsində göstərdiyi halları sübut edə bilmədiyi üçün iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Amma əfsuslar olsun ki, məhkəmə iddia ərizənin daha ədalətli və obyektiv araşdırılması üçün şərait yaratmamış və bunun nəticəsi olaraq da onun öz iddiasını sübut etmək üçün faktlar əldə etməyinə prosessual imkanları məhdudlaşdırılmışdır. İddia ərizəsində işin bu hallarını bilən şahidlərin olduğunu və onların məhkəmə iclasında dindirilməsini xahiş etmiş, amma şahidlərdən biri məhkəmə prosesinə gəlsə də, məhkəmə həmin şahidin şəxsiyyət vəsiqəsi olmadığına görə onu şahid kimi dinləməkdən imtina etmişdir. Məhkəmə “Elektron məhkəmə” portalı vasitəsilə həmin şahidin şəxsiyyətini müəyyən edərək şahid kimi dindirilməsinə şərait yarada bilərdi. Eyni zamanda onunla cavabdeh arasında olan telefon əlaqəsini müəyyən etmək üçün “Azercell” mobil şirkətinə sorğunun verilməsi barədə vəsatət vermiş, vəsatətinə də obyektiv yanaşılmamış və buna da hüquqi qiymət verilməmişdir. Ona görə də hesab edir ki, işin halları yenidən araşdırılmalı və qanunamüvafiq yeni qətnamə qəbul edilməlidir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdiriımədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Madə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyant xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehə olan bütün öhdəliklərini tam şəkildə icra olunmasını və hazırda heç bir borcu qallmamasını göstərsə də, həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-930/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar