Məhkəmə qərarları › İş №2(105)-1828/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1828/2020

28.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1828/2020 28.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, İddiaçı Fərrux oğlu, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-629/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh verdiyi apelyasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-629/2020 saylı qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) İddiaçı Fərrux oğlunun Cavabdeh qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh servant təzə qab-qaşıqla birlikdə 300 manat, mətbəx şkafı qab-qaşıqla birlikdə - 200 manat, tozsoran 1 ədəd təzə - 100 manat, elektrik çörək bişirən soba - 130 manat, 2 ədəd şkaf qab-qaşıq qoymaq üçün - 600 manat, mətbəx stolu 1 ədəd - 80 manat, mətbəx stulu 6 ədəd - 40 manat, stul - 6 ədəd - 90 manat, 6 ədəd xalça işlənməmiş - 500 manat, 11 ədəd palaz işlənməmiş - 600 manat, 4 ədəd çemodan - 50 manat, 1 ədəd televizor «Panasonik» tumbası ilə 500 manat,1 ədəd radio ələ götürmək üçün 100 manat, 1 ədəd kostyum geyilməmiş - 479 manat, 4 ədəd köynək geyilməmiş 120 manat, 4 ədəd şalvar geyilməmiş 150 manat, 1 ədəd pencək geyilməmiş - 70 manat, 1 ədəd samovar - 50 manat, 12 ədəd xrustal stəkan - 50 manat, 10 ədəd kruşkalar (Moskvadan alınan) -40 manat, 10 ədəd xrustal stəkan təzə - 30 manat, 12 ədəd nəlbəki - 30 manat, 12 ədəd kasalar Gəncədən alınan - 40 manat, 4 ədəd termos (Stavropoldan alınan) - 60 manat, 1 ədəd şifoner Koridor üçün) - 200 manat, 2 ayaqqabı qoyulan - 40 manat, qazanlar və müxtəlif boşqablar 12 edəd - 200 manat, böyük və 12 ədəd balaca çay qaşıqları - 40 manat, 12 ədəd şalvar Stavropoldan alınan - 200 manat;# ədəd şalvar və kostyum (işdən verilən) - 70 manat, 1 ədəd əzə botinka işdən verilən və şkafda olan parçalar - 300 manat, 12 ədəd fincanlar Kiyevdən alınmış - 40 manat, 1 ədəd üzqırxan və güzgü (Estoniyadan alınmış) - 40 manat, elektrik ət maşını - 90 manat, 50 manat dəyərində 10 metrlik kabeldən (Türkmənistandan alınmış) ibarət əmlakların alınaraq və ya onlar olmadığı təqdirdə onların dəyəri alınaraq İddiaçı Fərrux oğluna verilməsi, iddia tələbinin qalan hissədə – 1150 manat dəyərində 1 dəd təzə işlənməmiş pianinonun, 700 manat dəyərində videokameranın, 52000 manat dəyərində Alman İstehsalı Böyük Videokameranın, 5000 manat dəyərində Alman istehsalı fotoaparatın, 4000 manat dəyərində 1 ədəd kompyuterin, 4465 manat məbləğində pul vəsaitinin və mənəvi ziyana görə 5000 manat məbləğində təzminatın Cavabdeh alınaraq İddiaçı Fərrux oğluna verilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. İddiaçı Fərrux oğlu apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Fərrux oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ona məxsus cavabdehdən 1 ədəd pianino təzə işlənməmiş - 1150 manat, servant təzə qab-qaşıqla birlikdə 300 manat, mətbəx Kafi qab-qaşıqla birlikdə - 200 manat, tozsoran 1 ədəd təzə - 100 manat, elektrik çörək bişirən soba - 130 manat, 2 ədəd şkaf qab-qaşıq qoymaq üçün - 600 manat, mətbəx stolu 1 ədəd - 80 manat, mətbəx stulu 6 ədəd - 40 manat, stul - 6 ədəd - 90 manat, 6 ədəd xalça işlənməmiş - 500 manat, 11 ədəd palaz işlənməmiş - 600 manat, 4 ədəd çemodan - 150 manat, 1 ədəd televizor «Panasonik» tumbası ilə 500 manat, 1 ədəd radio ələ götürmək üçün 100 manat, 1 ədəd kostyum geyilməmiş - 479 manat, 4 ədəd köynək geyilməmiş 120 manat, 4 ədəd şalvar geyilməmiş 150 manat, 1 ədəd pencək geyilməmiş - 70 manat, 1 ədəd samovar - 50 manat, 12 ədəd xrustal stəkan - 50 manat, 10 ədəd kruşkalar (Moskvadan alınan) - 40 manat, 10 ədəd –xrustal stəkan təzə - 30 manat, 12 ədəd nəlbəki - 30 manat, 12 ədəd kasalar Gəncədən alınan - 7 manat, 4 ədəd termos (Stavropoldan alınan) - 60 manat, 1 ədəd şifoner (koridor üçün) - 200 – manat, ayaqqabı qoyulan - 40 manat, qazanlar və müxtəlif boşqablar 12 ədəd - 200 manat, böyük və 12 ədəd balaca çay qaşıqları - 40 manat, 12 ədəd şalvar Stavropoldan alınan - 200 manat, 2 ədəd şalvar və kostyum (işdən verilən) - 70 manat, 1 ədəd təzə botinka işdən verilən şkafda olan parçalar - 300 manat, 12 ədəd fincanlar Kiyevdən alınmış - 40 manat, 1 ədəd üzqırxan və güzgü (Estoniyadan alınmış) - 40 manat, elektrik ət maşını - 90 manat, 10 metrlik kabel (Türkmənistandan alınmış) - 50 manat, videokamera - 700 manat, Böyük videokamera – Alman istehsalı - 52000 manat, Fotoaparat Alman istehsalı - 5000 manat, 1 ədəd kompyuter alman istehsalı - 4000 manat və s. əmlakların alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh X2 ona məxsus olan şəxsi əmlaklarla birlikdə 4465 manat məbləğində pul vəsaitinin, 31 manat məbləğində dövlət rüsumunun, mənəvi ziyana görə 5000 manat məbləğində təzminatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də, cavabdehdən həmin şəxsi əmlaklarla birlikdə 4465 manat məbləğində pul vəsaitinin, 31 manat məbləğində dövlət rüsumunun, mənəvi ziyana görə 5000 manat məbləğində təzminatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32ci maddəsinin və Azərbaycan Respublikası MPM-nin 14; 77; 78 və 88-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – təmin edilməmiş hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə adı çəkilən əşyaların alınma tarixinə, ilkin və hazırkı qiymətlərinə aydınlıq gətirməmişdir. Qətnamədə adı çəkilən bəzi əşyaların qiymətləri real bazar qiymətinə uyğun deyildir. Adı çəkilən əşyaların hansı tarixdə alındığı və alınma qiymətlərinə qətnamədə toxunmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, servant təzə qab-qaşıqla birlikdə 300 manat, mətbəx şkafı qab-qaşıqla birlikdə 200 manat, tozsoran 1 ədəd 100 manat, elektrik çörəkbişirən soba 130 manat, 2 ədəd şkaf qab-qaşıq qoymaq üçün 600 manat, mətbəx stolu 1 ədəd 80 manat, mətbəx stulu 6 ədəd – 40 manat, stul 6 ədəd- 90 manat, 6 ədəd xalça işlənməmiş 500 manat, 11 ədəd palaz işlənməmiş - 600 manat, 4 ədəd çemodan 150 manat, 1 ədəd televizor “Panasonik” tumbası ilə 500 manat, 1 ədəd radio ələ götürmək üçün 100 manat, 1 ədəd kostyum geyilməmiş 150 manat, 1 ədəd pencək geyilməmiş 70 manat, 1 ədəd somavar 50 manat, 12 ədəd xrustal stəkan 50 manat, 10 ədəd kruskalar (Moskvadan alınan) 40 manat, 10 ədəd xrustal stəkan təzə 30 manat, 12 ədəd nəlbəki 30 manat, 12 ədəd xrustal (Gəncədən alınan) 40 manat, 4 ədəd termos (Stavropoldan alınan) 60 manat, 1 ədəd şvoner (kolidor üçün) 200 manat, ayaqqabı qoyulan 40 manat, qazanlar və müxtəlif boşqablar 12 ədəd – 200 manat, böyük və 12 ədəd balaca çay qaşıqları 40 manat, 12 ədəd şalvar Stavropoldan alınan - 200 manat, 2 ədəd şalvar və kostyum (işdən verilən) - 70 manat, 1 ədəd təzə botinka işdən verilən və şkafda olan parçalar - 300 manat, 12 ədəd fincanlar Kiyevdən alınmış - 40 manat, 1 ədəd üzqırxan və güzgü (Estoniyadan alınmış) - 40 manat, elektrik ət naşını - 90 manat, 50 manat dəyərində 10 metrlik kabeldən (Türkmənistandan alınmış) hissəsində ləğv edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı verdiyi apelyasiya şikayətini müdafiə edib, cavabdehin verdiyi apelyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh verdiyi apelyaisya şikayətini müdafiə, iddiaçının verdiyi apelyasiya şikayətinə etiraz etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatını dinləyib və apelyasiya şikayətlərini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 319291 nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx xxxx 2019-cu il tarixdə ləğv edilmişdir. xx.xx.2019-cu il tarixli, 4158 saylı arayışa əsasən, Rzayev X4 şəhəri, 21 saylı məhəllə, ev 15/50, mənzil 2 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin oətnamə ilə iddia təmin edilərək, İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 21-ci məhəllə, 15/50 saylı evin 2 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respubikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı keçmiş həyat yoldaşıdır. Cavabdeh İddiaçı mülkiyyətində olan mənzilində yaşamağa maneələr yaratmış, nəticədə İddiaçı mülkiyyətində olan mənzilə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Qətnamənin icra mərhələsində, yəni həmin mənzilə köçürülərkən iddiaçı ona məxsus əmlakların mənzilində olmadığını aşkar etmişdir. Hazırda iddiaçı cavabdehdən 40 adda əşya tələb edir. Hazırki iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahiblikdən məhrum olmuş iddiaçının cavabdehə qarşı yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, analoji işlərdə həqiqətin müəyyən edilməsi üçün əşyalar, onların qiyməti və əşyaların kimdə qalması ilə bağlı tərəflərin izahatları məhkəmənin qənaətə gəlməyə əsas verən əsas sübutlar qismində çıxış edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzildə cavabdehin törətdiyi maneələr nəticəsində yaşaya bilməməsi, mənzildən öz iradəsi əleyhinə çıxarılması Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunduğundan iddiaçıya məxsus məişət əşyalarının cavabdehdə qalması öz təsdiqini tapır. Bu səbəbdən gündəlik məişət əşyalarına münasibətdə iddia tələbi əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehdən servant təzə qab-qaşıqla birlikdə 300 manat, mətbəx şkafı qab-qaşıqla birlikdə - 200 manat, tozsoran 1 ədəd təzə - 100 manat, elektrik çörək bişirən soba - 130 manat, 2 ədəd şkaf qab-qaşıq qoymaq üçün - 600 manat, mətbəx stolu 1 ədəd - 80 manat, mətbəx stulu 6 ədəd - 40 manat, stul - 6 ədəd - 90 manat, 6 ədəd xalça işlənməmiş - 500 manat, 11 ədəd palaz işlənməmiş - 600 manat, 4 ədəd çemodan - 150 manat, 1 ədəd televizor «Panasonik» tumbası ilə 500 manat, 1 ədəd radio ələ götürmək üçün 100 manat, 1 ədəd kostyum geyilməmiş - 479 manat, 4 ədəd köynək geyilməmiş 120 manat, 4 ədəd şalvar geyilməmiş 150 manat, 1 ədəd pencək geyilməmiş - 70 manat, 1 ədəd samovar - 50 manat, 12 ədəd xrustal stəkan - 50 manat, 10 ədəd kruşkalar (Moskvadan alınan) - 40 manat,10 ədəd xrustal stəkan təzə - 30 manat, 12 ədəd nəlbəki - 30 manat, 12 ədəd kasalar Gəncədən alınan -40 manat, 4 ədəd termos (Stavropoldan alınan) - 60 manat, 1 ədəd şifoner (koridor üçün) - 200 manat, ayaqqabı qoyulan - 40 manat, qazanlar və müxtəlif boşqablar 12 ədəd - 200 manat, böyük və 12 ədəd balaca çay qaşıqları - 40 manat, 12 ədəd şalvar Stavropoldan alınan - 200 manat, 2 ədəd şalvar və kostyum (işdən verilən) - 70 manat, 1 ədəd təzə botinka işdən verilən və şkafda olan parçalar - 300 manat, 12 ədəd fıncanlar Kiyevdən alınmış - 40 manat, 1 ədəd üzqırxan və güzgü (Estoniyadan alınmış) - 40 manat, elektrik ət maşını - 90 manat, 50 manat dəyərində 10 metrlik kabeldən (Türkmənistandan alınmış) ibarət əmlakların alınaraq iddiaçıya qaytarılması hissəsində təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ərizəsində 1150 manat dəyərində 1 ədəd təzə işlənməmiş pianinonun, 700 manat dəyərində videokameranın, 52000 manat dəyərində Alman istehsalı Böyük videokameranın, 5000 manat dəyərində Alman istehsalı Fotoaparatın, 4000 manat dəyərində 1 ədəd kompyuterin cavabdehdə olduğunu qeyd etsə də, həmin əşyaların ümumiyyətlə mövcudluğunu (əşyaların alqı-satqısına dair qəbz və s.) təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, 1150 manat dəyərində 1 ədəd təzə işlənməmiş pianinonun, 700 manat dəyərində videokameranın, 52000 manat dəyərində Alman istehsalı Böyük videokameranın, 5000 manat dəyərində Alman istehsalı Fotoaparatın, 4000 manat dəyərində 1 ədəd kompyuterin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia ərizəsində həmçinin cavabdeh X2 4465 manat məbləğində pul vəsaitinin tutulmasını da xahiş etmişdir. O, bu barədə iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ona qarşı ümumi borcda payların müəyyən edilməsinə dair iddiası təmin edilməklə «xxxxxxxxxxxx» ASC-dən xx xxxx 2013-cü ildə götürülmüş 1767,23 ABŞ dollarının, 204 manat borcun və xx xxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən X3 alınmış 8930 manat məbləğində borcun ½ hissəsinin ona aid edilməsi qət edilmişdir. Lakin cavabdeh ondan aldığı pulu özü mənimsədiyi və pulu alan vaxt faktiki olaraq onlar bir yerdə yaşamadığı və həmin ərəfələrdə cavabdehin onu ruhi əsəb xəstəxanasına salması, 2016-cı ildən bəri kirayələrdə yaşamağı ona əsas verir ki, ondan tutulan 4465 (dörd min dörd yüz altmış beş) manat pul cavabdehdən alınaraq ona qaytarılsın. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslı deyildir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(060)-1407/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi qismən təmin edilərək, “xxxxxxxxxxxx” ASC-yə olan xx.xx.2013-cü il tarixli CC1717411U/12U saylı müqavilə üzrə 1767,23 ABŞ dolları borc, xx.xx.2013-cü il tarixli BAL0514611/12 hesablı kart krediti üzrə 204 manat borc, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən X5 olan 8930 manat borcun Cavabdeh və İddiaçı arasında bərabər bölünməsi və həmin borcların ½ hissəsinin Cavabdeh, ½ hissəsinin isə İddiaçı aid edilməsi qət edilmişdir. Həmin qətnamənin məzmunundan görünür ki, tərəflər rəsmi nikaha girməklə ailə qurmuş, 2017-ci ilin avqust ayına qədər birgə nikahda olmuş, 2017-ci ilin avqust ayında faktiki, sentyabr ayında isə rəsmi ayrılmışlar. Onlar birgə nikahda olduğu müddətdə Cavabdeh kredit götürmüş və fiziki şəxs M.Nağıyevadan 8930 manat borc almış, alınmış borc birgə nikah dövründə alınmış, ailənin ehtiyaclarına xərclənmişdir. Belə ki, borc alınan ərəfədə tərəflərin birgə nikahda olan oğlu Vüsalın nişan, cavabdehin özünün 75 illik yubiley tədbirləri keçirilmişdir. Cavabdeh İddiaçı həmin vəsaitlərin alındığı barədə məlumatı olduğunu, ancaq borc alınmasına etiraz etdiyini bildirmişdir. Bununla belə cavabdeh İddiaçı həmin borcların ailənin ehtiyaclarına sərf olunmadığına dair sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(060)-1407/2018 saylı qətnaməsi ilə mübahisələndirilən məbləğin tərəflərin birgə nikahda olduğu müddətdə götürüldüyü və ailənin ümumi ehtiyaclarına xərcləndiyi müəyyən olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(060)-1407/2018 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin qətnamə ilə müəyyən edilən hallar hazırki məhkəmə mübahisəsi üçün preyudisial xarakter daşıyır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh X2 4465 manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə iddianın cavabdehdən iddiaçıya vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində pul tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Həmin Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. İddiaçı cavabdehdən 5.000 manat məbləğində mənəvi ziyan tələb etsə də, iddia ərizəsində cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı, iztirab keçirməsini əsaslandırmamış, ərizəsinə bu halları təsdiq edən hər hansı sübut əlavə etməmiş, o cümlədən məhkəmə iclasında məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi ziyanla bağlı hissədə də təmin edilməməlidir. Məhkəmə kollegiyası tərəfindən təklif edilməsinə baxmayaraq İddiaçı apelyasiya şikayətində göstərdiyi dəlilləri təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, apelyasiya şikayətində mübahisələndirdiyi əmlaklar hazırda mövcud olub, onun yaşadığı evdə yerləşir. Həmin əmlaklar şəxsən iddiaçının özünə aid olmayıb, ər-arvad kimi bir yerdə yaşadıqları müddətdə qazanılmış və əldə edilmiş əmlaklar olduğundan bərabər payda bölünməlidir. Lakin Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası işin hüquqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirmədən, apelyasiya şikayətlərini isə təmin etmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayətləri təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh apelyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-629/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar