Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1830/2020 22.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X7 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-37/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-37/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 1,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikililər və hasarın onların öz vəsaitləri hesablarına sökülməsi, onların həmin sahədən çıxarılması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30,40 manat məbləğində dövlət rüsumuna görə ödənmiş pulun alınıb İddiaçı verilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ekspertiza xərcinə görə 50 manatın alınıb Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-37/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 1,60 ha torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin – ev və hasarın öz hesablarına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırdı ki, o, 2014-cü il Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.0417 ha torpaq sahəsinin üzərində tikiliyə 20000 (iyirmi min) manat ödəniş etməklə almış, həmin torpaq sahəsinin və onun üzərindəki tikiliyə dair müvafiq plan və cizgilər olan texniki sənədlər mövcud olmuşdur. Həmin sənədlərə əsasında müvafiq torpaq vergiləri ödəmişdir. İddiaçı həmin əraziyə sahiblik etdiyi müddətdən bu günə kimi torpaq sahəsi ilə bağlı hər hansı iddiası olmamış, lakin sonradan koordinatları dəqiq olmayan müvafiq sənədləri məhkəməyə təqdim etməklə onun sahibliyində olan torpağın ona aid olmasını və onun həmin ərazidən çıxmağını tələb etmişdir. AR MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdir. ”Məhkəmə qətnaməsi haqqında”AR Ali Məhkəməsi Plenumunun qərarı tələb edir ki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalı, hüquqi cəhətdən düzgün tərtibolunmalı, mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları,istinad etdiyi qanun və digər normativ aktlar qətnamədə göstərilməlidir. Qətnamənin qanuniliyi o vaxt mövcud olacaqdır ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və mülki işə baxılması zamanı qüvvədə olan prosessual hüquq normaların tələblərinə əməl etməklə çıxarılmış olsun. Bu baxımdan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, qətnaməsi bir sıra maddi hüquq normalarının pozulması ilə çıxarılmışdir. Hər şeydən əvvəl mülki qanunvericiliyin mülki hüquqların məhkəmə müdafiəsi prinsipi məhkəmə tərəfindən pozulmuşdur. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Məhkəmə məlum qətnaməsi ilə mülki dövriyə iştirakçısının mülki hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsini heçə endirmiş və zərərli adətlərin bərqarər olmasına yol açmışdir. Abşeron Rayon Məhkəməsi ona məxsus torpaq sahəsindən çıxarılmağını və tikilmiş evin mübahisənin predmetinə və tələblərinə heç bir aidiyyətinin olmamasına baxmayaraq iddia tələbinin təmin olunmasına dair nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-37/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 göstərdi ki, torpaq sahəsini 2012-ci ildə Faiq adlı şəxsdən almışdır, torpağa heç bir sənədi yoxdur. Təkcə təmir tikinti bərpa komissiyasına köçürdüyü pulun çeki var. Odur ki, apelyasiya şikayətinin dəlillərinə etiraz edirərək apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-37/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X3 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 1,60 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı məxsus olan torpaq sahəsində qanunsuz olaraq Cavabdeh1 tərəfindən ev və hasar, Cavabdeh2 tərəfindən ev tikilmişdir. İddiaçı Cavabdeh1 ona məxsus zəbt edilmiş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsində tikilmiş hasarın sökülməsini tələb etsə də sonuncular bu tələbə məhəl qoymamışdır. Hazırda İddiaçı özünə məxsus olan Cavabdeh1 və İddiaçı tərəfindən zəbt edilmiş Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1,60 ha torpaq sahəsində qanuni istifadə, sahiblik və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-37/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının, cavabdehin, üçüncü şəxsin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən aydın olur ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1,60 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********30 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır, hal-hazırda onun mülkiyyətindədir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1,60 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 667 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə keçrilmiş xx.xx.2019-cu il tarixli, 18377 saylı ekspert rəyindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətitərəfinlən tərtib edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olub-olmamasının aydınlaşdırılması mütəxəssisin səlahiyyətinə aid deyildir. Məhkəmə tərəfindən təqdim edilmiş iş materiallarında RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixdə **********30 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan 1,60 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları kadastr məlumat bazasına və faktiki istifadə vəziyyətinə uyğun müəyyən edilərək döngə nöqtələrinin koordinatları daxilində Cavabdeh1 faktiki istifadəsində olan 0,0417 ha torpaq sahəsini daxilində 96 kv.metr yaşayış evi, Cavabdeh2 faktiki istifadəsində olan 124 kv.metr sahədə yarımçıq tikili inşa olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 1,60 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdehlər iddiaçıya məxsus torpaq sahəsi daxilində tikinti işləri aparmış, orada ev və hasar tikmişlər. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünə aid torpaq sahəsində qeyri-qanuni tikilinin cavabdehin hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçı adına dövlət reyestrində qeydə alınmış və bununla da iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları cavabdehlər X8 tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ekspert rəyi ilə sübuta yetirilir ki, RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixdə, **********30 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1,60 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları kadastr məlumat bazasına və faktiki istifadə vəziyyətinə uyğun müəyyən edilərək döngə nöqtələrinin koordinatları daxilində Cavabdeh1 faktiki istifadəsində olan 0,0417 ha torpaq sahəsini daxilində 96 kv.metr yaşayış evi, Cavabdeh2 faktiki istifadəsində olan 124 kv.metr sahədə yarımçıq tikili inşa olunmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsinin verilməsi üçünödənilmiş 30 manat dövlət rüsumunun və ekspert xərcinin cavabdehlərdən tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, cavabdeh qətnamənin ləğv olunmaqla iddianın təmin olunmamasını xahiş etmişdir. Lakin apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, cavabdeh iddiaçının mübahisəli torpağa dair sənədərinin saxta olduğunu, onun həmin torpaq sahəsində inşa etdiyi tikilinin sökülməsinin qanunsuz olduğunu qeyd etsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Onun bu dəlili iş materialları ilə, o cümlədən iş üzrə keçirilmiş ekspert rəyi ilə təkzib olunur. Apelyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq ona hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan cavabdeh Lətif Hüsyenova münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-37/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Telman Quliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(105)-1830/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1830/2020
22.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver