Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1831/2023 14.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: icraatın dayandırılması) X1 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Məmmədov və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Rası̇ m oğlunun cavabdeh Seyı̇ dov Sı̇ ydi Mı̇ rzağa oğluna qarşı "mülkiyyət hüququnun müdafiəsi" tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 14 sentyaber 2023-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı «mülkiyyət hüququnun müdafiəsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində yerləşən, texniki pasportda “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisindən çıxarılması, həmin anbar tikilisi Cavabdeh tərəfindən boşaldılmaqla onun qanunsuz sahibliyindən və istifadəsindən alınaraq onun qanuni sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şifahi vəsatət verərək hazırkı iş üzrə mübahisə predmeti olan tikiliyə dair Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iş olduğunu, həmin iş üzrə hazırlıq iclası 10 oktyabr 2023-cü il tarixə təyin edildiyini, buna görə də həmin iş üzrə yekun məhkəmə aktı qəbul olunana kimi hazırki işin icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir.
3. Qusar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(029)-544/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraat, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsində baxılıb həll edilənədək, hazırkı 2(029)-544/2023 saylı mülki iş üzrə icraat dayandırılmışdır.
4. İddiaçı Qusar Rayon Məhkəməsinin 2(029)-544/2023 saylı, 03 avqust 2023cü il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini məhkəmədən xahiş etmişdir.
5. Qusar Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(029)-544/2023 nömrəli qərardadı ilə İddiaçı şikayətinin təmin edilməməsi, İddiaçı Qusar Rayon Məhkəməsinin 2(029)-544/2023 saylı, 03 avqust 2023-cü il tarixli qərardadından verdiyi şikayətin mülki işlə birlikdə 7 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir. Belə ki, həmin qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquq şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsini tələb etmiş, iş üzrə hazırlıq iclası 10 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Ona görə də, hazırkı iş üzrə icraat dayandırılmalıdır. Bildirirəm ki, onun iddia tələbinin predmetini məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən, onun xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin texniki pasportunda göstərilən “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisinə dair mənsub olduğu mülkiyyət hüququnun müdafiəsi təşkil edir. Məhkəməyə təqdim etdiyi texniki pasporta nəzər saldıqda həmin anbar tikilisinin məhz onun xüsusi mülkiyyətində olduğunu müşahidə etmək mümkündür. Lakin, Qusar Rayon Məhkəməsi onun adına olan Çıxarışı şübhə altına alaraq və cavabdehin məhz hansı əmlaka dair, hansı ilkin sənədlər əsasında Çıxarışın verilməsini tələb etdiyini müəyyən etmədən onun mülkiyyətin müdafiəsi tələbinə dair iddiası üzrə işin icraatını dayandırmışdır. Halbuki, mülki qanunvericilikdə reyestrin tamamlığı və həqiqiliyi prezumpsiyası qəbul edilmişdir. Əgər o, məhkəməyə Çıxarış və texniki pasport təqdim etmişdirsə həmin sənəddə göstərilən anbar tikilisinə dair yeni bir Çıxarış necə verilə bilər, İnzibati Məhkəmə Çıxarış verilmiş əmlaka dair ikinci dəfə başqa şəxsin adına Çıxarışın verilməsi barədə işə necə baxa bilər? Bu, özü şübhə yaradan məsələdir. Bu özü təsdiq edir ki, cavabdehin məqsədi işi yubatmaqdır. Qusar Rayon Məhkəməsi isə birtərəfli və qərəzli şəkildə cavabdehin belə bir absurd dəlillərini qəbul edərək icraatı dayandırmışdır. Bundan başqa, əgər cavabdeh istifadə etdiyi tikiliyə dair hər hansı sənədlər təqdim edərdisə, mübahisəli tikilinin kimin mülkiyyətinə aid olduğunu yalnız ekspertiza təyin etməklə müəyyən etmək olardı. Odur ki, hesab edir ki, Qusar Rayon Məhkəməsi Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsində baxılıb həll edilənədək onun Cavabdeh qarşı mülkiyyətin müdafiəsi tələbinə dair iddiası üzrə mülki işin icraatını dayandırmaqla onun ədalətli məhkəmə araşdırılması hüququnu, o cümlədən işə baxılmasının ümumi prinsiplərini pozmuşdur, bu isə özlüyündə onun mülkiyyət hüququnun pozulmasına haqsız və əsassız şərait yaratmışdır. Qusar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(029)-544/2023 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir.
Şikayətə qarşı etirazın dəlilləri
8. Cavabdehin nümayəndəsi Vəkil tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayətə qarşı yazılı etiraz daxil olmuşdur.
9. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ərizəsi əsasında Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin iş üzrə iddiaçının anbar tikilişi adlandırdığı yerdə mağaza fəaliyyətinin qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri seçilmişdir. İddiaçının anbar tikilişi adlandırdığı həmin mübahisəli daşınmaz əmlaka dair mülkiyyət hüququnun tanınması haqqında cavabdehin iddia ərizəsi əsasında iş Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır və baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İşlətdiyi və xx.xx.2023-cü il tarixdə fəaliyyəti dayandırılmış ərzaq mağazasında külli miqdarda, 10-20 minlərlə manat dəyərində tez xarab olan mallar-ərzaq məhsulları, meyvə-tərəvəz vardır. Ərzaq mağazası xx.xx.2023-cü il tarixdən bağlı qaldığı halda cavabdehə külli miqdar maddi ziyan vurulması qaçılmazdır. Qusar Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxılana qədər işlətdiyi ərzaq mağazasının fəaliyyətinin dayandırılmasına dair müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixdə qərardad qəbul etmişdir. İddiaçı Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli həmin qərardadından vermiş olduğu şikayət əsassız olduğundan təmin edilməməsini və həmin qərardadın dəyişdirmədən saxlanılması xahiş olunur.
10. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Qusar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(029)-544/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Qusar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(029)-544/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Maddə 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat aşağıdakı dayandırılır. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
12. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Qusar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(029)-544/2023 nömrəli və bununla bağlı 14 avqust 2023-cü il tarixli, 2(029)-544/2023 nömrəli qərardadları ləğv olunmalıdır. Belə ki, kollegiya araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəf şifahi vəsatət verərək hazırkı iş üzrə mübahisə predmeti olan tikiliyə dair Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iş olduğunu, həmin iş üzrə yekun məhkəmə aktı qəbul olunana kimi hazırkı işin icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərardadı ilə icraat dayandırılmışdır. Birinci instansiya məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qüvvəyə minənədək hazırkı iş üzrə icraatın dayandırılması barədə mövqeyini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə istinad etməklə, hər iki iş arasında asılılıq və bağlılığın olması, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qüvvəyə minməyincə, hazırkı işin mahiyyəti üzrə baxılması və ədalətli həllinin mümkün omaması ilə əsaslandırmışdır. İddiaçı Qusar Rayon Məhkəməsinin yuxarıda göstərilən qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində pozuntuya yol vermiş, vəsatəti təmin etməkdə haqlı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanındakı 32.0 kv.m ölçüdə olan torpaq sahəsi və ticarət obyekti üzərində Cavabdeh mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyesrtində qeydiyyata alınmasının, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi cavabdehin məhkəmə mübahisəsi açdığı ərazi ünvan 2 ünvanıdır. Araşdırılan mübahisə üzrə iddia tələbindən görünür ki, iddiaçı ünvan 3 ünvanda yerləşən anbarın cavabdehin qanunsuz sahibliyindən geri alınmasını xahiş etmişdir. İş materiallarında olan DƏDRX-nin Çıxarışından görünür ki, ünvan 3 ünvan üzrə İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin ünvana dair verilmiş Texniki Pasportdan görünür ki, mübahisə predmeti olan «D» şərti işarəsi ilə işarələnmiş anbar pasportda əksini tapmışdır. Göründüyü kimi mübahisələndirilən ərazilər fərqli ünvanlar olmaqla təqdim edilmiş sənədlərlə həmin ərazilərin eyni ərazi olması, bağlılığı müəyyən edilmir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdehin nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Qusar şəhəri ərazisində yerləşən 32.0 kv.m torpaq sahəsi və qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizəyə baxılmışdır. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciət olunmuş torpaq sahəsi və qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqlqrın dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizədə qeyd olunan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 1:2000 miqyasda yerquruluşu sxemi, qeyri-yaşayış binasına dair tikinti obyektinin istismarına icazə sənədi və eskiz layihə təqdim edilməmişdir. Bundan əlavə sənədlərin ekspertizası zamanı müəyyən olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət edilmiş 32.0 kv.m torpaq sahəsi Qusar Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 41/3-18 saylı qərarı ilə verilmişdir. Göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin imtina məktubunun əsasını cavabdehin müvafiq sənədləri təqdim etməməsi olmaqla, iddiaçıya məxsus ərazi ilə üst-üstə düşməsi və s. bağlılığı barədə heç bir qeyd göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan işlə araşdırılan mülki iş arasında hər hansı bağlılğın (aslılığın) olması, məhkəmə prosesinin davam etdirilməsini qeyri-mümkün edən hal müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İş üzrə icraatın dayandırılması-məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instasnsiya məhkəməsi mülki iş üzrə icraatı dayandırmaqda haqlı olmamış, qeyd olunan məhkəmə mübahisələrinin bir-biri ilə bağlılığını, məhkəmə prosesinin davam etdirilməsinin qeyrimümkünlüyünü əsaslandırmamış, inzibati işin araşdırılan mülki işin nəticəsinə nə cur təsir edəcəyini dəqiqləşdirməmiş və bu baxımdan düzgün olmayan qərardad qəbul etmişdir. Məhkəmə kollegiyasının qənaətincə şikayətin dəlilləri icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsasdır. Odur ki, şikayət təmin edilməli, Qusar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(029)-544/2023 nömrəli və bununla bağlı 14 avqust 2023-cü il tarixli, 2(029)-544/2023 nömrəli qərardadları ləğv olunaraq işə mahiyyəti üzrə baxılması davam etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399 və 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı Rası̇ m oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Qusar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(029)-544/2023 nömrəli və bununla bağlı 14 avqust 2023-cü il tarixli, 2(029)-544/2023 nömrəli qərardadları ləğv olunsun. İddiaçı Rası̇ m oğlunun cavabdeh Seyı̇ dov Sı̇ ydi Mı̇ rzağa oğluna qarşı "mülkiyyət hüququnun müdafiəsi" tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Qusar Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.