Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1842/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, İddiaçı cavabdehlər X4, Cavabdeh1 və X6 qarşı “əqdin etibarlı hesab edilməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(067)- 852/2020 nömrəli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4, Cavabdeh1 və X6 qarşı “əqdin etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərlə Xaçmaz rayonunun Çinartala kəndi ərazisində yerləşən 0.99 ha torpaq sahəsinin alqı-satqısına dair aralarında xx.xx.2000-ci il tarixdə baş tutmuş əqdin etibarlı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X7, X3 və Cavabdeh3 ilə Xaçmaz rayonunun Çinartala kəndi ərazisində yerləşən 0.99 ha torpaq sahəsinin alqı-satqısına dair aralarında xx.xx.2000-ci il tarixdə baş tutmuş əqdin etibarlı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(067)-852/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək JN-212 seriyalı, 30213038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilən cavabdehlər X4, X2 və Hacəliyeva (Hacəliyeva) Samirə Almas qızına məxsus Xaçmaz rayonunun Çinartala kəndi ərazisində yerləşən 0.99 ha pay torpaq sahəsinin alqı-satqısına dair cavabdehlərlə İddiaçı arasında xx.xx.2000-ci il tarixdə baş tutmuş əqdin etibarlı hesab edilməsi qət edilmişdir (hakim İlkin Xəlilov). Qətnamədən narazı qalan cavabdeh X3 apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(067)-852/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(067)-852/2020 nömrəli qərardadı ilə cavabdeh X1 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir (hakim Sərxan Səmədzadə). Qərardaddan narazı qalan Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(067)-852/2020 nömrəli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə iclasında cavabdeh X3 izahat verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-852/2020 nömrəli qətanaməsindən xəbəri olmadığını, qətnamənin ona rəsmi qaydada çatdırılmadığını, onun ümumiyyətlə məhkəmə işindən xəbəri olmadığını, iş materiallarında olan poçt qeydlərinin və teleqramların saxta olduğunu, bununla bağlı poçt şöbəsindən şikayət verəcəyini bildirmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-852/2020 nömrəli qətanaməsindən narazı olduğunu ifadə etmiş, apellyasiya şikayəti vermək üçün müddətin bərpa edilməsini xahiş etmişdir. Lakin, məhkəmə iş materiallarında olan məhkəmə bildirişlərinə, həmçinin qətnamənin cavabdehlər tərəfindən qəbul edilməsindən imtina edilməsinə dair qeydə, həmçinin iş materiallarında olan cavabdehlərin ayrı-ayrılıqda məhkəməyə, iddianın təmin olunmasına etirazlarının olmadıqlarını bildirmələrinə dair göndərdikləri teleqramlara istinad edərək ərizəni təmin etməmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə araşdırması tam aparılmadığından, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətlər edilmədiyindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-852/2020 nömrəli qərardadı ləğv edilməli və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməlidir. Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(067)-852/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(067)-852/2020 nömrəli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Sərxan Səmədzadə). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(067)-852/2020 nömrəli qərardadı ləğv edilməli, Xaçmaz Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(067)-852/2020 nömrəli qətnaməsindən cavabdeh X3 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılan zaman müəyyən olundu ki, Xaçmaz Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(067)-852/2020 nömrəli qətnaməsi 21 oktyabr 2020-ci il tarixli məktubla cavabdehlərin yaşadıqları ünvana göndərilmiş, lakin məktublar “imtina edilib” qeydi ilə məhkəməyə geri qaytarılmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsindən məlumatlı olmadığını bildirərək qətnamənin ona təqdim edilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 məhkəmə qəbzinə imza etməklə qətnaməni rəsmi qaydada qəbul etmiş, daha sonra xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 03 may 2023-cü il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizə təmin olunmamışdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından və mülki prosessual normaların tələblərindən göründüyü kimi, qətnamə qəbul edildikdən sonra məhkəmə tərəfindən qanunla müəyyən edilmiş qaydada cavabdehlərə poçt vasitəsilə göndərilmiş, lakin cavabdehlər məktubu qəbul etməkdən imtina etmişlər, həmçinin cavabdehlərin məhkəmə mübahisəsi barədə məlumatları olmuş, onlar iddianı qəbul etdikləri barədə məhkəməyə teleqram göndərmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər iddianı qəbul etdikləri barədə məhkəməyə teleqram göndərdikləri halda, məhkəmə bildirişlərini və yekun məhkəmə aktının göndərilməsi barədə məktubu qəbul etməkdən imtina etmələri məntiqə uyğun deyildir. Bundan əlavə Xaçmaz Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(067)- 852/2020 nömrəli qətnaməsinin göndərilməsi barədə məktubun cavabdehlər tərəfindən qəbul edilməyərək “imtina edilib” qeydi ilə geri qaytarılması həmin şəxslər tərəfindən məhkəmə qətnaməsinin rəsmi qaydada qəbul edilməsi demək deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan 03 may 2023-cü il tarixli qərardadı ilə cavabdeh X1 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsini təmin etməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli qətnamənin özündə Cavabdeh1 tərəfindən iddianı qəbul etməsinə dair hər hansı qeyd yoxdur.Mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq qətnamədə bu halın qeyd oiunmaması qətnamənin çıxarılmasından cavabdehin məlumatlı olmasını əsaslı şübhə altına alır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halları tam yoxlamamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardadı ləğv edilməklə Xaçmaz Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(067)-852/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(067)-852/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər X4, Cavabdeh1 və X6 qarşı “əqdin etibarlı hesab edilməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(067)-852/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1842/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1842/2023
19.09.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver