Məhkəmə qərarları › İş №2(105)-1848/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1848/2025

19.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1848/2025 19.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X3 və X4 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili nümayəndə1, Cavabdeh və digər cavabdeh cavabdeh3 nümayəndəsi cavabdeh2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı "qızıl-zinət əşyalarının qaytarılması" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı “qızılzinət 1. əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ona 2 ədəd ayrılıqda 4500 manat və 2200 manat dəyərində 750 əyarlı qızılzinət dəsti (kompekt), 1 ədəd 750 əyarlı 0,68 sot brilyant qaşlı dəyəri 1250 manat olan nişan üzüyü, 1 ədəd 585 əyar 1700 manat dəyərində kordinal model qızıl qolbaq, onun qızı üçün hədiyyə edilmiş 1 ədəd 585 əyar dəyəri 150 manat olan simvolik kitab qabı asılmış qolbaq, ümumilikdə 9800 manat dəyərində qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq onun qanuni sahibliyinə qaytarılması və ya onların ümumi dəyəri miqdarında 9800 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi və ödənilmiş 50 manat məbləğində mediasiya xərci və 70 manat məbləğində dövlət rüsumunun, cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra, iddiaçı İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən tələbin həcminin artırılması barədə ərizə verərək, ona məxsus olan 29 qram 750 əyar (2,5 qram üzük, 4,3 qram sırğa, 6 qram qolbaq, 16,2 qram boyunbağı)-5220 manat, 13,76 qram 750 əyar (3,1 qram sırğa, 3,5 qram sep, 2,45 qram qolbaq, 4,71 qram üzük)-2060 manat, 1 ədəd 750 əyarlı sep və klon dəyəri 1500 manat, 1 ədəd 3 qram 750 əyarlı 0,68 sot brilyant qaşlı dəyəri 1350 manat olan nişan üzüyü, 1 ədəd 585 əyar 2350 manat dəyərində, 20,39 qram kordinal model qızıl qolbaq, onun qızı üçün hədiyyə edilmiş dairəvi 1 ədəd 585 əyar dəyəri 300 manat olan qolbaq, ümumilikdə 12780 manat dəyərində qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq onun qanuni sahibliyinə qaytarılması və ya onların ümumi dəyəri miqdarında 9800 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi və ödənilmiş 50 manat məbləğində mediasiya xərci və 70 manat məbləğində dövlət rüsumunun, cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra, iddiaçı İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən tələbin həcminin artırılması barədə ərizə verərək, ona məxsus olan 29 qram 750 əyar (2,5 qram üzük, 4,3 qram sırğa, 6 qram qolbaq, 16,2 qram boyunbağı)-5220 manat, 13,76 qram 750 əyar (3,1 qram sırğa, 3,5 qram sep, 2,45 qram qolbaq, 4,71 qram üzük)-2060 manat, 1 ədəd 3,9 qram 750 əyarlı sep və 5,1 qram 750 dəyərli klon dəyəri 1500 manat, 1 ədəd 3 qram 750 əyarlı 0,68 sot brilyant qaşlı dəyəri 1350 manat olan nişan üzüyü, 1 ədəd 585 əyar 2350 manat dəyərində, 20,39 qram kordinal model qızıl qolbaq, onun qızı üçün hədiyyə edilmiş dairəvi 1 ədəd 585 əyar dəyəri 300 manat olan qolbaq, ümumilikdə 12780 manat dəyərində qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq onun qanuni sahibliyinə qaytarılması və ya onların ümumi dəyəri miqdarında 12780 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi və ödənilmiş 50 manat məbləğində mediasiya xərci və 70 manat məbləğində dövlət rüsumunun, cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı ##.##.2023-cü il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 1 övladı ##.##.2024-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Azyaşlı uşaq faktiki olaraq hal-hazırda iddiaçının himayəsindədir. Evlilikdən qısa müddət sonra ailə daxili münaqişələr, söz-söhbətlər başlamışdır. ##.##.2024-cü il tarixində iddiaçı İddiaçı yüngül qida zəhərlənməsi keçirmiş və bu səbəbdən ata evinə anasının yanına getmişdir. Anası iddiaçının və azyaşlı uşağının qulluğunda dayanmış, xeyli müddət ərzində nə cavabdeh-həyat yoldaşı, nə də həyat yoldaşının valideynləri iddiaçıyla maraqlanmamışdır. Xeyli müddət iddiaçıya və azyaşlı uşağına qarşı laqeyd və biganə münasibətə görə iddiaçı boşanma barədə qərar qəbul etmişdir. Nəticədə Abşeron rayon məhkəməsinin e-*(***)-****/**** saylı qətnaməsi ilə tərəflər arasındakı nikaha xitam verilmiş və azyaşlı övlad ananın himayəsində saxlanılmaqla aliment ödənilməsi qət edilmişdir. İddiaçı ata evinə qayıtdıqdan sonra cavabdehlər tərəfindən iddiaçıya hədiyyə edilmiş qızıl-zinyət əşyaları satılmış (cavabdeh3 dediyinə görə), əldə edilmiş gəlir isə iddiaçıya verilməmişdir. Ümumiyyətlə iddiaçı hələ nikah pozulmamışdan əvvəl ata evinə getdikdən sonra heç vaxt gəlin getdiyi cavabdehlərə məxsus evə qayıtmamış, münasibətlə tamamilə pozulmuşdur. Cavabdehlər birgə yaşadığına, birgə təsərrüfat apardığına və iddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdehlər tərəfindən birgə mənimsənildiyinə görə birgə mülki məsuliyyət daşımalıdırlar. Qeyd edir ki, toy mərasimində və nikahdan sonra iddiaçıya 29 qram 750 əyar (2,5 qram üzük, 4,3 qram sırğa, 6 qram qolbaq, 16,2 qram boyunbağı)-5220 manat, 13,76 qram 750 əyar (3,1 qram sırğa, 3,5 qram sep, 2,45 qram qolbaq, 4,71 qram üzük)- 2060 manat, 1 ədəd 3,9 qram 750 əyarlı sep və 5,1 qram 750 dəyərli klon dəyəri 1500 manat, 1 ədəd 3 qram 750 əyarlı 0,68 sot brilyant qaşlı dəyəri 1350 manat olan nişan üzüyü, 1 ədəd 585 əyar 2350 manat dəyərində, 20,39 qram kordinal model qızıl qolbaq, onun qızı üçün hədiyyə edilmiş dairəvi 1 ədəd 585 əyar dəyəri 300 manat olan qolbaq olmaqla, ümumilikdə 12780 manat dəyərində qızıl-zinyət əşyası hədiyyə edilmişdir. Məhkəmədən əvvəl iddiaçı mübahisənin məhkəmədən kənar həlli üçün müvafiq mediasiya təşkilatına müraciət etmiş və MŞAB/MT***/****-***** saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi haqqında arayış verilmişdir. Qeyd edilənlərə əsasən, o, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil3 iddia ərizəsinə etiraz edərək, rədd edilməsini xahiş etmişdir.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya alınmış nişan günü qızıl üzük, toy günü üzük, sırğa, qolbaq, boyunbağıdan ibarət qızıl dəst, 1 ədəd, 1 cüt sırğa, 1 ədəd boyunbağıdan ibarət, qolbaqdan ibarət qızıllar, 1 ədəd sep və klondan ibarət qızıl boyunbağı, 1 ədəd kordinal model qızıl qolbaq, uşaq üçün hədiyyə edilmiş dairəvi 1 ədəd qolbaq fotoşəkildə öz əksini tapmışdır.

7. AECS MMC Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, 29 qram 750 əyar (2,5 qram üzük, 4,3 qram sırğa, 6 qram qolbaq, 16,2 qram boyunbağı)-5220 manat, 13,76 qram 750 əyar (3,1 qram sırğa, 3,5 qram sep, 2,45 qram qolbaq, 4,71 qram üzük)-2060 manat, 1 ədəd 3,9 qram 750 əyarlı sep və 5,1 qram 750 dəyərli klon dəyəri 1500 manat, 1 ədəd 3 qram 750 əyarlı 0,68 sot brilyant qaşlı dəyəri 1350 manat olan nişan üzüyü, 1 ədəd 585 əyar 2350 manat dəyərində, 20,39 qram kordinal model qızıl qolbaq, onun qızı üçün hədiyyə edilmiş dairəvi 1 ədəd 585 əyar dəyəri 300 manat olan qolbaq, ümumilikdə 12780 manat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı məxsus, 29 qram 750 əyar (2,5 qram üzük, 4,3 qram sırğa, 6 qram qolbaq, 16,2 qram boyunbağı)-5220 manat, 9,05 qram 750 əyar (3,1 qram sırğa, 3,5 qram sep, 2,45 qram qolbaq)- 1460 manat, 1 ədəd 3,9 qram 750 əyarlı sep və 5,1 qram 750 dəyərli klon dəyəri 1500 manat, 1 ədəd 3 qram 750 əyarlı 0,68 sot brilyant qaşlı dəyəri 1350 manat olan nişan üzüyü, 1 ədəd 585 əyar 2350 manat dəyərində, 20,39 qram kordinal model qızıl qolbaq, onun qızı üçün hədiyyə edilmiş dairəvi 1 ədəd 585 əyar dəyəri 300 manat olan qolbaq, ümumilikdə 12075 manat dəyərində qızılzinyət əşyaları, bu əşyalar olmadığı halda 12075 (on iki min yetmiş beş) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun əvəzinin cavabdeh cavabdeh3 alınıb, İddiaçı verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 225.2-ci maddələri, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyasına əlavə * saylı Protokolun 1-ci maddəsi, İnsan hüquqlarının və X6 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2, 191.3, 106.3, 77.1, 220.4, 217.4, 4, 119.1, 124.1, 14.2, 77.1, 88, 217.4, 7, 14, 36, 149, 150, 216-236-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin qismən, iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın hər üç cavabhələrə münasibətdə tam şəkildə təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 4,71 qram üzüyə aid olan hissədə (toydan sonra hədiyyə edilmiş (cavabdeh cavabdeh2 məhkəmə iclasında dediyinə görə kirvəlləri tərəfindən mənimçün alınmışdır) dəstə aid olan qızıl üzük), həmçinin qızıl – ziynət əşyaları və ya onların dəyərinin digər cavabdehlər cavabdeh2 və cavabdeh1 birgə qaydada tutulması hissəsində iddia tələbini rədd etmişdir. Lakin hesab edir ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi və cavabdehlərdən müştərək qaydada tutulmalı olması barədə yeni qətnamə qəbul edilməlidir. İlk öncə qeyd edir ki, məhkəmə qətnaməsində (səhifə 3, abzas 3) cavabdeh və cavabdeh cavabdeh3 nümayəndəsi cavabdeh2 və cavabdeh cavabdeh1 vəkil və nümayəndə vəkil3 izahatına uyğun izahat verməsini qeyd etsə də, cavabdeh2 vəkil3 fərqli izahat vermişdir. ##.##.2025-ci il tarixində cavabdeh2 ona yalnız 1 dəst qızıl kompekti alındığı (29 qram 750 əyarlıq qızıl dəsti nəzərdə tutulur), digər qızılların isə onlar tərəfindən deyil, toydan sonra öz kirvələri, onun valideynləri tərəfindən onun üçün alındığını, güya o da evdən gedərkən hamısını apardığını bildirmişdir. Məhkəmə iclasları audio-video yazı ilə aparıldığından və apellyasiya instansiyasının həmin iclasların video görüntüsü ilə tanış olacağından məhkəmə iclas protokollarına qeyd verməyə ehtiyac görmür. Bundan əlavə məhkəmə qətnamənin müəyyənləşdirici hissəsində iş üzrə sübutlara istinad edərkən, məhkəmədə tədqiq edilmiş video görüntüyə istinad etməmişdir, halbuki, məhkəməyə CD diskdə 3 ədəd video görüntü təqdim edilmişdir ki, həmin video görüntülərdən iddiamın tam şəkildə əsaslı olması açıq-aydın görünür. Həmin video materialdan da görünür ki, toydan sonra el adəti ilə “üçgünlük” deyilən tədbirdə keçmiş qaynanam tərəfiindən dəst hədiyyə edilir, həmin dəstə sırğa, sep, qolbaq, üzük daxildir. Ona görə də hesab edir ki, iddia tələbində göstərilmiş bütün qızıl-ziynət əşyalarının ona məxsus olması barədə kifayət qədər sübutlar mövcuddur və məhkəmə yalnız fotoşəkilə istinad edərək, 2-ci dəstə aid qızıl üzüyə aid hissədə iddianı təmin etməməkdə haqlı deyildir. Bildirmək istəyir ki, iddia tələbi 3 cavabdehə qarşı verilsə də, məhkəmə iddianı yalnız cavabdeh3 münasibətdə qismən təmin etmişdir. Qətnamənin mətnindən də digər 2 nəfər cavabdehin niyə görə cavabdeh ola bilməməsinə dair də hər hansı bir istinad yoxdur. Bu halı vəkili tərəfindən texniki yalnışlıq kimi qiymətləndirilib, ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmə qətnamədə düzəliş etməkdən imtina etmişdir. Lakin tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar, qızıl-ziynət əşyalarının keçmiş qaynanası və qaynatasının mənzilində olması, Elməddinin də hazırda onlarla birgə yaşaması, ailə həyatı dövründə də onların ayrı evdə deyil, məhz digər cavabdeh-qaynatasına məxsus evdə yaşaması, həmçinin cavabdeh cavabdeh3 ilə “vhatsapp” yazışmaları (hansı ki, həmin yazışmalrda Elməddin qızılları sataraq borcların bağlanmasına istifadə edildiyi bildirir) ona məxsus qızılların satılaraq cavabdehlərin birgə mənfəəti üçün sərf olunduğunu göstərir. Bu hal cavabdeh2 və X1 da birgə cavabdeh kimi qəbul edilməsini və birgə məsuliyyət daşımasını şərtləndirir. Ona görə də hesab edir ki, məhkəmə yalnız cavabdeh3 cavabdeh kimi qəbul etməkdə və iddianı yalnız ona münasibətdə təmin etməkdə haqlı deyildir. Həmin hissədə də qətnamə ləğv edilməli və iddia tələbi digər cavabdehlər cavabdeh2 və cavabdeh1 münasibətdə də təmin olunmalıdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

14. Cavabdeh və digər cavabdeh cavabdeh3 nümayəndəsi cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

15. İş üzrə cavabdeh cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın hər üç cavabhələrə münasibətdə tam şəkildə təmin olunmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

20. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində iddia qismən təmin edilmişdir /bax bənd 8/.

22. Cavabdehin qismən etirafını və cavabdeh tərəfindən iddiaçıya alınmış nişan günü qızıl üzük, toy günü üzük, sırğa, qolbaq, boyunbağıdan ibarət qızıl dəst, 1 ədəd, 1 cüt sırğa, 1 ədəd boyunbağıdan ibarət, qolbaqdan ibarət qızıllar, 1 ədəd sep və klondan ibarət qızıl boyunbağı, 1 ədəd kordinal model qızıl qolbaq, uşaq üçün hədiyyə edilmiş dairəvi 1 ədəd qolbağın fotoşəkildə öz əksini tapmasını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, həmin qızıllar iddiaçıya qaytarılmalıdır.

23. Həmçinin iddiaçı tələbində ümumi dəyəri 2060 manat olan 13,76 qram 750 əyar (3,1 qram sırğa, 3,5 qram sep, 2,45 qram qolbaq, 4,71 qram üzük) qızıl-zinyət əşyasını tələb etsə də, cavabdeh tərəfindən ona 4,71 qram üzüyün alınmasını və üzüyün hazırda cavabdehdə olmasını təsdiq edən sübutları məhkəmə təqdim edilmədiyindən, məhkəmə hesab etmişdir ki, bu hissədə iddia ərizəsi təmin edilməməlidir. Belə ki, çəkisi 4,71 qram olan üzüyün qiyməti, qiymətləndirmə rəyində göstərilən ümumi dəyər olan 2060 manat nəzərə alınmaqla qiyməti sadə riyazi hesablamayla (2060:13,76 qram=149,7; 149,7 x 4,71 qram=705 manat) 705 manat müəyyən edilməli, ümumilikdə qızılların dəyəri olan 12780 manatdan məbləğindən çıxılmalı və yerdə qalan 12075 manat məbləğində qızıl-zinyət əşyaları iddiaçıya qaytarılmalıdır.

24. Bundan əlavə cavabdeh iddiaçıya aldığını etiraf etdiyi qızılların iddiaçı tərəfindən aparıldığını bildirsə də, cavabdeh həmin qızılların onlarda olmadığını və iddiaçı tərəfindən aparıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

25. Məzkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin qismən, iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın hər üç cavabhələrə münasibətdə tam şəkildə təmin olunmasını xahiş etmişdir.

26. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

27. Göründüyü kimi iddiaçı apellyasiya şikayətində cavabdehdər cavabdeh2 və cavabdeh1 da cavabdeh3la birgə mülki məsuliyyət daşıdıqlarını, eləcədə 4,71 qram çəkidə qızıl üzüyün təmin olunmaması hissədə məhkəmə qətnaməsini mübahisələndirmişdir.

28. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi 4,71 qram çəkidə qızıl üzüyün tələb edilməsi hissədə apellyasiya şikayətini müdafiə etmədiyini bildirdi və bunun kollegiya tərəfindən nəzərə alınmasını xahiş etdi.

29. Məhkəmə kollegiyası cavabdeh2 və cavabdeh1 birgə məsuliyyətə cəlb edilməsinə dair hissədə də şikayəti əsassız hesab edir.

30. Belə ki, istər iddia ərizəsindən, istərsə də apellyasiya şikayətinin dəlillərindən və məhkəmə araşdırması zamanı tərəfin izahatından görünür ki, iddiaçı, cavabdehlər cavabdeh2 və cavabdeh1 ilə birlikdə bir evdə yaşadıqlarına, qızıl-ziynət əşyalarının keçmiş qaynanası və qaynatasının mənzilində olmasına, qızılların satılması barədə votsap yazışmasının olmasına istinad edərək cavabdeh2 və cavabdeh1 da birgə mülki məsuliyyət daşıdıqlarını göstərmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi bu hallar cavabdeh2 və cavabdeh1 qarşı iddianın təmin edilməsi üçün yetərli deyildir. Kollegiyanın qənatincə tərəflərin birlikdə bir evdə yaşamaları, qızıl əşyalarının satılaraq borcların ödənilməsi barədə yazışmanın olması həmin şəxslərin mülki məsuliyyətinin müəyyən edilməsi, qızıl əşyalarının onlar tərəfindən satılaraq borclarının ödənilməsinə dair birmənalı nəticəyə gəlməyə əsas vermir. Kollegiya hesab edir ki, iddiaçı qeyd olunan hissədə iddianı sübuta yetirə bilməmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

33. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar