Məhkəmə qərarları › İş №2(105)-186/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-186/2022

23.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-186/2022 23.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X5 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, İddiaçının prosessual hüquqi varisinin vəkili: Vəkil, Cavabdeh: X3, Cavabdehin nümayəndəsi: X1 iştirakları ilə, İddiaçı3 cavabdeh X2 qarşı torpaq sahəsinin və evin qanunsuz sahiblikdən geri alınması və s. tələbinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsindən iddiaçının hüquqi varisləri İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsinin və evin qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair iddia tələbinin təmin olunmaması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, mütəxəssis rəyinin dəyəri olan 95 manat məbləğində pulun İddiaçı1 və İddiaçı2 alınaraq Kapital Bankın 1 saylı Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT: AİİBAZ2X, Mühbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VOEN **********, AZ23AİİB******************** nömrəli hesaba keçirilməsi, Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun İddiaçı1 və İddiaçı2 alınaraq X4, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı3 məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon AİK-nın 28.01.2000-ci il tarixli, 22 saylı qərarı ilə onun və ailəsinin mülkiyyətinə verilmiş Xaçmaz rayonu Çarxı kəndində yerləşən 0.30 ha torpaq sahəsininr cavabdeh tərəfindən qanunsuz istifadə olunan hissəsinin və həmin sahədə tikilmiş evin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, cavabdehi ailəsi ilə birlikdə həmin evdən çıxarılması və həmin evi miras kimi qəbul edilməsi faktının tanınması və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28.01.2000-ci il tarixli qərarı ilə Xaçmaz rayonu Çarxı kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsi onun, arvadı İddiaçı1 və oğlu İddiaçı2 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair şəhadətnamə də verilmişdir. Qeyd olunan torpaq sahəsi əvvəllər valideynlərinin istifadəsində olmuşdur. O, həmin torpaq sahəsində tikilmiş 2 yaşayış evindən birini yenidən quraraq ailəsi ilə birlikdə orada yaşayırlar. İkinci evdə isə cavabdeh öz həyat yoldaşı ilə yaşayır. Lakin həmin ev valideynlərindən ona miras qalan ev olmuşdur. Ona görə də cavabdehə bildirmişdir ki, zəbt olunmuş torpaq sahəsini və evi geri qaytarsın. Mülkiyyətlərində olan 0,30 ha torpaq sahəsində tikilmiş evlər mərhum valideynləri tərəfindən tikilmişdir. X10 1968-ci ildə, anası Zərxanım İlyasova 1985-ci ildə vəfat etmişlər. Valideynlərinin vəfatından sonra ailəsi ilə birlikdə həmin evdə yaşamaqla mirası faktiki qəbul etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının hüquqi varisləri İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı rədd edərkən ekspert rəyinə istinad etmişdir. Belə bir qənaətə gəlməsinə səbəb də Daşınmaz Əmlakın Reyestr xidmətinin mütəxəssisin verdiyi rəyinə və həmin rəy əsasında ekspert tərəfindən 26 aprel 2021-ci il tarixdə tərtib edilmiş 10/1645 saylı ekspert rəyi olmuşdur. Məhkəmənin özü tərəfindən də müəyyən edilmişdir ki, Xaçmaz rayonu Çarxı kəndində yerləşən 0,30 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə qanuni əsaslarla verilmişdir və hazırkı mübahisənin predmetinə aid sahədir. Həmin sahənin üzərində olan tikililərin hüquq müəyyənedici sənədinin olub-olmamasından asılı olmayaraq, həmin torpaq sahəsinin mülkiyyətçisinə aid olduğu da bəllidir. Həmin torpaq sahəsində hazırda iki yaşayış evi vardır və birində onların ailəsi yaşayır. Cavabdeh məhkəməyə gəlmir, məhkəmə yerli baxış keçirmir. Cavabdehin məhkəməyə gəlməməsi və ümumiyyətlə iddiaya münasibət bildirilməməsi, iddia tələbinə biganə olması, özbaşınalığın bir müddət davam etməsi ilə qane olduğu kimi qiymətləndirilməlidir. Xaçmaz Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(067)-223/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçının hüquqi varisi İddiaçı2nın vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh və nümayəndəsi X.A.İlyasov apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, məhkəmə tərəfinən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı rədd edərkən, mübahisə edilən torpağın cavabdeh tərəfindən zəbt olunmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi varislərinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 467F saylı 30224018 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İddiaçı3, İddiaçı1 Möhsüm qızının və İddiaçı2 mülkiyyətinə 0,30 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən müəyyən olunur ki, torpağın mülkiyyətə verilməsinə dair JN 467F saylı 30224018 kodlu şəhadətnaməyə əsasən İddiaçı3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Xaçmaz rayonu Çarxı kəndi ərazisində yerləşən 0,30 ha torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilmir. Torpağın mülkiyyətə verilməsinə dair JN 467F saylı 30224018 kodlu şəhadətnaməyə əsasən İddiaçı3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Xaçmaz rayonu Çarxı kəndi ərazisində yerləşən 0,30 ha torpaq sahəsində tikililər mövcuddur. Torpağın mülkiyyətə verilməsinə dair JN 467F saylı 30224018 kodlu şəhadətnaməyə əsasən həmin tikililər cavabdeh tərəfindən istifadə olunmur. İşə əlavə olan Məhkəmə Ekspertiza Mərkəzinin 26.04.2021-ci il tarixli 10/1645 nömrəli ekspert rəyindən müəyyən olunur ki, torpağın mülkiyyətə verilməsinə dair JN 467F saylı 30224018 kodlu şəhadətnaməyə əsasən İddiaçı3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Xaçmaz rayonu Çarxı kəndi ərazisində yerləşən 0,30 ha torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilmir. Torpağın mülkiyyətə verilməsinə dair JN 467F saylı 30224018 kodlu şəhadətnaməyə əsasən İddiaçı3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Xaçmaz rayonu Çarxı kəndi ərazisində yerləşən 0,30 ha torpaq sahəsində tikililər mövcuddur. Torpağın mülkiyyətə verilməsinə dair JN 467F saylı 30224018 kodlu şəhadətnaməyə əsasən həmin tikililər cavabdeh tərəfindən istifadə olunmur. Bununla yanaşı iddiaçı tərəfindən mübahisə predmeti olan evə dair heç bir hüquqmüəyyənedici məhkəməyə təqdim edilməmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1252.2-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Həmin Məcəllənin 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. İşə əlavə olan Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2021-ci il tarixli 10/2640 nömrəli ekspert rəyindən müəyyən olunur ki, torpağın mülkiyyətə verilməsinə dair JN 467F saylı 30224018 kodlu şəhadətnaməyə əsasən İddiaçı3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Xaçmaz rayonu Çarxı kəndi ərazisində yerləşən 0,30 ha torpaq sahəsi təşkil etdiyi müəyyən edildi. Həmin şəhadətnaməyə əsasən İddiaçı3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən 0,30 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunmadıgı müəyyən edildi. Cavabdeh 17 fevral 2021-ci il tarixli Çıcarışa əsasən Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən 0,10 torpaq sahəsinin iddiaçıların adına olan Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən 0,30 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edildi. Torpagın mülkiyyətə verilməsinə dair JN 467F KOD 30224018 olan şəhadətnaməyə əsasən İddiaçı3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən 0,30 ha torpaq sahəsində tikilinin mövcud oldugu müəyyən olundu. Həmin rəyə əsasən, həmin tikilinin cavabdeh tərəfindən istifadə olunmadıgı müəyyən olundu. İddiaçıların torpaq sahəsinin azlıq təşkil etməsinin səbəbinin iddiaçının mülkiyyətinə verilmiş JN-467 KOD 30224018 olan şəhadətnaməyə əsasən 0,30 ha torpaq sahəsinin digər şəxs və ya şəxslər tərəfindən istifadə olunması oldugu müəyyən olundu. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə oldugu halda, məhkəmə kollegiyası iddiaçının hüquqi varisləri tərəfindən iş üzrə birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyinə düzgün qiymət verməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunmadıgından dövlət rüsumu ilə bağlı tələb də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının hüquqi varisləri İddiaçı1 və İddiaçı2 oğlunun apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 26 may 2021-ci il tarixli 2(067)-223/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınaraq SAP (XİİS) hesabı X4 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: JTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34JTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar